Tarixçi Prezidentin çıxışından sonra yeni faktlar açıqladı


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasını pisləyib.
“Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub”, - deyən Prezident əlavə edib ki, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib.
Ölkə başçısı 2019-cu ilin mayında çıxan Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzəsini də xatırladıb:
Oxu: Prezident Paşinyanın “ağzının üstündən vurdu” - RƏY
“Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir”.
Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir:
“Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar.
Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib.
SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.
Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü altı metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.
Oxu: İlham Əliyev ikinci dəfə Paşinyana tərs şillə vurdu - ŞƏRH
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov Oxu.Az-a açıqlamasında bildirib ki, Prezidentin MDB dövlət başçılarının görüşündə  səsləndirdiyi fikirlər yerində deyildi.
Qaregin Njde, Dramas Qnanyan 1918-1920-ci illərdə Zəngəzurda, Naxçıvanda, Cənubi Azərbaycan ərazisində cinayətlər törədiblər. Onların yerli Azərbaycan əhalisinə qarşı törətdiyi cinayətin miqyasını təsəvvürə belə gətirmək çətindir.
C.Bəhramov faktlara diqqət çəkərək deyir ki, bu erməni cəlladlarının təkcə Zəngəzurda qətlə yetirdiyi insanların sayı 10 min 68 nəfərdir.
Professor qeyd edir ki, Hitler Almaniyada hakimiyyətə gəldikdən sonra bəzi ermənilər özlərini Sovet hakimiyyətinin təzyiqindən qaçıb gizlənmiş kimi göstərirdilər.
“Həmin ermənilər birbaşa almanların tərəfinə keçdi. Mənim, rəhmətlik Çapay Sultanovun bu mövzu ilə bağlı geniş tədqiqatlarımız var. Biz monoqrafiya da hazırlamışıq. Cənab Prezidentin çıxışı da bir növ bizim üçün stimul oldu”, - deyə C.Bəhramov bildirir.
Tədqiqatlara gəlincə, kitabda Qaregin Njde başda olmaqla nasist kütləsinin ifşası yer alıb.
“Baharın 17 anı” filmində Müller adlı faşist cəlladının fəaliyyəti ilə bağlı epizodlar var. Həmin Müller 1938-ci ilin oktyabr ayının 18-də Bakıya gəlir.
C.Bəhramov filmdəki bu epizodlara diqqət çəkərək qeyd edib ki, digər ermənilər Bakı şəhərinin neft mədənlərinin xəritəsini həmin Müllerə verirlər.
Oxu: Njdenin Yerevanda abidəsinin olması minlərlə insanın xatirəsinə təhqirdir - Rusiyalı ekspert
Tarixçi daha bir maraqlı faktı da vurğulayıb:
“Ermənilər 1941-ci ildə alman kəşfiyyatı ilə bir yerdə faşist Almaniyasının ideoloqlarından biri olan Alfred Rozenberqin qadın qohumunu İran ərazisindən Bakıya köçürürlər”.
Sən demə, A.Rozenberqin həmin qadın qohumu Yusif Məmmədəliyevi öldürmək üçün Bakıya gətirilib.
Professor C.Bəhramovun sözlərinə görə, həmin qadın Yusif Məmmədəliyevin rəhbərlik etdiyi kimya laboratoriyasına yerləşdirilir.
Ona Yusif Məmmədəliyevi öldürmək üçün ermənilər yeddi kiloqram həcmində ən zəhərli maddə verirlər ki, laboratoriyanı partlatsın.
Lakin Sovet kəşfiyyatı həmin qadını əməliyyatla həbs edir.
“Əgər partlayış törədilsəydi, bütün Bakı əhalisi məhv olacaqdı. Digər bir fakta da nəzər yetirək. İndiki Ukrayna ərazisində 17 min 856 nəfər yəhudinin soyqırımında üç min nəfər erməni iştirak edirlər. Bunlar onu göstərir ki, ermənilər faşistlərlə əməkdaşlıq ediblər”, - deyə C.Bəhramov əlavə edir.
