Suriya anlaşmanın Qarabağ üçün də yaxşı presedent olacağı deyilir... - TƏHLİL


“Türkiyə və Ukrayna işğal edilmiş Krım bölgəsindən olan tatarlar üçün yeni şəhərin salınması ilə bağlı layihənin icrasına başlayıb”. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. O, Krım tatarlarının yerləşdirilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynada ümumilikdə 500 mənzilli yeni binaların inşası üçün razılaşma əldə etdiklərini xatırladıb. Yeni şəhərin salınması məqsədilə məkanın müəyyən olunması üçün Türkiyədən olan nümayəndə heyəti yaxın günlərdə Kiyevə gələcək.

Qeyd edək ki, sözügedən anlaşma Ərdoğanın fevralın 3-də Ukraynaya etdiyi səfər zamanı əldə edilib. Görüşdən sonra açıqlama verən Türkiyə lideri Zelenski ilə Xerson vilayətində Krım tatarları üçün yeni şəhərin salınması ilə bağlı anlaşdıqlarını söyləmişdi. Onu da yada salaq ki, Türkiyə Krımın Rusiya tərəfindən ilhaqını rədd edir və Ukraynanın ərazi bütövlüyünü tanımağa davam edir. Bunu qardaş ölkənin başçısı Kiyevə son rəsmi səfər zamanı bir daha bəyan edib. Bu isə Türkiyə ilə əlaqələri son illər dinamik inkişafda olan Rusiyada qıcıq yaradır. Ərdoğanın Krımla bağlı məlum bəyanatına Kremlə yaxın KİV-lərdə verilən operativ əsəbi reaksiya buna bariz sübutdur.

*****

Ancaq hazırda Ankara və Moskva arasında qarşıdurma xətti Krımdan yox, Suriyanın İdlib bölgəsindən keçir. Məsələ ondadır ki, Əsəd rejiminin əsas siyasi-hərbi varlıq qarantı olan və Suriyada öz maraqlarını açıq-aşkar müdafiə edən Rusiya Türkiyə ilə İdliblə bağlı imzaladığı sənədlərə, o cümlədən Soçi anlaşmasına məhəl qoymur. Bu da həssas bölgədə vəziyyəti xeyli gərginləışçdirməklə yanaşı, rus-türk konflikti riskini yaradıb, hətta Moskva-Ankara əlaqələrinin qırılma nöqtəsinə gəldiyini iddia edənlər var.

Belə perspektiv isə hər iki tərəfə ciddi itkilər, adekvat olaraq ABŞ-a, Qərbə dividentlər vəd edir. Bunu da istət Türkiyə, istərsə də Rusiya siyasi isteblişmentində yaxşı anlayırlar. Lakin fakt budur ki, hələlik İdlib düyününü açmaq da mümkün olmur. Ona görə ki, qardaş ölkənin haqlı tələblərin Rusiya görməzlikdən gəlir.

Yaranmış durumda həm Türkiyə, həm də Rusiya ilə dost münasibətlərdə olan Azərbaycanın, prezident İlham Əliyevin vasitəçilik missiyası yenidən gündəmə gəlib. Məsələn, Rosbalt.ru portalı iddia edib ki, Ərdoğan Bakı səfəri zamanı İlham Əliyevdən onun Putinlə anlaşması üçün köməklik göstərməyi xahiş edib.

“Yeni Müsavat”ın məlumatına görə, bu mövzuya həsr olunan analitik məqalədə deyilir: “Bir çox ekspertlərin iddialarına inansaq, Əliyev 2015-ci ildəki təyyarə insidendtindən sonra Rusiya ilə Türkiyənin barışığına güclü kömək elədiyi kimi, tamamilə mümkündür ki, Ərdoğan bu dəfə də ondan vasitəçilik xahişi edib. Həqiqətən, İlham Əliyev də vasitəçi olmasın kim olsun bəs?”

Yazıda Ankara-Moskva münasibətlərindəki vəziyyətin təzədən 2015-ci ilə qayıtmaq üzrə olduğu bildirilir: “Bu da Moskva və Ankara üçün uğursuzluq deməkdir. Çünki onlar illərdir çətinlikləri dəfə edərək ”Türk axını" qaz kəmərinin inşasını yekunlaşdırıblar, “Akkuyu” AES-in tikintisinə başlayıblar, hətta ABŞ-ın maraqlarını zədələyərək hərbi-texniki sferada uğurlu əməkdaşlığa girişiblər (Söhbət Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasından gedir - “YM”).

