"Açığını deyim, biz də qorxmuşduq" - Qorbaçovun köməkçisi ilə MÜSAHİBƏ


Rusiyanın tanınmış siyasətçisi, yazıçı-publisist, 1990-cı ildə SSRİ-nin rəhbəri Mixial Qorbaçovun humanitar və ictimai məsələlər üzrə köməkçisi olmuş Georgi Pryaxinin APA-nın Moskva müxbirinə müsahibəsi

Qeyd: Georgi Vladimiroviç Pryaxin. Rusiyanın tanınmış siyasətçisi, yazıçı-publisisti və naşiridir. SSRİ Dövlət Teleradiosunun baş direktorunun müavini, 1988-90-cı illərdə Mərkəzi Komitənin şöbə müdirinin müavini, daha sonra isə SSRİ-nin rəhbəri Qorbaçovun köməkçisi vəzifəsində çalışıb. Hazırda "Xudojestvennaya literatura" nəşriyyatına rəhbərlik edir.

- Georgi Vladimiroviç, bu il SSRİ rəhbərliyinin Bakıda törətdiyi, bəşəriyyətə ləkə olan 20 yanvar faciəsindən 30 il keçir. Siz həmin dövrdə Mərkəzi Komitədə mühüm vəzifələrdən birini tutmusunuz, Qorbaçovun daim təmasda olduğu insanlardan olmusunuz. Necə xatırlayırsınız həmin günləri?

- Bakıya qoşun yeridilməsi ilə bağlı qərar çox çətinliklə verilmişdi. Çünki bu, çox ağrılı qərar idi. Bu qərar verilmədən öncə Qorbaçov ətrafından Bakıdakı vəziyyəti öyrənmək üçün ən liberal olan Yevgeni Primakovu seçmişdi. Primakov o zamanlar siyasi ulduz idi. Qorbaçovun onu seçməkdə məqsədi vardı. Çünki Primakov Bakıda böyümüşdü. Azərbaycanı yaxşı tanıyırdı. Azərbaycanda da Primakovu yaxşı tanıyırdılar. O, Bakıda olanda mən daim onunla təmasda idim. Tez-tez telefonla danışırdıq. Bilirsiniz, SSRİ rəhbərliyi Bakıya qoşun yeridəndə bunun qırğınlarla nəticələnəcəyini yaxşı bilirdi. Çünki qoşun yeridilməsinin nəticəsi başqa cür ola da bilməzdi. Qoşun yeridilməsi haqqında qərarı çox gizli saxlayırdılar. Amma mən bu gizliliyi pozmuşdum. Çünki Bakıda yaxın dostum, o zaman Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri Arif Mansurov yaşayırdı. Yanvarın 19-da ona zəng elədim, dedim ki, bu gecə nə özü, nə də ailə üzvləri çölə çıxmasın, evdə otursunlar. Səbəbini açıqlaya bilməyəcəyimi Arif Mansurova dedim. Ona zəng edəndə Bakıya qoşun yeridilməsinə saatlar qalmışdı. Lakin Arif mənim dediklərimin əksini etmişdi. Oğlunu da götürüb əlində videokamera şəhərə çıxmışdı. Baş verən hadisələri, SSRİ hərbçilərinin görüntülərini kameraya çəkmişdilər.

Mən bütün bu proseslərin canlı şahidi olmuşam. Bakıya qoşun yeridilməsi haqqında qərar birdən verilməmişdi. Bəzən Qorbaçovun bu qərarı verməsi haqqında danışarkən onun ətrafında olan erməniləri göstərirlər. Bəli, həmin dövrdə Qorbaçovun ətrafında Georgi Şahnazarov vardı. Təəssüflər olsun ki, həmin dövrdə artıq SSRİ ərazisində milli zəmində münaqişələr baş qaldırmışdı. Lakin Moskva böyük enerji resursları olan Azərbaycanı itirmək istəmirdi. O vaxtkı SSRİ rəhbərliyinin ən böyük səhvlərindən biri, məhz Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması idi. Mən Heydər Əliyevi çox yaxından tanıyırdım. Qorbaçov Heydər Əliyevi istefaya göndərməklə böyük səhvə yol vermişdi. Bunu sonrakı hadisələr də göstərmiş oldu.

