Azərbaycanda 22 min dollara şəxsi təyyarə satılır - VİDEO





Şəxsi təyyarədə Avropaya cəmi bir neçə saata çatmaq indi daha çox filmlərdə gördüyümüz və əksəriyyətin ətçatmaz saydığı bir imkandır. Bahalı avtomobillər, villalar və yaxtalar kimi, şəxsi təyyarə də yalnız həddən artıq imkanlı şəxslərin sahəsi sayılır.

Amma indi məlum olur ki, şəxsi təyyarəni avtomobil qiymətinə də almaq olar. Ona qulluq və parkinqi də adət etdiyimiz qiymətlərədir.
Bu imkanı Amerika Birləşmiş Ştatlarının Avia Akademiyası - "International Aero Academy»nin Azərbaycan nümayəndəsi sayılan «ISE GROUP» MMS yaradır. Şirkətin rəhbəri Emil Əliyev FED.az-a müsahibəsində şəxsi təyyarə almaq imkanlarını açıqlayıb.

- Emil müəllim, rəhbərlik etdiyiniz şirkət kiçik özəl təyyarələrin satışı və pilotların hazırlığı ilə məşğuldur. Əvvəlcə təyyarələrdən başlayaq – belə təyyarələri haradan və neçəyə almaq olar?

- Bizim şirkətin bir neçə beynəlxalq dərəcəli pilotlarla müqaviləsi var. Bunlar əsasən rusiyalı, amerikalı və ukraynalı pilotlardır. Təyyarələrin tapılmasını, satın alınmadan əvvəl yoxlanılmasını, hans ölkədə olmanıza bağlı olaraq çatdırılmasına qədər bizim anlaşmalı olduğumuz pilotlar həyata keçirir.

İkinəfərlik təyyarənin qiyməti Amreikada 22,5 min dollardan başlayır. Ən stabil 40 min dollara çox gözəl ikinəfərlik təyyarə almaq olar.

Məsələn, «Van's Aircraft» zavodu var, onlar Amerikada iki nəfərlik təyyarələr istehsal edir. O təyyarələr hətta o qədər kiçikdir ki, «Leqo» şəklindədir, yəni evinizə qutuda sökülmüş vəziyyətdə göndərilir. Bildiyiniz 2 metr uzunluğunda taxta qutularda təyyarələr hansı ölkədə olmağından asılı olmayaraq evlərə çatdırılır.

- Belə kiçik təyyarə ilə necə uçmaq olar?

- Normal, MDB ölkələrindən olan pilotlar bu təyyarələrdən məmnundurlar. Bu təyyarələrlə Rusiyadan Xorvatyaya uçurlar.

- Bu təyyarələr nə qədər uçuş məsafəsinə malik olur?

- Bu təyyarələrlə əsasən 2 min kilometr məsafəyə qədər uçuşlar həyata keçirmək olur. Kiçik təyyarələrin əsas uçuş məsafəsi 1800-2000 kilometrdir. Bu da kifayət edir, çünki istənilən halda qarşınızda hər hansı bir ölkə var, orada aerodroma enə bilirsiz. Avropa və Amerika ərazisində bir təyyarənin hər hansısa bir hava limanına enib orada bir gün qalmağı cəmi 22 dollara başa gəlir. Bu məbləğə hələ pilotların VİP Lounge-dən istifadə də daxildir.

- Tutaq ki, 22 min dollara təyyarə almaq üçün sifariş edirik. Alınma prosesi çox uzun çəkirmi?

- Təyyarənin alınma prosesi bir neçə ay çəkir. Bunun üçün bizim pilotumuz uçur Amerikadakı istehsal zavoduna. Alış öncəsi təyyarəni yoxlayıb test edir, sonra gətirirlər.

- Azərbaycanda təyyarə alıb, elə Azərbaycanda da saxlamaq olar?

