Hərbi əməliyyatlara başlamaq üçün seçki faktoru aradan qalxıb - GƏLİŞMƏ


Azərbaycanda sonuncu prezident seçkisi 2018-ci ilin aprelində, bələdiyyəsi seçkiləri 2019-cu ilin dekabrında, parlament seçkiləri isə 2020-ci ilin fevralında keçirildi. Bu da o deməkdir ki, növbədənkənar seçkilər olmayacağı halda növbəti prezident seçkiləri 2025-ci ilin aprelində, bələdiyyə seçkiləri 2024-cü ilin dekabrında, parlament seçkiləri isə 2025-ci ilin fevralında keçirilməlidir.

Beləliklə, Azərbaycan qarşıdakı 5 ilə yaxın seçkilər olmayan dövrə daxil olur. Ekspertlər hesab edir ki, uzunmüddətli dövr üçün ölkəmiqyaslı seçkilərin olmaması Azərbaycanın Qarabağ siyasətinə təsir edə bilər. Belə vəziyyət Dağlıq Qarabağla bağlı aparılan siyasətdə danışıqların hərbi əməliyyatlara başlamaq fazasına keçməsinə şərait yarada bilər. Azərbaycanın buna hərbi gücü də yetir.

Bu barədə “Yeni Müsavat”a danışan politoloq Əhəd Məmmədli bildirdi ki, ölkəmizdə ilk dəfədir ki, beş ilə yaxın müddətdə heç bir seçkilər keçirilməyəcək. Əgər növbədənkənar seçkilər olmayacaqsa, ilk dəfə ölkə beş il seçkisiz dönəm yaşayacaq. Ancaq seçkinin olub-olmamasından asılı olmayaq Azərbaycan daha 4-5 il gözləməli deyil, Qarabağın azad olunması üçün hərbi əməliyyatlara başlamalıdır. Seçkilərin yoxluğu, sadəcə, işi asanlaşdıran amildir: “Seçkilərlə və ya seçkilərsiz fərq etməz, torpaqlarımızı azad etmək vaxtı çoxdan gəlib çatıb. Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq fazasına şərait çoxdan yaradılıb. Nikol Paşinyan daha nə ağılsızlıq etməlidir ki, biz müharibəyə başlayaq?! Azərbaycanın hərbi gücü də yetir ki, danışıqların Ermənistan tərəfindən dayandırıldığını elan edib ərazi bütövlüyümüzü bərpa etmək üçün hərbi müstəvini seçək”.

Hərbi ekspert Ramil Məmmədli də bildirdi ki, işğal edilmiş ərazilərin azad edilməsinə ölkədaxili heç bir siyasi proses mane ola bilməz. Əslində hazırda hərbi əməliyyatlara başlamağın əsl məqamıdır: “Dünyada bir daha sübut olundu ki, öz haqqını özün qorumalısan. Əks təqdirdə, hər bir dövlət məsələyə öz maraqları formatında yanaşacaq. O ki qaldı münaqişənin həlli ilə bağlı danışıqların öz əhəmiyyətini itirməsinə, biz bunu sonuncu Münhen konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyində də gördük. Ermənilər üçün Qarabağ münaqişəsi bitmiş məsələdir. Onların fikrincə, işğal olunan ərazilər onlarındır və məsələyə artıq yekun vurulub. Məhz bu məqam da Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə şans yaradır. Faktiki, işğalçı ölkə heç bir qanunları tanımır və belə halda isə güc yolu ilə problem öz həllini tapmalıdır. Buna Azərbaycanın həm iqtisadi, həm hərbi, həm də insani baxımdan gücü yetir”.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə bildirdi ki, Azərbaycan üçün seçkisiz dönəm yeni fürsət yaradacaq. Azərbaycan işğal olunmuş ərazilərində antiterror əməliyyatına başlaya bilər. Buna hüququ çatır: “Azərbaycan artıq otuz ildir davamlı olaraq erməni terrorundan əziyyət çəkir. Bu illər ərzində faktiki olaraq cəzasız qalan və bir çox hallarda hətta bəzi dövlətlər tərəfindən siyasi maraqlar ucbatından təqdir edilən erməni tərəfi terrorçuluğu artıq dövlət siyasətinə çevirib. Bu isə Azərbaycan Respublikası ilə yanaşı bütövlükdə region üçün təhlükədir. Ona görə də hesab edirəm ki, Azərbaycan hakimiyyətinin Qarabağda antiterror əməliyyatları keçirməsi vacibdir. Bunun üçün diplomatiyamız sözdə deyil, əməldə münbit şəraitin yaranmasına vəsilə olmalı və ardınca işğal altında olan torpaqlarımızın işğalçılardan təmizlənməsi üçün antiterror əməliyyatlarına başlanmalıdır”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, ərazi bütövlüyümüzün bərpası seçkilərdən vacibdir. İndiyə qədər bu istiqamətdə hərbi müstəvini seçməməyimizdə əslində tez-tez keçirilən seçkilərin rolu olmayıb. Hərbi əməliyyatlara başlayacağımız halda hətta planda olan seçkiləri də təxirə salmaq olar. Qarşıdakı uzunmüddətli dövr üçün seçkilər olmayacaqsa, daha yaxşı: “Dövlətin maraqları nəyin bahasına olursa-olsun müdafiə olunmalıdır. Azərbaycan daxildə və xaricdə lazımi hazırlıq işlərini aparıb Qarabağda antiterror əməliyyatına başlamalıdır. Bunun üçün məqsədyönlü işlər gərəkdir. Bu, torpaqlarımızın azad olunması üçün yeganə yoldur”.
“Yeni Müsavat”



