Quda olacağı qadının başına oyun açdı - Özünü "Hacı" kimi tanıdan şəxsin ŞOK ƏMƏLLƏRİ


Dələduzluq əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilmiş 1974-cü il təvəllüdlü Nağıyev Mirəli Mirənnağı oğlunun işinə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

tereqqi.az xəbər verir ki, apelyasiya şikayəti əsasında Cinayət Məcəlləsinin 178.3.2 – külli miqdarda zərər vurmaqla dələduzluq əməli törətmiş M.Nağıyev yenidən hakim qarşısına çıxarılacaq. İşə Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Mirəli Nağıyev əvvəlcədən tanıdığı Pərinisə Cəfərova və Cəlal Ələkbərova qarşı dələduzluq edib. Onların etibarından sui-istifadə edərək pullarını ələ keçirib.

Nağıyev Rusiyada şirkət açmaq, biznes qurmaq adı ilə Pərinisə Cəfərovadan ümumilikdə 142 min manat, Cəlal Ələkbərovdan isə 22 min manat pul alıb. Nağıyev həqiqətən də Rusiyada ticarətlə məşğul olub. Amma zərərçəkmiş şəxslərə yalan vəd verərək onların pulunu ələ keçirib.
Zərərçəkmiş qadın Bakı Ağır Cinayətlər Məhkəməsindəki proses zamanı deyib ki, Mirəlini dindar, hacı biri kimi tanıyıb: "Mirəlini atasına, qardaşına, anasına görə tanımışam. Onun ailəsi ilə yaxın münasibətimiz olub, qonşu olmuşuq. Tez-tez ehsan, iftar süfrələrində, məclislərdə görüşmüşük. Onlara ailəm kimi münasibət göstərmişəm. Mirəlini də öz övladım kimi qəbul eləmişəm. Aramızda da səmimi, ailə üzvü kimi münasibət olub. Mirəli Moskvada işləyirdi. Ailəsinə, qohumlarına yaxşı baxırdı. Mən onların ailəsində Mirəlini ən sonda tanımışam, o da Moskvadan gələndən sonra. Oğlum universitetə qəbul olanda bizə hədiyyə olaraq kondisioner alıb göndərmişdi. Hətta oğlum üçün qurban da kəsdirdi. Həmin qurban payından bizim evə bir tikə də gəlmədi. Ehsan kimi ehtiyacı olanlara payladı. Həmişə bizə özünü yaxşı adam kimi göstərib. Onun atası, anası məni öz övladı kimi tanıyıb. Biz onlarla quda da olacaqdıq. Onlar öz övladlarını mənə əmanət edirdilər. Mirəlini həbsdə görmək indi də mənim ürəyimi parçalayır. Amma mənə o qədər zərər vurublar ki, əsəblərim pozulub xəstəlik tapmışam, saçlarım tökülüb, illərlə müalicə almışam. Ondan mənəvi təzminat da tələb edirəm. Məni o həddə çatdırdılar ki, şikayət elədim. Sübut etmək istədim ki, bu pulu verən qadın onu geri də ala bilər”.

