İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib


Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət başçılarını salamladı.

Sonra birgə foto çəkdirildi.

MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasını açan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iclasın işinə uğurlar arzuladı.

Daha sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış etdi:

"Sağ olun, hörmətli cənab Prezident.

Hörmətli dövlət başçıları.

Səmimi qəbula və qonaqpərvərliyə görə Prezident Berdiməhəmmədova təşəkkürümü bildirmək istəyirəm.

Bizim dünənki görüşümüz Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi. Mən Türkmənistana keçənilki rəsmi səfərimi də səmimiyyətlə xatırlayıram. Həmin səfər müddətində mühüm məsələlərə dair geniş fikir mübadiləsi aparıldı, bizim münasibətlərimizə yeni məzmun gətirən rekord sayda, daha dəqiq desək, 21 sənəd imzalandı. Ölkənin inkişafı, Aşqabadın abadlaşdırılması işində Türkmənistan Prezidentinin şəxsi rolunu da qeyd etmək istərdim. Burada tez-tez oluram, aşkar dəyişiklikləri, sürətli inkişafı, müasir infrastrukturu görürəm. Keçən dəfə Olimpiya şəhərciyi ilə tanış oldum. Bütün bunlar göz oxşayır, vətəndaşların idmanla məşğul olmaları və ölkənin inkişafı işinə fəal töhfə vermələri üçün yaxşı imkan yaradır. Genişmiqyaslı tikinti işləri də heyranlıq doğurur. Mən bilirəm ki, Prezident hər bir layihəyə şəxsən nəzarət edir, buna görə də şəhər inkişaf edir, nadir vahid şəhərsalma ansamblı yaradılıb.

Bugünkü Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətidir. Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Hərbi kinoxronikada məşhur kadrlar var: Hitlerə verilən tortun üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış bir oyuq, həmin oyuqda “Bakı” adlı qara rəngli maye şokolad var. Hitler şokoladı qaşıqla götürür və tortun üstünə süzür, sonra svastika şəklində şokoladı götürüb “Bakı” sözü yazılan yerə qoyur. Bu kadr faşistlərin Azərbaycanın neft yataqlarını, həmçinin hamımızın bildiyi kimi, Şimali Qafqazın neft yataqlarını tutmaq planlarını vurğulayır. Əgər faşistlər Bakını tutmağa müvəffəq olsaydılar, sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqsız qalardı, Bakı şəhəri isə havaya sovrulardı. Çünki belə fövqəladə vəziyyətdə sovet hökuməti neft quyularının düşmən əlinə keçməməsi üçün onların hamısını minalamışdı. Yəni, bu halda qurbanların sayı bəlkə yüz minlərlə olardı.

Azərbaycan elminin nümayəndələri ümumi qələbəmizə sanballı töhfə veriblər. Məsələn, böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan “Molotov kokteyli” kimi məşhurlaşmış yandırıcı maye ixtira etmişdi. Bu barədə çox adam bilmir, lakin bu, həqiqətdir. Bakının zavodlarında gecə-gündüz istehsal edilən məşhur “Katyuşa” raketləri və digər silahlar düşməni dəhşətə salmışdı. Müharibədə həlak olanların xatirəsini Azərbaycanda ehtiramla yad edir, müharibə veteranlarına böyük qayğı göstərirlər. Oyuncaq, satqın, xalqa zidd, biabırçı Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu 1992-1993-cü illərdə 9 May bayramı ləğv edilmişdi, müharibə veteranları isə alçaldılmağa və təhqirlərə məruz qalırdılar. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun ilk qərarlarından biri 9 May - Qələbə Gününün bərpa edilməsi oldu. O vaxtdan təqvimdə qırmızı rənglə qeyd olunan bu gün qeyri-iş günüdür və milli bayram kimi qeyd edilir.

Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.

Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.

Diqqətinizə görə təşəkkür edirəm".

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.

Sonra birgə foto çəkdirilib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qonaqları salamladı və iclasın işinə uğurlar arzulayıb.

Daha sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.

***

11.06

Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB üzvü olan ölkələrin liderlərinin sammiti başlayıb.

Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.