"İlk gülləni ermənilər atmışdı, azərbaycanlı gənc qızı güllələmişdilər"

- Mərkəzi Komitədə, SSRİ rəhbərliyinin yuxarı eşelonunda Ermənistanla Azərbaycan arasında qızışdırılan milli zəmində münaqişəyə münasibət necə idi? Hansı tərəfi daha çox günahlandırırdılar?

- Mən Azərbaycanla Ermənistan arasında münaqişənin başlanmasının ilk şahidlərindənəm. Yadımdadır, dekabrın 8-də səhər Spitakda zəlzələ ilə bağlı Ermənistana getmişdim. İlk gülləni Ermənistan tərəfinin atması... Yadımdadır, azərbaycanlı gənc qızı güllələmişdilər. Bunu hamı bilirdi. Bu hadisə SSRİ rəhbərliyinə də məlum idi.

Bakıya qoşun yeridilməsi haqqında qərar SSRİ rəhbərliyinin ən yuxarılarında verilmişdi və bu qərar kollegial şəkildə qəbul olunmuşdu. Həmin vaxt mən "Staraya Ploşad"da (Kremlin Administrasiyası, Mərkəzi Komitənin yerləşdiyi məkan - F.Ə.) idim. Bütün gecəni işdə oldum. Həmin gecə mənim üçün bütün mənalarda çox ağrılı idi. Çünki günahsız insanların qurban veriləcəyinə əmindim. Onların arasında Bakıdakı dostlarım da ola bilərdi.

"40 minə yaxın azərbaycanlı Moskva küçələrində etiraz edirdi"

- Bakıda törədilən faciə ilə bağlı Moskvada SSRİ tarixində ən böyük etiraz aksiyası keçirildi. Mərkəzi Komitənin azərbaycanlıların mitinqinə reaksiyası necə oldu?

- Ayın 20-də artıq səhər saatlarında Moskvadakı Azərbaycan icması 10 minlərlə insanı küçəyə çıxarmışdı. Bu Sovetlər dövründə Moskvada keçirilən ilk və insan sayına görə ən böyük etiraz mitinqi idi. Mərkəzi Komitənin binası önündə minlərlə insan... Bu, görünməmiş bir hadisə idi. Etirazçı azərbaycanlıların önünə mən və Mərkəzi Komitənin təşkilat şöbəsinin müdirinin müavini Vladimir Babiç çıxdıq. Vladimir Stepanoviç artıq həyatda yoxdur. Etirazçı kütlə çox həyəcanlı idi. Açığını deyim, biz də qorxmuşduq. Onların içərisində bir nəfər tanışımı gördüm. Bu, Azərbaycan Dövlət Televiziya və Radiosunun Moskvadakı müxbiri Abuzər Bağırov idi. Abuzəri mən SSRİ Dövlət Teleradiosunun sədr müavini olduğum zamandan tanıyırdım. Onu görəndən sonra bir az sakitləşdim. Etirazçılar özlərini çox mədəni aparırdılar. Bu zaman əmin oldum ki, SSRİ rəhbərliyinin insanların beyninə doldurduğu xalqlar dostluğu məfhumu xəyaldan başqa bir şey deyil. Mən daha çox xalqların fərdlərinin ayrı-ayrılıqda dostluğuna inanıram. Mitinq iştirakçılarından hazırladıqları petisiyanı qəbul etdik və həmin petisiyanı Mixail Qorbaçova verdik.