Zərərçəkmişin ifadəsindən məlum olub ki, Mirəli Nağıyevə pul verdikdən sonra bəzi söz-söhbətlər də ortaya çıxıb: "Mənim namusumla bağlı da söz çıxardılar. Guya mən ona pul xərcləmişəm. Bəzi ağılsızlar da buna inandı. Bir insana yaxşılıq eləmək, borc vermək, sonra da iş qurmaq istəmək nə vaxtdan qəbahət olub? Təkrar edirəm ki, biz onlarla bir ailə kimi olmuşuq. Mirəlinin qızını tək övladıma, oğluma alcaqdım. Onlar qız övladlarının namusunu belə mənə əmanət ediblər. İndi necə olur ki, belə söz-söhbətlər çıxarırlar? Mən evimi də satmışdım. Əlimdə pul var idi. Bunu Mirəli də bilirdi. Bir neçə dəfə məndən borca pul istədi. Dəfələrlə alıb və vaxtında da qaytarıb. Hətta 30 min verdiyim vaxt da olub ki, dediyi gün çatdırıb. Mənə iş görməklə bağlı təklif edəndə oğlumla məsləhətləşdik. Mirəliyə hamımız inandığımız üçün iş görməyi razılaşdırdıq. Bir gün Mirəli mənə zəng edib dedi ki, həcc ziyarətindədir. Söylədi ki, Moskvada iş qurmağına kömək edəcək şəxslər də onunladır. 60 min pul lazım olduğunu dedi. Bildirdi ki, həmin şəxslərin yanında etibarını itirməmək üçün pul çatdırmalıdır. Mənə onu da dedi ki, guya həcdə mənim adımdan da qurban kəsdirib. Mən də dedim ki, həmin qurbanın pulunu mütləq sənə verməliyəm. Nəsə, bu məni yenə inandırdı və pulu Bakıda onun dediyi şəxsə verdim. Bu adla bir neçə dəfə məndən pul aldı. Guya quracağı şirkətə direktor kimi də mənim oğlumu qoyacaqdı. Biz də oğlumla razılaşmışdıq ki, iş qurulanda Moskvaya köçək. Bu işlər 2014-cü ildən başlayıb. Neçə dəfə pulumu geri istədim. Dedi ki, Moskvadakı işində pulları var və çıxaran kimi verəcək. Sonra guya Xırdalanda yüz min dəyəri olan evi mənim adıma keçirirdi. Məlum oldu ki, həmin evin sənədləri də doğru deyil”.(publika az)


