Saxta ittihamla həbs olunan, güllələnən Azərbaycan aktyoru


Bu gün Abbas Mirzə Şərifzadənin ölüm günüdür. Yazıram və özümə də qəribə gəlir – onun ölüm günü haradan bəlli oldu ki...
1937-38-ci illərin repressiyasına düşənlərin hansı gün, harada, sorğu-sualsız, məhkəməsiz-qanunsuz qətlə yetirildikləri bəllidirmi..?
Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub.
Atası Mirzə Rəsul Şərifzadə müəllim olub. Anası Mələk-Nisə erkən vəfat edib. Mirzə Rəsul həyat yoldaşının vəfatından sonra ikinci dəfə Fərruxbəyim adlı bir qadınla ailə qurub. Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırdı. Həm də Mirzə Rəsul teatrla, mədəniyyətlə bağlı adam idi.
1895-ci ildə Şərifzadə ailəsi Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra Bakıya köçmək məcburiyyətində qalmışdı. İlk təhsilini evdə atasından alan Abbas Mirzə 1903-cü il sentyabr ayının 21-də ikinci rus-tatar (rus-türk) məktəbinə daxil olub. 1906-cı ildə Şərifzadə Bakıda III Aleksandr adına ilk kişi gimnaziyasının hazırlıq sinfinə qəbul edilir. Gimnaziyaya yenicə daxil olan Şərifzadə tədbirlərin birində müəlliminə yaxınlaşıb, şeir demək istədiyini bildirib. Müəllim onun sözünü yerə salmayıb. Səhnəyə çıxan Şərifzadə əvvəlcə çaşsa da, özünü toplayıb, Lermontovun "Şairin ölümü" şeirini şövqlə ifa edib. Sonralar özü bu haqda deyirmiş:
"Şeiri söyləyəndə elə bilirdim, dilim ağzımda şişib. Bədənim gah qızıb, gah soyuyurdu. Ancaq bütün diqqətim şeirin sözlərində, məna və məzmunundaydı. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm".
Abbas Mirzə oyun, tamaşa anlayışı ilə ilk dəfə əmisi Mirzə Məmməd Tağının sayəsində tanış olub. Teatr sənətinə meyllənən Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayırdı. Günlərin birində də o, "Şəbeh" tamaşasında əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır. Özü isə bu tamaşada Şümüru oynayırdı. Ancaq Abbas Mirzə Şərifzadə ilk rolunun öhdəsindən gələ bilmir. Tamaşada cərəyan edən hadisələrin kulminasiyasında əlində qılınc olan Şümür əsir qızın üstünə yeriyəndə Abbas Mirzə qışqıra-qışqıra bir kənarda toplaşıb, bu səhnəyə baxan qadınların arasında olan anasının yanına qaçır. O vaxt onun cəmi 9 yaşı vardı.
1908-ci ildən başlayaraq peşəkar səhnədə oynayan Abbas Mirzə taleyini əbədi teatrla bağladı.
Çox qısa zamandan sonra Şərifzadə Azərbaycan peşəkar teatr sənətinin banisi Hüseyn Ərəblinskinin məktəbinin davamçısı kimi şöhrətləndi.
Abbas Mirzə Şərifzadə 1910-cu ilə qədər "Səfa" və "Nicat" Xeyriyyə Cəmiyyətlərinin teatr truppasında aktyorluq edirdi. 1911-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" pyesində baş rolu oynaması A.Şərifzadəyə böyük şöhrət qazandırır. Şeksprin Hamleti, Otellosu, Maqbeti onun ifasında Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazılıb. Bunu Azərbaycan Sovet ensiklopediyası yazır.
Fitri istedadı, mətin xarakteri ilə seçilən aktyor yalnız Azərbaycan aktyorlarının yetişməsində deyil, Türküstanda, İranda, Şimali Qafqazda və digər bölgələrdə də sənətkarların yetişməsinə təsir göstərib.
1913-cü ildən başlayaraq Azərbaycanın müxtəlif bölgələrinə, Orta Asiyaya, Şimali Qafqaza, İrana qastrollara çıxır, tamaşalara rejissorluq edirdi.
Şərifzadə səhnə fəaliyyətinin 30 ili ərzində həm Azərbaycan, həm də dünya dram əsərlərindən onlarla rol oynayıb. İlk növbədə faciə aktyoru kimi tanınıb. Şərifzadə yaradıcılığının zirvəsi Uilyam Şekspirin faciələrində yaratdığı obrazlar hesab olunur. Ən böyük rolunu Azərbaycan Dram Teatrının tarixində oynayıb. 1926-cı ildən Azərbaycan Dövlət Opera Teatrının baş rejissoru işləyib. Azərbaycan SSR xalq artisti adı ona 1936-cı ildə verilib. Bir il sonra isə...
