Azərbaycanda benzinin və qazın ucuzlaşması gözlənilirmi – SOCAR rəsmisi cavab verdi


İbrahim Əhmədov: "SOCAR hər bir halda dövlətin verdiyi qərarlara tabe olacaq”

"Daxili bazarda qazanc əldə etmək hədəfimiz yoxdur”

Azərbaycanda benzinin və təbii qazın qiymətinin ucuzlaşdırılması, tətbiq olunan qaz limitinin ləğv edilməsi ilə bağlı təkliflər var. Sosial yönümlü islahatların çərçivəsində deputatlar, ekspertlər və sadə vətəndaşlar tərəfindən gündəmə gətirilən bu təkliflər sosial şəbəkələrdə çoxsaylı müzakirələrə, paylaşımlara səbəb olub. Ancaq dövlət rəsmiləri və aidiyyatı qurumlar hələ də məsələyə münasibət bildirməyiblər.

İbrahim Əhmədov

Təklifin reallaşmasının mümkünlüyü ilə bağlı Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Tarif Şurası kimi qurumlarla əlaqə saxladıq. İqtisadiyyat Nazirliyindən bildirildi ki, hər iki məhsulun istehsalçısı və satışını təşkil edən şirkət olaraq SOCAR qiymətin dəyişməsi ilə bağlı müraciət etdiyi halda məsələyə baxılması mümkündür.
Bizimyol.info məsələ ilə bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədova suallar ünvanlayıb:

– Benzinin qiymətinin ucuzlaşması ilə bağlı səsləndirilən təkliflərin reallaşması mümkündürmü?

– Azərbaycanda əsas satılan yanacaq Aİ-92 markalı benzin və dizel yanacağıdır. Bunların qiymətini satıcı şirkətlər deyil, müvafiq dövlət qurumları tənzimləyir. SOCAR bununla bağlı heç bir qərar vermir. Yəni şirkət birtərəfli olaraq qiyməti nə artıra, nə də aşağı sala bilər.

– Müvafiq qurumlar İqtisadiyyat Nazirliyi və Tarif Şurasıdır. İqtisadiyyat Nazirliyindən bizə bildirdilər ki, qiymətin dəyişməsi üçün SOCAR müraciət edərsə, məsələyə baxıla bilər.

– SOCAR müraciət etsə, qərar verə bilərlər, amma hər bir halda bizim müraciətimiz olmadan da onlar qərar verə bilərlər. Müraciət nəyin əsasında olur? Adətən müraciət maya dəyərinin formalaşması və maya dəyərinə nisbətən satış qiymətinin rentabelli və ya qeyri-rentabelli olması ilə bağlı olur. Maya dəyərinin müəyyənləşməsi isə neftçıxarma avadanlıqlarının qiymətindən, nəql xərclərindən, həmin avadanlığın hansı valyuta ilə əldə olunmasından asılıdır. Xarici valyuta ilə əldə olunursa, manatın ucuzlaşması və ya bahalaşması qiymətə təsir edə bilər. Məsələn, manat ucuzlaşırsa, avadanlığı xaricdən əldə etmək baha başa gəlir. Bu hal, həmçinin təbii infilyasiya və başqa faktorlar da rentabelliyə təsir göstərə bilər. Hər bir halda şirkət öz əməliyyatlarını hesablayır və onun əsasında təkliflər verir ki, bizə bu yanacaq filan qiymətə başa gəlir və bunun satış qiymətindən bu qədər gəlir əldə edirik. Bu gəlir, heç olmasa, maya dəyərini qarşılayırmı, ya yox? Ona uyğun olaraq da dövlət qərar verir.

– Hazırda olan vəziyyət benzinin ucuzlaşmasını şərtləndirə bilərmi?

– Dediyiniz məsələ ilə bağlı dəqiq məlumatım yoxdur. Bununla bağlı Şirkətə hansısa təklif də daxil olmayıb. Bizim əməliyyatlarımızın rentabelliliyində hazırda dəyişiklik yoxdur. Bazardakı vəziyyət olduğu kimi qalır. Yəni avadanlığı təxminən eyni qiymətə alırıq, gəlir və xərclər dəyişməyib. Xaricdən aldığımız avadanlıq, investisiya xərcləri əvvəlki səviyyədədir. Hansısa ekspert hesab edirsə ki, burda dəyişiklik var, bu haqda bizə mürqciət edə bilər. Təbii ki, dövlətə də müraciət edərək təkliflərini verə bilər. Dövlətin müvafiq orqnları da bu təkliflərə baxa bilərlər. Bu normal bir praltikadır. Əlbəttə ki, SOCAR da verilən qərarlara tabe olacaq.