Həmin gün Qorbaçov mənə zəng də eləmişdi. Məndən azərbaycanlıların Moskvadakı mitinqlərində neçə nəfərin iştirak etdiyini soruşdu. Ona 100 minə yaxın azərbaycanlının küçəyə çıxması haqqında məlumat vermişdilər. 100 min də olmasa da, 40 minə yaxın azərbaycanlı Moskva küçələrində etiraz edirdi. Bu, Moskvadakı azərbaycanlı ziyalıların mitinqi idi. Ona görə də mitinq zamanı heç bir qanunsuzluğa yol verilməmişdi. Sakit etiraz aksiyası idi. İndi etiraz aksiyası heç kəsdə təəccüb doğurmur. Lakin bu, həmin zaman üçün çox nadir hal və Moskva üçün "yenilik" idi.

"Qorbaçovun icazəsi olmadan bu hadisələr baş verə bilməzdi"

- Moskvadakı Azərbaycan icmasının etiraz mitinqinə və petisiyaya Qorbaçovun münasibəti necə oldu?

- Təbii ki, bu Qorbaçov bunu ağrılı qarşıladı. Lakin o bu faciənin mənasını və nə ilə nəticələnəcəyini anlayırdı. Çünki onun rəhbərliyi ilə siyasi büronun qəbul etdiyi qərarın bütün məsuliyyətini özü daşıyırdı. Onun icazəsi olmadan bu hadisələr baş verə bilməzdi. Bakıya ciddi hərbi kontingent yeridilmişdi.

Heç bir imperiya əbədi deyil. Hər bir imperiyanın sonu olduğu kimi, Sovetlər İttifaqı imperiyasının da sonu oldu. 20 yanvar faciəsi isə SSRİ imperiyasının sonunu yaxınlaşdıran hadisələrdən biri idi. Məsələ ondadır ki, imperiyasının dağılması prosesində insan itkisinin qarşısını almaq mümkün idi. Lakin bunun üçün ölkənin iqtisadi gücü və rəhbərliyin istedadı olmalı idi. Təəssüf ki, bunların heç biri SSRİ-də yox idi.

"Bakıya qoşun yeritməyə gərək yox idi"

- Siz o vaxt Qorbaçovun ən yaxınında olmuş adamlardan birisiniz. Sizcə, bu faciənin qarşısını almaq olardımı? SSRİ rəhbərliyinin bunun üçün imkanı vardımı?

- Hesab edirəm ki, Bakıya qoşun yeritməyə gərək yox idi. Danışıqlar üçün böyük bir qrupla Azərbaycana getmək lazımıydı. Bu qrupa nüfuzlu bir azərbaycanlı rəhbərlik etməlidiydi, bu nüfuzlu şəxs isə Heydər Əliyev idi. Qorbaçov həmin vaxt Bakıya Heydər Əliyevi danışıqlar üçün göndərməliydi. O bu faciənin qarşısını Heydər Əliyevi Bakıya göndərməklə ala bilərdi. Təəssüf ki, bu addımı atmadı. Nəticəsi də göz qabağındadır.


