Rövnəq Abdullayev Binəqədidə baş vermiş qarşıdurmadan danışdı


SOCAR-ın Prezidenti Rövnəq Abdullayev şirkətin mühafizə xidmətinin əməkdaşları ilə Binqədidə qanunsuz tikinti aparmağa cəhd edən şəxs və onun köməyə çağırdığı qrup arasında baş vermiş, günlərdir müzakirə olunan qarşıdurma haqda danışıb. Oxu.az-a müsahibəsində SOCAR prezidenti bunları deyib:

– Rövnəq müəllim, bir neçə gündür gündəmi zəbt edən hadisə ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
– Əvvəlcə bu məsələdə təmkinli davranan başda bütün qazilərimizə, şəhid ailələrimizə təşəkkür edirəm. Eyni zamanda, siz jurnalistlərə də obyektivliyiniz və operativliyiniz üçün təşəkkürlərimi bildirirəm.

Bilirsiniz, bu hadisədə bizi ən çox məyus edən qazilərimizin adından istifadə edilməsi oldu. Qeyd edim ki, qazilərimizə, şəhidlərimizə, şəhid ailələrinə hörmət, onlara ehtiram həm bir vətəndaş kimi, həm də məmur kimi borcumuzdur.
Rəhbərlik etdiyim SOCAR şirkətində də bu prinsiplər prioritetdir. SOCAR-da minlərlə qazi, şəhid ailəsi üzvləri işləyir. Biz həmişə onlara xüsusi diqqət və qayğı göstəririk. Bunu SOCAR-da işləyən hər kəs bilir.

– Hadisə barədə sizə nə zaman məlumat verildi?

– Bu hadisə baş verdikdən sonra mənə məlumat verildi. Məsələnin həssaslığını nəzərə alaraq dərhal tapşırıq verdim ki, hadisə araşdırılsın, əgər şirkətin əməkdaşlarının səhvi varsa, lazımi tədbirlər görülsün. Bir daha qeyd edim ki, qazilərimiz, şəhid ailələrimiz, Vətənimizin keşiyində dayanmış şəxslər bizim ən həssas yerimizdir.

Bizim onlara qayğımız həm də Ali Baş Komandanımızın tapşırığıdır, bizim vəzifə öhdəliyimizdən biridir. Bütün dövlət qurumları kimi, biz də onlara qarşı məsuliyyətli davranırıq. Ancaq araşdırmalarımız, videogörüntülər onu göstərdi ki, hadisə zamanı həmin şəxslər tikintiyə aidiyyəti olmayan bir qrup əlildən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini yerinə yetirən SOCAR-ın Təhlükəsizlik Xidmətinin əməkdaşlarına xidməti vəzifəsini yerinə yetirməkdə mane olurlar.

– İctimaiyyətdə hadisənin başvermə səbəbi ilə bağlı bir çox versiyalar var. SOCAR mühafizəçiləri ilə bir qrup şəxs arasında yaşanmış bu insidentə nə səbəb olmuşdu?

– Sentyabrın 27-də Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünövrə tökülməsi işlərinin aparılmağa başlanılması barədə məlumat almışıq. Həmin idarəyə məxsus ərazilər SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilir.

Bir gün sonra – sentyabrın 28-də Təhlükəsizlik İdarəsinin 35 saylı mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə qanunsuz inşaat işlərinin davam etdirildiyini aşkarlayıb, ərazini zəbt etməyə cəhd göstərən şəxsə tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq ediblər.
Bu vaxt qanunsuz tikinti aparan şəxsin çağırışı ilə əraziyə bir qrup adam gəlib. Özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bu şəxslər mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər.

SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən özlərini müdafiə etməyə çalışıb, hadisə yerinə polis əməkdaşlarını çağırıblar. Hətta, insident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən bir neçə əməkdaşımıza – qarovul rəisinə və mühafizə komandasının digər əməkdaşlarına bədən xəsarətləri yetiriblər.

– Qeyd etdiniz ki, tikinti aparan şəxs bir qrup şəxsi dəvət edərək, bu insidentin yaranmasına səbəb olub. Bəs bu hadisənin baş verməməsi üçün başqa addımlar atıla bilərdimi?