– Azərbaycanda yanacağın qiyməti başqa ölkələrə, qonşu dövlətlərə nisbətdə baha, yoxsa ucuz sayılır?

– Burada hesablama meyarları fərqli ola bilər. Bu, hər kəsin subyektiv yanaşmasından asılıdır. Çünki yanacağın qiyməti mütləq qaydada bir ölkədə daha ucuz, bir başqasında baha ola bilər. Burada bəzən başqa faktorlar da nəzərə alınır. Həmin ölkənin əhalisinin alıcılıq qabiiliyyəti, aylıq gəlirlər və s. İqtisadçıların da məsələyə fərqli yanaşmaları var. Bunların hamısı iqtisadçıların, təhlilçilərin və makroiqtisadi planlaşmanı həyata keçirən şəxslərin işidir. Bizim işimiz şirkətin özünün əməliyyatlarının rentabelliyini hesablamaqdır. Biz bazardan öncə baxmalıyıq ki, şirkətə məhsulun hasili, isrtehsalı neçəyə başa gəlir və gəlir daxili bazarda o xərcləri minimum örtürmü? Əlbəttə, daxili bazarda bizim qazanc əldə etmək kimi bir hədəfimiz yoxdur. Biz əsasən xarici bazarlarda hədəfləyirik ki, Azərbaycan üçün qazanc əldə edək. Daxili bazar üçün isə, əsas hədəfimiz ölkənin enerji təhlükəsizliyini təmin etməkdir. Buna görə dövlətə heç vaxt müraciət etmirik ki, bizim gəlirlərimizi, mənfəətimizi artırsınlar. Çünki daxili bazardan adətəın mənfəət kimi bir gözləntimiz yoxdur. Maksimum gözlənti budur: daxili bazarda ziyan həddindən artıq olmasın ki, şirkətin əməliyyatlarının dayanıqlılığı təmin olunsun, şirkətdə iflas olmasın. Bu da məhsulun maya dəyərindən asılıdır ki, bu yanacağın hasil olunması, emal olunması, nəql olunması, satışı və s. neçəyə başa gəlir və neçəyə satılır? Həmçinin başqa ölkələrdə müxtəlif tənzimləmə mexanizmləri, fərqli iqtisadi siyasət yanaşmaları var. Bəzilərində subsudiyalar tətbiq edilir, bəzilərində bu edilmir. Ona görə də hamısını yan-yana qoymaq mümkün deyil. Yəni fərqli yanaşmalar mövcudur.

– Ölkədə gedən sosial islahatların çərçivəsində təkliflərdən biri də təbii qaz tətbiq edilən illlik limitin ləğv edilməsi və ölkə vətəndaşları üçün təbii qazın qiymətinin aşağöı salınmasıdır. Belə bir addımın atılması mümkündürmü?

– Dövlətin qanunvericiliyinə zidd olmayan istənilən ictimai təşəbbüslə çıxış etmək hər kəsin hüququdur. Yəni təkliflərini irəli sürə bilərlər və o təkliflərə dövlətin müvafiq orqanları baxa bilərlər. SOCAR da hər bir halda dövlətin verdiyi qərarlara tabe olacaq.(bizimyol.info)




{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
“28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının fəaliyyəti dayandırılır Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq... - HAVA Jurnalistlərə və hüquq-mühafizə orqanlarına mitinqlə bağlı — ÇAĞIRIŞ ABŞ-da sərnişin təyyarəsi qəzaya uğradı: ölən və yaralılar var Metronun "28 May" stansiyası qarşısındakı meydan polis tərəfindən mühasirəyə alındı Maraqla gözlənilən dörd oyunu izləyəcəyiniz telekanallar Enerji içkiləri azyaşlılara satılmayacaq: QARŞISI ALINA BİLƏCƏKMİ? Bakıda tikintidə FACİƏ: başına boru düşən fəhlə öldü Doqquz ayda əhalinin gəlirləri 42,2 milyard manat təşkil edib Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE Avropa Oyunlarının qalibi hərbçilərin Dünya Oyunlarında iştirak edəcək Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb "Barış pınarı" təəssüratı: Bizdə də "İsa bulağı" hərəkatı baş versəydi... - Gözlənti Avropa Birliyinin rəhbəri ağladı Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır Paşinyanın saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı Milli Məclis gələn həftə toplanır Azərbaycanda saxta şpirislər satılır - TƏHLÜKƏ "Tapança Adil"ə hökm oxundu Sabah Bakıya yağış yağacaq - PROQNOZ Erməni generaldan SENSASİON AÇIQLAMA: Azərbaycan qəfil hücuma keçəcək Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA APOEL-in aparıcı üzvü sağaldı Türkiyənin uğuru dünya mediasında - "Ərdoğan istədiyini aldı" ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi Prezident Xalq artistinə ev verdi Əkrəm İmamoğlundan Müstəqillik günü TƏBRİKİ Bu ərazilərdə qaz olmayacaq sakinlərinin NƏZƏRİNƏ İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb Mehriban Əliyeva Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür İlham Əliyevdən yeni SƏRƏNCAM Zakir Həsənov Çinə səfər edəcək Prezident Faiq Qarayevi təltif etdi Putin və Ərdoğan bu tarixdə görüşəcək Tramp İtaliya prezidentini italyan pendiri ilə səhv saldı Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil Problemi krediti olanların nəzərinə: Siyahı hazırlandı Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb Sabah 26 dərəcə isti olacaq Çavuşoğlu və Trampın müşaviri arasında görüş keçirilib - Video Bu şəxslərə əsgərlikdən möhlət hüququ verilməyəcək Neymarsız 318 gün Rusiyada Azərbaycanın turizm potensialının təbliğatı genişləndirilir Türkiyədən Trampın məktubuna sərt cavab - "Zibil qutusuna atıldı" Həcc ziyarətinə gedən insan özünü “hacı” adlandıra bilərmi? — İlahiyyatçıların FİKİR QARŞIDURMASI Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Sumqayıtda qızıl oğruları tutuldu Caspian European Club-un ümumi toplantısı keçirilib Bakıda dəhşətli qətl: kürəkən arvadını və qayınanasını öldürüb yandırdı Ərdoğan Rusiyaya səfər edəcək Cəbhədən son məlumat - Müdafiə Nazirliyi Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA Messi 6-cı dəfə “Qızıl buts” aldı Bakıda avtobus dayanacağında 2 nəfəri öldürmək istədilər – ŞOK CİNAYƏT "Barış Pınarı" bölgə üçün nə vəd edir? – Politoloqdan açıqlama Rafael Cəbrayılov villasını satışa çıxardı - Borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur Minlərlə insana ŞAD XƏBƏR- Prezident 7 milyon manat ayırdı ABŞ-da həbs edilmiş azərbaycanlı iş adamının təqsirsiz olduğu sübut olundu Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir Qeyri neft-qaz sektorunda nə qədər artım olub? - RƏSMİ Azərbaycanda qadın dəhşətli qəza törətdi: Ölən var “Bremen musiqiçiləri” maraqla qarşılanıb Fati İspaniya millisində debüt etdi Milli Şuranın mitinqinə icazə verildi Müdafiə Nazirliyinin yüksək vəzifəlisi işdən çıxarıldı - RƏSMİ Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Prokurordan Elinanın intihar etdiyi məktəb direktoruna CƏZA TƏLƏBİ Qəzada vəfat edən azərbaycanlı biznesmen kim idi? “Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb” Ərdoğan Bakıda dollardan imtina etməyi - TƏKLİF EDİB Bakıya gətirilən yeni avtobuslar ilin sonuna qədər istifadəyə veriləcək Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub Vilayət Eyvazova ağır itki üz verdi Deputatın və generalın qohumu məhkəmə qarşısında Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi Azərbaycan və Türkiyə prezidentləri dünyaya BELƏ MESAJ VERDİ “Səni məhkəməyə verəcəm” — Elza Seyidcahan Xatunu HƏDƏLƏDİ – VİDEO Əliqismət Lalayev: 650 min ağacın əkilməsi olduqca böyük humanist addımdır Məşhur repçi futbol klubu satın aldı İlham Əliyev: “Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur” Bakıda bu şirkətin pul dolu seyfi oğurlandı Hava dəyişkən buludlu olacaq Türkiyənin apardığı müharibə Azərbaycan iqtisadiyyatına da təsir edəcək Bakıda 10 məktəb direktoru işdən çıxarılıb Azərbaycanda pensiya yaşı belə hesablanacaq - Yenilik “Maşın”ın finalçıları bəlli oldu Qarabağ münaqişəsi Bakının lehinə həll oluna bilər - SENSASİON AÇIQLAMA Tovuzda avtomobil motosikletlə toqquşdu - Ölən var Azərbaycanın mədəni irsi Seulda beynəlxalq festivalda təqdim olunub 3 polis və 1 həbsxana rəisi saxlanıldı - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib "Bəlkə, bu gün Kəmalə oyundan çıxacaq?" - Açıqlama İlham Əliyev Ərdoğanla görüşdü - FOTO Əbülfəs Qarayev Bakıda vətəndaşları qəbul edib Diri-diri basdırılan körpə sağ qaldı Prezidentdən vacib - FƏRMAN Evi olanlarla bağlı yeni qanun - Bunu etməyənlər cərimələnəcək Yasamalda silahlı İNSİDENT- Qonusunu evinə dəvət etdi və...