Baş metroçu mətbuata SAVAŞ AÇIB - GƏLİŞMƏ





“Hürriyyət” qəzetinə qarşı daha bir əsassız məhkəmə iddiası qaldırılıb. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qəzetimizə qarşı iddiasına iyunun 4-də Sabunçu rayon məhkəməsində baxılacaq. İddiaçı tərəf “Hürriyyət”in 1-3 fevral 2020-ci il və 4-5 fevral 2020-ci il saylarında dərc olunan “Zaur Hüseynov “Bakı Metropoliteni”ni məhvə aparır” və “Bakı metropoliteninin işçiləri “həyəcan təbili” çalır” başlıqlı məqalələrə etiraz edir. Bu baxımdan da, həmin yazılarda qeyd olunan faktların təkzib olunması və “mənəvi zərər”in qarşılığı olaraq 50 min manat təzminat ödənilməsi tələb olunur.

Bəs, “Bakı Metropoliteni” QSC-nin “Hürriyyət”ə qarşı bu iddiası nə üçün əsassızdır? Öncə ondan başlayaq ki, sözügedən məhkəmə iddiasından əvvəl, 07 fevral 2020-ci ildə bu qurum tərəfindən redaksiyamıza yazılı müraciət daxil olub. “Hürriyyət”in 18-19 vevral tarixli sayında həmin müraciəti olduğu kimi dərc etməklə yanaşı, etiraza səbəb olan yazıların “Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının redaksiyamıza müraciəti əsasında hazırlandığını da qarşı tərəfin diqqətinə çatdırmışıq. Doğrudur, yazılar çapa hazırlanan zaman “Bakı Metropoliteni” QSC ilə əlaqə yaratmaq mümkün olmadığından, məlum ittihamlarla bağlı qurumun rəsmi mövqeyini dərc edə bilməmişik. Bununla belə, hər iki yazının sonunda “Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq”, – deyə qeyd etmişik. Üstəlik, sonrakı nömrələrdə “Bakı Metropoliteni” QSC-nin redaksiyamıza ünvanladığı məktubu olduğu kimi dərc etdiyimizdən, sözügedən məhkəmə iddiasının tamamilə əsassız olduğunu güman edirik.

Əslində, bu iddianın əsassız olduğu “Bakı Metropoliteni” QSC tərəfindən redaksiyamıza göndərilən məktubda da aydın şəkildə öz əksini tapır. Məktubda bildirilir ki, “Hürriyyət” qəzetində dərc olunan ittihamlar daha öncə müxtəlif saytlarda da işıq üzü görüb: “…Qeyd etmək istəyirik ki, analoji məqalələr digər kütləvi informasiya vasitələrində, o cümlədən pressinfo.az, araz.az xəbər saytlarında dərc olunmuşdur. “Bakı Metropoliteni” QSC öz işgüzar nüfuzunu bərpa etmək məqsədilə sözügedən xəbər saytlarının baş redaktorlarına və həqiqətə uyğun olmayan məlumatları yayan digər şəxslərə qarşı iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir”.

Təbii ki, 2019-cu ildə baş tutan məhkəmə prosesləri bizim maraq dairəmizdən uzaq olduğundan, bu məsələdən xəbərsiz olmağımız tamamilə normaldır. İkincisi, biz hər iki yazımızda əsasən “Bakı Metropoliteni” əməkdaşlarının fikirlərinə istinad etmişik. Üstəlik, 27 mart 2020-ci ildə qəzetimizə məxsus Hurriyyet TV-də şikayətçilərdən birinin – Şıxəliyev Fikrət Sərvər oğlunun “Cəmi 2-3 il əvvəl alınan qatarlar sıradan çıxıb – Metro işçisindən şok açıqlamalar” sərlövhəli video-müsahibə də dərc olunub. Hansı ki, bu müsahibədə F.Şıxəliyev qəzetimizə verdiyi açıqlamaları və bir sıra əlavə faktları tam çılpaqlığı ilə açıqlayıb. Belə olduğu halda “Hürriyyət” qəzetinin məhkəməyə verilməsi anlaşılan deyil. Buna yalnız belə anlam vermək olar ki, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi təzyiq yolu ilə medianı susdurmağa çalışır. Şübhəsiz, burada da məqsəd “Bakı Metropoliteni” ilıə bağlı neqativ olayların mətbuata çıxmasını önləmək və bununla öz qanunsuz əməllərini pərdələmək ola bilər.