{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Azərbaycanda varlı qadın fəhlə bazarında PUL PAYLADI — Koronavirusa görə... / VİDEO TƏBİB koronavirusa görə könüllü səhiyyə işçisi axtarır Vüqar Səfərli vəzifədən azad edildi - Sərəncam KİVDF-yə yeni İcraçı direktor təyin edildi - SƏRƏNCAM Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur- RƏSMİ Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı Yeni virus nə qədər yaşayacaq? Bakı küçələrində koronaviruslu zibillər - REPORTAJ İstirahət gününün havası: Yağış, külək, duman Bakıda karantin rejimini pozan şəxsin narkotacir olduğu ortaya çıxdı "Şortikimi geyindim..." - Brilliant səs-küylü videosu haqda KİV: FIFA "Tokio-2020" üçün futbolçuların yaş həddini artırdı Azərbaycanda tibb işçilərində koronavirus aşkarlandı - SON DƏQİQƏ 158 170 nəfərin evdən çıxma icazəsi təsdiqləndi ABŞ-da koronavirusa yoluxanların sayı 255 min nəfəri ötdü MN: Atəşkəs rejimi 23 dəfə pozulub Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi Azərbaycanda tibbi maska qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı yeddiyə çatdı Türkiyədə koronovirusdan ölənlərin sayı 425-ə çatıb UEFA-dan XƏBƏRDARLIQ: bu klublar Avropa kuboklarına buraxılmaya bilərlər Azərbaycanlı məşhurların koronavirus xeyriyyəçiliyi: Kim dar gündə dada yetir? Jurnalistlər, DİQQƏT! - Koronavirusdan belə qorunun - Baş infeksionist DANIŞDI BNA rəsmisi: “Onların çalışdığı sahə nə dərəcədə həyati əhəmiyyətlidir?” Sabah da yağış yağacaq Çindən ölkələrə vacib çağırış: “Pandemiyanın qarşısını almaq üçün...” Azərbaycanda tədris ili yenidən başlayacaq? Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu - FOTO Karantin rejimində evdən çıxma qaydaları açıqlanır - CANLI YAYIM İlham Əliyevdən mühüm SƏRƏNCAM Azərbaycanın bu şəhərində spirt, maska, ərzaq sakinlərin ayağına gəlir - FOTOLAR “Sevgilim olmasaydı, o məmurun verdiyi maşını götürərdim” Atəşkəs 25 dəfə pozuldu Karantin vaxtı texniki baxış müddəti başa çatan avtomobillər cərimələnməyəcək Evdən çıxmaq məqsədilə 8103-ə yanlış SMS göndərənlərə xəbərdarlıq edildi Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı Yalnız bu şəxslərin hərəkətinə icazə veriləcək - Siyahı DİQQƏT! Evdən çıxmaq üçün bu nömrəyə SMS göndərməlisiniz Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi - VİDEO Azərbaycanda işçi çörək zavodunda intihar etdi Ekşteyn Azərbaycandakı durumundan danışdı Çinin koronavirus yalanları: İki nəhəng üz-üzə qaldı ''Bir xəstə təmasda olduğu 50-yə yaxın şəxsi yoluxdurur'' - TƏBİB-dən XƏBƏRDARLIQ Bu taksi sürücüləri cərimələnəcək - RƏSMİ TƏBİB rəsmisi həyəcan təbili çaldı: “Bir xəstə 50 nəfəri yoluxdurur” Prezident bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM Xüsusi karantin qaydalarını pozanlarla bağlı RƏSMİ AÇIQLAMA Aztəminatlı gənclərə şad xəbər – Onlara da yaşayış sahəsi veriləcək Azərbaycanda vətəndaşların hərəkəti elektron cihazların köməyi ilə izləniləcək İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO Bakıda tikinti materialları bazarında yanğın - Video+Yenilənib Kəlbəcərin işğalından 27 il keçir Azərbaycan ordusunun Aprel qələbəsindən dörd il ötür Zaur həkim bacısını niyə efirə çıxarmır? - ÖZÜ AÇIQLADI Vətəndaşlara hansı güzəştlər olacaq? Bu şəxslərə 250 manat mükafat veriləcək - Qərar Mobil operatların koronaya görə güzəştləri - Siyahı Azərbaycanda millət vəkilləri banklara çağırış edib "Maska taxmayın, çünki..." – ÜST-dən şok xəbərdarlıq Banklar dolları manata çevirmir: Səbəb nədir? İlham Əliyev 3 sərəncam imzaladı Prezidentdən türkiyəli deputatla bağlı sərəncam Azərbaycanda işıqpulu limiti bu qədər artırılır Tramp Putindən kömək istədi: “Amerikalıları xilas et” – Kremldən kritik açıqlama Küçəyə səbəbsiz çıxanlar 100 manat cərimə edildi - FOTOLAR Azərbaycanda daha 61 nəfər koronovirusa yoluxdu - RƏSMİ Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir Azərbaycanda dərslərin 15 sentyabradək təxirə salınması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti artırılır İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM “Uca Tanrıya dua edirəm ki, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin!” Dünən 3 nəfər məsuliyyətə cəlb edilib, 382 maşın geri qaytarılıb Dünyanın ən yaxşı gənc futbolçuları - SİYAHI Roza küsülü olduğu Sevinc-Sevil barədə bu sözləri dedi Azərbaycanda insanları aldadan HAKERLƏR PEYDA OLDU - koronavirusu fürsət bildilər Cəbhə xəttində erməni təxribatı davam edir Vergilər Nazirliyi bələdiyyələrə vergi və ödənişləri toplamaq üçün dəstək verəcək Dollarla bağlı ŞAD XƏBƏR - Az əvvəl açıqlandı... Əhalinin Diqqətinə: Evdən çıxarkən üstünüzdə bu sənədlər olsun - XƏBƏRDARLIQ Bakıda bu gün axşamdan metro bağlanır - RƏSMİ Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı Azərbaycanda uşaqlara energetik içkilərin satışı qadağan edilsin - TƏKLİF Tanınmış müğənni Damla karantindədir - AÇIQLAMA Hökumət təşvişdədir: Paşinyan hakimiyyətinin sonu... Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı film - Video Çinlilər koronavirusdan necə sağalırlar... - İLGİNC İDDİA Vüsal Qasımlı: “Dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq” Karantin rejimini pozan daha üç nəfər məsuliyyətə cəlb olundu - RƏSMİ Prezident fövqəladə vəziyyətlə bağlı FHN-ə hansı səlahiyyətləri verib? - DETALLAR “Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm” — Mehriban Əliyeva Azərbaycanlılara qarşı soyqırımından 102 il ötür Prezident fövqəladə vəziyyətlə bağlı FHN-ə səlahiyyət verdi İlham Əliyevdən daxili işlər naziri ilə bağlı SƏRƏNCAM Azərbaycanda 25 yaşlı oğlan anasını öldürdü-TƏFƏRRÜAT "Virus sübut etdi ki, insanlığı xilas etmək üçün yardımlaşmaya ehtiyac var" Nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalar DƏYİŞDİ - Əli Əsədovdan YENİ QƏRAR Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürən məşhurlar - Siyahı Daxili Qoşunların əsgərləri Bakı küçələrində - Koronavirusla bağlı işə başladılar - FOTO