Valday. Qarabağ Azərbaycandır! - XÜSUSİ REPORTAJ


Rusiyanın Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısı bir sıra məqamları ilə yadda qalıb. Dünya siyasi arenasına mühüm mesajların verildiyi bu toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışı siyasi ekspertlərin diqqətini cəlb edib. "Valday" forumunun yadda qalan məqamları və siyasi analitiklərin fikirləri barədə APA -nın forumu işıqlandıran Rusiyada üzrə xüsusi müxbiri Fərid Əkbərov yazır.
Oktyabrın 3-də Rusiya prezidenti və dörd ölkə liderinin iştirakı ilə baş tutan "Valday" Beynəlxalq Diskussiya Klubunun əsas plenar iclası ilk baxışdan Asiya problemlərinə həsr olunsa da, Qərbə xeyli mesajlarla yadda qaldı.
Plenar iclas yerli vaxtla saat 17.00-ə təyin olunsa da, 40 dəqiqə gecikmə ilə başladı. Buna qədər isə Rusiya Prezidentinin səhər saatlarından başlayan ikitərəfli görüşləri davam edirdi. "Valday"da kifayət qədər nüfuzlu dövlət adamı vardı. Rusiya Prezidenti ilə yanaşı Azərbaycan, Qazaxıstan və Filippin prezidentləri və İordaniya kralı budəfəki forumun əsas iştirakçıları idilər.
"Əgər bu foruma kimisə dəvət etmək vacib idisə, bu məhz Azərbaycan Prezidenti olmalı idi"
Rusiyanın "Kommersant" qəzetinin şərhçisi, prezident Vladimir Putinin şəxsi jurnalisti kimi tanınanAndrey Kolesnikovdeyir ki, Azərbaycanın Valday forumunda dövlət başçısı səviyyəsində iştirakı tədbirin əhəmiyyətini daha da artırır: "Çünki budəfəki forumda müzakirə olunacaq regionun əsas ölkələrindən biri məhz Azərbaycandır. Ölkənizin regiona təsiri çox böyükdür. Regionda gedən proseslərdə Azərbaycanın mövqeyini nəzərə almamaq mümkün deyil. Ona görə də hesab edirəm ki, əgər bu foruma kimisə dəvət etmək vacib idisə, bu, məhz Azərbaycan prezidenti olmalı idi".
Putin ilk ikitərəfli görüşünü də Azərbaycan lideri İlham Əliyevlə keçirdi. Görüşdə Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə olundu. Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev APA -ya müsahibəsində Əliyevlə Putin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin, siyasi, iqtisadi, humanitar, hərbi və hərbi əməkdaşlıq sahəsində əlaqələrin müzakirə olunduğunu söyləyib. Administrasiya rəsmisi dövlət başçılarının görüşündə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğunu vurğulayıb.
"Qarabağ Azərbaycandır və nida"
Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan prezidenti "Valday" forumun əsas plenar iclasında da toxunub. Belə ki, bütün dünya mediasının diqqətinin olduğu bir tədbirdəErmənistanın Baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına Azərbaycan Prezidenti İlham Əliyevdən cavab gəldi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur, yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistan Baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq dedi: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Xatırladaq ki, Nikol Paşinyan o sözləri işğal altındakı Xankəndində demişdi. Dövlət başçımız isə Rusiya Prezidenti Vladimir Putin və dünyanın onlarla tanınmış beyin mərkəzlərinin analitiklərinin qarşısında “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini bir daha bəyan etdi.
Siyasi analitiklər: "Azərbaycan Prezidentinin çıxışı "Valday" klubunun tarixində qalacaq"
Azərbaycan Prezidentinin çıxışı dünyanın tanınmış siyasi analitiklərinin diqqətini cəlb edib. Belə ki, siyasi ekspertlər prezident İlham Əliyevin çıxışını, səsləndirdiyi bəyanatları "Valday" klubunun tarixində qalacağını bildiriblər.