Bütün bunlar anlaşılandır. Bəs, biz “Bakı Metropoliteni”ni ilə bağlı nə yazmışıq ki, qarşı tərəf narahat olub? Xatırladaq ki, “Hürriyyət”də dərc olunan “Zaur Hüseynov “Bakı Metropoliteni”ni məhvə aparır” və ““Bakı metropoliteninin işçiləri “həyəcan təbili” çalır: “Təcili tədbirlər görülməsə, metroda böyük faciə yaşanacaq”” sərlövhəli yazılarda “Bakı Metropoliteni” QSC-də həyata keçirilən “islahatların” metroda təhlükəli vəziyyət yaratdığını qeyd etmişdik. Buna misal olaraq, Z.Hüseynov 2014-cü il fevral ayının 27-də “Bakı Metropoliteni” QSC-yə sədr təyin olunandan sonra dövlət büdcəsi hesabına xeyli sayda yeni qatar alınsa və hər il dövlətdən ayrılan dotasiyanın həcmi və gediş haqqə 50 faiz artırılsa da, metroda nasazlıq hallarının getdikcə daha da artmasını göstərmişik. Onu da bildirmişik ki, biz metrodan istifadə edən vətəndaşlarımız arasında panika yaratmaq fikrindən uzağıq. “Amma bu məsələni gündəmə gətirməyə məcburuq ki, yetkili qurumlar gəlcəkdə ciddi fəsadlara səbəb ola biləcək problemlərin qarşısını vaxtında ala bilsinlər”, – deyə vurğulamışdıq.

Əlavə olaraq qeyd etmilşdik ki, “Bakı Metropoliteni” QSC yuxarıda adları sadalanan digər KİV-lər kimi, “Hürriyyət” qəzetini də məhkəmə verib, 500 manat və daha artıq məbləğdə cərimə kəsdirməsi mümkündür. Amma bunun üçün ilk öncə QSC rəhbərliyi bizim hansı faktı yanlış yazdığımızı, harada “qərəzli” olduğumuzu və “böhtan atdığımızı” açıqlamalıdır. Axı, redaksiyamıza açıqlama verən şikayətçilər baş verən nasazılıq faktlarını tarixinə və dəqiqəsinə kimi açıqlayır. Hətta bu faktların bir çoxu zaman-zaman rəsmi şəkildə etiraf olunub, bəzi ittihamlarla bağlı isə sosial şəbəkələrdə konkret fotolar və video-görüntülər yayılıb. Məsələn, hərəkətin düzgün tənzimlənməməsi səbəbindən qatarların tuneldə üz-üzə gəlməsi, vaqonların qapıları açıq halda hərək edilməsi, eləcə də demək olar ki, hər həftə metroda nasazlıq hallarının baş verməsi və s. O cümlədən, 24 noyabr 2019-cu ildə “Ulduz-Həzi Aslanov” istiqamətində qatarların saatlarla işləməməsinin səbəbləri də hər kəsə bəllidir. Hansı ki, “Hürriyyət”ə danışan mənbə də bu kimi faktların sayının artmasından narahat olduğunu dilə gətirib.

Məlumat üçün bildirək ki, şikayətçilər sözügedən problemlərlə bağlı ilk öncə şəxsən “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova məlumat verməyə calışıblar. Lakin çoxsaylı cəhdlərinə rəğmən, sədrin qəbuluna düşə bilməyiblər. Bu baxımdan da, öz vətəndaşlıq borclarını yerinə yetirərək, mətbuata müraciət etməyə məcbur olublar. Onlarla söhbət zamanı “Bu problemlərlə bağlı “Bakı Metropoliteni”nin rəhbərliyinə müraciət etmisinizmi” sualına “Hazırda bütün nazirlərin qəbuluna düşmək olar, amma Zaur Hüseynova hansısa məsələ ilə bağlı şikayət çatdırmaq mümkün deyil”, – deyə cavab vermişdilər. Hətta onu da bildirmişdilər ki, bir sıra metro işçiləri onlara qarşı edilmiş qanunsuzluqlarla bağlı Zaur Hüseynova dəfələrlə yazılı müraciət etsə də, heç bir məktub ona çatmayıb. “Bütün şikayətlər İnsan Resursları və Xidmət departamentinin rəisi Tərlan Dadaşov və İnsan Resursları şöbəsinin rəisi Əli Əliyevdən geri qayıdır. Onlar da öz maraqlarına uyğun cavablar verirlər”, – şikayətçilər bildirmişdi.