- Mən bununla bağlı həm hava limanı, həm də Gömrük Komitəsi ilə danışıqlar apardım. Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi Arif Məmmədov 2001-ci ildə verdiyi müsahibəsində demişdi ki, yaxın zamanda Azərbaycanda hamının təyyarəsi olacaq. Təəssüf ki, bu həyata keçməyib, amma bu ümidlə yaşayırıq. Gömrük Komitəsindən aldığımız məlumata əsasən, hazırda Azərbaycana kiçik həcimli təyyarələrin gəlişi qadağandır. Bunu gətirmək üçün ancaq hər hansısa bir şirkət qurmalısız. Məsələn, turizm məqsədilə turistlərin daşınmasını həyata keçirisrsən. Müraciət etmək lazımdır Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə. Nazirlik Milli Aviasiya Agentliyinə müraciət edir. Bu şəkildə lisenziyaya icazə verə bilərər. Yəni Gömrük Komitəsindən aldığım rəsmi məlumat budur. Amma şəxsi istifadə üçün qadağandır, mütləq şirkət olmalıdır.

- Bəs təyyarəni Azərbaycana yaxın hansı ölkədə saxlamaq olar?

- Ukraynada. Hazırda Ukraynada yüzlərlə sıravi vətəndaşın təyyarəsi var. Əsasən də Zaparoji bölgəsində, Qərbi Ukrayna ərazisində çox insanların təyyarəsi var.

- Bəs Gürcüstanda? Azərbaycandan ora getmək daha asandır.

- Gürcüstanda da ola bilər. Bu gün təyyarənin hava limanının anqarında saxlanması üçün aylıq 200-300 dollar arasında parkinq xidməti verilir. Müqayisə üçün deyim ki, Bakıdakı «Park Azure» Yaşayış Kompleksində avtomobillər üçün parkinq yerləri aylıq 1000 manata çatır (gülür).

Qonşu pölkələrdə Rusiyada, Türkiyədə, Ukraynada, Avropa ölkələrinin hamısında təyyarəni saxlamaq mümkündür. Bizim şirkət sifarişçilərə onların istəklərinə uyğun təyyarələrini Almaniyada, Çexiyada, İtaliyyada saxlamaq xidməti də veririk. Hətta onlar uçuş etmədən öncə bizim pilotlar gedib orada təyyarəni hazırlayıb onlarla bir yerdə səyahət edə bilər.

- Təyyarələrin işlənmişi də olur?

- Əlbəttə, yeni təyyarə almaq məcburiyyətində deyilsiz, köhnə təyyarə də ala bilərsiz, onların da öz bazarı var. Biz pilotumuzla bir yerdə alıcıya öz məsləhətimizi verə bilirik. Bunun üçün birbaşa əlaqə yaradırıq sifarişçinin istəklərinə və məqsədinə uyğun təyyarə seçməyə kömək göstəririk. Belə ki, təyyarəni dünya ölkələri üzərindən tapırıq, alıcıya istehsalçı ölkə, təyyarənin markası, qiyməti və uçuş saatı haqqında məlumat veririk. Pilotumuz əlavə ödəniş qarşılığında uçub təyyarəni yoxlayır, alıcıya onun vəziyyəti, təmir üçün lazım olan vəsaitin məbləği və təyyarəni nə qədər il istifadə edə biləcəyinə dair ətraflı məlumat verir. Əgər alıcı üçün uyğun olursa, orada etibarnamə əsasında alınır və sifarişçiyə uyğun ölkəyə uçub orada daimi parkinq təşkil edilir.

- Bəs 4 nəfərlik yeni və işlənmiş təyyarələrin qiyməti neçəyədir?

- 4 nəfərlik yeni təyyarələrin qiyməti 100-200 min dollar arasındadır. Hər təyyarədə təxminən 50 kilo, bəzən 100 kiloluq əlavə əşyaları qoymaq üçün baqaj olur. Bu yerlər bəzən təyyarənin yan, bəzən arxa, bəzən də ön hissəsində olur. İşlənmiş fransız, amerikan təyyarəsinin qiyməti 40-50 min dollardan başlayır. 250 min dollarlıq təyyarənin işlənmişi isə təxminən 100 min dollar olur.

