“8 mart aksiyası”nın tələbləri: onlar nə istəyirlər?


Martın 8-də Bakının mərkəzində, Nizami küçəsində keçirilməsinə cəhd edilən qanunsuz aksiyanın informasiya təminatı "peşəkar" qurulmuşdu. Hiss olunurdu ki,  təşkilatçılar mesajlarının auditoriyaya çatdırılmasının qayğısına qalıblar. Şüarlarının bütün cəmiyyətə çatdırılması üçün çalışdılar. Sosial şəbəkələri bir anda zəbt etdilər. Əksər  platformalarda canlı yayımlar verdilər: "Susmaq yoxdur, üsyan var!"; "Küçələrdən qorxma, azadlığı boğma!"
Amma bu qədər hazırlığın fonunda yenə də "unutduqları", "boş buraxdıqları" məqamlar vardı. Məsələn, üsyana hazır olduqlarını çox açıq şəkildə bildirsələr də, nə üçün üsyan etdikləri barədə konkret bilgi vermədilər. Hansı azadlıqları boğulub ki, üsyan etmək həddinə çatıblar? Bilgi yoxdur, sadəcə üsyana çağırış var.
Üsyan özü məqsəd deyil, vasitədir, məqsədə çatmaq üçün atılan taktiki addımdır. İzahlı lüğətdə deyilir ki, "üsyan - hər hansı ictimai qrupun köhnə ictimai quruluşu, münasibətlər sistemini yıxıb, yenisini qurmaq məqsədilə törətdiyi aksiyadır". Onda sual açıq qalır: 8 mart aksiyasının təşkilatçıları üsyan etməklə hansı münasibətlər sistemini dağıdıb, hansı yenilikləri qurmaq istəyirlər? Onlar hansı məqsədlərə çatmaq istəyirlər? Bilən varmı?
Bu kontekstdə yanaşanda aydın olur ki, məqsədlərində aydınlıq yoxdur, ya da məqsədlərini şüurlu şəkildə gizlədilər. Zahiri görüntü budur ki, məişətdə qadın zorakılığından, "qadına qarşı şiddətdən" danışırlar, yetkinlik yaşına çatmayan qızların nikahlanmasını pisləyirlər, qadın hüquq və azadlıqlarının yetərli olmamasından şikayətlənirlər... Yəni, "klassik  feminizm" bayrağına bükülürlər. Zatən, özlərini beləcə də adlandırırlar: "Azərbaycan Feminist Hərəkatı" (qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat).  
Amma bunun fonunda  bəzən elə tələblər ifadə edirlər ki, ümumi ahənglə uyuşmur, klassik  feminizmin çərçivələrini aşır. Bu tələblər nəinki klassik feminizm platformasının sərhədlərini aşır, həm də cəmiyyət  üçün ziyanlıdır, ictimai əxlaq normalarına ziddir, ailə institutunun dağıdılmasına yönəlib.
8 mart aksiyasının informasiya təminatı üzərində aparılan təhlillər göstərir ki, aksiya təşkilatçılarının Azərbaycan auditoriyası üçün səsləndirdikləri şüarlarla, xarici KİV-lərə ötürdükləri mesajlar arasında kəskin fərqlilik var. Daxili auditoriya qarşısında "klassik feminizm" bayrağına bükülənlər, xarici KİV-lərə ötürdükləri informasiyalarda "müasir feminist"ə çevrilirlər. Bakı küçələrində "qadına qarşı şiddətdən" danışılır, məişət zorakılığı pislənilir. Amma bu, aksiyanın yalnız görünən tərəfidir. Xarici KİV-lərə ötürülən açıqlamalarda qeyd edilir ki, təşkilatçılar "cinsi oriyentasiyasından asılı olmayaraq" bütün fərdlərin təhlükəsiz mühitdə yaşamaq haqqının" tanınmasını tələb edirlər. Bəyanat müəllifləri (aksiya təşkilatçıları) "Gender və cinsi oriyentasiyasından asılı olmayaraq, bütün fərdlərin işləmək haqqının, təhsilə çatımlılığının, bərabər imkanlar qazanmasının..." tərəfdarı kimi çıxış edir, Azərbaycanın İstanbul Konvensiyasına qoşulmasının təmin edilməsini istəyirlər. Bir sözlə, sonda bəlli olur ki, aksiya  İstanbul Konvensiyasına qoşulmaq üçün Azərbaycan hakimiyyətinə təsir göstərmək məqsədi güdürmüş. Bütün transmilli KİV-lər, həmçinin Azərbaycan üzərində qurulan oyunlara alət olanlar 8 mart aksiyası barədə informasiyanı məhz bu cür təqdim edirlər: "Bakıda aksiya keçirildi: İstanbul Konvensiyasına qoşulmaq tələb edildi". Mənbə qismində isə 8 mart aksiyasının təşkilatçılarına istinad edirlər.