Konkret olaraq Fikrət Şıxəliyevin əməkdaşımızla söhbətinə gəlikdə isə, o, “Mən Z.Hacıyevə 3 dəfə şikayət etmişəm, hər dəfə məktubum Tərlan Dadaşovdan geri qayıdıb. Son 5-6 ildə dəfələrlə rəislə görüşə cəhd etmişik, amma qəbuluna düşmək mümkün olmur. Təsadüfən metroya gələndə də polis və mühafizəçiləri ətrafında sipər çəkir, imkan vermirələr ki, kimsə yaxınlaşıb dərdini desin”, – deyə vurğulamışdı.

Haşiyə çıxaraq bir daha dəyərli oxucuların diqqətinə çatdıraq ki, “Hürriyyət” qəzetinə müraciət edən “Bakı Metropoliteni” QSC əməkdaşlarının məqsədi heç də şəxsi problemlərini həll etməyə çalışmaqdan ibarət olmayıb. Sadəcə, onlar öz sahələrinin peşəkarları olaraq, metroda baş verən nasazlıqların yaranma səbəblərini görüb və həmin problemlər aradan qaldırılmasa, daha ciddi fəsadlara səbəb olacağını bildiriblər. Bütün bunlarla yanaşı, onlar “Bakı Metropoliteni” QSC-nin İnsan Resursları və Xidmət departamentinin rəisi Tərlan Dadaşov, İnsan Resursları şöbəsinin rəisi Əli Əliyev, Hüquq şöbəsinin rəisi Adil Atakişiyev və baş müfəttiş Elxan Məmmədovu öz hüquqlarını tələb edən əməkdaşlara təzyiq göstərməkdə və onları bu və digər yollarla cəzalandırmaqda ittiham edib ki, zənnimizcə, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi bizi “qərəzli” olmaqda, “böhtan” yazmaqda ittiham edərək məhkəməyə verməkdənsə, deyilən problemlərin həllinə vaxt ayırsa, daha yaxşı olardı. Çünki bu halda kimsə onları, məsələn, peşəkarları qanunsuz olaraq işdən uzaqlaşdırmaqda ittiham etməzdi.

Əlbəttə, Z.Hüseynov rəhbərlik etdiyi qurumda baş verən qanunsuzluqlara göz yumsa da, bu faktlar aidiyyəti qurumların diqqətindən yayına bilməz. Necə ki, bu günlərdə sədrin yaxın qohumu, polkovnik Samir Hüseynov Baş Polis İdarəsinin “Bakı Metropoliteni”ndə Polis İdarəsinin rəisi vəzifəsindən azad olundu. Odur ki, bu qurumun rəhbərliyində çalışan və çoxsaylı qanunsuzluğu yol verən digər vəzifəli şəxslərin də çox keçmədən qanun qarşısında cavab verəcəyinə şübhə etmirik.

Konkret olaraq Zaur Hüseynovun özünə gəldikdə isə, inanırıq ki, müvafiq qurumlar tərəfindən “Bakı Metropoliteni” QSC-nin sədrinin təkcə rəhbərlik etdiyi idarədə keçirdiyi qalmaqallı ad günü ilə bağlı rəsmi araşdırma aparılsa, bu faktın özü onun indiyədək necə işlədiyinə işıq salacaqdır. Z.Hüseynovun istər xaricdə, istər də ölkə daxilində sahib olduğu milyonlarla dollarlıq sərvəti hansı yollarla əldə etməsi isə tamamilə başqa mövzudur və zərurət yaranacağı halda bu haqda da oxucularımıza məlumat verəcəyik.