"Valday" Beynəlxalq Diskussiya Klubunun yaradıcılarından biri, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının Rəyasət Heyətinin üzvü, plenar sessiyasının moderatoru, rusiyalı siyasi analitikFyodr Lukyanov APA -ya müsahibəsində Azərbaycan Prezidentinin çıxışına toxunaraq bildirib ki, İlham Əliyevin Qarabağla bağlı bəyanatı Paşinyanın məlum bəyanatına qaçılmaz cavab idi: "Valday" klubunun plenar sessiyasında dövlət başçılarının çıxışları göstərdi ki, müasir dünyada beynəlxalq siyasət böyük həcmdə daxili siyasət tərəfindən sıxışdırılır. Bir çox siyasi lider beynəlxalq problemlərin həlli ilə deyil, öz ölkəsi daxilində qarşısına qoyduğu məqsədə çatmağa çalışır. Ermənistan Baş naziri Paşinyan da ölkəsi daxilindəki vəziyyəti yaxşı anlayır. O, məlum bəyanatı verməklə, ilk növbədə, daxili auditoriyaya işlədiyini göstərib. Ona görə də hesab edirəm ki, İlham Əliyevin "Valday" forumunda Qarabağla bağlı bəyanatı Paşinyanın məlum bəyanatına qaçılmaz cavab idi".
F. Lukyanov Prezident İlham Əliyevlə forum çərçivəsində söhbətləşmək imkanı tapdığını və dövlət başçımızın böyük siyasi dünyagörüşünə malik olduğunu da xüsusi vurğulayıb.
Almaniyalı tanınmış siyasi ekspertAleksandr Rarisə Prezident İlham Əliyevin çıxışını şərh edərək bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün ən başlıca problemdir: "Ona görə də, təbiidir ki, Azərbaycan Prezidenti belə böyük beynəlxalq forumda bu problemi yenidən gündəmə gətirdi, öz mövqeyini açıq-aydın izah elədi. Və ən əsası da Ermənistan Baş nazirinin cavabını verdi".
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin professoru Sergey Luzyanin isə Prezident İlham Əliyevin Qarabağla bağlı bəyanatını böyük siyasi platformadan səsləndirilən rəsmi mövqe kimi qiymətləndirib:"Prezident İlham Əliyev rəsmi Bakının mövqeyini böyük siyasi platformadan bir daha səsləndirdi. Burada ən vacib məqamlardan biri Azərbaycan Prezidentinin Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu xüsusi qeyd etməsi idi. Mənə elə gəlir ki, Qarabağ problemi Əliyevlə Putin arasında keçirilən görüşdə də əsas müzakirə mövzularından biri olub".
P.S Prezident İlham Əliyev Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır. Nöqtə" sayıqlamasına cavab vermək üçün ən yaxşı platformanı seçmişdi. Siyasət elmində "diplomatik nokaut" deyilən bir anlayış varsa, bu cavab məhz o idi...




{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil Problemi krediti olanların nəzərinə: Siyahı hazırlandı Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb Sabah 26 dərəcə isti olacaq Çavuşoğlu və Trampın müşaviri arasında görüş keçirilib - Video Bu şəxslərə əsgərlikdən möhlət hüququ verilməyəcək Neymarsız 318 gün Rusiyada Azərbaycanın turizm potensialının təbliğatı genişləndirilir Türkiyədən Trampın məktubuna sərt cavab - "Zibil qutusuna atıldı" Həcc ziyarətinə gedən insan özünü “hacı” adlandıra bilərmi? — İlahiyyatçıların FİKİR QARŞIDURMASI Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Sumqayıtda qızıl oğruları tutuldu Caspian European Club-un ümumi toplantısı keçirilib Bakıda dəhşətli qətl: kürəkən arvadını və qayınanasını öldürüb yandırdı Ərdoğan Rusiyaya səfər edəcək Cəbhədən son məlumat - Müdafiə Nazirliyi Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA Messi 6-cı dəfə “Qızıl buts” aldı Bakıda avtobus dayanacağında 2 nəfəri öldürmək istədilər – ŞOK CİNAYƏT "Barış Pınarı" bölgə üçün nə vəd edir? – Politoloqdan açıqlama Rafael Cəbrayılov villasını satışa çıxardı - Borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur Minlərlə insana ŞAD XƏBƏR- Prezident 7 milyon manat ayırdı ABŞ-da həbs edilmiş azərbaycanlı iş adamının təqsirsiz olduğu sübut olundu Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir Qeyri neft-qaz sektorunda nə qədər artım olub? - RƏSMİ Azərbaycanda qadın dəhşətli qəza törətdi: Ölən var “Bremen musiqiçiləri” maraqla qarşılanıb Fati İspaniya millisində debüt etdi Milli Şuranın mitinqinə icazə verildi Müdafiə