{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
AZAL-ın 300 dollarlıq "təxliyyə" oyunu - Diaspor sədrindən etiraz Samuxlu fermerlər məmurların əlindən dad deyir – “Batırıq…” Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır... DTX-nin XİN-də saxladığı şəxsin səsyazısı yayıldı - AUDİO Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı - ƏTRAFLI Həbib Nurməhəmmədovun atası Dağıstanda torpağa tapşırıldı Həbib Nurməhəmmədovun atası vəfat etdi Elmar Məmmədyarovun yaxın adamı tutuldu - o nazir təyin olunandan bərabər çalışırlar... Daxili turizm də böhranda: xilas yolu nədir? - ARAŞDIRMA DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir - RƏSMİ Gəncə icra şöbəsi vətəndaşı aldatmağa davam edir - GİLEY Məmurlar varidatlarını açıqlamağa risk edəcəklərmi – GÜNÜN SUALI Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ İşçisindən nazirə şikayət olundu - GİLEY Qanlarının arasına pandemiya girmiş olsa da... - Dəyişiklik mütləqdir... Bu gün Leyla Əliyevanın doğum günüdür Ziya Məmmədovun qardaşının adamı "bu, bizim küçədir" deyir - Özbaşınalıq Enerji içkiləri: - Suallar, gümanlar, rəylər Sabiq deputatdan hədələyici AÇIQLAMA - “Oğlanlarım başınıza daş salıb?” Prezident cərimələri təsdiqlədi – SƏRƏNCAM Türkiyə Rusiyadan aldığı “S-400”-ü ABŞ-a sata bilər? – POLİTOLOQLARDAN AÇIQLAMA "Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib..." - İTTİHAM "Global Enerji" kütləvi ixtisara hazırlaşır... - Pandemiya yeni işsiz ordusu yaradacaq... Hacıqabulda məmur özbaşnalığı - Vətəndaş intihar həddində... İlham Əliyevdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım - FOTO Mehriban Əliyeva polisləri təbrik etdi: “Çətin günlərdə atdığınız qətiyyətli addımların və peşəkarlığınızın şahidiyik” Azərbaycanda bu gün Polis Günü qeyd olunur Azərbaycanda kredit borcları dondurula bilər - MÜJDƏ Türkiyədə oxuyan azərbaycanlı tələbələrlə bağlı NARAHATLIQ: - Virusa yoluxanlar necə müalicə alır? Kollec direktorunun təsərrüfat işi alınmadı və... - İDDİA Qardaşı narkotiklə tutulan başçı müavini vəzifədən azad edilib? - AÇIQLAMA «Brand Credit» İFLAS ASTANASINDA: Göstəricilərini gizlədir... - Rəqəmlər... Azərbaycanda siqaret bahalaşdı Əbülfəs Qarayevi üçün HƏBS QƏRARI... - AZ QALIB... Başçı ilə vətəndaş arasında qalmaqal... - Gədəbəydə... Bu da Arzu Rəhimovun yeyintisi... - İTTİHAM Azərbaycanda benzin bahalaşdı – SON DƏQİQƏ Həftəsonu qadağalar sərtləşdirilir? - Operativ Qərargahdan AÇIQLAMA Baş prokuror 2 şəhər və 4 rayona yeni prokurorlar təyin etdi - Prokurorluq orqanlarında yeni təyinatlar Prezidentdən mətbuatın 145 illik yubileyi ilə bağlı SƏRƏNCAM Deputatın biznesi: Donuz, dəvəquşu ferması Xətainin icra başçısı haqda ilginc iddia... - Qəssabxana biznesindədir, qoyunları da küçədə otlayır... İlham Əliyev Brovkinanı təltif etdi - SƏRƏNCAM Gürcüstanda 30-a yaxın TIR sürücüsündə COVID-19 aşkarlanıb “Təbəssüm Məmmədovanın meyiti bir gün sonra yaxınlarına təhvil verilib” - AÇIQLAMA ““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL” Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var Azərbaycanda siqaret monipoliyasının böyük oyunu – Savaş başlayıb Azərbaycanda siqaretlər bahalaşır — YENİ QİYMƏT Əbülfəs Qarauevin TALANÇI ORDUSU: Regionları onlar qarət edib... - İTTİHAM "Bahar enerji"də ÖZBAŞINALIQ DAVAM EDİR... - GİLEY AKİA fermerlərin dostudur, ya qənimi?.. - Reallıq odur ki... "AZAL