Masazırda bir gün –Azərbaycanda əhalisinin sayına görə ən böyük kənddən reportaj


Masazırda bir gün –Azərbaycanda əhalisinin sayına görə ən böyük kənddən reportaj

Azərbaycan Respublikasında keçirilmiş əhalinin son siyahıyaalınmasının (2019) yekunlarına əsasən, əhalisinin sayına görə ən böyük kənd Abşeron rayonunun Masazır kəndidir. Hər yanı gözəlliklər çələnginə bürünən Abşeronun kənd və qəsəbələrində də indi başqa aləmdir. Asfalt yollar, bir-birindən yaraşıqlı parklar, müasir tələblərlə ayaqlaşan mədəniyyət, səhiyyə, təhsil müəssisələri, sahibkar obyektləri, daha nələr, nələr var bu yaşayış məntəqələrində. Beş-on il bundan öncə elektrik enerjisindən, təbii qazdan fasilələrlə istifadə edən, bəzi yerlərdə içməli və təsərrüfat əhəmiyyətli sudan korluq çəkən Abşeronun kənd və qəsəbələrində son illərdə tikilən sosial yönümlü obyektləri, xəstəxanaları, həkim və tibb məntəqələrini, mədəniyyət saraylarını, məktəb, bağça binalarını , idman kompleksini görəndə, doğrudan da, kəndlərin gülüstana çevrildiyinin əyani təsdiqi ilə qarşılaşırsan. Bütün bunların yeganə bir səbəbi ölkəmizdə sosial-iqtisadi inkişafa dövlət qayğısının güclənməsi və buna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətində yaranan işgüzarlıq, təşkilatçılıq əhval-ruhiyyəsinin artırılmasıdır. Yuxarıda sadaladıqlarımızı konkret faktlarla catdırmaq üçün rayonun Masazır kəndinə baş çəkdik. Masazır kəndi Abşeron rayonunun mərkəzi Xırdalan şəhərinin 1-2 kilometrliyindədir. Onun səliqə- sahmanına, abadlığına heyranlıqla baxmaya, nizam intizamına qibtə etməyə bilmirsən. Bizim də bu əhval-ruhiyyədə olduğumuzu hiss edən bələdiyyə sədri Rüfət Fətullayev deyir: - El bir olsa dağ oynadar yerindən, - deyiblər. Söz birliyi, iş birliyi, əhalinin sosial həyat səviyyəsinin yaxşılaşdırılmasına qayğı kəndimizi gündən-günə gözəlləşdirir. Bütün bunlar kənd əhalisi ilə bələdiyyə və ərazi icra nümayəndəsinin birgə fəaliyyətinin bəhrəsidir. Bunlar tam reallıqdır. Çünki hər gün səhər tezdən bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən daxili müşavirədə əvvəlki gün görülən işlərə yekun vurulur, növbəti günün vəzifələri müəyyənləşir. Bələdiyyə üzvləri arasında aparılan iş bölgüsünə əsasən onlara kəndin ayrı-ayrı vətəndaşlarının sosial qayğıları ilə əlaqədar verilən tapşırıqların icra vəziyyəti barədə hesabatları alınır. Onlar kəndin səliqə-sahmanına baxandan, əlilinə, veteranına, ağsaqqal və ağbirçəyinə baş çəkəndən, tənha və kimsəsizin yanında olandan, müəyyən yerlərdə aparılan tikinti, abadlıq, təmir işlərinə dəstək verəndən sonra nəticəni ortaya qoyur, qarşıya çıxan problemin həlli üçün fikir söyləyirlər, təkliflər verilir. Birgə səyin bəhrəsidir ki, Masazır sakinləri keçmişin yaxşı ənənələrini qoruyub saxlamaqla müasirliyə də daha çox meyil göstərir, qurub yaratmağa, yaşayış ünvanlarının yeniləşdirilməsinə yüksək qayğı ilə yanaşırlar. Son illər burada 3 yeni məktəb, bir körpələr evi-uşaq bağçası, bir poliklinka binası tikilib istifadəyə verilmişdir. Əvvəldən olan məktəb və bağça binaları əsaslı təmir olunub müasirləşdirilmişdir. Həmsöhbətimiz qeyd edir ki, Masazır Abşeronun qədim kəndlərinin siyahısındadır. Məşhur Masazır duz gölünün sahilində yerləşir. Ərazisi 1634 hektar, əhalisi 100 min nəfərə yaxındır. Masazır kəndinin tarixi çox az öyrənilib.Bakının yaxınlığında yerləşən Masazır kəndi qədim türk tayfaları olan Masagetlərlə əlaqədədir.Masaget sözü zaman-zaman asimlasiya nəticəsində xalq arasında Masa-Zır sözünə çevrilmişdir. Müsahibimiz bildirir ki, Masazır kəndi ərazisində hələ XII–XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Masazırın mühüm tarixi abidələri