Nazirliyinin yüksək vəzifəlisi işdən çıxarıldı - RƏSMİ Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Prokurordan Elinanın intihar etdiyi məktəb direktoruna CƏZA TƏLƏBİ Qəzada vəfat edən azərbaycanlı biznesmen kim idi? “Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb” Ərdoğan Bakıda dollardan imtina etməyi - TƏKLİF EDİB Bakıya gətirilən yeni avtobuslar ilin sonuna qədər istifadəyə veriləcək Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub Vilayət Eyvazova ağır itki üz verdi Deputatın və generalın qohumu məhkəmə qarşısında Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi Azərbaycan və Türkiyə prezidentləri dünyaya BELƏ MESAJ VERDİ “Səni məhkəməyə verəcəm” — Elza Seyidcahan Xatunu HƏDƏLƏDİ – VİDEO Əliqismət Lalayev: 650 min ağacın əkilməsi olduqca böyük humanist addımdır Məşhur repçi futbol klubu satın aldı İlham Əliyev: “Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur” Bakıda bu şirkətin pul dolu seyfi oğurlandı Hava dəyişkən buludlu olacaq Türkiyənin apardığı müharibə Azərbaycan iqtisadiyyatına da təsir edəcək Bakıda 10 məktəb direktoru işdən çıxarılıb Azərbaycanda pensiya yaşı belə hesablanacaq - Yenilik “Maşın”ın finalçıları bəlli oldu Qarabağ münaqişəsi Bakının lehinə həll oluna bilər - SENSASİON AÇIQLAMA Tovuzda avtomobil motosikletlə toqquşdu - Ölən var Azərbaycanın mədəni irsi Seulda beynəlxalq festivalda təqdim olunub 3 polis və 1 həbsxana rəisi saxlanıldı - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib "Bəlkə, bu gün Kəmalə oyundan çıxacaq?" - Açıqlama İlham Əliyev Ərdoğanla görüşdü - FOTO Əbülfəs Qarayev Bakıda vətəndaşları qəbul edib Diri-diri basdırılan körpə sağ qaldı Prezidentdən vacib - FƏRMAN Evi olanlarla bağlı yeni qanun - Bunu etməyənlər cərimələnəcək Yasamalda silahlı İNSİDENT- Qonusunu evinə dəvət etdi və... Kremldə Rusiya –Türkiyə münasibətləri müzakirə olundu Vamiq Məmmədəliyev: Haqq dərgahından çox danışdı və haqqın dərgahına getdi - YENİLƏNİB Özbəkistan Prezidenti Azərbaycana gəlib Qırğızıstan Prezident Sooronbay Jeenbekov Azərbaycan rəsmi səfər gəlir Millimizlə oyunu buraxacaq - Uels yığmasında itki Sabahın havası — AÇIQLAMA Əməyin Mühafizəsi Fondu nə vaxt fəaliyyətə başlayacaq? "Azərbaycanda 4 günlük iş həftəsi əməkhaqqına təsir edə bilər" - Nazir Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz əlli milyon Çavuşoğlu: "Özbəkistanın Türk Şurasında iştirakı təşkilatı daha da gücləndirəcək" Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verdi Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız gediş-gəliş haqda sazişə dəyişiklik edilib Erməni silahlı bölmələri atəşkəsi 22 dəfə pozub Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri qarşımızda yeni tapşırıaqlar qoyur — Zakir Həsənov Bu marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdiriləcək Utanmasan, oynamağa nə var ki... - Paşinyan özü-özünü İFŞA EDİR Tarixçi Prezidentin çıxışından sonra yeni faktlar açıqladı Daha bir veteran cüdoçumuz dünya çempionu oldu Bakıda qonşular arasında dava, gənc oğlan bıçaqlandı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib Terrorçular Türk ordusunun qarşısında ağlamağa başladı - VİDEO "Maşın şou"da QALMAQAL - Əvvəlcə hədəf göstərdi, sonra isə... Vilayət Eyvazov yol polisinin 10 əməkdaşını işdən qovdu "Boşanmış qadınla ailə qurmaq zina sayılmır"- İlahiyyatçı alimdən Sərdar Cəlaloğluna CAVAB Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - ARAŞDIRMA Saxta araq satan şəxs HƏBS OLUNDU Türk dünyası üçün ötən 10 il – Belə sazişin imzalanmasına ehtiyac vardı Sabah 27 dərəcə isti olacaq İstilik təchizatı QIŞA HAZIRDIR? - Rəsmi AÇIQLAMA Türkiyə Albaniyaya, Fransa İslandiyaya qarşı - Yenilənir SOCAR istiqrazlarının 12-ci faiz ödənişi həyata keçiriləcək Emmanuel Makron İlham Əliyevdən dəstək istədi “Azeri Light” markalı neftin qiyməti ucuzlaşdı Metroda karta pul yükləməyə ehtiyac olmayacaq 60 yaşlı veteranımız doqquzuncu dəfə dünya çempionu oldu - FOTO Bugünkü valyuta məzənnəsi