Yüzlərlə ziyalımız kimi Abbas Mirzə də Azərbaycanda Stalin repressiyalarının qurbanı olub. 1937-ci ilin dekabr ayında saxta ittihamla həbs olunub. Təqribən həbsindən bir il sonra uzun işgəncələrlə dindirilmədən bir mətləb hasil olmadığını görən rejimin əsgərləri onu güllələyib.
1955-ci il sentyabrın 17-də Şərifzadənin ittihamına dair işə SSRİ-nin Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı nəticəsində bəraət alıb. Stalinin ölümündən sonra.
SSRİ prokurorluğu 22134 nömrəli işi tamamilə saxta hesab edib. 1955-ci il sentyabrın 17-də prokurorluğun etirazı ləğv edilib, cinayət işinin tərkibi olmadığı üçün cinayət işi dayandırılıb. Etiraz SSRİ Ali Məhkəməsində təsdiqlənib.
1955-ci il oktyabrın 31-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Şərifzadənin oğlu Karataya qəbz verib. Qəbzdə qeyd olunurdu: "Şərifov Abbas Mirzə Rəsul oğluna qarşı məhkəmə işi 17 sentyabr 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən baxıldı”.


{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Əli Əhmədov Vladimir Zelenski ilə görüşüb Çeçenistandan ABŞ sanksiyalarına cavab: “Bütün şəxsi heyəti bu bədnam siyahıya salın” Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB SON DƏQİQƏ - Millimizin sabiq futbolçusu həbs edildi Burun tənəffüsünün pozulması niyə təhlükəlidir? - FOTO Bakıda gənc qadın itkin düşdü Deputatlar silahlarını təhvil verib? - "Tapançanın iki darağından bir güllə belə istifadə etmədim" Nazir müavinindən məktəblərdə Yeni il tətili - AÇIQLAMASI Yol qəzaları ilə bağlı qorxunc statistika açıqlandı - HƏYƏCAN TƏBİLİ Özünü metroda qatar yoluna atan şəxsin kimliyi məlum oldu - RƏSMİ “Qızıl qlobus” namizədlərin adı açıqlandı: Hamı heyrətləndi “Yuventus”dan türk futbolçuya xüsusi jest: “Çox yaxşı idin” Sabaha olan hava proqnozu açıqlanıb Bakıda kirayənişin 43 yaşlı kişini ürəyindən bıçaqladı Hikmət Hacıyev jurnalistlərin Ermənistana səfərindən DANIŞDI İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət etdi Bu gün Heydər Əliyevin anım günüdür İlham Əliyev 3 sərəncam imzaladı Firuzə İbadova: İlhamə Quliyevanın oğlu Orxan mənə borcunu qaytarmadı Azərbaycanda gəlin ərinin qohumuna qoşulub qaçdı İlham Əliyev Zelenskiyə başsağlığı verdi Naxçıvan Ali Məclisi də buraxıldı - Talıbovdan SƏRƏNCAM Bakixanovda gediş-gəliş iflic oldu: İşıqfor işləmir? Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI Yolu keçən qadını maşın belə vurdu – Suiqəsd, yoxsa ... - REAL VİDEO Türkiyə və İran XİN başçıları arasında görüş olub "Rusiyanı qanlı günlər gözləyir" - Putinin aqibəti NECƏ OLACAQ? Azərbaycanda insanların şəxsi məlumatları necə oğurlanır? - Mütəxəssisdən HEYRƏTAMİZ AÇIQLAMA Tanınmış aparıcı yanacaqdoldurma məntəqəsində dava etdi - Söyüşə görə — VİDEO Polad Bülbüloğlu adının “İlin ən fəal səfiri” sorğusuna salınmasına etiraz edib "Onu 20 il izləmək yanlış idi" - Alleqri Sabaha olan hava proqnozu AÇIQLANDI Azərbaycanda yas mərasimlərinin keçirilməsinə qadağa qoyulur? - sədrdən CAVAB Beşinci çağırış Milli Məclisin ən fəal deputatları - Adlar açıqlandı SON DƏQİQƏ: Bakıda partlayış oldu Bakıda dəhşət: Bacı və qardaş yaşadıqları evdə naməlum şəraitdə bıçaqlandı İtaliyada dünyanın ən böyük Yeni il ağacının işıqları yandırıldı Bugün “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar fəaliyyətə başlayıb Gölməçəyə çevrilən paytaxt küçələri - Dövlət Agentliyi səbəbləri