Şagirdlərə qiymətlər belə yazılacaq - QƏRAR


Təhsil Nazirliyinin kollegiyası "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə qərar verib.


"Report” xəbər verir ki, bu qərar bu ilin oktyabrın 1-dək qüvvədədir.


Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydası aşağıdakı kimidir:


1. Bu Qayda Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələlərini tənzimləyir.
2. Bu Qayda aşağıdakı şəxslərin attestasiyasına şamil edilmir:


2.1. ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların;
2.2. xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin.


3. I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır.


4. II - XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir.


5. İllik ballar və qiymət sinif jurnalı və "Məktəbli kitabçası”nda yazılır.


6. Hər hansı fənn üzrə illik qiyməti "2" olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.


7. Hər hansı fənn üzrə illik qiyməti "3" və ya "4” olan və bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) II yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı balların və tədris ilinin I yarımili üçün yarımillik ballarının ədədi ortası kimi hesablanır və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.


8. Məktəbdaxili qiymətləndirmə növbəti tədris ili başlayanadək ümumi təhsil müəssisələri tərəfindən təşkil edilir.


9. Məktəbdaxili qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür.
10. Məktəbdaxili qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, imla, çalışma) istifadə olunur.


11. Məktəbdaxili qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:
– 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
– 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
– 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
– 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.


12. Tədris ili üzrə şagirdin illik ballarının "2”, "3”, "4”, "5” qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:
12.1. 30-dək (30 daxil olmaqla) olan ballar "2” qiyməti ilə;
12.2. 30-dan 60-dək (60 daxil olmaqla) olan ballar "3” qiyməti ilə;
12.3. 60-dan 80-dək (80 daxil olmaqla) olan ballar "4” qiyməti ilə;
12.4. 80-dən 100-dək (100 daxil olmaqla) olan ballar "5” qiyməti ilə.


13. Məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən şagirdlərin sinifdən sinfə keçirilməsi Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalarla tənzimlənir.