siyahısına XIII əsrə aid türbə, XIII əsrə aid Məscid (1212-ci il), XV əsrə aid "Xan bağı" türbəsi və digər bir çox mühim abidələr daxildir. R. Fətullayev vurğulayır ki, Maszır kəndi özünün duz gölü ilə də məşhurdur. Bu göldən 1813-cü ildən başlayaraq mütəmadi şəkildə duz hasil olunur. Masazır gölünün uzunluğu 4.7 km, ortalama eni 2.1 km, ümumi sahəsi 10 km2-dir. Gölün dərinliyi 0.2 metrdən 3 metrə qədərdir. Masazır duz gölündə duz iki vəziyyətdə mövcuddur: gölün dibində olan duz layı şəklində və gölün suyunun tərkibində məhlul şəklində. Göl suyunda NaCl miqdarı 270 gr/litrdir, göl suyunun ümumi mineralizasiyası 330 gr/litrdir. Masazır gölünün cəmi duz ehtiyatı 1.735.000 tondur. 21 iyul 2014-ci il tarixində Abşeron rayon İcra Hakimiyyətinin və "Azersun Holding"-in təşkilatçılığı ilə respublikada ilk dəfı olaraq "Duz Bayramı” keçirilib. "Məqsədimiz əhaliyə xidmət etməkdir” R. Fətullayev bizimlə söhbətində qeyd edir ki, bu gün bələdiyələrə daha çox müraciət torpaq alışı, onların rəsmiləşdirilməsi, sənədləşdirilməsi ilə bağlıdır. Amma biz sakinlərə anlatmağa çalışırq ki, bu gün bələdiyyənin səlahiyyətlərinə torpaq satışı daxil deyil. Biz bu gün əhalidən yığdığımız əmlak və torpaq vergisinin yığılması ilə məhz onların özünə xidmət edirik. Kəndimizin ərazisində bərk məişət tullantılarının yığılması, daşınmasının ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanılıb.Bu işlər gün ərzində 2 dəfə həyata keçirilir". "Prezident İlham Əliyevin bu sərəncamı bütün Masazır sakinlərini sevindirdi". "Bələdiyyə sədri kimi az bir müddətiki işləməyinizə baxmayaraq sizcə Masazır sakinlərini ən çox sevindirən hansı xəbər olub?” sualımıza cavabında R.Fətullayev kəndin bəzi kücələrini əsaslı təmirindən söz açdı. Bildiyiniz kimi Prezident İlham Əliyev 2020-ci il yanvarın 9-da "Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Prezident İlham Əliyevin bu sərəncamı bütün Masazır sakinlərinidə sevindirib. Bəlkə də bu sevincin bir səbəbi Abşeron rayonunun 8 ildir dövlətdən dotasiya almamsı və kəndin daxili yollarının təmrinin bələdiyənin balansında olması idi. Sərəncama əsasən Masazır kəndinin ərazisində də ümumi uzunluğu 6,5 kilometr olan Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov və Akim Abbasov küçələri əsaslı şəkildə yenidən qurulur. Arayış: Fətullayev Rüfət Səyavuş oğlu 06.02.1969 – cu ildə Lənkaran rayonu Liman şəhərində anadan olub.1986- cı ildə Liman şəhərində 1 saylı orta məktəbi, 1996 – cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə - kredit fakultəsini bitirib. 2016-cı ildə Rusiya Prezidenti Yanında "Dövlət İdarəçiliyi” Akademiyasının (РАНХиГС) "dövlət və bələdiyyə idarəetməsi” fakultəsinin magistraturasını bitirmiş və hazırda Rusiya Prezidenti Yanında "Dövlət İdarəçiliyi” Akademiyasınin ( РАНХиГС) "dövlət və bələdiyyə idarəetməsi” fakultəsinin Aspirantıdır. 2001–ci ildən Binəqədi rayon Binəqədi bələdiyyəsində Maliyyə və vergi şöbəsində müfəttiş daha sonra həmin şöbənin müdiri vəzifəsində çalışıb. 2009- cu ildə Yeni Azərbaycan Partiyasının üzvü kimi namizədiyi irəli sürülmüş və bələdiyyə seçkilərində qalib gələrək Binəqədi rayon bələdiyyəsində bələdiyyə üzvü daha sonra Büdcə komissiyasının sədri kimi fəaliyyət göstərib. Uzun illər MSK –nin 8 saylı dairə seçki komissiyasının baş məsləhətçisi və daha sonra "Lider Monolit” tikinti şirkətində direktor, 2015-2019- cu illərdə Azərbaycan Sənaye Korporasiyasında baş iqtisadçı vəzifəsində çalışıb. Müharibə veteranıdır. Dəfələrlə Qarabağ uğurunda gedən döyüşlərdə iştirakına və göstərdiyi şücaət və fədakarlığa görə dövlət tərəfindən mükafatlandırılıb. Ailəlidir. 4 övladı var.

