Mübariz Mənsimova ŞOK İTTİHAM... - Məşhur dənizçi İŞİD-FETÖ-Eldar Mahmudov üçbucağında


“Palmali” Holdinqin həbsdə olan prezidenti Mübariz Mənsimovla bağlı hər gün yeni detallar üzə çıxmaqdadır. Uzun illər özünü uğurlu biznesmen kimi təqdim etməyə çalışan Mənsimovun bu qədər boş adam durumuna düşməsinə nə səbəb oldu? Onda yaranan bu böyük boşluğu uzun illər kim doldurmuşdu? Palmali şefinin üzərində açılmış “qoruyucu mələyin” qanadları hara yoxa çıxdı?

Əgər biz insan taleyi ilə bağlı “Səbəb” və “Nəticə” qanununa inansaq, o zaman M. Mənsimovun bu gün yaşadıqları nəticələrdir. Və onun səbəblərinə qısa ekskurs etsək, əminliklə söyləyə bilərik ki, gələcəkdə üz-üzə qalacağı nəticələr daha çox və ağır olacaq. İndikilər isə başlanğıc hesab oluna bilər.

Bəs səbəblər nədir? Okeanlardakı burulğanlardan sağ-salamat çıxmağı bacaran Mənsimovu bu dəfə niyə bir qaşıq suda boğulmaqdan xilas etmədilər? O, qoruyucu mələklər hara uçdular?

M. Mənsimovun biznesdə böyük irəliləyişinin Eldar Mahmudovun Milli Təhlükəsizlik naziri təyin olunmasından sonrakı dövrə təsadüf etdiyi danılmaz həqiqətdir. Amma bu təsadüf deyildi, iş adamının yaranmış situasiyadan fayda götürmək üçün düşünülmüş gedişlərinin nəticələri idi. Mahmudov qısa müddət ərzində Mənsimovu öz çetesinə daxil etmişdi. Kriminal qrupun ən üzüyola üzvlərindən olan M. Mənsimov öz liderinə layiq xidmət göstərrməyə çalışırdı. Bunu qarşılığını isə artıqlaması ilə alırdı.

Ölkədə onun üzünə bağlı heç bir qapı qalmamışdı. Ölkənin bütün KİV-i, telekanallar və radiolar Mübarizin PalSüd-ünü, PalDad-ı reklam edirdi. Qısa vaxt ərzində bu məhsul ölkənin süd məhsulları sektorunda bir nömrəli brendə çevirildi. Bütün marketlərin vitrinləri PalSüd, PalDad məhsulları ilə doldurulmuşdu. Və bunun nəticəsi olaraq bazarda böyük monopoliya yarandı. Mənsimovun cibinə isə milyonlar axmağa başladı.

Sonra M. Mənsimov öz rəhbərinə xidmətdə bulunmaq üçün, sevgi və hörmətinin sonsuz olduğunu nümayiş etdirmək məqsədi ilə Eldar Mahmudovun atası – Əhməd Mahmudovun adını gəmilərindən birinə verdi. Bunun üçün böyük şou təşkil edildi. Azərbaycan və Türkiyə mediası bu şounu manşet xəbəri olaraq təqdim etdilər. Atasının adını gəmidə görən E. Mahmudov timsah göz yaşları ilə şouda şampan partlatdı. Daha sıx “dostluq” isə bundan sonra başladı. Mübariz sürətlə şişirdildi, böyüdü və iqtisadi sektorda öz şərtlərini diktə etmək cəsarəti “tapdı”. Amma bu da ona azlıq etdi...

Kriminal yolla asan pul qazanmağın mümkün olduğunu görən M. Mənsimov daha da həvəsləndi. Sonrakı dönəmdə artıq Mahmudov kimi xırda kriminal ünsürlərlə deyil, beynəlxalq terror təşkilatları ilə də əməkdaşlığa meylləndi.

Azərbaycan və Türkiyə mediasında hələ illər öncə yayılan məlumatlarda Mənsimovun son illərin qanlı terror təşkilatı olan İŞİD-lə əməkdaşlığı üzə çıxmışdı. Həmin xəbərlər bu gün də bir çox internet resurslarında qalmaqdadır. Məlumatda qeyd edilirdi ki, ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyat idarəsinin açıqladığı xəbərə görə, İŞİD-in Suriya və İraqda ələ keçirdiyi mədənlərdə gündə 50 min barel neft istehsal edilir. Hesablamalara görə, İŞİD neft satışından gündə təxminən 1 milyon dollar qazanırmış. Və bu neftin satışa çıxarılmasında M. Mənsimovun böyük əməyinin və payının olduğu bildirilirdi.

