Azərbaycan ordusunun Aprel qələbəsindən dörd il ötür


2016-cı il aprelin birindən ikisinə keçən gecə  Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. 4 gün davam edən döyüşlər aprel döyüşləri kimi tarixləşdi. 
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. 
Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi.  Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi. 
Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı. 
Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində  Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu  Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi. 
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. 
Aprel döyüşlərindən sonra - may ayında Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də Sankt-Peterburqda Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edildi. 
Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləriylə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi. 


{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Şəki DYP-nin inspektoru sərxoş vəziyyətdə avtoqəza törətdi İcazəsi olanlar işə velosipedlə gedə bilərlər - RƏSMİ Bakıda gənc ölü tapıldı ABŞ-da təyyarə qəzası: Pilot və sərnişinlər öldü Koronavirusa qarşı amansız "AVİFAVİR" - pulsuz paylanacaq Daha 338 nəfər yoluxdu - 4 nəfər vəfat etdi Bayramovların biri də təhsili batırır... - İTTİHAM İcazələrinizi belə aktivləşdirə bilərsiniz - VİDEO Zakir Qaralovun vəzifədə çalışan qohumları - SİYAHI “Bəzi məmurlar bitmiş fikri ifadə edə bilmir” – Keçmiş icra başçısı Paşinyanın ölməkdən başqa yolu qalmayıb – Rusiyada qənaət MƏRKƏZİ BANK əhali ilə banklar arasında "Ərəbzəngi" rolunu oynayır - GƏLİŞMƏ Azərbaycanlı səfir xanımına Londonda şirkət açıb - FOTOFAKT “Uniklinikada” növbəti ölüm: iş prokurorluqda – “O adamlar həbs edilməlidir…” Elxan Usubovun kadrları meydan sulayır... - NARAZILIQ... Gəncədə vergi işçisindən ÖZBAŞINALIQ - İDDİA Dövlət Gömrük Komitəsində qanunlar necə TAPDANIR... - Sədr dəyişməyənə qədər... Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - Təhsil Nazirliyindən RƏSMİ Azərbaycanda generala ağır itki üz verdi "3 min manatlıq əməliyyat 10 min manata başa gəldi" - Tanınmış şairdən ETİRAZ "Ziyəddinoğlu" MMC də belə narazılıq yaradır... - GİLEY Əbülfəs Qarayev həbsə gedir, yoxsa vəzifəyə?.. - GƏLİŞMƏ Vilyam Hacıyevin bağlamaları kimə çatacaqmış? - 2 başçını bitirən bir əməliyyat... Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ Bir ayağını itirən Qarabağ qazisi “Access Bank” ucbatından çıxılmaz haldadır - GİLEY Daha 262 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü Bəziləri ailə yaxınlarının ölüm ayağında olması bəhanəsilə regionlara gedirlər - AÇIQLAMA SON DƏQİQƏ: 5 gün karantinin ƏN SƏRT FORMASI tətbiq ediləcək - VİDEO Həftəsonu metro və avtobuslar işləməyəcək 4 şəhər və bir rayonda sərt karantin rejimi tətbiq olunacaq – RƏSMİ Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi - RƏSMİ Baş nazir əhaliyə müraciət etdi – TAM MƏTN Sabahdan bu şəhərlərdə iş saatının VAXTI DƏYİŞİR - QƏRAR Daşkəsəndə qadının MÜƏMMALI QƏTLİ: ata şikayət etdi, qardaş isə... Gürcüstanın daha bir rayonunda sərt karantin rejimi ləğv olunur Əziz Əzizov xanım direktora yüksək vəzifə verdi “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin rəhbəri yenidən dəyişib Xalça oğurluğunda ittiham olunan səfirin Nyu-Yorkda mənzili üzə çıxdı - FOTO Rusiyada yaşayıb Ağcabədidə maaş alanlar... - Malik Mirzəyev bunu da edir Neft yenidən ucuzlaşıb "Belə çıxır ki, kimsə o çeklərin ikinci surətini çıxarır?" - GİLEY "Qızıl Aypara"da koronavirus TƏŞVİŞİ... - İDDİA ABŞ-da 10 minə yaxın etirazçı