– Bilirsiniz ki, SOCAR dövlət şirkətidir. O ərazilər də bilavasitə dövlətin ərazisi sayılır. Mətbuatda yayılan videoları mən də izlədim. O çəkilişlərdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də, polis əməkdaşlarını təqib edərək, onlara xətər yetirir, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərir, dövlətə qarşı qanunsuz çağırışlar səsləndirirlər. Qarabağ qaziləri, şəhid ailələri bizim başımızın tacıdır. Ancaq onların bu addan istifadə edən təxribatçılar olduğu artıq heç kimə sirr deyil.

– Hadisə zamanı və ondan sonra çəkilən videogörüntülərdən bəhs etdiniz. Onların Qarabağ qazisi olmadığını necə təyin etmək mümkündür?

– Hadisə yerindən çəkilmiş fotolardan, videogörüntülərdən məlum olur ki, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən şəxslər hadisə yerinə gəldikləri maşınların dövlət nömrə nişanlarını çıxarıb və göründüyü kimi, əvvəlcədən düşünülmüş plan üzrə öz hüquqazidd əməllərini həyata keçirirlər.
Biz, əlbəttə ki, araşdırmalardan sonra bu qənaətə gəldik. Hətta, özünü qazi adlandıran bu şəxslərin əməllərini elə qazilər tənqid etdilər, əlil cəmiyyətləri, ictimai şəxslər onların bu əməllərini pislədi. Onlar təkcə SOCAR mühafizə idarəsinin əməkdaşlarına deyil, eyni vaxtda polislərə qarşı da təxribata əl atmaqdan çəkinmədilər.

Hansı Qarabağ qazisi müharibə vaxtı çiyin-çiyinə vuruşduğu polis əməkdaşına əl qaldırar? Həmçinin, o mühafizəçilər qazilərimizin övladı, oğlu yaşındadır. İnanın ki, heç bir qazimiz övladı yaşında uşağa əl qaldırmaz, bu, bizim milli xüsusiyyətlərimizlə, ənənələrimizlə ziddiyyət təşkil edir.  