- Bu təyyarələrin təhlükəsizliyinə necə zəmanət verilir?

- Bu təyyarələr çox təhlükəsizdir. Əsasən “pırpırlı” dediyimiz bu təyyarələr reaktiv deyil, çox rahatdırlar.

- Belə təyyarələrlə məsələn, Ukraynadan Avropaya uçmaq neçə saat çəkir?

- Ukraynadan Avropaya uçmaq üçün 1,5-2 saat vaxt sərf olunur. Qərbi Ukrayna Polşa ilə sərhəddir. Oradan avtobusla 23 saata Berlinə getmək olar. Təyyarələrin bakları təxminən 60-80 litr olur. Təyyarə 1 saatlıq uçuş ərzində təxminən 20 litr 98-benzin və ya kerosin sərf edir.

- Bəs yanacaq qiymətləri nə qədərdir?

- Yanacaq «Aİ-98» markalı benzinin qiymətinədir. Azərbaycanda təyyarələrin bakın doldurmaq üçün kerrosin və dizeldən, Amerikada isə «98-oktan» və ya «98-LL»” markalı benizndən istifadə edirlər.

- Belə çıxır bir neçə saata Avropanın istənilən şəhərinə uçaq olar?

- Əlbəttə, indi təyyarələr avtomobildən rahat olub. Amerikada miqrasiya məsələləri ilə məşğul olan bir vəkil tanışım var, 60 yaşı var. Həftə sonları səhər yeməyi üçün Sakramentoya öz təyyarəsi ilə gedir. Dünənəcən Azərbaycanda kater, yaxta almaq çox çətin məsələ idi. Bu gün biz onların da satışını çox rahat təmin edirik. Təxminən 8-10 metr uzunluğunda 20-25 min dollara bir kayutası olan Amerika istehsalı böyük katerləri satmaq olur. Bunları yerli bazardan çox rahat almaq olur. Onların yenisi 150-200 min dollardır. Katerlər Amerikadan, Türkiyyədən gəlir biz burda onun montajını həyata keçiririk. Kiçik motorlu qayıqlardan başlayaraq böyük katerlərə qədər satışını həyata keçiririk. Demək istəyirəm ki, dünənə qədər Azərbaycanda o da çətin bir məsələ idi, amma indi çox rahatdır.

- Şəxsi təyyarələrin Azərbaycana uçmasına qadağa varmı?

- Şəxsi təyyarələrin Azərbaycana gəlməsinə qadağa yoxdur. Amma şəxsi təyyarələri alıb burada qeydiyyatdan keçirməyə qadağa var.

- Tutaq ki, şəxsi təyyarə Ukraynadadır, və onunla Macarıstanın üzərindən Almaniyaya keçmək istəyirik. Bunun üçün ayrıca bir icazəyə ehtiyac varmı?

- Amerika qeydiyyatı ilə təyyarələri satın alıb Ukraynada parkinq edə bilərsiz. Buna icazə var. Amerika qeydiyyatı bir çox yerlərdə tanındığı üçün bəzi məsələləri həll etmək daha rahat olur. Hər hansı bir ölkəyə gedəndə uçacağınız hava limanında dispeçirə uçuş planınız haqqında əvvəlcədən məlumat verilir. Onların icazəsindən sonra uçmaq olur. Bu danışıqları artıq onlar özləri həll edir. Əgər yolda dəyişiklik olursa, uçuş planından başqa bir yerə uçmağa qərar verirsizsə, yenə marşurutunuzu bildirərək planı dəyişdirirsiz ki, digər təyyarələrlə toqquşma riski olmasın. Planı bildirmək həm də ona görə vacibdir ki, sizə hansı marşurutla, hansı yüksəklikdə, hansı tezlikdə əlaqə saxlamaq planı bildirilir.

- Gələk pilotların hazırlığına, sizin şirkət bu işlə də məşğuldur. Yəni təyyarə almaq istəyən şəxsə təyyarəni sürməyi öyrədirsiniz?

