Rüşvət alan müəllimlər universitetdən qovuldu – Rektor



Axar.az "Rektor saatı” rubrikasında Azərbaycan Texnologiya Universitetinin rektoru, texnika elmləri doktoru, professor Akif Süleymanovla söhbəti təqdim edir:

- Akif müəllim, əvvəlcə universitetin yaranma tarixindən danışaq.

- 1970-ci ildə Heydər Əliyev Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialını yaradıb. Kadra ehtiyac çox olduğu üçün 1980-ci ildə Krasnodar Politexnik İnstitutunun Bakı filialı, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Şərabçılığın texnologiyası” ixtisası bu instituta birləşdirilib. 2000-ci ildə institutun profili yüksəldilərək universitet statusu verilib və Azərbaycan Texnologiya Universiteti adı verilib. Əvvəllər də bu universitet təkcə Azərbaycan üçün deyil, Rusiya, Dağıstan və digər qonşu dövlətlər üçün kadr hazırlayıb. O dövrdə buraya qəbul olmaq, oxumaq çox vacib idi. ATU-da 7000-ə qədər tələbə vardı. Təəssüf ki, SSRİ dağılan zaman müəssisələr bağlanıb və kadra tələbat azalıb. Bunun üçün də mühəndis, texnoloqa ehtiyac olmayıb. Get-gedə universitetin statusu aşağı düşməyə başlayıb və tələbələrin sayı 2000-ə qədər azalıb. Hətta bu universitetin statusu başqa bir təhsil müəssisəsinə birləşdirilməsinə qədər düşmüşdü. Universitetin buraxdığı kadrlara artıq ehtiyac yox idi və keyfiyyət də aşağı düşmüşdü. Lakin universitetin inkişaf tarixinə baxanda görmək olar ki, bu, ulu öndər Heydər Əliyevin iqtisadi siyasətilə bağlı olub.

- Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı sərəncamla ATU-ya rektor təyin edildiniz. Universitetdə hansı ilklərə imza atmısınız?

- Mən Azərbaycan Texnologiya Universitetinin ağır vəziyyətində buraya gəlmişəm. Təhsilin inkişafı dövlət strategiyası ilə eyni vaxta düşdü. 2013-cü ildən universitetimiz inkişaf etməyə başladı. Müəssisələr fəaliyyətini bərpa etdi və texnoloqlara ehtiyac yarandı. İndi texnologiyanın bir çox sahəsi bu universitetdə tədris edilir. Təhsilin keyfiyyəti, müəllim-tələbə münasibəti önəmlidir. Fəaliyyətimin ilk dövrlərində də mən müəllimin tələbəylə dost olmasının önəmini hər zaman vurğulamışam. Tələbələrin davamiyyəti düzəldi, müəllimlərin bilik və bacarıqları yoxlanıldı. Tələbələrdən rüşvət alan müəllimləri universitetdən uzaqlaşdırdıq. Buraya gələndə gördüm ki, xeyli struktur bölməsi var və heç bir iş görmürlər. 300-ə yaxın süpürgəçi var idi. İnsan kapitalının optimallaşdırılması prosesini həyata keçirdik. Maddi-texniki bazanı düzəltdik. Universitetdə internet yox idi. Texnologiya Universitetini internetsiz təsəvvür etmək olmaz. Bu gün universitetimiz yüksək sürətli internetlə tam təmin olunub. İstilik sistemini bərpa etmişik. Bundan başqa, iki yataqxanamız var idi. Əvvəllər orada qaçqınlar yaşayırdı. İndi onu öz hesabımıza təmir etdiririk, tələbələrin bu yataqxanada yerləşməsini həyata keçiririk.

Artıq burada oxumaq istəyən tələbələr çoxluq təşkil edir. Hər il komissiyamız gənclərin müəllim vəzifəsinə qəbulu üçün müsabiqə keçirir. Biz kadr hazırlığına, xarici dil bilən, beynəlxalq təcrübəsi olanlara xüsusi önəm veririk. Dərs vəsaitlərimiz də təkmilləşdirilir. Proqramlarımız ikili diplomlara uyğun tərtib edilir. Azərbaycanda Texnologiya Universiteti bu gün ən modern universitetlər siyahısındadır. Bu universitet məzunlarından 7-si icra başçısıdır. Bu gün ATU-nun həm daxili, həm xarici əlaqələri genişlənib. Hər il universitetdə beynəlxalq konfranslar keçirilir.

Bu konfranslar tələbələrə nə qazandırır?

- Bu il elmi-praktiki əhəmiyyəti olan "Qida və yüngül sənayenin aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirdik. Burada bizim güclü tərəfdaşlarımız var idi. Konfransda elə ideallar səsləndirilir ki, onlar birbaşa istehsalata gedir. Universitetin bu konfransda iştirak etməsi üçün əvvəlcə onun nailiyyətləri, elmi potensialı olmalıdır.