Mahmudovun əlinin altında hərəkət edərək Azərbaycanda heç bir maneə ilə üzləşməyən Palmali liderinin terror təşkilatı ilə əlaqələri kimin vasitəsi ilə qurması haqda detallar güman ki, Türkiyədə hazırda aparılan istintaq zamanı üzə çıxacaq.

Azərbaycanda isə onun kitabı 17 oktyabr 2015-ci ildə bağlandı. Eldar Mahmudov vəzifəsini və bütün dayaqlarını itirən gün. Elə həmin gündən Mübarizin Azərbaycandan qaçışı başladı. Mahmudova görə onunla əməkdaşlıq etməyə məcbur olan bütün iş adamları, məmurlar onun ikiüzlü oyunlarında rol almaq istəmədilər. Təbii ki, belə bir durumda Mübariz ən asan yolu seçərək ölkədən qaçdı.

“Dayı” yoxdursa, iş də yoxdur. Əvvəlcə “Xəzər Lənkəran”ın qapısına qıfıl vuruldu. Klubun onlarla əməkdaşı və idmançılarına zəhməthaqları verilmədi. Həmin borclar bu günə qədər qalmaqdadır. Məşhur oyunçular belə M. Mənsimovun onlara borclu olduqlarını xəbər saytlarında, sosial şəbəkələrdə afişa etməyə məcbur oldular. Amma heç birinin haqqı tanınmadı. Əvəzində M.Mənsimovun yaxınları tərəfindən təhqirlərə məruz qaldılar.

Ardınca PalSüd və Paldad eyni aqibətlə üzləşdilər. “PalSüd” zavodunun Lənkəranın Boladi, Şağlaser, Vilvan, Veravul, Separadi, Zövlə, Masallının Mahmudavar, Miyonki (M.Mənsimovun ata yurdudur), Xıl, Şərəfə kəndində yüzlərlə insana 2016-cı ildən bu günə qədər borclar qalıb. Bəyəm, bu müddət ərzində Mübarizin həmin borcları qaytarmaq imkanı yox idimi? Həmin zavodların əməkdaşları dəfələrlə öz haqlarını tələb etmək üçün kütləvi aksiyalar keçirdilər, öz əllərinin qabarlarının haqqını bu mafioz qırıntısından tələb etdilər. Nəticə isə sıfır oldu... Onların haqqı yeyildi. İlahi ədalət isə həmin haqqı bu gün “xeyriyyə kralına” qusdurmaqdadır.

M. Mənsimov təkcə ikitərəfli deyil, çoxtərəfli oynayırdı. Hansı addımın ona pul gətirəcəyini, dollar iyini gözəl duyurdu. Ona görə də əyilərək keçdiyi qapılardan biri FETÖ də oldu. Onların da əlini öpdü və yollarını təmizlədi. Bu haqda son vaxtlar mediada çox yazıldığından detallara getməyə ehtiyac yoxdur. Sadəcə onu xüsusi qeyd edək ki, Palmali prezidentinin hazırda ittiham olunduğu maddələrdən biri də məhz FETÖ ilə əməkdaşlıqdır.

Bu gün Mübarizin özü həbsxanada, dostu Eldar Mahmudov qeyri-müəyyən durumdadır. Vaxtilə Palmalinin ən pestijli gəmisi olan “Əhməd Mahmudovu”un isə taleyindən heç bir xəbər yoxdur. MTN şefi taxtdan salınandan sonra Mənsimov qatı müxalifətçiyə çevirildi. Onda Elçibəy, Rəsulzadə sevgisi baş qaldırdı. Amma xilas ola bilmədi. Maraqlıdır, görəsən, o həbsxanada kimi “sevəcək?”.
 //yenisabah.az//


