Məmurlar ölkə iqtisadiyyatını necə çökdürür - GƏLİŞMƏ



Bir neçə ildir ki, ölkədə azad və liberal iqtisadiyyatın formalaşması, kölgə iqtisadiyyatının aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, qəbul olunan qərarlar müəyyən qədər müsbət yeniliklərə səbəb olsa da, tam olaraq gözlənilən nəticəni vermədi. Bu durumun səbəbi isə ölkədə məmur biznesinin geniş yayılması və haqsız rəqabətin ortaya çıxmasıdır.

Ölkədə iqtisadiyyatın istənilən sahəsində məmur-oliqarx biznesinə rast gəlmək mümkündür ki, bu da müstəqil xırda və orta sahibkarları sıradan çıxarır. Onların yaratdığı ədalətsiz rəqabət mühitində, xüsusən də inzibati gücün tətbiqi ilə azad sahibkarlıq geri çəkilməli olur. Bu isə xırda və orta sahibkarlığa ziya vurmaqla yanaşı, müxtəlif sahələrdə mal və xidmətlərin keyfiyyətinin aşağı, qiymətinin isə yüksək olması isə nəticələnir ki, sonda ən böyük zərbə istehlakçılara dəyir. Çünki əlindəki inzibati rıçaqlardan istifadə edərək haqsız rəqabət aparan məmur biznesin keyfiyyətli xidmət göstərməsində, rəqabətli qiymət siyasətində də maraqlı olmur.

Təsadüfi deyil ki, ötən ilin sonlarında prezident İlham Əliyev də iqtisadiyyat naziri Mikayıl Cabbarovu vəzifəyə qəbul edərkən məmur biznesinin yaratdığı problemlərdən bəhs edərək, nazirə bu şəxslərə qarşı mübarizədə qətiyyətli olmağı tapşırmışdı: “Çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcək. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz”.

Prezident eyni zamanda haqsız rəqabəti “böyük yara” adlandırmışdı: “Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarır, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmisiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam”.

“Yeni Müsavat” üçün mövzunu şərh edən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da bildirdi ki, indiki şəraitdə məmurların biznes maraqlarının olması bazar iqtisadiyyatının 3 təməl sütununu dağıtmış olur: “Liberal iqtisadiyyat dövlətin, ümumiyyətlə, qarışmadığı iqtisadiyyatdır. Ona görə də biz bazar iqtisadiyyatı ifadəsini işlətsək daha doğru olar. Bu gün dünyada dövlətin müdaxilə etmədiyi iqtisadiyyat yoxdur. Dövlət qarışır, tənzimləyir, sosial və antiinhisar məsələlərinə baxır. Dövlətin özünün də iqtisadiyyatda biznes sahələri var. Məsələn, Azərbaycanda neft-qaz sahəsində, energetika sahəsində dövlət fəal iştirak edir.

Dövlət iqtisadiyyatda iki cür iştirak edə bilər. Birincisi, dövlət hansısa bir təsərrüfat subyektini yaradır və idarə edir. İkincisi isə dövlət özəl şəxslərin iqtisadiyyatdakı fəaliyyətini tənzimləyir. Məsələn, bank sahəsində, kənd təsərrüfatında, ərzaq sektorunda və sair. Dövlət qaydaları müəyyən edir, vergi və gömrük məsələsində stimullaşdırır, sosial qanunvericiliyə riayət edilməsinə çalışır. Belə bir anda hansısa dövlət məmurunun öz şəxsi biznesi ilə buraya qarışması məhz indiki dövr üçün, dövlətin iqtisadiyyatda güclü olduğu bir dövr üçün arzuolunmaz nəticələr yaradır. Onsuz da dövlətin iqtisadiyyatda güclü müdaxiləsi liberal iqtisadiyyat konsepsiyasına ziddir. Ancaq o demək deyil ki, liberal iqtisadiyyat ən mükəmməlidir, bu gün dünyada liberal iqtisadiyyat olsa, o zaman pandemiya dövründə gərək dövlət heç kimə yardım edilməsin, sosial yardımlar olmasın. Ona görə də indiki dövrdə söhbət bazar iqtisadiyyatından gedir və orada dövlət də iştirak edir".