Xatırladaq ki, Prezident çıxışında Azərbaycan elminin nümayəndələrinin faşizm üzərində qələbəyə verdiyi töhfələrdən danışarkən böyük Azərbaycan alimi Yusif Məmmədəliyevin adını çəkib. Deyib ki, Y.Məmmədəliyev sonradan “Molotov kokteyli” kimi məşhurlaşmış yandırıcı maye ixtira etmişdi:
“Bu barədə çox adam bilmir, lakin bu, həqiqətdir. Bakının zavodlarında gecə-gündüz istehsal edilən məşhur “Katyuşa” raketləri və digər silahlar düşməni dəhşətə salmışdı”.


{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Yeni doğulan körpənin doyduğu necə anlaşılır? Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın" Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək Əlixanın evliliyi dörd ay çəkdi - Fotolar General bu şok səbəbə görə saxlanıldı Dünyada nadir maral növü tapıldı Bu malları gömrükdən rüsum ödəmədən keçirə bilərsiniz - SİYAHI Şəhid ailəsinin bankda olan evi geri qaytarıldı- Mehriban Əliyevanın tapşırığı ilə Milli Məclis hökumətə VAXT VERDİ Külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən bankirdən YENİ XƏBƏR Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ "Prezident yeni elitanı formalaşdırır" - Deputat "Yuventus" İquainlə müqaviləni uzadır Azərbaycanda orta ömür uzunluğu açıqlandı - HESABAT Türkiyə Peterburq Beynəlxalq Mədəniyyət Forumunda beş film nümayiş etdirəcək Növbəti sosial evlər nə vaxt satışa çıxarılacaq? - RƏSMİ Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər — SİYAHI 18 yaşa qədər ana olanların STATİSTİKASI: "Razılığın olub-olmaması ..." BŞBPİ: Sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırma başlayıb “Facebook” onlayn ödəmə xidməti tətbiq edəcək Günün ulduz falı: 13 noyabr, 2019 Azərbaycan nefti bahalaşıb İlin sözü seçildi – Ekologiyaya üstünlük verildi Ərdoğan Kılıçdaroğludan 50 min alacaq Daxili İşlər Nazirliyindən daha bir YENİLİK - Bu şəxslər faydalana bilər Ramiz Mehdiyev sərəncam imzaladı Prezidentdən icra başçılarına: Çatışmayan cəhətləri üzə çıxarmalısınız Bu ölkənin Azərbaycandakı səfirliyi bağlanır Bakıda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı - SƏSYAZISI Duman, çiskin, yağış gözlənilir Bakıda dəhşətli hadisə - ÖLƏNLƏR VAR Türk əsgəri suriyalı uşaqları sevindirməkdə davam edir Bakı metrosunda bu stansiyaların adları dəyişdiriləcək - RƏSMİ Azərbaycanda millət vəkili icra başçısı TƏYİN EDİLDİ Mərdan Camalov vəzifəsindən AZAD EDİLDİ “Bütün uğurlarımızın hüquqi kökləri 1995-ci ildə qəbul edilən Konstitusiya oldu” - RƏYLƏR Vilayət Eyvazov Qafarovu rəis müavini TƏYİN ETDİ Ziyafət Əsgərov: "Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik" Bələdiyyə seçkilərilə bağlı Avropa Şurasına və 15 ölkəyə dəvət göndərildi Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır “Əndamınızı nümayiş etdirməkdən sənət yaddan çıxıb” "Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir" Neft yenidən BAHALAŞDI Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik Xorvatiya millisində ciddi itki - Rakitiç zədələndi Alimlər siqaret çəkməklə şizofreniya arasında