Sammitdə MDB çərçivəsində əməkdaşlığın inkişafına dair aktual məsələlər, qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılacaq.

Bundan başqa, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin səlahiyyətlərinin daha 3 il müddətinə artırılması məsələsinə baxılması da gözlənilir.

Eyni zamanda, 2020-ci ildə MDB-də sədrlik məsələsi müzakirə olunacaq. 2020-ci il yanvarın 1-dən MDB-yə Özbəkistanın sədrlik etməsi nəzərdə tutulur.

Dövlət başçıları gündəlikdə duran digər məsələlər barədə də fikir mübadiləsi aparacaq, cari məsələlərə baxacaqlar.//Apa.az






{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Azərbaycanda ən yüksək və ən aşağı pensiyalar bu rayonlarda verilir - RƏSMİ Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM imzaladı İlham Əliyevdən sumqayıtlıları sevindirəcək SƏRƏNCAMLAR "Liverpul"dan stadionu ilə bağlı yeni qərar Üzrü qəbahətindən betər “Müsavat” - Mühacir alverçisinin daha bir cinayəti İcra başçısı özünə lüks avtomobil aldı - FOTO İlham Əliyev Sumqayıtda - YENİLƏNİB “Putinin arvadıyam” deyib Kremlə girmək istədi Şah İsmayıl Xətainin Bakıdakı heykəlinin yeri dəyişdirilir? Xərçəngin əsas yaranma səbəbi tapıldı Bakıda professor evində ölü tapıldı Azər üçüncü dəfə evlənir Bakıda sürücülərin diqqətinə - Sürət həddi endirildi Dənizdə DƏHŞƏT: yüzə yaxın sərnişin daşıyan GƏMİ BATDI, ÖLƏNLƏR VAR Tanınmış general vəfat etdi Baş nazirdən yeni - QƏRAR Ermənistan ordusu atəşkəs rejimini 22 dəfə pozub Günün ulduz falı: 21 noyabr, 2019 Azərbaycan nefti ucuzlaşır "Kürdlərin geri çəkilməsi prosesi başa çatıb" - Sergey Lavrov Dolların məzənnəsi sabit qaldı Quranı yandıran İslam əleyhinə hərəkatın liderinə hücum oldu Azərbaycanlı Rusiyada qurban kəsdiyi üçün deportasiya olundu Nazirlik bu şirkəti - LƏĞV EDİR Azərbaycan futbolunda növbəti biabırçılıq - hakimi döydülər Elçin Əlibəylinin xanımı Dilrubə Vaqifqızı hər şeyə aydınlıq gətirdi - MÜSAHİBƏ - FOTO Bakıda "gəlin maşını" yanıb külə döndü - ANBAAN VİDEO Prezident sərəncam imzaladı Şəhid ailələrinə və əlillərə yeni mənzillər verildi Erməni deputat Sarqsyanın kriminal avtoritetlərlə əlaqəsindən danışdı Bakıda avtomobillərin parklanması PULSUZDUR - BNA-dan AÇIQLAMA Meteohəssas insanlar ehtiyatlı olsunlar Gecə saatlarında evdən çıxan qadın itkin düşdü Mikayıl Cabbarova yeni vəzifə həvalə edilib lham Əliyev icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT İctimai nəqliyyatın 96 dərdi və ya xoşunuz gəlmirsə, piyada gedin Bakıda bazarda kiloqramı 5 manat 50 qəpiyə satılan ət aşkarlandı - FOTO Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERİLDİ Azərbaycanda bu telekanal bağlandı Azərbaycanda "Xocalı" futbol klubu yaradıldı Əfqanıstanda helikopter qəzaya uğradı - 2 ABŞ hərbçisi öldü Qarakənd faciəsindən 28 il ötür İranda etiraz aksiyalarında onlarla insan həlak olub Tətilin son günü - Sabahdan məktəblərdə dərslər başlayır Nizami rayonunda yaşayanlar üçün ŞAD XƏBƏR Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub Komandanı AVRO-2020-yə çıxardı, istefa verdi Oqtay Gülalıyev