İqtisadçı vurğuladı ki, bazar iqtisadiyyatında dövlətin iştirakı müəyyən qədər yolveriləndirsə, dövlət məmurunun iştirakına əsla yol verilə bilməz: “Bunun bir çox fəsadları var. Bazar iqtisadiyyatı 3 sütun üzərində qurulur. Birincisi, mülkiyyət hüququnun müdafiəsi, ikincisi, hər kəsin üzərinə götürdüyü öhdəliklərin vicdanlı şəkildə icrası, üçüncüsü isə sağlam rəqabətdir. Dövlət məmurunun öz biznesi varsa, bu 3 təməl prinsipdən heç biri işləmir. Ona görə də bu gün Azərbaycanda bu sütunlar əsasən işləmir. Biz deyirik ki, Azərbaycanda mülkiyyət toxunulmazdır, heç kimin mülkiyyəti qanuni əsas olmadan əlindən alına bilməz. Kiminsə evi dövlət ehtiyacları üçün satın alına bilər. Yalnız hansısa məmur burada öz biznesini quracaq deyə alına bilməz. Ancaq reallıqda alınır, buna da ən bariz nümunə Bakıda tikilən yeni hündürmərtəbəli binalardır. Məmur biznesmen olmasa, bunu kim edə bilər? İkinci prinsip öhdəliklərin icrasıdır, çünki icra edilməsə, işə məhkəmə baxacaq. Məsələn, mən dövlət məmuruyam, biznesim var, öhdəliyimi yerinə yetirmirəm, borcumu vermirəm və ya xidməti göstərmirəm. Çünki əminəm ki, məhkəməni də udacağam. Məmur biznesi çox zaman öhdəliklərini icra etmir, məhkəmələr də vətəndaşı qorumur. Üçüncü prinsip sağlam rəqabətdir. Hansısa dövlət məmuru gəlib, sizinlə eyni istiqamətdə bizneslə məşğul olmaq istəyirsə və sizinlə eyni ərazidədirsə, əlbəttə ki, sizə imkan verməyəcək. Bunun da fəsadları son nəticədə iqtisadiyyat üçün də, istehlakçılar üçün də ağır olur. Nəticədə görülən işin, mal və xidmətin keyfiyyəti də aşağı düşür. Çünki sağlam rəqabətdə hamı işini daha yaxşı görməyə, istehlakçı cəlb etməyə çalışır. Məmur isə arxayındır ki, rəqabəti başqa yollarla udacaq, niyə keyfiyyətli iş görsün ki. Məsələn, bank sahəsində, ölkədəki inhisarçı bankların davranışını görürük. Ən böyük bankların işində ən zəif nöqtələr var, zəif kadrları da var. Ancaq istənilən halda digər bankları rəqabətdə udurlar. Bu, iqtisadiyyatda fəsadlar yaradır”.

Ə.Həsənov vurğuladı ki, qanunvericiliyə görə, Azərbaycanda məmur bizneslə məşğul ola bilməz, ancaq onlar biznesi öz adlarına deyil, qohum-tanışın adına rəsmiləşdirirlər: “Ona görə ki, hələ də ölkəmizdə kölgə iqtisadiyyatı var, hələ də iqtisadiyyatda qeyri-şəffaflıq var. Dövlət məmurlarının gəlir və xərc bəyannaməsi yoxdursa, əlbəttə, onlar bunu edəcəklər. Bu gün hamı de-fakto bilir ki, məmurların əsas gəlirləri biznesdəndir. Gəlirlərin uçotu olmadığından kimsə o pulun haradan gəldiyini bilmir. Necə ki, Eldar Mahmudov dedi ki, övladlarının adına xaricdə olan əmlaklar babasından qalıb. Əgər mütəmadi gəlir və xərc bəyannaməsi olsa, o zaman soruşmağa da bir əsas olacaq ki, bu mülklər haradandır? O səbəbdən Azərbaycan iqtisadiyyatını boğan məmur biznesidir ki, özəl və sağlam bizneslə qeyri-bərabər rəqabət aparır, ədalətsizcə davranır”.

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2019-cu ildən etibarən gizli iqtisadiyyata qarşı mübarizənin daha intensiv və kompleks şəkildə aparılması müşahidə olunur: “Gizli iqtisadiyyata qarşı aparılan münarizə həm də iqtisadiyyatdakı haqsız rəqabəti minimuma endirir və rəqabətin daha yaxından müdafiəsi üçün imkanlar yaradır. Bütövlükdə 2015-ci ildən etibarən biz monopoliya və inhisara qarşı daha ciddi mübarizənin aparılmasını və bunun nəticəsi olaraq iqtisadiyyatın daha da liberallaşmasını müşahidə edirik. Təbii ki, bu, Azərbaycan iqtisadiyyatı üçün vacibdir və eyni zamanda fiskal baxımdan əhəmiyyət kəsb edir”.