Masazırda bir gün –Azərbaycanda əhalisinin sayına görə ən böyük kənddən reportaj



{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO  Evdəki xəstələrə pullu xidmət - Qapıdan şəfa girir, yoxsa virus? Əhmədli sakinlərinin rahatlığı pozulub - FOTO + VİDEO Beyəqanda 10 manat kapitalla milyon qazanmağın yolu: - “Veteks-2017” MMC- nin fəaliyyəti araşdırılarsa… "Belə haqsızlıq olmaz..." - GİLEY Təhsil ocaqlarında rüşvət pandemiyası yayılıb - İTTİHAM Əhmədzadənin kadrları belə "işləyir"... - VİDEO Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Qaragünlü neft rayonu Çayxana qədər olmayan təhsilin çətin günü! - Bunun fəsadı ağır olacaq Əhəd Abıyev koronavirusa yoluxub? - Açıqlaması QALMAQAL YARATDI AZAL-ın 300 dollarlıq "təxliyyə" oyunu - Diaspor sədrindən etiraz Samuxlu fermerlər məmurların əlindən dad deyir – “Batırıq…” Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır... DTX-nin XİN-də saxladığı şəxsin səsyazısı yayıldı - AUDİO Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı - ƏTRAFLI Həbib Nurməhəmmədovun atası Dağıstanda torpağa tapşırıldı Həbib Nurməhəmmədovun atası vəfat etdi Elmar Məmmədyarovun yaxın adamı tutuldu - o nazir təyin olunandan bərabər çalışırlar... Daxili turizm də böhranda: xilas yolu nədir? - ARAŞDIRMA DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir - RƏSMİ Gəncə icra şöbəsi vətəndaşı aldatmağa davam edir - GİLEY Məmurlar varidatlarını açıqlamağa risk edəcəklərmi – GÜNÜN SUALI Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ İşçisindən nazirə şikayət olundu - GİLEY Qanlarının arasına pandemiya girmiş olsa da... - Dəyişiklik mütləqdir... Bu gün Leyla Əliyevanın doğum günüdür Ziya Məmmədovun qardaşının adamı "bu, bizim küçədir" deyir - Özbaşınalıq Enerji içkiləri: - Suallar, gümanlar, rəylər Sabiq deputatdan hədələyici AÇIQLAMA - “Oğlanlarım başınıza daş salıb?” Prezident cərimələri təsdiqlədi – SƏRƏNCAM Türkiyə Rusiyadan aldığı “S-400”-ü ABŞ-a sata bilər? – POLİTOLOQLARDAN AÇIQLAMA "Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib..." - İTTİHAM "Global Enerji" kütləvi ixtisara hazırlaşır... - Pandemiya yeni işsiz ordusu yaradacaq... Hacıqabulda məmur özbaşnalığı - Vətəndaş intihar həddində... İlham Əliyevdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım - FOTO Mehriban Əliyeva polisləri təbrik etdi: “Çətin günlərdə atdığınız qətiyyətli addımların və peşəkarlığınızın şahidiyik” Azərbaycanda bu gün Polis Günü qeyd olunur Azərbaycanda kredit borcları dondurula bilər - MÜJDƏ Türkiyədə oxuyan azərbaycanlı tələbələrlə bağlı NARAHATLIQ: - Virusa yoluxanlar necə müalicə alır? Kollec direktorunun təsərrüfat işi alınmadı və... - İDDİA Qardaşı narkotiklə tutulan başçı müavini vəzifədən azad edilib? - AÇIQLAMA «Brand Credit» İFLAS ASTANASINDA: Göstəricilərini gizlədir... - Rəqəmlər... Azərbaycanda siqaret bahalaşdı Əbülfəs Qarayevi üçün HƏBS QƏRARI... - AZ QALIB... Başçı ilə vətəndaş arasında qalmaqal... - Gədəbəydə... Bu da Arzu Rəhimovun yeyintisi... - İTTİHAM Azərbaycanda benzin bahalaşdı – SON DƏQİQƏ Həftəsonu qadağalar sərtləşdirilir? - Operativ Qərargahdan AÇIQLAMA Baş prokuror 2 şəhər və 4 rayona yeni prokurorlar təyin etdi - Prokurorluq orqanlarında yeni təyinatlar Prezidentdən mətbuatın 145 illik yubileyi ilə bağlı SƏRƏNCAM Deputatın biznesi: Donuz, dəvəquşu ferması Xətainin icra başçısı haqda ilginc iddia... - Qəssabxana biznesindədir, qoyunları da küçədə otlayır... İlham Əliyev Brovkinanı təltif etdi - SƏRƏNCAM Gürcüstanda 30-a yaxın TIR sürücüsündə COVID-19 aşkarlanıb “Təbəssüm Məmmədovanın meyiti bir gün sonra yaxınlarına təhvil verilib” - AÇIQLAMA ““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL” Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var Azərbaycanda siqaret monipoliyasının böyük oyunu – Savaş başlayıb Azərbaycanda siqaretlər bahalaşır — YENİ QİYMƏT Əbülfəs Qarauevin TALANÇI ORDUSU: Regionları onlar qarət edib... - İTTİHAM "Bahar enerji"də ÖZBAŞINALIQ DAVAM EDİR... - GİLEY AKİA fermerlərin dostudur, ya qənimi?.. - Reallıq odur ki... "AZAL biletləri özəl turizm şirkətlərinin əli ilə satır, biletlər "qara bazar"dadır" - NARAZILIQ... Azərbaycan prezidenti onlar haqda nə demişdi? - TƏHLİL “Bir kitab da bağlanmaq” üzrədir - Şəmkir icra başçısının 6 illik fəaliyyətinin yoxlanılmasına başlanıldı Saleh Məmmədov AAYDA-nı BATIRIR... - mənfəəti 93% azalıb Jurnalistlərin 3-cü binası HAZIRDI - Mənzillər kimlərə veriləcək? “İnsanlar özləri başa düşməlidirlər ki, bu, böyük təhlükədir” Prezident uşaqlara energetik içkilər satanların cəzalandırılması barədə qanunu imzaladı Gəncədə BÖYÜK YEYİNTİ - Həbs olunanlar var... Bioloji Təbabət Klinikasında əməkdaşlar qızdırma ilə işə gəlir? - İDDİA Viruslu xəstələr kanalizasiyası Kür çayı olan şəhərə aparılacaq… – KORONAVİRUSLU XƏSTƏLƏRİN SAYI DAHA DA ARTA BİLƏR SMS icazə sistemində limit qoyuldu: Gündə bir dəfə... Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT… - "...buna nə ad vermək olar?" Prezident dəniz nəqliyyatı işçilərini təltif etdi Əbülfəs Qarayevin işlədiyi dövr YOXLANILIR - Keçmiş nazir HƏBS OLUNUR? “Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır? - İTTİHAM “Şirkətin əsl sahibi Hesablama Palatasının şöbə müdiridir...” - GİLEY “TƏBİB doğrudan da işini görə bilmədi...” - NARAZILIQ... Fərəc Quliyev Aİ nümayəndələrinə Dağlıq Qarabağla bağlı müraciət göndərdi Azərbaycan nefti həftə ərzində bir qədər bahalaşıb "İndi virus nə cavan, nə qoca, nə orta yaşa baxmır" Mərkəzi Banka pandemiya dövründə 160 metr hündürlükdə yeni bina tikilir Qaxda internetsizlik həyatı iflic edib: - Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir Fəhlələr nazirdən Prezidentə şikayət etdi - "Körpü-Bina-Tikinti" fəhlələri aldadıb Bakı bulvarı da dövlətdən pul yayındırıb - 160 min manatdan çox vergi borcu var "Yeni seçilmiş deputatımıza müraciət etmişəm..." - GİLEY “Araz market” dən vətəndaşlara daha bir dələduzluq - FOTO Səhiyyə Nazirliyində qan, yoxsa korrupsiya xərçəngi? - ARAŞDIRMA BDU-da karantin qaydaları pozulur — Elə qonaqlıqlar olur ki, toy onun yanında «toya getməlidir» ABŞ İran və Çinin metallurgiyasına zərbə vurdu - YENİ SANKSİYALAR Ramiz Mehdiyevin qardaşı oğlu da istintaqa çəkiləcək - TELMAN MEHDİYEV RÜŞVƏT ALAN İŞÇİSİNƏ GÖRƏ DİNDİRİLƏCƏK Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 517 yeni yoluxma - RƏSMİ Bakıda məşhur klinikada ölən qızın meyiti ailəsinə niyə verilmir? – VİDEO Rusiyada daha 176 nəfər koronavirusdan öldü Gömrükdəki baha rüsumlar bizi belə müflis edir... - Sıradan bir FAKT İcra başçısının oğluna məxsus bazar yandı – Video "MedEra" gənc qızı İFLİC ETDİ - Bakıda daha bir həkim naşılığı... “Şahdağ Turizm Mərkəzi” də dövlətə BORCLU İMİŞ... - 2 milyon manatdan çox vergi borcu var Vətəndaşın başında çatlayan “səhiyyə çanağı” - AKTUAL