{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Çavuşoğlu və Trampın müşaviri arasında görüş keçirilib - Video Bu şəxslərə əsgərlikdən möhlət hüququ verilməyəcək Neymarsız 318 gün Rusiyada Azərbaycanın turizm potensialının təbliğatı genişləndirilir Türkiyədən Trampın məktubuna sərt cavab - "Zibil qutusuna atıldı" Həcc ziyarətinə gedən insan özünü “hacı” adlandıra bilərmi? — İlahiyyatçıların FİKİR QARŞIDURMASI Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Sumqayıtda qızıl oğruları tutuldu Caspian European Club-un ümumi toplantısı keçirilib Bakıda dəhşətli qətl: kürəkən arvadını və qayınanasını öldürüb yandırdı Ərdoğan Rusiyaya səfər edəcək Cəbhədən son məlumat - Müdafiə Nazirliyi Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA Messi 6-cı dəfə “Qızıl buts” aldı Bakıda avtobus dayanacağında 2 nəfəri öldürmək istədilər – ŞOK CİNAYƏT "Barış Pınarı" bölgə üçün nə vəd edir? – Politoloqdan açıqlama Rafael Cəbrayılov villasını satışa çıxardı - Borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur Minlərlə insana ŞAD XƏBƏR- Prezident 7 milyon manat ayırdı ABŞ-da həbs edilmiş azərbaycanlı iş adamının təqsirsiz olduğu sübut olundu Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir Qeyri neft-qaz sektorunda nə qədər artım olub? - RƏSMİ Azərbaycanda qadın dəhşətli qəza törətdi: Ölən var “Bremen musiqiçiləri” maraqla qarşılanıb Fati İspaniya millisində debüt etdi Milli Şuranın mitinqinə icazə verildi Müdafiə Nazirliyinin yüksək vəzifəlisi işdən çıxarıldı - RƏSMİ Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Prokurordan Elinanın intihar etdiyi məktəb direktoruna CƏZA TƏLƏBİ Qəzada vəfat edən azərbaycanlı biznesmen kim idi? “Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb” Ərdoğan Bakıda dollardan imtina etməyi - TƏKLİF EDİB Bakıya gətirilən yeni avtobuslar ilin sonuna qədər istifadəyə veriləcək Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub Vilayət Eyvazova ağır itki üz verdi Deputatın və generalın qohumu məhkəmə qarşısında Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi Azərbaycan və Türkiyə prezidentləri dünyaya BELƏ MESAJ VERDİ “Səni məhkəməyə verəcəm” — Elza Seyidcahan Xatunu HƏDƏLƏDİ – VİDEO Əliqismət Lalayev: 650 min ağacın əkilməsi olduqca böyük humanist addımdır Məşhur repçi futbol klubu satın aldı İlham Əliyev: “Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur” Bakıda bu şirkətin pul dolu seyfi oğurlandı Hava dəyişkən buludlu olacaq Türkiyənin apardığı müharibə Azərbaycan iqtisadiyyatına da təsir edəcək Bakıda 10 məktəb direktoru işdən çıxarılıb Azərbaycanda pensiya yaşı belə hesablanacaq - Yenilik “Maşın”ın finalçıları bəlli oldu Qarabağ münaqişəsi Bakının lehinə həll oluna bilər - SENSASİON AÇIQLAMA Tovuzda avtomobil motosikletlə toqquşdu - Ölən var Azərbaycanın mədəni irsi Seulda beynəlxalq festivalda təqdim olunub 3 polis və 1 həbsxana rəisi saxlanıldı - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib "Bəlkə, bu gün Kəmalə oyundan çıxacaq?" - Açıqlama İlham Əliyev Ərdoğanla görüşdü - FOTO Əbülfəs Qarayev Bakıda vətəndaşları qəbul edib Diri-diri basdırılan körpə sağ qaldı Prezidentdən vacib - FƏRMAN Evi olanlarla bağlı yeni qanun - Bunu etməyənlər cərimələnəcək Yasamalda silahlı İNSİDENT- Qonusunu evinə dəvət etdi və... Kremldə Rusiya –Türkiyə münasibətləri müzakirə olundu Vamiq Məmmədəliyev: Haqq dərgahından çox danışdı və haqqın dərgahına getdi - YENİLƏNİB Özbəkistan Prezidenti Azərbaycana gəlib Qırğızıstan Prezident Sooronbay Jeenbekov Azərbaycan rəsmi səfər gəlir Millimizlə oyunu buraxacaq - Uels yığmasında itki Sabahın havası — AÇIQLAMA Əməyin Mühafizəsi Fondu nə vaxt fəaliyyətə başlayacaq? "Azərbaycanda 4 günlük iş həftəsi əməkhaqqına təsir edə bilər" - Nazir Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz əlli milyon Çavuşoğlu: "Özbəkistanın Türk Şurasında iştirakı təşkilatı daha da gücləndirəcək" Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verdi Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız gediş-gəliş haqda sazişə dəyişiklik edilib Erməni silahlı bölmələri atəşkəsi 22 dəfə pozub Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri qarşımızda yeni tapşırıaqlar qoyur — Zakir Həsənov Bu marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdiriləcək Utanmasan, oynamağa nə var ki... - Paşinyan özü-özünü İFŞA EDİR Tarixçi Prezidentin çıxışından sonra yeni faktlar açıqladı Daha bir veteran cüdoçumuz dünya çempionu oldu Bakıda qonşular arasında dava, gənc oğlan bıçaqlandı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib Terrorçular Türk ordusunun qarşısında ağlamağa başladı - VİDEO "Maşın şou"da QALMAQAL - Əvvəlcə hədəf göstərdi, sonra isə... Vilayət Eyvazov yol polisinin 10 əməkdaşını işdən qovdu "Boşanmış qadınla ailə qurmaq zina sayılmır"- İlahiyyatçı alimdən Sərdar Cəlaloğluna CAVAB Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - ARAŞDIRMA Saxta araq satan şəxs HƏBS OLUNDU Türk dünyası üçün ötən 10 il – Belə sazişin imzalanmasına ehtiyac vardı Sabah 27 dərəcə isti olacaq İstilik təchizatı QIŞA HAZIRDIR? - Rəsmi AÇIQLAMA Türkiyə Albaniyaya, Fransa İslandiyaya qarşı - Yenilənir SOCAR istiqrazlarının 12-ci faiz ödənişi həyata keçiriləcək Emmanuel Makron İlham Əliyevdən dəstək istədi “Azeri Light” markalı neftin qiyməti ucuzlaşdı Metroda karta pul yükləməyə ehtiyac olmayacaq 60 yaşlı veteranımız doqquzuncu dəfə dünya çempionu oldu - FOTO Bugünkü valyuta məzənnəsi Ermənistan atəşkəs rejimini 22 dəfə pozub "2020-ci il GƏRGİN OLACAQ" - 2016-cı ilin iqtisadi şokundan çıxmamış... “Qarabağ”ın daha bir futbolçusu sıradan çıxdı “Petkim” Türkiyə və Azərbaycanın ən rəqəmsal şirkəti olacaq