Nüfuzlu portal Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri barədə də yazıb. “Ankara ilə Bakı arasında gerçəkdən də xüsusi münasibətlər var: tərəflər hərbi-siyasi müttəfiqlərdir. Türkiyə Qarabağ məsələsində ardıcıl şəkildə Azərbaycanı müdafiə edir. Bu faktor nizamlama məsələsində olduqca mühüm önəm kəsb edir. Bundan əlavə, Azərbaycan Türkiyənin ”qaz xabı"na çevrilməsinin iştirakçısıdır və heç vaxt Ankaranı, belə desək, ideoloji anlamda məyus eləməyib. Bakıda Ərdoğan-Əliyev görücünün yekununa həsr olunan bəyanatda Azərbaycan prezidenti təsdiqlədi ki, “iki ölkənin bütün məsələlərdə mövqeyi üst-üstə düşür, bizim niyyətlərimiz və hədəfimiz eyndir”. İlham Əliyev onu da dedi ki, türkiyəli həmkarı ilə Qarabağ konfliktinin həlli yollarını müzakirə ediblər və Ərdoğana daima Azərbaycanın haqq işini müdafiə elədiyi üçün təşəkkürünü bildirib. “Elə bir məsələ yoxdur və... olmayacaq ki, Azərbaycan Türkiyəni müdafiə eləməsin... Bizim birliyimiz əbədidir” deyib" - təhlili məqalədə bildirilir.

Müəllif daha sonra Azərbaycanın Türkiyədən müasir silahlar almağa davam edəcəyi və tərəflərin birgə silah istehsalı haqda müzakirələr aparması barədə yazıb: “Əliyev deyib ki, ”Türkiyənin gücü bizim gücümüzü artırır" və “Türkiyəsiz regionda heç bir problem öz həllini tapmır”. Ərdoğan isə bir daha bəyan edib ki, Azərbaycan və Türkiyə “bir millət - iki dövlət”dir və Ankaranın ən böyük arzusu Qarabağ ixtilafının Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllidir. Ancaq fikrimizcə, burada problemin miqyası baxımından daha önəmlisi İdlib məsələsində Əliyevin öz “qardaşı” Ərdoğana hansı köməyi göstərə bilməsi ilə bağlıdır. Axı yaranmış durumda onun vasitəçiliyi Putinlə yanaşı, İran və Suriya liderlərinin vasitəçiliyini də ehtiva edəcək. Gerçəkdən də Şərq - incə məsələdir".

*****

Əlavə edək Kİ, Ankara və Moskvanın İdlib (Suriya) məsələsində anlaşması yaxın perspektivdə Dağlıq Qarabağ ixtilafının həlli üçün yaxşı presedent rolu da oynaya bilər. Bu xüsusda Bakının haqqında danışılan vasitəçiliyi ikiqat önəmdədir...

P.S. Yazı Suriyanın İdlib bölgəsində vəziyyət kritikləşmədən öncə hazırlanıb.
“Yeni Müsavat”