Hazırda isə, bir çox vətəndaşlar kimi, bu yeraltı nəqliyyat vasitəsinini gündəlik istifadəçisi olaraq bizi “Bakı Metropoliteni”ndə baş verən problemlər, nasazlıq hallarının sayının artması daha çox narahat edir. Hansı ki, cəmi bir neçə həftə əvvəl – mayın 12-də Bakı metrosunun texniki nasazlıq səbəbindən iki saat bağlı olması faktını da buna missal göstərə bilərik. Xatırladaq ki, həmin vaxt “Bakı Metropoliteni”ndən Baku.Tv-yə verilən açıqlamada paytaxtın ən vacib ictimai nəqliyyatının bağlı olmasının təsərrüfat qatarında yaranan problemlə əlaqədar olduğu bildirilmişdi. Halbuki, ondan cəmi bir neçə gün əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Bakı Metropoliteni” QSC-nin mühəndisi Əlixan Osmanov əmin etmişdi ki, 38 günlük fasilədən sonra metro tam saz vəziyyətdə sərnişinlərin ixtiyarına təhvil verilir. Baş mühəndis demişdi ki, yaranan fasilə zamanı bütün metro stansiyalarında lazımi işlər görülüb, bunun üçün zəruri olan əməkdaşlar həmin müddətdə işə çıxıblar. Amma həmin açıqlamadan sonra cəmi üç gün işləyən Bakı metrosu texniki nasazlıq səbəbindən iki saat müddətində sərnişin qəbul edə bilmədi(FOTO).
Baş metroçu mətbuata SAVAŞ AÇIB - GƏLİŞMƏ
Yazımızda irad bildirilən məsələlərdən biri də qatarların qapıları açıq şəkildə idarə olunması idi. Lakin təəssüflə qeyd edirik ki, işə alınan təcrübəsiz sürücülər tərəfindən nəinki vaqonun bir yanının qapıları, hətta hər iki yandakı qapılar eyni vaxtda açılıb ki, bu da ciddi təhlükəyə yol açıb(Bu haqda əlimizdə video-görüntü var – müəl.). Sadəcə, xoşbəxtlikdən, karantin dönəmi olduğundan, həmin vaxt vaqonda sərnişin az olub və kimsə açıq qapılara yaxın dayanmayıb. Bir anlıq təsəvvür edək ki, bu hadisə metroda basabas olduğu vaxt baş versəydi, hansı problemlər yaranardı…

P.S. Sonda onu da qeyd edək ki, Sabunçu rayon məhkəməsinin hakimi Anar Rzayevin “Hürriyyət” qəzeti ilə bağlı ədalətli qərar çıxaracağına şübhəmiz yoxdur. Amma bu qərardan asılı olmayaraq “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti ilə bağlı araşdırmamız davam edəcək. //hurriyyet.org//

DİA.AZ-dan: Görünür, hörmətli baş metroçumuz hələ də köhnə ab-havadadır. Yəni mətbuatın iradlarına cavab verməkdənsə, mətbuatı susdrumağı üstün tutur. Əvvəlindən də belə bir ənənə var idi. Bu ənənəyə də Əli Həsənov adlı bir hörmətli zat rəhbərlik edirdi. İndi də eyni üsulla mətbuata qarşı savaş açılıb. Fərqi yoxdur... "Hürriyyət" qəzeti, ya hansısa bir başqaq KİV... Fərqi həm də ona görə yox imiş ki, köhnə üsullarla davranılır... Baş metroçumuz tərəfindən... Nə deyirik.. Olsun... Amma dövlətin siyasəti bu gün heç də cənab Zaur Hüseynovdan yana deyil. Bunun belə olacağına bütün varlığımızla inanırıq...