Beynəlxalq əlaqələrimiz olduğu üçün biz tələbəni yalnız Azərbaycan üçün hazırlamırıq. Onların diplomlarının digər ölkələrdə də tanınması və beynəlxalq standartlara uyğun olması önəmlidir. Belə beynəlxalq konfranslar da buna xidmət edir.

Universitetə qəbul olanların sayında dəyişiklik varmı? Ümumiyyətlə, burada təhsil almaq üçün tələb olunan minimum bal nə qədərdir?

- Bu il universitetə qəbul olanların sayı 40 faiz artdı. Gələn il bu göstəricinin daha da yaxşı olması üçün çalışırıq. Əvvəllər qəbul imtahanından ən aşağı bal toplayanlar bizim universitetə üz tuturdu. Artıq buraya 300-dən yuxarı bal toplayanlar qəbul olur. Hətta 500-dən, 600-dən yuxarı bal toplayan bəzi abituriyentlər də bizi seçir. Universitetimizdə təhsil alan tələbələr üçün əlavə təqaüd sistemi də yaratmışıq. Elmi şuranın qərarı ilə hər fakültədən ən yaxşı oxuyan 3 nəfərə rektor təqaüdü təyin etmişik. Bu təqaüdün tələbə üçün böyük əhəmiyyəti var.

Akif müəllim, 2020-ci ildə universitet 50 illiyini qeyd edəcək. Gələcək üçün hansı planlarınız var?

- Əsas vəzifəmiz Texnologiya Universitetinin reytinqini artırmaqdır. Bu gün universitetin tədris sahəsinin daha da genişləndirilməsi, tələbələrin, kadrların sayının artırılması üçün tədbirlər görürük. Biz Gəncədə bir çox işimizlə digər təhsil müəssisəsindən öndəyik və onlara nümunəyik.

Hansı xarici universitetlərlə əməkdaşlıq edirsiniz?

- Çoxdur, amma onlardan əsasları Türkiyədəki Rəcəb Tayyib Ərdoğan Universiteti, Rusiyada Nijni Novqorod Dövlət Universitetidir. Tələbələrimiz bu universitetlərə biliklərini daha da artırmaq üçün üz tuturlar.

Bəs yerli şirkətlər sizinlə əməkdaşlıq edirmi?

- Bakı Beynəlxalq Dəniz Ticarət Limanı müəssisəsi var. Bu, neft layihəsinə bərabər layihədir. Havadan sudan, qurudan gələn yüklər Azərbaycandan keçir. Bizim coğrafi mövqeyimiz buna imkan verir ki, bu yükləri daha tez mənzil başına çatdıraq. Əvvəl bir aya gedən yüklər artıq 3 günə danışacaq. "Port Baku” şirkəti bizim universitetdə laboratoriya yaradıb. 10 tələbəmizi müasir texnologiyaları öyrənmək üçün xaricdə təhsil almağa göndərdilər. Oranın mütəxəssisləri də bizim tələbələrimizə təlim keçirlər və öz müəssisələrinə dəvət edirlər. Belə bir müəssisə bizimlə birlikdə çalışır. Bir çox şirkətin bu gün bizim universitetə böyük marağı var. Yuxarı kurs tələbələrimiz bizimlə əməkdaşlıq edən müəssisələrdə artıq yarımştat işə götürülür.

- Azərbaycan Texnologiya Universiteti publik hüquqi şəxsə çevrilmək üçün lazım olan standartlara cavab verir?

- Universitetin publik hüquqi şəxsə çevrilməsi üçün strukturlarda, müəssisələrdə interqasiya getməlidir. Mənə elə gəlir ki, Texnologiya Universiteti publik hüquqi şəxsə çevrilə bilər.