{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Qvardiolaya ağır itki üz verdi - Koronavirus... Muzdlu işçilərə ödəmələr nə vaxt veriləcək? - Nazirlik açıqladı Nuşirəvan Məhərrəmlini o əvəzlədi - MTRŞ-də yeni sədr Yeni maska istehsalı müəssisəsindən - Fotolar 190 manatı almaq istəyən işsiz vətəndaşların nəzərinə! İlham Əliyev əfv sərəncamı imzaladı Milli Məclisin növbəti iclasında Elman Rüstəmovun səlahiyyət müddəti artırılması məsələsinə baxılacaq Milli Məclisin növbəti iclasında Elman Rüstəmovun səlahiyyət müddəti artırılması məsələsinə baxılacaq Banklar kredit verməyi niyə dayandırıb? - Rəsmi AÇIQLAMA Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı Qardaş ölkə Türkiyə vətəndaşları üçün bunu da etdi.. - PULSUZ PAYLANACAQ İnternet və ya kompüter problemi olan şagirdlər virtual dərslərə necə qoşulacaq? – Rəsmi AÇIQLAMA Neft 33 dollardan satılır Karantin rejimini pozan 1369 sürücü və sərnişin cərimələndi Covid 19-peyvəndin inkişafı və ağciyərdəki dəyişikliklər Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozdu Azərbaycanda koronavirusa yoluxanların sayı artır - Video Azərbaycanda varlı qadın fəhlə bazarında PUL PAYLADI — Koronavirusa görə... / VİDEO TƏBİB koronavirusa görə könüllü səhiyyə işçisi axtarır Vüqar Səfərli vəzifədən azad edildi - Sərəncam KİVDF-yə yeni İcraçı direktor təyin edildi - SƏRƏNCAM Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur- RƏSMİ Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı Yeni virus nə qədər yaşayacaq? Bakı küçələrində koronaviruslu zibillər - REPORTAJ İstirahət gününün havası: Yağış, külək, duman Bakıda karantin rejimini pozan şəxsin narkotacir olduğu ortaya çıxdı "Şortikimi geyindim..." - Brilliant səs-küylü videosu haqda KİV: FIFA "Tokio-2020" üçün futbolçuların yaş həddini artırdı Azərbaycanda tibb işçilərində koronavirus aşkarlandı - SON DƏQİQƏ 158 170 nəfərin evdən çıxma icazəsi təsdiqləndi ABŞ-da koronavirusa yoluxanların sayı 255 min nəfəri ötdü MN: Atəşkəs rejimi 23 dəfə pozulub Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi Azərbaycanda tibbi maska qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı yeddiyə çatdı Türkiyədə koronovirusdan ölənlərin sayı 425-ə çatıb UEFA-dan XƏBƏRDARLIQ: bu klublar Avropa kuboklarına buraxılmaya bilərlər Azərbaycanlı məşhurların koronavirus xeyriyyəçiliyi: Kim dar gündə dada yetir? Jurnalistlər, DİQQƏT! - Koronavirusdan belə qorunun - Baş infeksionist DANIŞDI BNA rəsmisi: “Onların çalışdığı sahə nə dərəcədə həyati əhəmiyyətlidir?” Sabah da yağış yağacaq Çindən ölkələrə vacib çağırış: “Pandemiyanın qarşısını almaq üçün...” Azərbaycanda tədris ili yenidən başlayacaq? Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu - FOTO Karantin rejimində evdən çıxma qaydaları açıqlanır - CANLI YAYIM İlham Əliyevdən mühüm SƏRƏNCAM Azərbaycanın bu şəhərində spirt, maska, ərzaq sakinlərin ayağına gəlir - FOTOLAR “Sevgilim olmasaydı, o məmurun verdiyi maşını götürərdim” Atəşkəs 25 dəfə pozuldu Karantin vaxtı texniki baxış müddəti başa çatan avtomobillər cərimələnməyəcək Evdən çıxmaq məqsədilə 8103-ə yanlış SMS göndərənlərə xəbərdarlıq edildi Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı Yalnız bu şəxslərin hərəkətinə icazə veriləcək - Siyahı DİQQƏT! Evdən çıxmaq üçün bu nömrəyə SMS göndərməlisiniz Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi - VİDEO Azərbaycanda işçi çörək zavodunda intihar etdi Ekşteyn Azərbaycandakı durumundan danışdı Çinin koronavirus yalanları: İki nəhəng üz-üzə qaldı ''Bir xəstə təmasda olduğu 50-yə yaxın şəxsi yoluxdurur'' - TƏBİB-dən XƏBƏRDARLIQ Bu taksi sürücüləri cərimələnəcək - RƏSMİ TƏBİB rəsmisi həyəcan təbili çaldı: “Bir xəstə 50 nəfəri yoluxdurur” Prezident bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM Xüsusi karantin qaydalarını pozanlarla bağlı RƏSMİ AÇIQLAMA Aztəminatlı gənclərə şad xəbər – Onlara da yaşayış sahəsi veriləcək Azərbaycanda vətəndaşların hərəkəti elektron cihazların köməyi ilə izləniləcək İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO Bakıda tikinti materialları bazarında yanğın - Video+Yenilənib Kəlbəcərin işğalından 27 il keçir Azərbaycan ordusunun Aprel qələbəsindən dörd il ötür Zaur həkim bacısını niyə efirə çıxarmır? - ÖZÜ AÇIQLADI Vətəndaşlara hansı güzəştlər olacaq? Bu şəxslərə 250 manat mükafat veriləcək - Qərar Mobil operatların koronaya görə güzəştləri - Siyahı Azərbaycanda millət vəkilləri banklara çağırış edib "Maska taxmayın, çünki..." – ÜST-dən şok xəbərdarlıq Banklar dolları manata çevirmir: Səbəb nədir? İlham Əliyev 3 sərəncam imzaladı Prezidentdən türkiyəli deputatla bağlı sərəncam Azərbaycanda işıqpulu limiti bu qədər artırılır Tramp Putindən kömək istədi: “Amerikalıları xilas et” – Kremldən kritik açıqlama Küçəyə səbəbsiz çıxanlar 100 manat cərimə edildi - FOTOLAR Azərbaycanda daha 61 nəfər koronovirusa yoluxdu - RƏSMİ Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir Azərbaycanda dərslərin 15 sentyabradək təxirə salınması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti artırılır İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM “Uca Tanrıya dua edirəm ki, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin!” Dünən 3 nəfər məsuliyyətə cəlb edilib, 382 maşın geri qaytarılıb Dünyanın ən yaxşı gənc futbolçuları - SİYAHI Roza küsülü olduğu Sevinc-Sevil barədə bu sözləri dedi Azərbaycanda insanları aldadan HAKERLƏR PEYDA OLDU - koronavirusu fürsət bildilər Cəbhə xəttində erməni təxribatı davam edir Vergilər Nazirliyi bələdiyyələrə vergi və ödənişləri toplamaq üçün dəstək verəcək Dollarla bağlı ŞAD XƏBƏR - Az əvvəl açıqlandı... Əhalinin Diqqətinə: Evdən çıxarkən üstünüzdə bu sənədlər olsun - XƏBƏRDARLIQ Bakıda bu gün axşamdan metro bağlanır - RƏSMİ Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı