İlham Əliyevin “Valday”dakı çıxışı Ermənistanı partlatdı - İCMAL


Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı hazırda qaynar nöqtəyə çatan Ermənistandakı daxili siyasi vəziyyəti ağırlaşdırıb. 
Media.Az yazır ki, bundan başqa, Azərbaycan dövlət başçısının “Qarabağ – Azərbaycandır. Və nida işarəsi” deyərək açıq bəyanat verməsi Ermənistan Baş naziri “Qarabağ – Ermənistanındır və nöqtə” fikrinin rədd edildiyini göstərir.
Bundan əlavə, Azərbaycan rəhbərliyinin Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağda səsləndirdiyi fikirlərdən sonra verdiyi pauza Yerevana açıq şəkildə anlamağa icazə verdi ki, erməni baş nazirin bu bəyanatı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyib və bu fikirlər “Qarabağ klanı”nda simpatiya yaratmaq üçün deyilib. 
Beynəlxalq ekspertlər Nikol Paşinyanın bəyanatının yolverilməzliyi və məntiqsizliyindən danışıblar, Soçidə keçirilən “Valday” forumu çərçivəsində Rusiya Daxili İşlər naziri Sergey Lavrov da erməni baş nazirin fikirlərini tənqid edib.
Bununla yanaşı, Rusiya xarici siyasət idarəsinin rəhbəri bildirib ki, danışıqlar prosesi dondurulub. Belə ki, İlham Əliyevin dünyanın bir sıra ölkələrinin liderlərinin, aparıcı dünya mütəxəssislərinin qarşısındakı nitqi lazımi vaxtda və yerdə edilib. Bunu hətta Ermənistanda da etiraf ediblər. 
Ötən şənbə günü Yerevanda “Zerkalo” nəşrinin redaksiyasına hücum olub. Aksiya iştirakçıları özləri də etiraf ediblər ki, onlar binada vandalizm aktı həyata keçirmək niyyətində olublar, əgər qapılar açıq olsaydı, bu KİV-i bağlamağı tələb edəcəkdilər. Onlar nəşr tərəfindən yayımlanan “Əliyevdən Paşinyana tutarlı cavab” başlıqlı yazısından qəzəblənmişdilər. 
Bunun daxili siyasi komponenti də var. Redaksiyaya hazırda Ermənistan Konstitusiya məhkəməsinin başçısı Qrayr Tovmasyanın bacısı Anjela Tovmasyan rəhbərlik edir. Q.Tovmasyanın istefasını Paşinyanın tərəfdarları aktiv şəkildə tələb edir.
Paşinyanın “Mənim addımım” fraksiyası bununla bağlı prosesi başladıb və parlament qanun layihəsini təsdiq edərək, Konstitusiya Məhkəməsinə göndərib. Konstitusiya Məhkəməsi Tovmasyanın postunu tərk edib-etməyəcəyinə qərar verəcək. 
Hər halda, erməni sosial şəbəkə və “Telegram” kanal istifadəçiləri Yerevanın “Zerkalo” nəşrinə hücumu dəstəkləyiblər. 
“Ermənistanda beşinci kolonu təmsil edən medianın qorunması fonunda demokratik dəyərlərin qorunduğunu demək təəccüblüdür. Gənclərdən ibarət qrupun dövlətin maraqları əleyhinə işləyən KİV redaksiyasına yumurtalar atması “antidemokratik” addımdır.
Nə qədər ki respublika anti-dövlət agentlərindən, o cümlədən, KİV-lərdən təmizlənməyib, nə qədər ki əvvəlki rejimin ölkəyə qarşı işləyən qolları fəaliyyət göstərir, demokratik dəyərlərə dair tezislər ictimaiyyət üçün gündəm ola bilməz.
Dövlət maraqlarına zidd hərəkət edən agentlərin müdafiəsinə qalxmaq uzaqgörənlik deyil”, - “miatsum”u müdafiə edən erməni teleqram kanallarından biri yazıb.
