İlham Əliyev: “Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur”


“Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”.

Modern.az
 xəbər verir ki, APA-nın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edir: “2009-cu ilin oktyabrında Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz Türk Dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdirdik. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi Türk Dünyası üçün böyük rəmzi əhəmiyyətə malikdir”.
 Prezident İlham Əliyev qeyd edib ki, ötən 10 il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib:


“Türk Şurası ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Türk Şurasının beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. Türksoy, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimzin tədqiqi, maddi və mənəvi dəyərləriimizin dünya səviyyəsində tədbliğində əhəmiyyətli rol oynayır. Mənim sərəncamımla 2019-cu il Azərbaycanda "Nəsimi ili" elan edilib. Təqdirəlayiq haldır ki, Türksoy da dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə 2019-cu ili "Nəsimi ili" elan edib”.
 
Dövlət başçısı nəzərə çatdırıb ki, Türkdilli Ölkələrin Parlament Assambleyası da uğurla fəaliyyət göstərir: “Biz bir neçə parlamentlərarası təşkilatla sıx əməkdaşlıq edirik. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə kömək edir”.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu gündən Türk Şurasına sədrliyi öz üzərinə götürür.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək.
 Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb:

“Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur”.
 
Dövlət başçısı bildirib ki, Ermənistan 30 ilə yaxındır, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir:

“İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılır və 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidləri dağıdılıb, məhv edilib. Ermənistan müsəlman ölkələri ilə sıx əməkdaşlıq qurmağa çalışır. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etidirir”.
 Prezident İlham Əliyev qeyd edib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib:

“Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərarlar və qətnamələr qəbul edib. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərin icrasından boyun qaçırır”.


Dövlət başçısı nəzərə çatdırıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağı, ayrılmaz hissəsidir:

“Münaqişə beynəlxalq hüququn norma  və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı ifadə olunur. Fürsətdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəfdaşlarımıza təşəkkür edirəm”.