biletləri özəl turizm şirkətlərinin əli ilə satır, biletlər "qara bazar"dadır" - NARAZILIQ... Azərbaycan prezidenti onlar haqda nə demişdi? - TƏHLİL “Bir kitab da bağlanmaq” üzrədir - Şəmkir icra başçısının 6 illik fəaliyyətinin yoxlanılmasına başlanıldı Saleh Məmmədov AAYDA-nı BATIRIR... - mənfəəti 93% azalıb Jurnalistlərin 3-cü binası HAZIRDI - Mənzillər kimlərə veriləcək? “İnsanlar özləri başa düşməlidirlər ki, bu, böyük təhlükədir” Prezident uşaqlara energetik içkilər satanların cəzalandırılması barədə qanunu imzaladı Gəncədə BÖYÜK YEYİNTİ - Həbs olunanlar var... Bioloji Təbabət Klinikasında əməkdaşlar qızdırma ilə işə gəlir? - İDDİA Viruslu xəstələr kanalizasiyası Kür çayı olan şəhərə aparılacaq… – KORONAVİRUSLU XƏSTƏLƏRİN SAYI DAHA DA ARTA BİLƏR SMS icazə sistemində limit qoyuldu: Gündə bir dəfə... Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT… - "...buna nə ad vermək olar?" Prezident dəniz nəqliyyatı işçilərini təltif etdi Əbülfəs Qarayevin işlədiyi dövr YOXLANILIR - Keçmiş nazir HƏBS OLUNUR? “Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır? - İTTİHAM “Şirkətin əsl sahibi Hesablama Palatasının şöbə müdiridir...” - GİLEY “TƏBİB doğrudan da işini görə bilmədi...” - NARAZILIQ... Fərəc Quliyev Aİ nümayəndələrinə Dağlıq Qarabağla bağlı müraciət göndərdi Azərbaycan nefti həftə ərzində bir qədər bahalaşıb "İndi virus nə cavan, nə qoca, nə orta yaşa baxmır" Mərkəzi Banka pandemiya dövründə 160 metr hündürlükdə yeni bina tikilir Qaxda internetsizlik həyatı iflic edib: - Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir Fəhlələr nazirdən Prezidentə şikayət etdi - "Körpü-Bina-Tikinti" fəhlələri aldadıb Bakı bulvarı da dövlətdən pul yayındırıb - 160 min manatdan çox vergi borcu var "Yeni seçilmiş deputatımıza müraciət etmişəm..." - GİLEY “Araz market” dən vətəndaşlara daha bir dələduzluq - FOTO Səhiyyə Nazirliyində qan, yoxsa korrupsiya xərçəngi? - ARAŞDIRMA BDU-da karantin qaydaları pozulur — Elə qonaqlıqlar olur ki, toy onun yanında «toya getməlidir» ABŞ İran və Çinin metallurgiyasına zərbə vurdu - YENİ SANKSİYALAR Ramiz Mehdiyevin qardaşı oğlu da istintaqa çəkiləcək - TELMAN MEHDİYEV RÜŞVƏT ALAN İŞÇİSİNƏ GÖRƏ DİNDİRİLƏCƏK Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 517 yeni yoluxma - RƏSMİ Bakıda məşhur klinikada ölən qızın meyiti ailəsinə niyə verilmir? – VİDEO Rusiyada daha 176 nəfər koronavirusdan öldü Gömrükdəki baha rüsumlar bizi belə müflis edir... - Sıradan bir FAKT İcra başçısının oğluna məxsus bazar yandı – Video "MedEra" gənc qızı İFLİC ETDİ - Bakıda daha bir həkim naşılığı... “Şahdağ Turizm Mərkəzi” də dövlətə BORCLU İMİŞ... - 2 milyon manatdan çox vergi borcu var Vətəndaşın başında çatlayan “səhiyyə çanağı” - AKTUAL Dollar satışı ilə bağlı müəmma: - Milli Bank o təlimatı verib, yoxsa... 12 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - Nazirə şikayət olundu Dövlət Sərhəd Xidmətində yeni yoxlamalara ehtiyac var - İDDİA Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları təbrik edib - FOTO İlham Əliyevdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım - FOTO Azərbaycan Ordusu 102 yaşını qeyd edir "Qaçqınkom" 6 aylıq "Fidan Körpə"yə 216 min manat verdi — Komitədən növbəti müəmma… Azərbaycanda 547 koronavirusa yoluxma - 6 ölü Cavid Qurbanov Yasamaldakı gölü də mənimsəyib... - NARAZILIQ... Gömrükdə həbslər davam edəcək... - İDDİA