- Bəli, bizim təmsil etdiyimiz özəl pilotların hazırlanması üzrə akademiyalar Mayami bölgəsində yerləşirlər. Bizim onlarla müqaviləmiz var ki, Azərbaycandan keçmiş MDB ölkələri arasından üç aylıq özəl pilot lisenziyası tədrisi üçün arzu edənləri göndəririk

- Yaş və ya başqa bir məhdudiyyət varmı?

- Yaş məhdudiyyəti yoxdur, 18 yaşından yuxarı hər kəs o proqrama qatıla bilir. 3 aylıq kursdur, onun təxminən 1 ayı nəzəriyyədən, qalan 2 ayı isə, ancaq uçuşlardan ibarətdir. Hər gün uçuşlar var, 3 ay sonra solo uçuş olur. İlkin olaraq nəzəri imtahan verilir, sonra isə uçuşlarla bağlı lisenziya almaq üçün solo uçuş imkanı verilir. Solo uçuşu uğurla başa vuran idarəçi qalxandan müəyyən müddət sonra təyyarəni endirir. Artıq bundan sonra təyyarəni idarə edən pilot sayılır. Bundan sonra idarəçiyə ömürlük pilot lisenziyası verilir.

- Pilot lisenziyasını almaq üçün şərtlər, tələblər nədir və müddət nə qədərdir?

- Bu lisenziyanı almaq 3 ay çəkir. Mütləq ingilis dili olmalıdır. İngilis dilini bilməklə bağlı dərəcə tələbi yoxdur. Sadəcə ingiliscə başa düşmək lazımdır. Əslində, pilotlar üçün pilot ingiliscəsi deyilən bir kurslar da var. Burada işlənən terminləri nəzəriyyə keçilərkən öyrədirlər. Amma digər tərəfdən də, biz bunu MDB ölkələrində rahatlaşdırmaq üçün “Sky Eagle” Akademiyası ilə razılaşdırdıq, onlar ildə bir neçə dəfə nəzəriyyə hissəsini Moskvada yarı rus, yarı ingilis dilində tədris edirlər. Burada 1 həftəlik kurs keçilir, bu da nəzəriyyə kursu üçün kifayət edir. Sonra iki kitab verilir, biri ingilis dilində tezliklər, yəni hava limanında dispeçirdən hansı dildə, hansı abreviatura ilə danışmaq lazımdır onların siyahısı, digəri isə veb saytdır. Bu veb sayta girdikdə istənilən hava limanının dispeçirinin danışıqlarına treninq məqsədi ilə qulaq asmaq olur. Məsələn, Mayami, Nyu-York və digər ölkələrin hava limanlarının dispetçerlərinin danışıqlarına qulaq alışsın deyə, əzbərləmək üçün dinlədikdə başa düşmək olur. Həmin vaxt onlar tez və kodlarla danışırlar. “Çarli”, “Bravo”, “844”, “35” və sair sözlərin nə anlama gəldiyini bilmək üçün kitabda izah olunur.

- Bu kursların qiyməti neçəyədir?

- 3 aylıq kursların qiyməti 11,5-12 min dollar civarındadır. Bundan əlavə, pilotun Amerikada 3 aylıq qamaq xərci və təyyarə bileti var. Bu və 3 aylıq kurs, hamısı birlikdə 15-16 min dollara başa gəlir.

- İldə nə qədər qrup yığılır?

- Dünyanın hər ölkəsindən iştirakçılar var deyə, 3 nəfər Azərbaycandan, 2 nəfər Moskvadan, 3 nəfər Meksikadan gedə bilər. Bunlar hamısı bir qrupda formalaşır. Qrupun yığılmama şansı yoxdur.

- Ora gedən iştirakçı ömürlük lisenziya alır, bu lisenziya ona nə sürməyə imkan verir?

- İlkin mərhələdə o, ya «Cessna», ya da «Tecnam», 2 və 4 nəfərlik təyyarələrdə test uçuşları edirlər və onların uçuş metodları öyrənilir. Amma alternativ təyyarələr çoxdur deyə, prinspcə onları da istifadə edə bilər. İnsanın özünün istəyindən asılı olaraq gələcəkdə kommensiya və sərnişin təyyarələrini sürməyi də öyrənmək olar.

