Bakıya gətirilən yeni avtobuslar ilin sonuna qədər istifadəyə veriləcək


Türkiyədən Bakıya gətirilən yeni avtobuslar xüsusi təlimlər keçmiş sürücülər tərəfindən idarə olunacaq.
Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, hazırda Türkiyədən alınan 300 avtobusun gətirilməsi prosesi davam etdirilir: "Cənab Prezidentin ötən il imzaladığı müvafiq sərəncama əsasən alınan 300 ədəd avtobusun Bakıya gətirilməsi davam edir. Artıq 200-dən çox avtobus şəhərdədir. Çatdırılma prosesi plana uyğun olaraq davam etdirilir. Gətirilən avtobusların hamısı 12 metrlikdir. Növbəti aydan isə 20 ədəd 18 metrlik avtobusların gətirilməsi təmin ediləcək. Ümumilikdə çatdırılma prosesinin gələn ay tam yekunlaşdırılması nəzərdə tutulub. Çatdırılma prosesi ilə yanaşı, bir neçə istiqamətdə də iş aparılır. İlk növbədə bu avtobusları idarə edəcək sürücülərin komplektləşdirilməsi istiqamətində iş gedir. Sürücü qəbulu ilə bağlı elanlar verilib. Müraciət edən şəxslər Sürücü Təlim Mərkəzində təlimlərə cəlb edilib. Hazırda digər xətlərdə sürücü kimi çalışan, lakin plan sisteminin mənfi təsirlərindən, eyni zamanda daşıyıcının əmək münasibətlərinə düzgün yanaşma göstərməməsindən təngə gələn onlarla sürücü fəaliyyətini BakuBus MMC-də davam etdirmək istədiklərini bildirib. Bunun özü bir daha onu deməyə əsas verir ki, sərnişindaşımada yeganə dövlətə bağlı daşıyıcı operator kimi çıxış edən BakuBus MMC-də iş həm qanunvericiliyin tələbinə uyğun qurulub, həm də müasir tələblər səviyyəsindədir".
BNA rəsmisi digər bir vacib istiqamət kimi bu avtobuslarda kart oxuma cihazlarının quraşdırılmasını qeyd edib: "Bu avtobuslar da xəttə buraxılan zaman gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsi ilə aparılacaq".
M.Ağayev deyib ki, ilin sonuna qədər yeni avtobusların sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulur: "İlk növbədə vətəndaşlarımızın daha çox narazı qaldığı xətlər üzrə yenilənmələr olacaq. Bu məqsədlə bir neçə müddətdir ki, daxil olan vətəndaş müraciətləri araşdırılır. Ətraf kənd və qəsəbələr istiqamətində yeni avtobusların istismara verilməsi mümkündür, bir şərtlə orda yol infrastrukturu buna imkan versin. Burda təkcə söhbət yolun təmir vəziyyətindən getmir. Bilirsiz ki, yeni avtobuslar 12/18 metrlikdir və bunların qəsəbədaxili yollarda manevr etmə imkanları da mütləq nəzərə alınmalıdır. Hardaki buna imkan var, ora yeni avtobusların verilməsi mümkündür və qeyd etdiyim kimi bu məsələyə baxılır.
Ümumilikdə isə ətraf kənd və qəsəbələrdə sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması bu gün bizi qayğılandıran ən vacib məsələlərdəndir. Bildirim ki, qarşıdakı aylarda bu məsələ ilə bağlı mühüm irəliləyişlər olacaq. Avtobus parkının yenilənməsi işləri çərçivəsində dövlət tərəfindən yeni nəqliyyat vasitələrinin alınması gələn ildə nəzərdə tutulub. Mütəxəsisslərimiz tərəfindən növbəti il üçün sərnişin tələbatı və mövcud parkının vəziyyəti nəzərə alınmaqla təkliflər hazırlanıb".
Agentlik nümayəndəsi onu da vurğulayıb ki, yeni avtobusların ən mühüm cəhətlərindən biri onun ekoloji baxımdan daha təmiz olmasıdır: "Bildiyiniz kimi, bu avtobuslar sıxılmış təbii qazla işləyir. Bu isə ətraf mühitin qorunması atmosferə daha az tullantının atılması baxımından vacib məqamdır".