saxlanılıb Xətai sakinlərinin şikayətçi olduğu bu obyekti kimlər tikir? - VİDEO “Bunu pozun və Qarakilsə yazın!” – Prezidentdən icra başçısına irad Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib Prezident Ağcabədidə “ASAN xidmət”in açılışında iştirak etdi “Dağıstanda sərhəddə dözülməz şərait yaranıb” - İnsanlar çadır düşərgəsində hazırlanan yeməkdən imtina ediblər Uşaq Psixologiya Mərkəzində koronavirus qalmaqalı: - Rəhbər susur İlham Əliyev Tərtərlə bağlı sərəncam imzaladı “Çirkli pullar” ölkəyə qaytarılır? - “Xaricdə olan maliyyəyə həbs qoyulması faktdır” Bank sektorunun əsas problemi virus deyil - TƏHLİL Mübariz Mənsimova ŞOK İTTİHAM... - Məşhur dənizçi İŞİD-FETÖ-Eldar Mahmudov üçbucağında Şəkidə ekologiyanı məhv edən kimlərdir?(VİDEO) Vüsal Kərimli milyonları necə havaya sovurdu... - BNA-dan narazılıq... Onlarda KORONAVİRUS AŞKARLANIB... - SİYAHI Prezident İlham Əliyev Tərtər rayonundadır Təhsil Nazirliyi Azərbaycanda “Son zəng”lə bağlı qərar verdi Zakir Qaralovun qardaşına cinayət işi açıldı - İLGİNC Polis Bakıda reydlərə başladı – Maska taxmayanlar cərimələnir UEFA-nın avrokuboklarla bağlı yeni planı Elmar Vəliyevə sui-qəsdi dəstəkləyən şəxsin dəhşətli ƏMƏLLƏRİ - İLGİNC Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi? - FOTO İsveçrədəki səfirimizlə bağlı ŞOK İDDİA - Bir oğurluq xalçaya bir villa alıb “Akkord”-jurnalist çəkişməsində yeni məqamlar - QALMAQAL Kremldən İrəvana qəfil zəng: Putinlə Paşinyanın “ulduzları” barışdı? - TƏHLİL Şadlıq evləri və şou əhli “qan ağlayır”: "Biz rusuq ki, 50 nəfərlik toy keçirək?" SON DƏQİQƏ! Koronavirusa yoluxanların sayı çoxaldı - 3 nəfər vəfat etdi / Operativ Qərargahdan RƏSMİ Baş metroçu mətbuata SAVAŞ AÇIB - GƏLİŞMƏ İLGİNC GƏLİŞMƏ: Növbədənkənar parlament seçkisi ehtimalı VAR - İDDİA Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI “SetexGroup” şirkətində ÖZBAŞINALIQ – İşçilərlə əmək müqaviləsi bağlanmır, etiraz edənlər işdən azad edilir… Masallı rayon prokuroru işdən çıxarılıb Azərbaycanda daha bir vəzifəli şəxsə rüşvətə görə cinayət işi açıldı - RƏSMİ Olimpiya çempionumuz: “Koronavirusa yoluxmamışam, bu, adi bir soyuqlama idi” Sabah Bakıda 32 dərəcə isti olacaq Milli Məclis maska taxmayanların 50 manat cərimələnməsi qərarını təsdiqlədi - Diqqət! Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının vaxtı açıqlandı Erməni KİV-ləri: “Rusiya Qarabağdakı son təyinatlardan çox narazı qalıb...” - GENERAL SAMVEL VƏ DİGƏRLƏRİ İlham Əliyev Sumqayıta altı milyon manat ayırdı - SƏRƏNCAM BƏZİ KARANTİN ZİDDİYƏTLƏRİ: - Çayxanada toplaşmaq olar, tədris müəssisəsində yox?! Azərbaycan nefti bahalaşıb “COVİD-19-a qarşı vaksin yarada bilməyəcəklər” - Rəşid Mahmudovdan SOS Göyçayda 25 yaşlı oğlan özünü asıb “Bakı Dəmir Beton-8”in rəhbəri dəyişəcək Ağstafada vətəndaşları kimlər narazı salıb? - GƏLİŞMƏ Abid Şərifovun şirkəti işçi haqqı yeyir - NARAZILIQ... “AKKORD”un ölçüyəgəlməz fırıldaqları... – Bürhan Məmmədov ağ yalan danışır! «MuğanBank» ASC-də qalıq borcları "balalayır"? - GİLEY ABŞ-ın 40 şəhərində komendant saatı elan olundu Azərbaycanda 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 80 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb. Nazirlər Kabinetində yeni təyinatlar olub - ADLAR “Vüqar Səfərli həbs olunmalıdır” - deputat "Formula 1" Bakıdan alınıb İtaliyaya verilə bilər Nazirliyin qarşısında aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı "İlham Əliyev 4 fərman imzaladı" Şəmkirdə koronavirus xəstələri dad deyir... - GİLEY Daha bir neçə bank BAĞLANACAQ? - AMB sədri danışır Jurnalistlər arasında mənzil bölgüsü necə aparılmalıdır? – Ekspertlər nə düşünür