- Bu lisenziya dünyanın hər yerində qüvvədədir?

- Bu lisenziya əsasən validasiya dediyimiz sistemlə qarşılıqlı ölkələrin bir-birini tanıma sisteminə uyğundur.

- Amerikanın həmin kursu və onun verdiyi lisenziya Azərbaycanda tanınırmı?

- Azərbaycanda bununla bağlı elə bir çalışma yoxdur, amma validasiya etmək olur. Azərbaycanda bir az məhdudiyyətlər var, çünki bizdə tədris metodu 4 ildir.

- Emil müəllim, dediniz ki, akademiyada pilotlar son olaraq solo uçuşlar həyata keçirir və lisenziya alırlar. Pilotların solo uçuşlarına qədərki hazırlıqları onlara 1 000-2 000 kilometr məsafəyə uçuşları həyata keçirməyə imkan verirmi?

- Onlar ilkin pilot lisenziyasını aldıqdan sonra bir müddət treninq keçməlidirlər. Məsələn, bu gün ölkələrarası kommersiya məqsədli uçuşlarda pilot kimi çalışmaq üçün təxminən 1 200 uçuş saatı lazımdır. Amma şəxsi pilot kimi öz təyyarənizi sürmək üçün siz artıq pilotsunuz. Amerika sisteminin MDB ölkələrindən fərqi ondadır ki, «BPL» lisenziyası aldıqdan sonra pilot artıq təyyarənin kapitanı vəzifəsində olur. Rusiyada isə əvvəlcə ikinci pilot olursuz, sonra birinci pilot olmaq şansınız olur. Şəxsi təyyarənizin lisenziyasını alana qədər onsuz da 300-400 saat uçuş edirsiz. Bu uçuş saatları da hesablanır.

- Uçuş zamanı təhlükəsizlik məsələsi necə tənzimlənir? Bu adamların paraşütləri filan olurmu? Nəzərə alsaq ki, peşəkar pilot deyil, yəni ona kömək edəcək bir adam da yoxdur.

- İlkin mərhələdə təyyarə satın alan adamlara məsləhət görürük ki, ilk uçuşu hökmən bizim pilotlarla etsinlər. Çünki pilotluq kursu bir ölkənin içində keçilir. Yəni pilot uçuşu öyrənəndə Amerikanın ştatları arasında uçuş edir, San-Fransisko, Nyu-York və digər şəhərlərə uçuş etmir. Ona görə də ilk ölkələrarası uçuşları etmək istəyənlərə həmişə məsləhət görürük ki, bizim pilotların xidmətindən istifadə etsinlər. Bu onlara həm praktika qazanmağa, həm də beynəlxalq uçuşların təcrübəsini birbaşa peşəkardan götürməyə imkan yaradır. Bundan sonra digər uçuşları təcrübə topladığı üçün özləri sərbəst edə biləcəklər.