İstanbuldakı Amerikan xəstəxanasına köçürülüb Prezident bu yolun yenidən qurulmasına beş milyon manat ayırdı Pensiya və sosial yardım alanlar üçün — VACİB XƏBƏR Bir obrazın məşhurlaşdırdığı ƏFSANƏLƏR — Makedon, Afət, Cəbiş müəllim, Maya bacı... Sabirabadda dördotaqlı ev yandı Qoyun kəsən azərbaycanlıya cinayət işi açıldı Türkiyə Azərbaycanı hərbi təlimlərə dəvət etdi Ermənistan hərbi rəhbərliyində ciddi dəyişikliklər Bakıda evdən 10 min manata yaxın pul oğurlayan qadın ƏLƏ KEÇDİ ABŞ-dan İrana XƏBƏRDARLIQ - Qətllərə son qoy, interneti bərpa et Bu gün qəsəbəsində su olmayacaq Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib İlham Əliyev metronun qarşısında sakinlərlə görüşüb, problemlərini dinlədi Bir evdən 3 dəfə oğurluq edən dəstə tutuldu Novruz Məmmədova bu gün yeni vəzifə veriləcək Afət Fərmanqızı üçün ən çətin GÜN - Beyninə qan sızıb və... / VİDEO Cəbhədən son məlumat - Müdafiə Nazirliyi “Facebook” və “İnstagram” istifadəçiləri ciddi problemlərlə üzləşib Millimiz Slovakiyaya qarşı - Yenilənir Bu elektrik qatarlarının hərəkəti DAYANDIRILACAQ Türkiyədə yenidən zəlzələ baş verib Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulacaq “Anamızı döymə! Vurma! Toxunma! Anaaa...” - "Qadına şiddətə son!" - VİDEO İcbari tibbi sığorta üçün son 44 gün - Dəyişikliklərlə bağlı rəsmi açıqlama Xaçmazda evli kişiyə qoşulub qaçan 22 yaşlı tələbə tapıldı -ŞOK HADİSƏNİN TƏFƏRRÜATI "Natura” MMC-nin əməkdaşı çalışdığı şirkəti soydu Vilayət Eyvazov plyonka ilə bağlı TAPŞIRIQ VERDİ Azərbaycan Prezidenti: "Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik" Fobiya və onun növləri "Türkiye" qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO Rusiyadan ŞOK AÇIQLAMA: İrandakı aksiyaları onlar təşkil edir Toyunda kütləvi zəhərlənmə olan bəy danışdı: “Həyat yoldaşımın vəziyyəti pisdir” Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib — FOTO “Həci”nin içində Şəbnəmi itirmək qorxusu var” "Bakıda qalib gələ bilmədiyimizə görə təəssüflənirik" - Şuker İstiliklə bağlı problem həll olundu? - RƏSMİ CAVAB SON DƏQİQƏ: İranda vəziyyət daha da ağırlaşdı - İnsanlar küçələrə axışıb... O deyəndə ki, vuruşmağa getmişdim, mən dəhşətə gəlirəm - Qüdrət Həsənquliyev Əli Kərimlinin ağ yalanı barədə Mirşahin Əli İnsanovun özəlləşdirdiyi mülklərin siyahısını açıqladı - VİDEO Çin planetlərarası uçuşlar üçün raketin prototipini təqdim etdi Atəşkəs rejimi 25 dəfə pozulub Neft yenidən ucuzlaşıb Türkiyədə Əl-Bağdadinin 25 qohumu tutulub Futbol matçı zamanı atışma - Xəsarət alanlar var “Casus qüllə”, güllələnən göyərçinlər, göydən gələn məktublar... – TARİXİN SANDIĞINDAN Qazanxanaların qaz təchizatı bərpa edilib — Azəriqaz İlham Əliyev Latviya prezidentini təbrik edib Mehriban Əliyevanın UNESCO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir - RƏY Mehriban Əliyevanın UNESCO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir - RƏY "Sevəndə pozitiv oluram" - Nigar Sabahın hava PROQNOZU Sürücülərə plyonka və jalüzlə bağlı ŞAD XƏBƏR Saxta ittihamla həbs olunan, güllələnən Azərbaycan aktyoru