{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
AZAL-ın 300 dollarlıq "təxliyyə" oyunu - Diaspor sədrindən etiraz Samuxlu fermerlər məmurların əlindən dad deyir – “Batırıq…” Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır... DTX-nin XİN-də saxladığı şəxsin səsyazısı yayıldı - AUDİO Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı - ƏTRAFLI Həbib Nurməhəmmədovun atası Dağıstanda torpağa tapşırıldı Həbib Nurməhəmmədovun atası vəfat etdi Elmar Məmmədyarovun yaxın adamı tutuldu - o nazir təyin olunandan bərabər çalışırlar... Daxili turizm də böhranda: xilas yolu nədir? - ARAŞDIRMA DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir - RƏSMİ Gəncə icra şöbəsi vətəndaşı aldatmağa davam edir - GİLEY Məmurlar varidatlarını açıqlamağa risk edəcəklərmi – GÜNÜN SUALI Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ İşçisindən nazirə şikayət olundu - GİLEY Qanlarının arasına pandemiya girmiş olsa da... - Dəyişiklik mütləqdir... Bu gün Leyla Əliyevanın doğum günüdür Ziya Məmmədovun qardaşının adamı "bu, bizim küçədir" deyir - Özbaşınalıq Enerji içkiləri: - Suallar, gümanlar, rəylər Sabiq deputatdan hədələyici AÇIQLAMA - “Oğlanlarım başınıza daş salıb?” Prezident cərimələri təsdiqlədi – SƏRƏNCAM Türkiyə Rusiyadan aldığı “S-400”-ü ABŞ-a sata bilər? – POLİTOLOQLARDAN AÇIQLAMA "Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib..." - İTTİHAM "Global Enerji" kütləvi ixtisara hazırlaşır... - Pandemiya yeni işsiz ordusu yaradacaq... Hacıqabulda məmur özbaşnalığı - Vətəndaş intihar həddində... İlham Əliyevdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım - FOTO Mehriban Əliyeva polisləri təbrik etdi: “Çətin günlərdə atdığınız qətiyyətli addımların və peşəkarlığınızın şahidiyik” Azərbaycanda bu gün Polis Günü qeyd olunur Azərbaycanda kredit borcları dondurula bilər - MÜJDƏ Türkiyədə oxuyan azərbaycanlı tələbələrlə bağlı NARAHATLIQ: - Virusa yoluxanlar necə müalicə alır? Kollec direktorunun təsərrüfat işi alınmadı və... - İDDİA Qardaşı narkotiklə tutulan başçı müavini vəzifədən azad edilib? - AÇIQLAMA «Brand Credit» İFLAS ASTANASINDA: Göstəricilərini gizlədir... - Rəqəmlər... Azərbaycanda siqaret bahalaşdı Əbülfəs Qarayevi üçün HƏBS QƏRARI... - AZ QALIB... Başçı ilə vətəndaş arasında qalmaqal... - Gədəbəydə... Bu da Arzu Rəhimovun yeyintisi... - İTTİHAM Azərbaycanda benzin bahalaşdı – SON DƏQİQƏ Həftəsonu qadağalar sərtləşdirilir? - Operativ Qərargahdan AÇIQLAMA Baş prokuror 2 şəhər və 4 rayona yeni prokurorlar təyin etdi - Prokurorluq orqanlarında yeni təyinatlar Prezidentdən mətbuatın 145 illik yubileyi ilə bağlı SƏRƏNCAM Deputatın biznesi: Donuz, dəvəquşu ferması Xətainin icra başçısı haqda ilginc iddia... - Qəssabxana biznesindədir, qoyunları da küçədə otlayır... İlham Əliyev Brovkinanı təltif etdi - SƏRƏNCAM Gürcüstanda 30-a yaxın TIR sürücüsündə COVID-19 aşkarlanıb “Təbəssüm Məmmədovanın meyiti bir gün sonra yaxınlarına təhvil verilib” - AÇIQLAMA ““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL” Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var Azərbaycanda siqaret monipoliyasının böyük oyunu – Savaş başlayıb Azərbaycanda siqaretlər bahalaşır — YENİ QİYMƏT Əbülfəs Qarauevin TALANÇI ORDUSU: Regionları onlar qarət edib... - İTTİHAM "Bahar enerji"də ÖZBAŞINALIQ DAVAM EDİR... - GİLEY AKİA fermerlərin dostudur, ya qənimi?.. - Reallıq odur ki... "AZAL