Yusif Osmanli




{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
“28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının fəaliyyəti dayandırılır Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq... - HAVA Jurnalistlərə və hüquq-mühafizə orqanlarına mitinqlə bağlı — ÇAĞIRIŞ ABŞ-da sərnişin təyyarəsi qəzaya uğradı: ölən və yaralılar var Metronun "28 May" stansiyası qarşısındakı meydan polis tərəfindən mühasirəyə alındı Maraqla gözlənilən dörd oyunu izləyəcəyiniz telekanallar Enerji içkiləri azyaşlılara satılmayacaq: QARŞISI ALINA BİLƏCƏKMİ? Bakıda tikintidə FACİƏ: başına boru düşən fəhlə öldü Doqquz ayda əhalinin gəlirləri 42,2 milyard manat təşkil edib Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE Avropa Oyunlarının qalibi hərbçilərin Dünya Oyunlarında iştirak edəcək Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb "Barış pınarı" təəssüratı: Bizdə də "İsa bulağı" hərəkatı baş versəydi... - Gözlənti Avropa Birliyinin rəhbəri ağladı Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır Paşinyanın saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı Milli Məclis gələn həftə toplanır Azərbaycanda saxta şpirislər satılır - TƏHLÜKƏ "Tapança Adil"ə hökm oxundu Sabah Bakıya yağış yağacaq - PROQNOZ Erməni generaldan SENSASİON AÇIQLAMA: Azərbaycan qəfil hücuma keçəcək Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA APOEL-in aparıcı üzvü sağaldı Türkiyənin uğuru dünya mediasında - "Ərdoğan istədiyini aldı" ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi Prezident Xalq artistinə ev verdi Əkrəm İmamoğlundan Müstəqillik günü TƏBRİKİ Bu ərazilərdə qaz olmayacaq sakinlərinin NƏZƏRİNƏ İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb Mehriban Əliyeva Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür İlham Əliyevdən yeni SƏRƏNCAM Zakir Həsənov Çinə səfər edəcək Prezident Faiq Qarayevi təltif etdi Putin və Ərdoğan bu tarixdə görüşəcək Tramp İtaliya prezidentini italyan pendiri ilə səhv saldı Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil Problemi krediti olanların nəzərinə: Siyahı hazırlandı Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb Sabah 26 dərəcə isti olacaq Çavuşoğlu və Trampın müşaviri arasında görüş keçirilib - Video Bu şəxslərə əsgərlikdən möhlət hüququ verilməyəcək Neymarsız 318 gün Rusiyada Azərbaycanın turizm potensialının təbliğatı genişləndirilir Türkiyədən Trampın məktubuna sərt cavab - "Zibil qutusuna atıldı" Həcc ziyarətinə gedən insan özünü “hacı” adlandıra bilərmi? — İlahiyyatçıların FİKİR QARŞIDURMASI Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Sumqayıtda qızıl oğruları tutuldu Caspian European Club-un ümumi toplantısı keçirilib Bakıda dəhşətli qətl: kürəkən arvadını və qayınanasını öldürüb yandırdı Ərdoğan Rusiyaya səfər edəcək Cəbhədən son məlumat - Müdafiə Nazirliyi Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA Messi 6-cı dəfə “Qızıl buts” aldı Bakıda avtobus dayanacağında 2 nəfəri öldürmək istədilər – ŞOK CİNAYƏT "Barış Pınarı" bölgə üçün nə vəd edir? – Politoloqdan açıqlama Rafael Cəbrayılov villasını satışa çıxardı - Borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur Minlərlə insana ŞAD XƏBƏR- Prezident 7 milyon manat ayırdı ABŞ-da həbs edilmiş azərbaycanlı iş adamının təqsirsiz olduğu sübut olundu Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir Qeyri neft-qaz sektorunda nə qədər artım olub? - RƏSMİ Azərbaycanda qadın dəhşətli qəza törətdi: Ölən var “Bremen musiqiçiləri” maraqla qarşılanıb Fati İspaniya millisində debüt etdi Milli Şuranın mitinqinə icazə verildi Müdafiə Nazirliyinin yüksək vəzifəlisi işdən çıxarıldı - RƏSMİ Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Prokurordan Elinanın intihar etdiyi məktəb direktoruna CƏZA TƏLƏBİ Qəzada vəfat edən azərbaycanlı biznesmen kim idi? “Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb” Ərdoğan Bakıda dollardan imtina etməyi - TƏKLİF EDİB Bakıya gətirilən yeni avtobuslar ilin sonuna qədər istifadəyə veriləcək Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub Vilayət Eyvazova ağır itki üz verdi Deputatın və generalın qohumu məhkəmə qarşısında Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi Azərbaycan və Türkiyə prezidentləri dünyaya BELƏ MESAJ VERDİ “Səni məhkəməyə verəcəm” — Elza Seyidcahan Xatunu HƏDƏLƏDİ – VİDEO Əliqismət Lalayev: 650 min ağacın əkilməsi olduqca böyük humanist addımdır Məşhur repçi futbol klubu satın aldı İlham Əliyev: “Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur” Bakıda bu şirkətin pul dolu seyfi oğurlandı Hava dəyişkən buludlu olacaq Türkiyənin apardığı müharibə Azərbaycan iqtisadiyyatına da təsir edəcək Bakıda 10 məktəb direktoru işdən çıxarılıb Azərbaycanda pensiya yaşı belə hesablanacaq - Yenilik “Maşın”ın finalçıları bəlli oldu Qarabağ münaqişəsi Bakının lehinə həll oluna bilər - SENSASİON AÇIQLAMA Tovuzda avtomobil motosikletlə toqquşdu - Ölən var Azərbaycanın mədəni irsi Seulda beynəlxalq festivalda təqdim olunub 3 polis və 1 həbsxana rəisi saxlanıldı - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib "Bəlkə, bu gün Kəmalə oyundan çıxacaq?" - Açıqlama İlham Əliyev Ərdoğanla görüşdü - FOTO Əbülfəs Qarayev Bakıda vətəndaşları qəbul edib Diri-diri basdırılan körpə sağ qaldı Prezidentdən vacib - FƏRMAN Evi olanlarla bağlı yeni qanun - Bunu etməyənlər cərimələnəcək Yasamalda silahlı İNSİDENT- Qonusunu evinə dəvət etdi və...