{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Qərar verildi: İyunun 1-dən etibarən... Azərbaycanda koronavirusdan daha üç nəfər öldü, 202 xəstə sağaldı - RƏSMİ Maska taxmayanların CƏRİMƏSİ MÜƏYYƏNLƏŞDİ: 200 manat... Latviya Rusiyadan bir addım da uzaqlaşdı Koronavirusa yoluxanlar bu xəstəxanalardadır - SİYAHI Baş infeksionistdən ikinci dalğa ilə bağlı AÇIQLAMA: "Mən demişəm ki..." Azərbaycan koronavirus dövründə nə qədər turist itirib? - AÇIQLAMA Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxdu - 103 pasiyent sağaldı, ikisi vəfat etdi Qüvvədə olan Qadağalar - SİYAHI Azərbaycanda bir sıra məhdudiyyətlər aradan qaldırılır - RƏSMİ Azərbaycanda maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq – CƏRİMƏ MƏBLƏĞLƏRİ Azərbaycan sərhədlərinin bağlı qalma vaxtı uzadıldı – RƏSMİ Cümhuriyyət bayrağımız 72 il sonra yenidən Gəncədə necə qaldırıldı? İdman jurnalistinin anası koronavirusdan dünyasını dəyişdi “Bəzi məqamlarda çoxarvadlılıq vacibdi” – Allahşükür Paşazadə Hacıqabulda minik avtomobili “KamAZ”a çırpıldı – Xəsarət alanlar var Tramp sosial şəbəkələrin nizama salınması haqqında fərman imzaladı Prezident: "Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər" Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 May - Respublika Günü münasibətilə paylaşım edib. Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır Milli Məclisin komissiya sədrlərinin maaşı açıqlandı Vətəndaşlara ŞAD XƏBƏR! 30 maydan ETİBARƏN... ŞAD XƏBƏR - Azərbaycanda daha bir qadağa ləğv olunur - Ayın 1-dən... Teledərslərin sabaha olan cədvəli açıqlandı Deputatların, nazirlərin və icra başçılarının maaşı: Kəskin fərq var – TAM SİYAHI Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu - 2 nəfər vəfat etdi Təhsil Nazirliyindən məktəblərlə bağlı VACİB XƏBƏR Sumqayıtda itləri döyüşdürənlərin kimliyi müəyyənləşdi – RƏSMİ MƏLUMAT Bakıda ər-arvadın əl-qolunu bağlayıb döydülər, sonra isə… Sabahın hava proqnozu açıqlandı Azərbaycanlı aktyor xəstəxanaya yerləşdirildi – Koronavirus şübhəsi ilə… MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq! Gürcüstanda ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir Bağlanan bank və sığorta şirkətlərinin rəhbərləri – HARADA İŞLƏYƏ BİLƏR? Ata dilənmək istəməyən oğlunu başından bıçaqladı - Foto ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilib Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA 190 manatlıq yardım yenidən verilə bilər? - AÇIQLAMA Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Ölənlər var Müştərilər “Domino's Azerbaijan”a etiraz etdi Milli Məclis deputatların maaşı ilə bağlı iddialara münasibət bildirib - MƏBLƏĞLƏR Əhalinin Diqqətinə! Çimərlik və su istirahət mərkəzlərinin işləmə qaydası açıqlandı - RƏSMİ ​“Soyunub özünü telefonla çəkib” - Rəqqasə Fatimə ƏSƏBLƏŞDİ - VİDEO Azərbaycanda komendant saatı tətbiq edilir? - Baş infeksionist danışdı Avropa məhkəməsindən Ramil Səfərovla bağlı qərar Məhəmməd Əmin Rəsulzadə yaşasaydı,ona nə deyərdiniz?- VİDEO SORĞU İtləri döyüşdürüb bir-birinə yedirirlər- DİN-dən AÇIQLAMA ÜST-dən XƏBƏRDARLIQ! - ''Qəti şəkildə kütləvi yığıncaqlar keçirmək, toplaşmaq halları olmaz” Bölgələrdə və Bakıda yenidən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA Zidan Çempionlar Liqası tarixinin ən yaxşı baş məşqçisi seçildi Azərbaycanın bu kəndində 21 nəfər virusa yoluxdu Rusiyada helikopter qəzası – Ölənlər var Koronavirusla bağlı son STATİSTİKA Prezident və xanımı Şamaxıda... - Fotolar Şamaxının icra başçısı açıqlama verdi Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir Lukaşenko xəbərdarlıq etdi: “Koronavirusun ikinci dalğasına hazırlaşın” Çirkli pullarla xaricdə əmlaka yiyələnənlərin mülkləri əllərindən alınacaq - ŞƏRH Toylar bu şərtlərlə başlaya bilər - AÇIQLAMA İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi Şamaxı İH-nin işçisi koronavirusa yoluxdu – Başçı da karantinə alındı Sabah hava necə olacaq? – PROQNOZ Bu Vətən üçün, bu xalq üçün yaşamağa da, ölməyə də dəyər! Əhalinin nəzərinə - İyunun 5-də... Qurban bayramının vaxtı açıqlandı Bu şəxslərə hər ay 800 manat ÖDƏNİLƏCƏK QƏRAR VERİLDİ 19 yaşlı oğlan özünü asdı – Ağstafada İNTİHAR Neft Daşlarında dalğanın hündürlüyü azaldı – FAKTİKİ HAVA SON DƏQİQƏ: Azərbaycanda ticarət mərkəzləri, restoranlar açılır - Operativ Qərargah Neft yenidən bahalaşıb - SON QİYMƏT Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 127 yeni yoluxma faktı - RƏSMİ Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya düşdü, 3 nəfər öldü Zirəddin Rzayev koronavirusun yox olacağı dəqiq tarixi açıqladı Azərişıq qeyri-iş günlərində istehlakçıları fasiləsiz enerji ilə təmin edəcək Son dəqiqə! ATV telekanalının binası nəzarətə götürüldü - VİDEO Azərbaycanda əməkhaqqı kartlarının yoxlanılmasına başlanıldı Sabah 28 dərəcə isti olacaq - PROQNOZ Bu ərəb ölkələrində bayram namazı qılınmayacaq "Alov qüllələri" yaxınlığında yanğın baş verməyib - FHN-dən açıqlama Ötən gün yol qəzaları 3 can aldı Rəşad Sadıqov Avropanın rekordçu kapitanları SİYAHISINDA Koronavirus xəstənin bədənində yenidən aktivləşə bilər – ŞOK AÇIQLAMA ABŞ Rusiya və Çinə nüvə sınaqları ilə cavab verə bilər Yay fəslinin gəlmə vaxtı açıqlandı Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır İyunun 1-dən bu qadağa aradan götürülür? - RƏSMİ Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? - RƏSMİ Azərbaycanda daha 106 nəfərdə koronavirus aşkarlandı – 2 NƏFƏR VƏFAT ETDİ İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT Yol polisi qəza törətdi – Hadisə yerində öldü Azərbaycanda koronavirusla bağlı ən populyar 9 ŞAYİƏ “ASAN xidmət”də aşkarlanan nöqsanların statistikası açıqlandı Şagirdlərə qiymətlər belə yazılacaq - QƏRAR Daha bir icra başçısının sərvəti üzə çıxdı- Siyahı Bakıda karantin qaydalarını pozan daha bir restoran aşkarlandı – FOTOLAR Prezident daha bir icra başçısını İŞDƏN ÇIXARDI Daha bir marşrut xətti “BakuBus” MMC-yə verildi