{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
“28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının fəaliyyəti dayandırılır Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq... - HAVA Jurnalistlərə və hüquq-mühafizə orqanlarına mitinqlə bağlı — ÇAĞIRIŞ ABŞ-da sərnişin təyyarəsi qəzaya uğradı: ölən və yaralılar var Metronun "28 May" stansiyası qarşısındakı meydan polis tərəfindən mühasirəyə alındı Maraqla gözlənilən dörd oyunu izləyəcəyiniz telekanallar Enerji içkiləri azyaşlılara satılmayacaq: QARŞISI ALINA BİLƏCƏKMİ? Bakıda tikintidə FACİƏ: başına boru düşən fəhlə öldü Doqquz ayda əhalinin gəlirləri 42,2 milyard manat təşkil edib Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE Avropa Oyunlarının qalibi hərbçilərin Dünya Oyunlarında iştirak edəcək Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb "Barış pınarı" təəssüratı: Bizdə də "İsa bulağı" hərəkatı baş versəydi... - Gözlənti Avropa Birliyinin rəhbəri ağladı Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır Paşinyanın saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı Milli Məclis gələn həftə toplanır Azərbaycanda saxta şpirislər satılır - TƏHLÜKƏ "Tapança Adil"ə hökm oxundu Sabah Bakıya yağış yağacaq - PROQNOZ Erməni generaldan SENSASİON AÇIQLAMA: Azərbaycan qəfil hücuma keçəcək Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA APOEL-in aparıcı üzvü sağaldı Türkiyənin uğuru dünya mediasında - "Ərdoğan istədiyini aldı" ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi Prezident Xalq artistinə ev verdi Əkrəm İmamoğlundan Müstəqillik günü TƏBRİKİ Bu ərazilərdə qaz olmayacaq sakinlərinin NƏZƏRİNƏ İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb Mehriban Əliyeva Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür İlham Əliyevdən yeni SƏRƏNCAM Zakir Həsənov Çinə səfər edəcək Prezident Faiq Qarayevi təltif etdi Putin və Ərdoğan bu tarixdə görüşəcək Tramp İtaliya prezidentini italyan pendiri ilə səhv saldı Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil Problemi krediti olanların nəzərinə: Siyahı hazırlandı Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb Sabah 26 dərəcə isti olacaq Çavuşoğlu və Trampın müşaviri arasında görüş keçirilib - Video Bu şəxslərə əsgərlikdən möhlət hüququ verilməyəcək Neymarsız 318 gün Rusiyada Azərbaycanın turizm potensialının təbliğatı genişləndirilir Türkiyədən Trampın məktubuna sərt cavab - "Zibil qutusuna atıldı" Həcc ziyarətinə gedən insan özünü “hacı” adlandıra bilərmi? — İlahiyyatçıların FİKİR QARŞIDURMASI Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Sumqayıtda qızıl oğruları tutuldu Caspian European Club-un ümumi toplantısı keçirilib Bakıda dəhşətli qətl: kürəkən arvadını və qayınanasını öldürüb yandırdı Ərdoğan Rusiyaya səfər edəcək Cəbhədən son məlumat - Müdafiə Nazirliyi Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA Messi 6-cı dəfə “Qızıl buts” aldı Bakıda avtobus dayanacağında 2 nəfəri öldürmək istədilər – ŞOK CİNAYƏT "Barış Pınarı" bölgə üçün nə vəd edir? – Politoloqdan açıqlama Rafael Cəbrayılov villasını satışa çıxardı - Borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur Minlərlə insana ŞAD XƏBƏR- Prezident 7 milyon manat ayırdı ABŞ-da həbs edilmiş azərbaycanlı iş adamının təqsirsiz olduğu sübut olundu Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir Qeyri neft-qaz sektorunda nə qədər artım olub? - RƏSMİ Azərbaycanda qadın dəhşətli qəza törətdi: Ölən var “Bremen musiqiçiləri” maraqla qarşılanıb Fati İspaniya millisində debüt etdi Milli Şuranın mitinqinə icazə verildi Müdafiə Nazirliyinin yüksək vəzifəlisi işdən çıxarıldı - RƏSMİ Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Prokurordan Elinanın intihar etdiyi məktəb direktoruna CƏZA TƏLƏBİ Qəzada vəfat edən azərbaycanlı biznesmen kim idi? “Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb” Ərdoğan Bakıda dollardan imtina etməyi - TƏKLİF EDİB Bakıya gətirilən yeni avtobuslar ilin sonuna qədər istifadəyə veriləcək Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub Vilayət Eyvazova ağır itki üz verdi Deputatın və generalın qohumu məhkəmə qarşısında Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi Azərbaycan və Türkiyə prezidentləri dünyaya BELƏ MESAJ VERDİ “Səni məhkəməyə verəcəm” — Elza Seyidcahan Xatunu HƏDƏLƏDİ – VİDEO Əliqismət Lalayev: 650 min ağacın əkilməsi olduqca böyük humanist addımdır Məşhur repçi futbol klubu satın aldı İlham Əliyev: “Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur” Bakıda bu şirkətin pul dolu seyfi oğurlandı Hava dəyişkən buludlu olacaq Türkiyənin apardığı müharibə Azərbaycan iqtisadiyyatına da təsir edəcək Bakıda 10 məktəb direktoru işdən çıxarılıb Azərbaycanda pensiya yaşı belə hesablanacaq - Yenilik “Maşın”ın finalçıları bəlli oldu Qarabağ münaqişəsi Bakının lehinə həll oluna bilər - SENSASİON AÇIQLAMA Tovuzda avtomobil motosikletlə toqquşdu - Ölən var Azərbaycanın mədəni irsi Seulda beynəlxalq festivalda təqdim olunub 3 polis və 1 həbsxana rəisi saxlanıldı - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib "Bəlkə, bu gün Kəmalə oyundan çıxacaq?" - Açıqlama İlham Əliyev Ərdoğanla görüşdü - FOTO Əbülfəs Qarayev Bakıda vətəndaşları qəbul edib Diri-diri basdırılan körpə sağ qaldı Prezidentdən vacib - FƏRMAN Evi olanlarla bağlı yeni qanun - Bunu etməyənlər cərimələnəcək Yasamalda silahlı İNSİDENT- Qonusunu evinə dəvət etdi və...