AÇIQLADI Azərbaycanda daha dörd tələbə zəhərləndi Unudulmaz səslər: Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan XALQ ARTİSTİMİZ Maduro: Venesuelanın xalq qoşununun sayı 3,3 milyondur Bakının 5 yerində bayram yarmarkası təşkil olunacaq PSJ-dən türk azarkeşlərə qadağa Qəbul imtahanının qiyməti artırılacaq? - RƏSMİ AÇIQLAMA Hindistanda polis dörd qadın təcavüzçüsünü güllələdi İki yerdə işləyənlərin vergi və sosial ödənişləri necə hesablanır? “Apple” şirkəti gələn il 5 yeni “iPhone” modeli təqdim edə bilər ABŞ-da hərbi bazaya silahlı hücum: 3 ölü, 8 yaralı Yevda Abramovun dəfn mərasimi gecikəcək – SƏBƏB AÇIQLANDI Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu adını qazandı Bu işçilərin maaşları artıb Şəmkirdə beş nəfərin öldüyü qəza ilə bağlı - ŞOK FAKTLAR Əsgərlər 70 minədək ağac əkiblər Bazarda dözülməz şərait: ucuz mallar bahalı dərmanlara çevrilir Peyvəndin bilmədiyimiz zərərləri... - HƏKİMLƏR AÇIQLAYIR Türkiyəyə uyğun qiymətlərlə təyyarə təklif etməyə hazırıq - Rusiya Prezident və xanımı Şahxəndan türbəsində olublar - FOTOLENT Prezident və xanımı ağacəkmə aksiyasında DİQQƏT! Quranda olan bu adları uşaqlara QOYMAQ OLMAZ - Video “Özü etməyib, Hacılara elətdirib” – Nazənin həmkarlarını İFŞA ETDİ – VİDEO Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı YENİ ŞOK DETALLAR Sabah qar yağacaq, şaxta olacaq DİN Ağdamda baş verən güllələnmə faktı ilə bağlı məlumat yayıb Tusk Trampın belinə "silah" dayadı İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda Kama Balidə bahalı klip çəkdirdi - Video 42 ilin ən zəif "Arsenal"ı Siyahı: Yeni il Bayramında Bakıdakı ən bahalı otellərin qiymətləri Sərhəd-keçid məntəqələrində elektron növbə sisteminin tətbiqinə BAŞLANILIB Azərbaycan Prezidenti: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır" İran hakimiyyəti minlərlə etirazçının qətlində ittiham edilir Baş nazirdən valideyn himayəsindən məhrum uşaqlarla bağlı - QƏRAR Azərbaycanda bu il yaradılan və ləğv edilən yeni qurumlar - SİYAHI Azərbaycanda müәyyәn edilmiş cinayәt törәdənlərin çoxu işləməyən və təhsilsiz şəxslərdir 19 yaşlı oyunçu üçün 140 milyon avro Rusiyada futbol matçları zamanı stadionlarda pivə satışına icazə verilə bilər Türkiyə ilə ABŞ C-400 və F-35 barədə həll yolu axtarırlar Yüksək vəzifəyə təyin olunan Fəxri İsmayılov kimdir? - DOSYE Azərbaycanın ən gənc və ən yaşlı 5 nazir müavini – SİYAHI Növbədənkənar seçkilər bu tarixdə KEÇİRİLƏCƏK - SƏRƏNCAM Bu da çıxdı - Bənövşəyi çörək Şenol Günəş Bakıda Bu rayonlara qar yağdı Xəzər dənizində dalğanın hündürlüyü 5,2 metrə çatdı - FAKTİKİ HAVA İnstaqramda yenilik Məhkəmə deputatın həbsdə olan oğlu ilə bağlı QƏRAR VERDİ Dekabrın 6-na olan hava proqnozu Belarus prezidenti: "Biz heç bir dövlətin tərkibinə daxil olmağa hazırlaşmırıq" "Kasıblar "kombi" işlətmir, qiymət artımı onlara təsir etməyəcək" Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: "Könüllü gəlsəniz..." Bakıda daha bir tələbə zəhərlənib öldü İcra başçısının 25 yaşlı köməkçisi — YENİ TƏYİNAT - FOTO Ölümə səbəb ola biləcək TURŞULAR: "Satış azaldılmalıdır" Moldova Azərbaycandakı səfirini geri çağırıb Müşviqin 145 minlik evi əlindən alındı? Azərbaycanda qızıl və gümüş bahalaşıb Meşəyə odun yığmağa gedən kişinin meyiti tapıldı Superliqa klubunda yeni baş məşqçi Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 3,5 saat davam etdi