{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Yeni doğulan körpənin doyduğu necə anlaşılır? Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın" Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək Əlixanın evliliyi dörd ay çəkdi - Fotolar General bu şok səbəbə görə saxlanıldı Dünyada nadir maral növü tapıldı Bu malları gömrükdən rüsum ödəmədən keçirə bilərsiniz - SİYAHI Şəhid ailəsinin bankda olan evi geri qaytarıldı- Mehriban Əliyevanın tapşırığı ilə Milli Məclis hökumətə VAXT VERDİ Külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən bankirdən YENİ XƏBƏR Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ "Prezident yeni elitanı formalaşdırır" - Deputat "Yuventus" İquainlə müqaviləni uzadır Azərbaycanda orta ömür uzunluğu açıqlandı - HESABAT Türkiyə Peterburq Beynəlxalq Mədəniyyət Forumunda beş film nümayiş etdirəcək Növbəti sosial evlər nə vaxt satışa çıxarılacaq? - RƏSMİ Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər — SİYAHI 18 yaşa qədər ana olanların STATİSTİKASI: "Razılığın olub-olmaması ..." BŞBPİ: Sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırma başlayıb “Facebook” onlayn ödəmə xidməti tətbiq edəcək Günün ulduz falı: 13 noyabr, 2019 Azərbaycan nefti bahalaşıb İlin sözü seçildi – Ekologiyaya üstünlük verildi Ərdoğan Kılıçdaroğludan 50 min alacaq Daxili İşlər Nazirliyindən daha bir YENİLİK - Bu şəxslər faydalana bilər Ramiz Mehdiyev sərəncam imzaladı Prezidentdən icra başçılarına: Çatışmayan cəhətləri üzə çıxarmalısınız Bu ölkənin Azərbaycandakı səfirliyi bağlanır Bakıda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı - SƏSYAZISI Duman, çiskin, yağış gözlənilir Bakıda dəhşətli hadisə - ÖLƏNLƏR VAR Türk əsgəri suriyalı uşaqları sevindirməkdə davam edir Bakı metrosunda bu stansiyaların adları dəyişdiriləcək - RƏSMİ Azərbaycanda millət vəkili icra başçısı TƏYİN EDİLDİ Mərdan Camalov vəzifəsindən AZAD EDİLDİ “Bütün uğurlarımızın hüquqi kökləri 1995-ci ildə qəbul edilən Konstitusiya oldu” - RƏYLƏR Vilayət Eyvazov Qafarovu rəis müavini TƏYİN ETDİ Ziyafət Əsgərov: "Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik" Bələdiyyə seçkilərilə bağlı Avropa Şurasına və 15 ölkəyə dəvət göndərildi Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır “Əndamınızı nümayiş etdirməkdən sənət yaddan çıxıb” "Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir" Neft yenidən BAHALAŞDI Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik Xorvatiya millisində ciddi itki - Rakitiç zədələndi Alimlər siqaret çəkməklə şizofreniya arasında bağlılıq aşkarladılar — TƏDQİQAT 8-ci mikrorayonda maşın piyadanı vurdu Azərbaycanda Konstitusiya günü qeyd olunur Azərbaycan Ordusunun əməliyyat təlimi başlayıb, yeni silahlar sınaqdan keçirilir Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda bəzi irəliləyişlər var Müəllimlər üçün növbəti imtahan keçiriləcək Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız "Rusiya hər zaman Ermənistanın müttəfiqi olub"- Millət vəkili Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA Beş gün dərs olmayacaq - SƏBƏB DİN və Baş Prokurorluq Gəncədəki qətllə bağlı MƏLUMAT YAYDI Gələn il qrantlara 400 milyondan çox vəsait ayrılacaq İranda 53 milyard barellik neft quyuları tapıldı Temperatur 23 dərəcəyədək yüksələcək Tarixin ilk nəhəng canlılarının qəbiristanlığı tapılıb Şəxsin anlaqlı olub-olmamasını xüsusi komissiya müəyyən edəcək Azərbaycanda bu şəxslər adam öldürsələr də, həbs edilmir - SƏBƏB İlham Əliyevdən Bayraq Günü paylaşımı — VİDEO Xəstə Diaqnostika Mərkəzinin 5-ci mərtəbəsindən özünü atdı - RƏSMİ Əməkhaqqı fondunda ciddi artım olub - Nazirlik Estoniyada “Nəsimi” filmi nümayiş olunacaq Bakı Limanı Avropanın aparıcı logistika şirkətləri ilə əməkdaşlığı möhkəmləndirir Erməni silahlı bölmələri atəşkəsi 21 dəfə pozdu Makron NATO-nun “koma”da, Avropanın isə “uçurumun kənarında” olduğunu bildirib Bakıda gənc qız bıçaqlandı Bakıda gənc qız bıçaqlandı İranda 5.9 bal gücündə zəlzələ olub, Azərbaycanda da hiss edilib "Erməni soyqırımı"nın lehinə səs verən amerikalı siyasətçi ilk dəfə Türkiyə barədə DANIŞDI "Neft sənayesi qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayır"- Elçin Bayramlı Tanınmış azərbaycanlı vəfat etdi - FOTO Sabah 22 dərəcə isti olacaq Saatlı sakininin bank kartları OĞURLANDI “Səhnə ilə masa arxasında oxumağın fərqi çoxdur” Bu yol rənglənəcək - DİQQƏT Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb Suriyanın şimalında toqquşmalar davam edir - Ərdoğan PSJ 1/8 finala yüksəlib, “Qalatasaray” böyük hesabla uduzub Südlə bağlı YENİ QALMAQAL: "Pul müqabilində yazılan fikirləri..." Bakıda sahibkar döyüldü Güzəştlə mənzil almaq hüququ olanların kateqoriyası genişləndiriləcək - SİYAHI Azərbaycanın Birinci vitse-prezidenti “Neft Daşları”nın 70 illik yubileyi ilə bağlı neftçiləri təbrik edib Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozub İlham Əliyev Naxçıvana iki milyon manat ayırdı Gələn ilin büdcəsi komitələrin “süzgəcindən keçdi” - Deputatların təklifləri nəzərə alınacaq Xalq artisti oğlunun itkisindən DANIŞDI Dövlət Bayrağı Günü münasibətilə Dneprdə aksiya keçirilib Azər Qasımlı istefasının səbəbini AÇIQLADI Bakıda ata azyaşlı qızını naməlum kişiyə verdi: Dilənçilik məqsədilə? Bakıda mənzildə meyit TAPILDI Antisanitar şəraitdə fəaliyyət gösərən çörək sexi aşkarlanıb 28 Mayda avtobus sürücüsünün törətdiyi qəzanın VİDEOSU SOCAR-ın neft və qaz hasilatının maya dəyəri açıqlanıb 5,4 bal gücündə zəlzələ oldu "Komandada özünəinam yaranıb" - İqor Ponomaryov Sosioloq bayram günü telekanalları tənqid etdi