Nədir İstanbul Konvensiyasının mahiyyəti? Niyə açıq danışmırlar? Doğrudanmı Azərbaycan cəmiyyəti  "İstanbul Konvensiyasının" qəbul edilməsini, bu yolla "cinsi azlıqların" hüquqlarının rəsmən tanınmasını özünün bir nömrəli problemi sayır? İslam dəyərlərini üstün tutan müsəlman ölkəsində belə bir hal mümkündürmü?
Xeyr, Azərbaycan cəmiyyəti "seksual azadlıq" adı altında "seksual azğınlığın", pozğunluğun yayılmasına, cəmiyyətin ana sütunu olan ailə institutunun dağıdılmasına imkan verə bilməz. Bu, birmənalıdır. Aksiya təşkilatçıları da yaxşı bilirlər. Bildikləri üçün də Bakı küçələrində bir cür şüar səsləndirir, xarici KİV-lərə verdikləri müsahibələrdə isə fərqli fikirlər səsləndirirlər. Qərb institutları tərəfindən maliyyələşdirilən bu insanlar cəmiyyətimizə mənəviyyatsızlıq, əxlaqsızlıq gətirirlər. "Üsyan edib" dəyişdirmək istədikləri ictimai münasibətlər sistemi də budur.
İndiki halda cəmiyyəti çaşdırmağı bacarırlar. Nəinki, cəmiyyət, heç öz valideynləri də 8 mart aksiyasına qoşulanların niyyətləri barədə tam bilgili deyillər. Onlar 8 mart aksiyasını qadın hüquqlarının təminatını yaxşılaşdırmaq üçün atılan addım kimi təqdim edirlər.
Cəmiyyət ayıq olmalı, öz dəyərlərinə sahib çıxmalı, bu cür aksiyaların təşkilatçılarına da layiqli cavab verməlidir.
Müşfiq Ələsgərli
Milli.Az



{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı Qardaş ölkə Türkiyə vətəndaşları üçün bunu da etdi.. - PULSUZ PAYLANACAQ İnternet və ya kompüter problemi olan şagirdlər virtual dərslərə necə qoşulacaq? – Rəsmi AÇIQLAMA Neft 33 dollardan satılır Karantin rejimini pozan 1369 sürücü və sərnişin cərimələndi Covid 19-peyvəndin inkişafı və ağciyərdəki dəyişikliklər Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozdu Azərbaycanda koronavirusa yoluxanların sayı artır - Video Azərbaycanda varlı qadın fəhlə bazarında PUL PAYLADI — Koronavirusa görə... / VİDEO TƏBİB koronavirusa görə könüllü səhiyyə işçisi axtarır Vüqar Səfərli vəzifədən azad edildi - Sərəncam KİVDF-yə yeni İcraçı direktor təyin edildi - SƏRƏNCAM Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur- RƏSMİ Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı Yeni virus nə qədər yaşayacaq? Bakı küçələrində koronaviruslu zibillər - REPORTAJ İstirahət gününün havası: Yağış, külək, duman Bakıda karantin rejimini pozan şəxsin narkotacir olduğu ortaya çıxdı "Şortikimi geyindim..." - Brilliant səs-küylü videosu haqda KİV: FIFA "Tokio-2020" üçün futbolçuların yaş həddini artırdı Azərbaycanda tibb işçilərində koronavirus aşkarlandı - SON DƏQİQƏ 158 170 nəfərin evdən çıxma icazəsi təsdiqləndi ABŞ-da koronavirusa yoluxanların sayı 255 min nəfəri ötdü MN: Atəşkəs rejimi 23 dəfə pozulub Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi Azərbaycanda tibbi maska qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı yeddiyə çatdı Türkiyədə koronovirusdan ölənlərin sayı 425-ə çatıb UEFA-dan XƏBƏRDARLIQ: bu klublar Avropa kuboklarına buraxılmaya bilərlər Azərbaycanlı məşhurların koronavirus xeyriyyəçiliyi: Kim dar gündə dada yetir? Jurnalistlər, DİQQƏT! - Koronavirusdan belə qorunun - Baş infeksionist DANIŞDI BNA rəsmisi: “Onların çalışdığı sahə nə dərəcədə həyati əhəmiyyətlidir?” Sabah da yağış yağacaq Çindən ölkələrə vacib çağırış: “Pandemiyanın qarşısını almaq üçün...” Azərbaycanda tədris ili yenidən başlayacaq? Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu - FOTO Karantin rejimində evdən çıxma qaydaları açıqlanır - CANLI YAYIM İlham Əliyevdən mühüm SƏRƏNCAM Azərbaycanın bu şəhərində spirt, maska, ərzaq sakinlərin ayağına gəlir - FOTOLAR “Sevgilim olmasaydı, o məmurun verdiyi maşını götürərdim” Atəşkəs 25 dəfə pozuldu Karantin vaxtı texniki baxış müddəti başa çatan avtomobillər cərimələnməyəcək Evdən çıxmaq məqsədilə 8103-ə yanlış SMS göndərənlərə xəbərdarlıq edildi Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı Yalnız bu şəxslərin hərəkətinə icazə veriləcək - Siyahı DİQQƏT! Evdən çıxmaq üçün bu nömrəyə SMS göndərməlisiniz Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi - VİDEO Azərbaycanda işçi çörək zavodunda intihar etdi Ekşteyn Azərbaycandakı durumundan danışdı Çinin koronavirus yalanları: İki nəhəng üz-üzə qaldı ''Bir xəstə təmasda olduğu 50-yə yaxın şəxsi yoluxdurur'' - TƏBİB-dən XƏBƏRDARLIQ Bu taksi sürücüləri cərimələnəcək - RƏSMİ TƏBİB rəsmisi həyəcan təbili çaldı: “Bir xəstə 50 nəfəri yoluxdurur” Prezident bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM Xüsusi karantin qaydalarını pozanlarla bağlı RƏSMİ AÇIQLAMA Aztəminatlı gənclərə şad xəbər – Onlara da yaşayış sahəsi veriləcək Azərbaycanda vətəndaşların hərəkəti elektron cihazların köməyi ilə izləniləcək İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO Bakıda tikinti materialları bazarında yanğın - Video+Yenilənib Kəlbəcərin işğalından 27 il keçir Azərbaycan ordusunun Aprel qələbəsindən dörd il ötür Zaur həkim bacısını niyə efirə çıxarmır? - ÖZÜ AÇIQLADI Vətəndaşlara hansı güzəştlər olacaq? Bu şəxslərə 250 manat mükafat veriləcək - Qərar Mobil operatların koronaya görə güzəştləri - Siyahı Azərbaycanda millət vəkilləri banklara çağırış edib "Maska taxmayın, çünki..." – ÜST-dən şok xəbərdarlıq Banklar dolları manata çevirmir: Səbəb nədir? İlham Əliyev 3 sərəncam imzaladı Prezidentdən türkiyəli deputatla bağlı sərəncam Azərbaycanda işıqpulu limiti bu qədər artırılır Tramp Putindən kömək istədi: “Amerikalıları xilas et” – Kremldən kritik açıqlama Küçəyə səbəbsiz çıxanlar 100 manat cərimə edildi - FOTOLAR Azərbaycanda daha 61 nəfər koronovirusa yoluxdu - RƏSMİ Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir Azərbaycanda dərslərin 15 sentyabradək təxirə salınması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti artırılır İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM “Uca Tanrıya dua edirəm ki, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin!” Dünən 3 nəfər məsuliyyətə cəlb edilib, 382 maşın geri qaytarılıb Dünyanın ən yaxşı gənc futbolçuları - SİYAHI Roza küsülü olduğu Sevinc-Sevil barədə bu sözləri dedi Azərbaycanda insanları aldadan HAKERLƏR PEYDA OLDU - koronavirusu fürsət bildilər Cəbhə xəttində erməni təxribatı davam edir Vergilər Nazirliyi bələdiyyələrə vergi və ödənişləri toplamaq üçün dəstək verəcək Dollarla bağlı ŞAD XƏBƏR - Az əvvəl açıqlandı... Əhalinin Diqqətinə: Evdən çıxarkən üstünüzdə bu sənədlər olsun - XƏBƏRDARLIQ Bakıda bu gün axşamdan metro bağlanır - RƏSMİ Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı Azərbaycanda uşaqlara energetik içkilərin satışı qadağan edilsin - TƏKLİF Tanınmış müğənni Damla karantindədir - AÇIQLAMA Hökumət təşvişdədir: Paşinyan hakimiyyətinin sonu... Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı film - Video Çinlilər koronavirusdan necə sağalırlar... - İLGİNC İDDİA Vüsal Qasımlı: “Dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq” Karantin rejimini pozan daha üç nəfər məsuliyyətə cəlb olundu - RƏSMİ Prezident fövqəladə vəziyyətlə bağlı FHN-ə hansı səlahiyyətləri verib? - DETALLAR “Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm” — Mehriban Əliyeva