Ola bilsin ki, növbəti hücum Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” forumunda çıxışı zamanı səsləndirdiyi bəyanatı sərh edən Matenadaranın elmi əməkdaşı Qayane Ayvazyana ediləcək:
“Qorxulu Əliyev nağılını və yüksək tribunalardan “Ararat – bizim dağımızdır, bizim dağımızdır, bizim dağımızdır” (erməni mahnısı – red.) ruhlu xarici siyasət mətnlərini eşitmək istəmirəm”. 
“Mən cəsarətli erməni mətbuatının və diplomatların Əliyevin Soçidəki bəyanatına münasibətini oxudum. O, Nikol Paşinyanın irəli sürdüyü iki ziddiyyətli məqama cavab verdi: A. “Qarabağ – Ermənistandır və nöqtə”, B – münaqişənin həlli Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ xalqları üçün məqbul olmalıdır. Əliyev öz növbəsində “Qarabağ – Azərbaycandır. Və nida işarəsi” deyib... 
Cavabı danışdığın ruhda almaq təbiidir. Erməni mətbuatında dolaşan ikinci hissədə isə o, “Dağlıq Qarabağ xalqı yoxdur, eyni hüquqlara malik Ermənistan və Azərbaycan xalqlarından ibarət Dağlıq Qarabağ əhalisi var” söyləməklə Ermənistan baş nazirinə ağlabatan söz deyib. Bu çox savadlı bir sözdür, mən erməni tərəfinin buna reaksiyasını eşitmək istəyirəm”, - Qayane Ayvazyan yazıb. 
Qısası, erməni tərəfinin balanslaşdırılmış qiymətləndirmələri bununla başa çatır. Siyasətçilərin, məmurlarıın və ekspertlərin böyük hissəsi isterikaya qapılaraq, qəribə bəyanatlar verir, bu isə Ermənistan cəmiyyətinin əksəriyyətinin əhval-ruhiyyəsini başa düşməyə imkan verir.
Belə ki, misal üçün, Ermənistan Demokratik partiyasının lideri Aram Sarkisyan “Sputnik Ermənistan”a msahibəsində Azərbaycan prezidentinin Soçidəki çıxışına toxunaraq, bildirib ki, Bakı ilə hüquq dilində danışmaq lazımdır. Axı Azərbaycan da beynəlxalq hüquqa riayət olunmasında, hüquq dilində danışmaqda israrlıdır. 
Erməni siyasətçi İlham Əliyevin çıxışından o qədər narahat olub ki, ümumi təkliflər paketini hazırlayıb ATƏT-in Minsk qrupunun həmsədrlərinə təqdim edilməsi üçün bütün diasporların da iştirak etdiyi ümumermənistan forumunun çağırılmasını təklif edib.
Erməni analitiklər qəzəblənib:
“Lavrov Əliyevi “Qarabağ – Azərbaycandır. Və nida işarəsi” fikrinə görə tənqid edəcək? Yoxsa danışıqlar “Qarabağ – Ermənistandır və nöqtə” bəyanatı ilə yavaşlayır? Onları sakitləşdirmək olar. Azərbaycan prezidentinin ifadəsi bütün dünya tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyü həqiqətini təsdiqləyir. Erməni baş nazirin fikirləri isə Azərbaycana qarşı ərazi iddialarının təqdimatıdır.
Ermənistan Xarici İşlər Nazirliyi də guya sülh prosesini təhdid edən Azərbaycanın “maksimalist mövqe” elan etməsi ilə fərqlənib. Növbəti dəfə: Azərbaycan Prezidentinin bəyanatı bir həqiqətdir. Dünyanın siyasi xəritələrində Qarabağ Azərbaycanın bir hissəsidir. Azərbaycan torpaqlarının işğalı, Ermənistandan başqa dünyanın heç bir dövləti tərəfindən tanınmayıb, onlar da de-yure deyil, yalnız de-fakto tanıyıb.