{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
AZAL-ın 300 dollarlıq "təxliyyə" oyunu - Diaspor sədrindən etiraz Samuxlu fermerlər məmurların əlindən dad deyir – “Batırıq…” Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır... DTX-nin XİN-də saxladığı şəxsin səsyazısı yayıldı - AUDİO Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı - ƏTRAFLI Həbib Nurməhəmmədovun atası Dağıstanda torpağa tapşırıldı Həbib Nurməhəmmədovun atası vəfat etdi Elmar Məmmədyarovun yaxın adamı tutuldu - o nazir təyin olunandan bərabər çalışırlar... Daxili turizm də böhranda: xilas yolu nədir? - ARAŞDIRMA DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir - RƏSMİ Gəncə icra şöbəsi vətəndaşı aldatmağa davam edir - GİLEY Məmurlar varidatlarını açıqlamağa risk edəcəklərmi – GÜNÜN SUALI Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ İşçisindən nazirə şikayət olundu - GİLEY Qanlarının arasına pandemiya girmiş olsa da... - Dəyişiklik mütləqdir... Bu gün Leyla Əliyevanın doğum günüdür Ziya Məmmədovun qardaşının adamı "bu, bizim küçədir" deyir - Özbaşınalıq Enerji içkiləri: - Suallar, gümanlar, rəylər Sabiq deputatdan hədələyici AÇIQLAMA - “Oğlanlarım başınıza daş salıb?” Prezident cərimələri təsdiqlədi – SƏRƏNCAM Türkiyə Rusiyadan aldığı “S-400”-ü ABŞ-a sata bilər? – POLİTOLOQLARDAN AÇIQLAMA "Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib..." - İTTİHAM "Global Enerji" kütləvi ixtisara hazırlaşır... - Pandemiya yeni işsiz ordusu yaradacaq... Hacıqabulda məmur özbaşnalığı - Vətəndaş intihar həddində... İlham Əliyevdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım - FOTO Mehriban Əliyeva polisləri təbrik etdi: “Çətin günlərdə atdığınız qətiyyətli addımların və peşəkarlığınızın şahidiyik” Azərbaycanda bu gün Polis Günü qeyd olunur Azərbaycanda kredit borcları dondurula bilər - MÜJDƏ Türkiyədə oxuyan azərbaycanlı tələbələrlə bağlı NARAHATLIQ: - Virusa yoluxanlar necə müalicə alır? Kollec direktorunun təsərrüfat işi alınmadı və... - İDDİA Qardaşı narkotiklə tutulan başçı müavini vəzifədən azad edilib? - AÇIQLAMA «Brand Credit» İFLAS ASTANASINDA: Göstəricilərini gizlədir... - Rəqəmlər... Azərbaycanda siqaret bahalaşdı Əbülfəs Qarayevi üçün HƏBS QƏRARI... - AZ QALIB... Başçı ilə vətəndaş arasında qalmaqal... - Gədəbəydə... Bu da Arzu Rəhimovun yeyintisi... - İTTİHAM Azərbaycanda benzin bahalaşdı – SON DƏQİQƏ Həftəsonu qadağalar sərtləşdirilir? - Operativ Qərargahdan AÇIQLAMA Baş prokuror 2 şəhər və 4 rayona yeni prokurorlar təyin etdi - Prokurorluq orqanlarında yeni təyinatlar Prezidentdən mətbuatın 145 illik yubileyi ilə bağlı SƏRƏNCAM Deputatın biznesi: Donuz, dəvəquşu ferması Xətainin icra başçısı haqda ilginc iddia... - Qəssabxana biznesindədir, qoyunları da küçədə otlayır... İlham Əliyev Brovkinanı təltif etdi - SƏRƏNCAM Gürcüstanda 30-a yaxın TIR sürücüsündə COVID-19 aşkarlanıb “Təbəssüm Məmmədovanın meyiti bir gün sonra yaxınlarına təhvil verilib” - AÇIQLAMA ““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL” Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var Azərbaycanda siqaret monipoliyasının böyük oyunu – Savaş başlayıb Azərbaycanda siqaretlər bahalaşır — YENİ QİYMƏT Əbülfəs Qarauevin TALANÇI ORDUSU: Regionları onlar qarət edib... - İTTİHAM "Bahar enerji"də ÖZBAŞINALIQ DAVAM EDİR... - GİLEY AKİA fermerlərin dostudur, ya qənimi?.. - Reallıq odur ki... "AZAL