{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO  Evdəki xəstələrə pullu xidmət - Qapıdan şəfa girir, yoxsa virus? Əhmədli sakinlərinin rahatlığı pozulub - FOTO + VİDEO Beyəqanda 10 manat kapitalla milyon qazanmağın yolu: - “Veteks-2017” MMC- nin fəaliyyəti araşdırılarsa… "Belə haqsızlıq olmaz..." - GİLEY Təhsil ocaqlarında rüşvət pandemiyası yayılıb - İTTİHAM Əhmədzadənin kadrları belə "işləyir"... - VİDEO Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Qaragünlü neft rayonu Çayxana qədər olmayan təhsilin çətin günü! - Bunun fəsadı ağır olacaq Əhəd Abıyev koronavirusa yoluxub? - Açıqlaması QALMAQAL YARATDI AZAL-ın 300 dollarlıq "təxliyyə" oyunu - Diaspor sədrindən etiraz Samuxlu fermerlər məmurların əlindən dad deyir – “Batırıq…” Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır... DTX-nin XİN-də saxladığı şəxsin səsyazısı yayıldı - AUDİO Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı - ƏTRAFLI Həbib Nurməhəmmədovun atası Dağıstanda torpağa tapşırıldı Həbib Nurməhəmmədovun atası vəfat etdi Elmar Məmmədyarovun yaxın adamı tutuldu - o nazir təyin olunandan bərabər çalışırlar... Daxili turizm də böhranda: xilas yolu nədir? - ARAŞDIRMA DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir - RƏSMİ Gəncə icra şöbəsi vətəndaşı aldatmağa davam edir - GİLEY Məmurlar varidatlarını açıqlamağa risk edəcəklərmi – GÜNÜN SUALI Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ İşçisindən nazirə şikayət olundu - GİLEY Qanlarının arasına pandemiya girmiş olsa da... - Dəyişiklik mütləqdir... Bu gün Leyla Əliyevanın doğum günüdür Ziya Məmmədovun qardaşının adamı "bu, bizim küçədir" deyir - Özbaşınalıq Enerji içkiləri: - Suallar, gümanlar, rəylər Sabiq deputatdan hədələyici AÇIQLAMA - “Oğlanlarım başınıza daş salıb?” Prezident cərimələri təsdiqlədi – SƏRƏNCAM Türkiyə Rusiyadan aldığı “S-400”-ü ABŞ-a sata bilər? – POLİTOLOQLARDAN AÇIQLAMA "Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib..." - İTTİHAM "Global Enerji" kütləvi ixtisara hazırlaşır... - Pandemiya yeni işsiz ordusu yaradacaq... Hacıqabulda məmur özbaşnalığı - Vətəndaş intihar həddində... İlham Əliyevdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım - FOTO Mehriban Əliyeva polisləri təbrik etdi: “Çətin günlərdə atdığınız qətiyyətli addımların və peşəkarlığınızın şahidiyik” Azərbaycanda bu gün Polis Günü qeyd olunur Azərbaycanda kredit borcları dondurula bilər - MÜJDƏ Türkiyədə oxuyan azərbaycanlı tələbələrlə bağlı NARAHATLIQ: - Virusa yoluxanlar necə müalicə alır? Kollec direktorunun təsərrüfat işi alınmadı və... - İDDİA Qardaşı narkotiklə tutulan başçı müavini vəzifədən azad edilib? - AÇIQLAMA «Brand Credit» İFLAS ASTANASINDA: Göstəricilərini gizlədir... - Rəqəmlər... Azərbaycanda siqaret bahalaşdı Əbülfəs Qarayevi üçün HƏBS QƏRARI... - AZ QALIB... Başçı ilə vətəndaş arasında qalmaqal... - Gədəbəydə... Bu da Arzu Rəhimovun yeyintisi... - İTTİHAM Azərbaycanda benzin bahalaşdı – SON DƏQİQƏ Həftəsonu qadağalar sərtləşdirilir? - Operativ Qərargahdan AÇIQLAMA Baş prokuror 2 şəhər və 4 rayona yeni prokurorlar təyin etdi - Prokurorluq orqanlarında yeni təyinatlar Prezidentdən mətbuatın 145 illik yubileyi ilə bağlı SƏRƏNCAM Deputatın biznesi: Donuz, dəvəquşu ferması Xətainin icra başçısı haqda ilginc iddia... - Qəssabxana biznesindədir, qoyunları da küçədə otlayır... İlham