bağlılıq aşkarladılar — TƏDQİQAT 8-ci mikrorayonda maşın piyadanı vurdu Azərbaycanda Konstitusiya günü qeyd olunur Azərbaycan Ordusunun əməliyyat təlimi başlayıb, yeni silahlar sınaqdan keçirilir Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda bəzi irəliləyişlər var Müəllimlər üçün növbəti imtahan keçiriləcək Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız "Rusiya hər zaman Ermənistanın müttəfiqi olub"- Millət vəkili Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA Beş gün dərs olmayacaq - SƏBƏB DİN və Baş Prokurorluq Gəncədəki qətllə bağlı MƏLUMAT YAYDI Gələn il qrantlara 400 milyondan çox vəsait ayrılacaq İranda 53 milyard barellik neft quyuları tapıldı Temperatur 23 dərəcəyədək yüksələcək Tarixin ilk nəhəng canlılarının qəbiristanlığı tapılıb Şəxsin anlaqlı olub-olmamasını xüsusi komissiya müəyyən edəcək Azərbaycanda bu şəxslər adam öldürsələr də, həbs edilmir - SƏBƏB İlham Əliyevdən Bayraq Günü paylaşımı — VİDEO Xəstə Diaqnostika Mərkəzinin 5-ci mərtəbəsindən özünü atdı - RƏSMİ Əməkhaqqı fondunda ciddi artım olub - Nazirlik Estoniyada “Nəsimi” filmi nümayiş olunacaq Bakı Limanı Avropanın aparıcı logistika şirkətləri ilə əməkdaşlığı möhkəmləndirir Erməni silahlı bölmələri atəşkəsi 21 dəfə pozdu Makron NATO-nun “koma”da, Avropanın isə “uçurumun kənarında” olduğunu bildirib Bakıda gənc qız bıçaqlandı Bakıda gənc qız bıçaqlandı İranda 5.9 bal gücündə zəlzələ olub, Azərbaycanda da hiss edilib "Erməni soyqırımı"nın lehinə səs verən amerikalı siyasətçi ilk dəfə Türkiyə barədə DANIŞDI "Neft sənayesi qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayır"- Elçin Bayramlı Tanınmış azərbaycanlı vəfat etdi - FOTO Sabah 22 dərəcə isti olacaq Saatlı sakininin bank kartları OĞURLANDI “Səhnə ilə masa arxasında oxumağın fərqi çoxdur” Bu yol rənglənəcək - DİQQƏT Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb Suriyanın şimalında toqquşmalar davam edir - Ərdoğan PSJ 1/8 finala yüksəlib, “Qalatasaray” böyük hesabla uduzub Südlə bağlı YENİ QALMAQAL: "Pul müqabilində yazılan fikirləri..." Bakıda sahibkar döyüldü Güzəştlə mənzil almaq hüququ olanların kateqoriyası genişləndiriləcək - SİYAHI Azərbaycanın Birinci vitse-prezidenti “Neft Daşları”nın 70 illik yubileyi ilə bağlı neftçiləri təbrik edib Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozub İlham Əliyev Naxçıvana iki milyon manat ayırdı Gələn ilin büdcəsi komitələrin “süzgəcindən keçdi” - Deputatların təklifləri nəzərə alınacaq Xalq artisti oğlunun itkisindən DANIŞDI Dövlət Bayrağı Günü münasibətilə Dneprdə aksiya keçirilib Azər Qasımlı istefasının səbəbini AÇIQLADI Bakıda ata azyaşlı qızını naməlum kişiyə verdi: Dilənçilik məqsədilə? Bakıda mənzildə meyit TAPILDI Antisanitar şəraitdə fəaliyyət gösərən çörək sexi aşkarlanıb 28 Mayda avtobus sürücüsünün törətdiyi qəzanın VİDEOSU SOCAR-ın neft və qaz hasilatının maya dəyəri açıqlanıb 5,4 bal gücündə zəlzələ oldu "Komandada özünəinam yaranıb" - İqor Ponomaryov Sosioloq bayram günü telekanalları tənqid etdi