“Panorama” nəşri xəbər verir ki, öz növbəsində Ermənistan Milli Məclisinin xarici əlaqələr komitəsinin sədri Ruben Rubinyan hesab edir ki, İlham Əliyevin cavabı Bakının Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəmədiyini göstərir.
Lakin erməni tərəfi sülhə sadiqdir. Hansı sülhə? Qonşu dövlətin torpaqlarını işğal edən dövlət bəyan edir ki, ələ keçirilmiş ərazilər Ermənistandır? Erməni liderlərinin məntiqi sadəcə yoxdur. Ancaq bəzi ekspertlərin, məsələn, yuxarıda məlumat verdiyimiz Qayane Ayvazyan kimilərin Ermənistan hakimiyyəti üçün getdikcə daha çox sualları yaranır...


{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Tramp İtaliya prezidentini italyan pendiri ilə səhv saldı Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil Problemi krediti olanların nəzərinə: Siyahı hazırlandı Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb Sabah 26 dərəcə isti olacaq Çavuşoğlu və Trampın müşaviri arasında görüş keçirilib - Video Bu şəxslərə əsgərlikdən möhlət hüququ verilməyəcək Neymarsız 318 gün Rusiyada Azərbaycanın turizm potensialının təbliğatı genişləndirilir Türkiyədən Trampın məktubuna sərt cavab - "Zibil qutusuna atıldı" Həcc ziyarətinə gedən insan özünü “hacı” adlandıra bilərmi? — İlahiyyatçıların FİKİR QARŞIDURMASI Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Sumqayıtda qızıl oğruları tutuldu Caspian European Club-un ümumi toplantısı keçirilib Bakıda dəhşətli qətl: kürəkən arvadını və qayınanasını öldürüb yandırdı Ərdoğan Rusiyaya səfər edəcək Cəbhədən son məlumat - Müdafiə Nazirliyi Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA Messi 6-cı dəfə “Qızıl buts” aldı Bakıda avtobus dayanacağında 2 nəfəri öldürmək istədilər – ŞOK CİNAYƏT "Barış Pınarı" bölgə üçün nə vəd edir? – Politoloqdan açıqlama Rafael Cəbrayılov villasını satışa çıxardı - Borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur Minlərlə insana ŞAD XƏBƏR- Prezident 7 milyon manat ayırdı ABŞ-da həbs edilmiş azərbaycanlı iş adamının təqsirsiz olduğu sübut olundu Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir Qeyri neft-qaz sektorunda nə qədər artım olub? - RƏSMİ Azərbaycanda qadın dəhşətli qəza törətdi: Ölən var “Bremen musiqiçiləri” maraqla qarşılanıb Fati İspaniya millisində debüt etdi Milli Şuranın mitinqinə icazə verildi Müdafiə Nazirliyinin yüksək vəzifəlisi işdən çıxarıldı - RƏSMİ Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Prokurordan Elinanın intihar etdiyi məktəb direktoruna CƏZA TƏLƏBİ Qəzada vəfat edən azərbaycanlı biznesmen kim idi? “Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb” Ərdoğan Bakıda dollardan imtina etməyi - TƏKLİF EDİB Bakıya gətirilən yeni avtobuslar ilin sonuna qədər istifadəyə veriləcək Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub Vilayət Eyvazova ağır itki üz verdi Deputatın və generalın qohumu məhkəmə qarşısında Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi Azərbaycan və Türkiyə prezidentləri dünyaya BELƏ MESAJ VERDİ “Səni məhkəməyə verəcəm” — Elza Seyidcahan Xatunu HƏDƏLƏDİ – VİDEO Əliqismət Lalayev: 650 min ağacın əkilməsi olduqca böyük humanist addımdır