{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Türkiyədə Əl-Bağdadinin 25 qohumu tutulub Futbol matçı zamanı atışma - Xəsarət alanlar var “Casus qüllə”, güllələnən göyərçinlər, göydən gələn məktublar... – TARİXİN SANDIĞINDAN Qazanxanaların qaz təchizatı bərpa edilib — Azəriqaz İlham Əliyev Latviya prezidentini təbrik edib Mehriban Əliyevanın UNESCO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir - RƏY Mehriban Əliyevanın UNESCO-da fəaliyyəti Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaqdan ibarətdir - RƏY "Sevəndə pozitiv oluram" - Nigar Sabahın hava PROQNOZU Sürücülərə plyonka və jalüzlə bağlı ŞAD XƏBƏR Saxta ittihamla həbs olunan, güllələnən Azərbaycan aktyoru Doqquz ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 24,8 milyard dollar olub Əhaliyə şad xəbər: Bu xidmət də “ASAN xidmət”ə verilir - ÖZƏL Pəncərədən girib boşanmaq istəyən arvadını öldürdü — Gəncədəki dəhşətli qətl APA 15-ci İLİNDƏ Bakı avtovağzalında 55 min pul oğurlandı Litva Prezidenti 2 rus casusu əfv etdi Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb Azərbaycanda valideynlər çox vaxt övladının şəkərli diabet xəstəsi olmasını gizlədir - Endokrinoloji Mərkəz Arda Turanla bağlı qərar verildi Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib - FOTO Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı oldu - FOTO Yuri Maksimovun yeni klubu müəyyənləşdi Zaqatalada bərbərxana yanıb "Azəriqaz"dan sayğac AÇIQLAMASI: YALANDIR TAP-ın 90,5 faizi tamanlanıb Bakıya yağış, rayonlara qar yağacaq "Sənə hansı kişi dözər" - Zaurdan Əməkdar artistə Jalüzdən istifadə edən sürücülərin nəzərinə: Bu halda cərimələnəcəksiniz! Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA Erməni jurnalistləri Bakıya kim gətirir?.. TƏQAÜDDƏ OLAN ŞƏXSLƏRƏ İŞ TƏKLİFİ EDİRİK! Elmira Süleymanova istefa verdi? - AÇIQLAMA Futbol üzrə dünya çempionları Bakı Olimpiya Stadionunda oynaya bilər "Bu gecə Almaniyadan 140 nəfər Bakıya deport edilib" - AÇIQLAMA Dollar və manatın bugünkü məzənnəsi Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub Pinti ərini bütün dünyada rüsvay etdi Bakı sakinləri üçün ŞAD XƏBƏR Bu müəllimlərin maaşları ARTIRILDI Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb İlham Əliyev üç nəfərə fəxri ad verdi Nazirdən ƏMR: Bu müəllimlərin maaşları ARTIRILDI AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMA İşiniz yoxdursa, bu sistemə müraciət edə bilərsiniz - YENİLİK Bizdə "Duzlu göl" də var...- "Böyükşor" adına lağ edənlərə Bakı Metropolitenindən Cavab "Ölürəm, ağzımdan qan gəlir"- Aygün Kazımovanın həbsdə olan qardaşından Prezidentə müraciət Azyaşlılara siqaret satanlar CƏRİMƏLƏNDİ Mikayıl Cabbarov xəbərdarlıq etdi Niyə Türkiyə ilə Azərbaycan birlikdə HƏRƏKƏT EDƏ BİLMİR - SƏBƏB Deputat: "Çəkməçidən 5 manat, toya 10 minə gedəndən 30 manat vergi alırıq" Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Azərbaycanda internetin sürəti ZƏİFDİR - 4G şəbəkəsi niyə İŞLƏMİR? Prezident: Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub Azərbaycanlının idarə etdiyi yük maşını qəzaya düşdü: Ölən var İlham Əliyev Allahşükür Paşazadəyə "Heydər Əliyev" ordenini təqdim edib Dünya dini liderlərinin II Bakı Sammiti keçirilir - YENİLƏNİB Kollecdə atışma: ölənlər və yaralananlar var - RUSİYADA Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi Məşhur müğənni polisi təhqir etdi - İki il həbs gözləyir Əli Əsədovdan Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR Putin Braziliyaya getdi Yeni doğulan körpənin doyduğu necə anlaşılır? Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın" Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək Əlixanın evliliyi dörd ay çəkdi - Fotolar General bu şok səbəbə görə saxlanıldı Dünyada nadir maral növü tapıldı Bu malları gömrükdən rüsum ödəmədən keçirə bilərsiniz - SİYAHI Şəhid ailəsinin bankda olan evi geri qaytarıldı- Mehriban Əliyevanın tapşırığı ilə Milli Məclis hökumətə VAXT VERDİ Külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən bankirdən YENİ XƏBƏR Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ "Prezident yeni elitanı formalaşdırır" - Deputat "Yuventus" İquainlə müqaviləni uzadır Azərbaycanda orta ömür uzunluğu açıqlandı - HESABAT Türkiyə Peterburq Beynəlxalq Mədəniyyət Forumunda beş film nümayiş etdirəcək Növbəti sosial evlər nə vaxt satışa çıxarılacaq? - RƏSMİ Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər — SİYAHI 18 yaşa qədər ana olanların STATİSTİKASI: "Razılığın olub-olmaması ..." BŞBPİ: Sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırma başlayıb “Facebook” onlayn ödəmə xidməti tətbiq edəcək Günün ulduz falı: 13 noyabr, 2019 Azərbaycan nefti bahalaşıb İlin sözü seçildi – Ekologiyaya üstünlük verildi Ərdoğan Kılıçdaroğludan 50 min alacaq Daxili İşlər Nazirliyindən daha bir YENİLİK - Bu şəxslər faydalana bilər Ramiz Mehdiyev sərəncam imzaladı Prezidentdən icra başçılarına: Çatışmayan cəhətləri üzə çıxarmalısınız Bu ölkənin Azərbaycandakı səfirliyi bağlanır Bakıda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı - SƏSYAZISI Duman, çiskin, yağış gözlənilir Bakıda dəhşətli hadisə - ÖLƏNLƏR VAR Türk əsgəri suriyalı uşaqları sevindirməkdə davam edir Bakı metrosunda bu stansiyaların adları dəyişdiriləcək - RƏSMİ Azərbaycanda millət vəkili icra başçısı TƏYİN EDİLDİ Mərdan Camalov vəzifəsindən AZAD EDİLDİ “Bütün uğurlarımızın hüquqi kökləri 1995-ci ildə qəbul edilən Konstitusiya oldu” - RƏYLƏR Vilayət Eyvazov Qafarovu rəis müavini TƏYİN ETDİ