Əliyev Brovkinanı təltif etdi - SƏRƏNCAM Gürcüstanda 30-a yaxın TIR sürücüsündə COVID-19 aşkarlanıb “Təbəssüm Məmmədovanın meyiti bir gün sonra yaxınlarına təhvil verilib” - AÇIQLAMA ““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL” Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var Azərbaycanda siqaret monipoliyasının böyük oyunu – Savaş başlayıb Azərbaycanda siqaretlər bahalaşır — YENİ QİYMƏT Əbülfəs Qarauevin TALANÇI ORDUSU: Regionları onlar qarət edib... - İTTİHAM "Bahar enerji"də ÖZBAŞINALIQ DAVAM EDİR... - GİLEY AKİA fermerlərin dostudur, ya qənimi?.. - Reallıq odur ki... "AZAL biletləri özəl turizm şirkətlərinin əli ilə satır, biletlər "qara bazar"dadır" - NARAZILIQ... Azərbaycan prezidenti onlar haqda nə demişdi? - TƏHLİL “Bir kitab da bağlanmaq” üzrədir - Şəmkir icra başçısının 6 illik fəaliyyətinin yoxlanılmasına başlanıldı Saleh Məmmədov AAYDA-nı BATIRIR... - mənfəəti 93% azalıb Jurnalistlərin 3-cü binası HAZIRDI - Mənzillər kimlərə veriləcək? “İnsanlar özləri başa düşməlidirlər ki, bu, böyük təhlükədir” Prezident uşaqlara energetik içkilər satanların cəzalandırılması barədə qanunu imzaladı Gəncədə BÖYÜK YEYİNTİ - Həbs olunanlar var... Bioloji Təbabət Klinikasında əməkdaşlar qızdırma ilə işə gəlir? - İDDİA Viruslu xəstələr kanalizasiyası Kür çayı olan şəhərə aparılacaq… – KORONAVİRUSLU XƏSTƏLƏRİN SAYI DAHA DA ARTA BİLƏR SMS icazə sistemində limit qoyuldu: Gündə bir dəfə... Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT… - "...buna nə ad vermək olar?" Prezident dəniz nəqliyyatı işçilərini təltif etdi Əbülfəs Qarayevin işlədiyi dövr YOXLANILIR - Keçmiş nazir HƏBS OLUNUR? “Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır? - İTTİHAM “Şirkətin əsl sahibi Hesablama Palatasının şöbə müdiridir...” - GİLEY “TƏBİB doğrudan da işini görə bilmədi...” - NARAZILIQ... Fərəc Quliyev Aİ nümayəndələrinə Dağlıq Qarabağla bağlı müraciət göndərdi Azərbaycan nefti həftə ərzində bir qədər bahalaşıb "İndi virus nə cavan, nə qoca, nə orta yaşa baxmır" Mərkəzi Banka pandemiya dövründə 160 metr hündürlükdə yeni bina tikilir Qaxda internetsizlik həyatı iflic edib: - Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir Fəhlələr nazirdən Prezidentə şikayət etdi - "Körpü-Bina-Tikinti" fəhlələri aldadıb Bakı bulvarı da dövlətdən pul yayındırıb - 160 min manatdan çox vergi borcu var "Yeni seçilmiş deputatımıza müraciət etmişəm..." - GİLEY “Araz market” dən vətəndaşlara daha bir dələduzluq - FOTO Səhiyyə Nazirliyində qan, yoxsa korrupsiya xərçəngi? - ARAŞDIRMA BDU-da karantin qaydaları pozulur — Elə qonaqlıqlar olur ki, toy onun yanında «toya getməlidir» ABŞ İran və Çinin metallurgiyasına zərbə vurdu - YENİ SANKSİYALAR Ramiz Mehdiyevin qardaşı oğlu da istintaqa çəkiləcək - TELMAN MEHDİYEV RÜŞVƏT ALAN İŞÇİSİNƏ GÖRƏ DİNDİRİLƏCƏK Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 517 yeni yoluxma - RƏSMİ Bakıda məşhur klinikada ölən qızın meyiti ailəsinə niyə verilmir? – VİDEO Rusiyada daha 176 nəfər koronavirusdan öldü Gömrükdəki baha rüsumlar bizi belə müflis edir... - Sıradan bir FAKT İcra başçısının oğluna məxsus bazar yandı – Video "MedEra" gənc qızı İFLİC ETDİ - Bakıda daha bir həkim naşılığı... “Şahdağ Turizm Mərkəzi” də dövlətə BORCLU İMİŞ... - 2 milyon manatdan çox vergi borcu var Vətəndaşın başında çatlayan “səhiyyə çanağı” - AKTUAL