biletləri özəl turizm şirkətlərinin əli ilə satır, biletlər "qara bazar"dadır" - NARAZILIQ... Azərbaycan prezidenti onlar haqda nə demişdi? - TƏHLİL “Bir kitab da bağlanmaq” üzrədir - Şəmkir icra başçısının 6 illik fəaliyyətinin yoxlanılmasına başlanıldı Saleh Məmmədov AAYDA-nı BATIRIR... - mənfəəti 93% azalıb Jurnalistlərin 3-cü binası HAZIRDI - Mənzillər kimlərə veriləcək? “İnsanlar özləri başa düşməlidirlər ki, bu, böyük təhlükədir” Prezident uşaqlara energetik içkilər satanların cəzalandırılması barədə qanunu imzaladı Gəncədə BÖYÜK YEYİNTİ - Həbs olunanlar var... Bioloji Təbabət Klinikasında əməkdaşlar qızdırma ilə işə gəlir? - İDDİA Viruslu xəstələr kanalizasiyası Kür çayı olan şəhərə aparılacaq… – KORONAVİRUSLU XƏSTƏLƏRİN SAYI DAHA DA ARTA BİLƏR SMS icazə sistemində limit qoyuldu: Gündə bir dəfə... Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT… - "...buna nə ad vermək olar?" Prezident dəniz nəqliyyatı işçilərini təltif etdi Əbülfəs Qarayevin işlədiyi dövr YOXLANILIR - Keçmiş nazir HƏBS OLUNUR? “Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır? - İTTİHAM “Şirkətin əsl sahibi Hesablama Palatasının şöbə müdiridir...” - GİLEY “TƏBİB doğrudan da işini görə bilmədi...” - NARAZILIQ... Fərəc Quliyev Aİ nümayəndələrinə Dağlıq Qarabağla bağlı müraciət göndərdi Azərbaycan nefti həftə ərzində bir qədər bahalaşıb "İndi virus nə cavan, nə qoca, nə orta yaşa baxmır" Mərkəzi Banka pandemiya dövründə 160 metr hündürlükdə yeni bina tikilir Qaxda internetsizlik həyatı iflic edib: - Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir Fəhlələr nazirdən Prezidentə şikayət etdi - "Körpü-Bina-Tikinti" fəhlələri aldadıb Bakı bulvarı da dövlətdən pul yayındırıb - 160 min manatdan çox vergi borcu var "Yeni seçilmiş deputatımıza müraciət etmişəm..." - GİLEY “Araz market” dən vətəndaşlara daha bir dələduzluq - FOTO Səhiyyə Nazirliyində qan, yoxsa korrupsiya xərçəngi? - ARAŞDIRMA BDU-da karantin qaydaları pozulur — Elə qonaqlıqlar olur ki, toy onun yanında «toya getməlidir» ABŞ İran və Çinin metallurgiyasına zərbə vurdu - YENİ SANKSİYALAR Ramiz Mehdiyevin qardaşı oğlu da istintaqa çəkiləcək - TELMAN MEHDİYEV RÜŞVƏT ALAN İŞÇİSİNƏ GÖRƏ DİNDİRİLƏCƏK Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 517 yeni yoluxma - RƏSMİ Bakıda məşhur klinikada ölən qızın meyiti ailəsinə niyə verilmir? – VİDEO Rusiyada daha 176 nəfər koronavirusdan öldü Gömrükdəki baha rüsumlar bizi belə müflis edir... - Sıradan bir FAKT İcra başçısının oğluna məxsus bazar yandı – Video "MedEra" gənc qızı İFLİC ETDİ - Bakıda daha bir həkim naşılığı... “Şahdağ Turizm Mərkəzi” də dövlətə BORCLU İMİŞ... - 2 milyon manatdan çox vergi borcu var Vətəndaşın başında çatlayan “səhiyyə çanağı” - AKTUAL Dollar satışı ilə bağlı müəmma: - Milli Bank o təlimatı verib, yoxsa... 12 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - Nazirə şikayət olundu Dövlət Sərhəd Xidmətində yeni yoxlamalara ehtiyac var - İDDİA Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları təbrik edib - FOTO İlham Əliyevdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım - FOTO Azərbaycan Ordusu 102 yaşını qeyd edir "Qaçqınkom" 6 aylıq "Fidan Körpə"yə 216 min manat verdi — Komitədən növbəti müəmma… Azərbaycanda 547 koronavirusa yoluxma - 6 ölü Cavid Qurbanov Yasamaldakı gölü də mənimsəyib... - NARAZILIQ... Gömrükdə həbslər davam edəcək... - İDDİA