biletləri özəl turizm şirkətlərinin əli ilə satır, biletlər "qara bazar"dadır" - NARAZILIQ... Azərbaycan prezidenti onlar haqda nə demişdi? - TƏHLİL “Bir kitab da bağlanmaq” üzrədir - Şəmkir icra başçısının 6 illik fəaliyyətinin yoxlanılmasına başlanıldı Saleh Məmmədov AAYDA-nı BATIRIR... - mənfəəti 93% azalıb Jurnalistlərin 3-cü binası HAZIRDI - Mənzillər kimlərə veriləcək? “İnsanlar özləri başa düşməlidirlər ki, bu, böyük təhlükədir” Prezident uşaqlara energetik içkilər satanların cəzalandırılması barədə qanunu imzaladı Gəncədə BÖYÜK YEYİNTİ - Həbs olunanlar var... Bioloji Təbabət Klinikasında əməkdaşlar qızdırma ilə işə gəlir? - İDDİA Viruslu xəstələr kanalizasiyası Kür çayı olan şəhərə aparılacaq… – KORONAVİRUSLU XƏSTƏLƏRİN SAYI DAHA DA ARTA BİLƏR SMS icazə sistemində limit qoyuldu: Gündə bir dəfə... Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT… - "...buna nə ad vermək olar?" Prezident dəniz nəqliyyatı işçilərini təltif etdi Əbülfəs Qarayevin işlədiyi dövr YOXLANILIR - Keçmiş nazir HƏBS OLUNUR? “Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır? - İTTİHAM “Şirkətin əsl sahibi Hesablama Palatasının şöbə müdiridir...” - GİLEY “TƏBİB doğrudan da işini görə bilmədi...” - NARAZILIQ... Fərəc Quliyev Aİ nümayəndələrinə Dağlıq Qarabağla bağlı müraciət göndərdi Azərbaycan nefti həftə ərzində bir qədər bahalaşıb "İndi virus nə cavan, nə qoca, nə orta yaşa baxmır" Mərkəzi Banka pandemiya dövründə 160 metr hündürlükdə yeni bina tikilir Qaxda internetsizlik həyatı iflic edib: - Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir Fəhlələr nazirdən Prezidentə şikayət etdi - "Körpü-Bina-Tikinti" fəhlələri aldadıb Bakı bulvarı da dövlətdən pul yayındırıb - 160 min manatdan çox vergi borcu var "Yeni seçilmiş deputatımıza müraciət etmişəm..." - GİLEY “Araz market” dən vətəndaşlara daha bir dələduzluq - FOTO Səhiyyə Nazirliyində qan, yoxsa korrupsiya xərçəngi? - ARAŞDIRMA BDU-da karantin qaydaları pozulur — Elə qonaqlıqlar olur ki, toy onun yanında «toya getməlidir» ABŞ İran və Çinin metallurgiyasına zərbə vurdu - YENİ SANKSİYALAR Ramiz Mehdiyevin qardaşı oğlu da istintaqa çəkiləcək - TELMAN MEHDİYEV RÜŞVƏT ALAN İŞÇİSİNƏ GÖRƏ DİNDİRİLƏCƏK Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 517 yeni yoluxma - RƏSMİ Bakıda məşhur klinikada ölən qızın meyiti ailəsinə niyə verilmir? – VİDEO Rusiyada daha 176 nəfər koronavirusdan öldü Gömrükdəki baha rüsumlar bizi belə müflis edir... - Sıradan bir FAKT İcra başçısının oğluna məxsus bazar yandı – Video "MedEra" gənc qızı İFLİC ETDİ - Bakıda daha bir həkim naşılığı... “Şahdağ Turizm Mərkəzi” də dövlətə BORCLU İMİŞ... - 2 milyon manatdan çox vergi borcu var Vətəndaşın başında çatlayan “səhiyyə çanağı” - AKTUAL Dollar satışı ilə bağlı müəmma: - Milli Bank o təlimatı verib, yoxsa... 12 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - Nazirə şikayət olundu Dövlət Sərhəd Xidmətində yeni yoxlamalara ehtiyac var - İDDİA Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları təbrik edib - FOTO İlham Əliyevdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım - FOTO Azərbaycan Ordusu 102 yaşını qeyd edir "Qaçqınkom" 6 aylıq "Fidan Körpə"yə 216 min manat verdi — Komitədən növbəti müəmma… Azərbaycanda 547 koronavirusa yoluxma - 6 ölü Cavid Qurbanov Yasamaldakı gölü də mənimsəyib... - NARAZILIQ... Gömrükdə həbslər davam edəcək... - İDDİA