Məşhur repçi futbol klubu satın aldı İlham Əliyev: “Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur” Bakıda bu şirkətin pul dolu seyfi oğurlandı Hava dəyişkən buludlu olacaq Türkiyənin apardığı müharibə Azərbaycan iqtisadiyyatına da təsir edəcək Bakıda 10 məktəb direktoru işdən çıxarılıb Azərbaycanda pensiya yaşı belə hesablanacaq - Yenilik “Maşın”ın finalçıları bəlli oldu Qarabağ münaqişəsi Bakının lehinə həll oluna bilər - SENSASİON AÇIQLAMA Tovuzda avtomobil motosikletlə toqquşdu - Ölən var Azərbaycanın mədəni irsi Seulda beynəlxalq festivalda təqdim olunub 3 polis və 1 həbsxana rəisi saxlanıldı - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib "Bəlkə, bu gün Kəmalə oyundan çıxacaq?" - Açıqlama İlham Əliyev Ərdoğanla görüşdü - FOTO Əbülfəs Qarayev Bakıda vətəndaşları qəbul edib Diri-diri basdırılan körpə sağ qaldı Prezidentdən vacib - FƏRMAN Evi olanlarla bağlı yeni qanun - Bunu etməyənlər cərimələnəcək Yasamalda silahlı İNSİDENT- Qonusunu evinə dəvət etdi və... Kremldə Rusiya –Türkiyə münasibətləri müzakirə olundu Vamiq Məmmədəliyev: Haqq dərgahından çox danışdı və haqqın dərgahına getdi - YENİLƏNİB Özbəkistan Prezidenti Azərbaycana gəlib Qırğızıstan Prezident Sooronbay Jeenbekov Azərbaycan rəsmi səfər gəlir Millimizlə oyunu buraxacaq - Uels yığmasında itki Sabahın havası — AÇIQLAMA Əməyin Mühafizəsi Fondu nə vaxt fəaliyyətə başlayacaq? "Azərbaycanda 4 günlük iş həftəsi əməkhaqqına təsir edə bilər" - Nazir Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz əlli milyon Çavuşoğlu: "Özbəkistanın Türk Şurasında iştirakı təşkilatı daha da gücləndirəcək" Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verdi Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız gediş-gəliş haqda sazişə dəyişiklik edilib Erməni silahlı bölmələri atəşkəsi 22 dəfə pozub Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri qarşımızda yeni tapşırıaqlar qoyur — Zakir Həsənov Bu marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdiriləcək Utanmasan, oynamağa nə var ki... - Paşinyan özü-özünü İFŞA EDİR Tarixçi Prezidentin çıxışından sonra yeni faktlar açıqladı Daha bir veteran cüdoçumuz dünya çempionu oldu Bakıda qonşular arasında dava, gənc oğlan bıçaqlandı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib Terrorçular Türk ordusunun qarşısında ağlamağa başladı - VİDEO "Maşın şou"da QALMAQAL - Əvvəlcə hədəf göstərdi, sonra isə... Vilayət Eyvazov yol polisinin 10 əməkdaşını işdən qovdu "Boşanmış qadınla ailə qurmaq zina sayılmır"- İlahiyyatçı alimdən Sərdar Cəlaloğluna CAVAB Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - ARAŞDIRMA Saxta araq satan şəxs HƏBS OLUNDU Türk dünyası üçün ötən 10 il – Belə sazişin imzalanmasına ehtiyac vardı Sabah 27 dərəcə isti olacaq İstilik təchizatı QIŞA HAZIRDIR? - Rəsmi AÇIQLAMA Türkiyə Albaniyaya, Fransa İslandiyaya qarşı - Yenilənir SOCAR istiqrazlarının 12-ci faiz ödənişi həyata keçiriləcək Emmanuel Makron İlham Əliyevdən dəstək istədi “Azeri Light” markalı neftin qiyməti ucuzlaşdı Metroda karta pul yükləməyə ehtiyac olmayacaq 60 yaşlı veteranımız doqquzuncu dəfə dünya çempionu oldu - FOTO