Millət vəkilinin sözlərinə görə, 2019-cu ildə gizli iqtisadiyyata qarşı aparılan mübarizə tədbirləri dövlət büdcəsinə əlavə olaraq 1 milyard manatdan artıq vəsaitin daxil olmasına imkan yaratdı: “Eyni zamanda bu 2019-cu ildə qeyri-rəsmi məşğulluğun rəsmiləşməsi və 153 min yeni əmək müqaviləsinin bağlanması anlamına gəlir. Son ilyarımda 200 minə yaxın yeni əmək müqaviləsi bağlanıb ki, bu da gizli iqtisadiyyatın minimumlaşdırılması və qeyri-rəsmi məşğulluğa qarşı mübarizənin gücləndirilməsi anlamına gəlir. Postpandemiya dövründə də dövlət büdcəsi üçün formalaşacaq yeni gəlir mənbələrindən biri iqtisadiyyatın liberallaşması olacaq. Bu, dövlət büdcəsinin gəlirlərinin artmasına və bütövlükdə sahibkarlığın daha çox inkişaf etdirilməsinə stimul yaradır”.
“Yeni Müsavat”



{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Vüsal Kərimlinin adı yenə də milyonların yeyintisində... - Bu adam düzələn deyil... Azərbaycanda son sutkada 492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib Samir Şərifovla bundan artıq yol gedilə bilməz... - Eldar Mahmudovla, Cahangir Hacıyevlə şübhəli əlaqələri olub... “Telefonu ona görə götürmürdüm ki...” - deputat DSX-nın keçmiş rəis müavininin oğlu haqda şok iddialar - vətəndaşları aldadaraq, milyonlara sahib oldu Pirşağıda villa sahibləri dənizi yenidən hasara alıb - FOTO Xaricdən həkim çağırılması... - Nə qədər vacib idi və niyə? Erməniyə məxsus “Yandex Taksi” ölkəyə necə buraxılıb? – Şəxsi məlumatlarımız təhlükədə BANKLARDA BATAN ƏMANƏTLƏR - Yüzlərlə müştərinin tələbi yerinə yetiriləcəkmi? Tovuz təxribatının hədəfi: Nikolun yeni hücumu başladı - TƏHLİL Ramiz Mehdiyevin bankından şikayətlər... DURMADAN ARTIR... “Aqrar tədarük və təchizat”ın FANTASTİK TENDERİ - 864 min manat nəyə xərclənəcək? Yardımlıda başçı camaatı saya salmır... - GİLEY Kamran Əliyev mərhum generalın oğluna yüksək vəzifə verib SMS-icazə sistemi ləğv olundu Səfər Mehdiyevdən ŞOK ADDIM - İLGİNC " Bank rəhbərliyi bir tədbir görməsə, biabırçılıqdır..." - GİLEY Təhsil Nazirliyində vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır - Diqqət! Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərə qan uddurur - İTTİHAM Bakıda məşhur klinikanın həkimindən ölümə aparan şok hərəkət - TƏFƏRRÜAT "Vətəndaşlara ötən ay və bu ay 190 manat verilsin" - AKTUAL Kommunal borclar dövlət tərəfindən ödənilə bilərmi? - AKTUAL Masallıda təhsil kimlərə əmanət edilib? - Nazirə müraciət olundu “Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq - GİLEY Sahil Babayev şübhəli təyinatından GERİ DURACAQMI? - İLGİNC “Baş həkim və şöbə müdirinin iddiaları böhtandan başqa bir şey deyil” - QALMAQAL Bu təhsil ocağında rəsmən özbaşınalıqdır... - "Tədbir görülsün..." Fəttah Heydərov vəfat etdi Penitensiar xidmətin rəisi dənizi "işğal" edib, yolu bağlayıb - Sakinlərdən şikayət Deputatlar gəlirlərini açıqlayacaqmı? - “YAP-dan göstəriş olsa, hesabat verərəm...” Türkiyənin F-16 qırıcıları Naxçıvandan İrəvana hava zərbəsini məşq etdi? - RUSİYA MƏNBƏLƏRİ "Tamam başlarını itiriblər..." - "Kapital Bank"dan şikayətlər artır “Sevimli dad”ın sosiskasından qurd çıxdı - FOTOFAKT Baş metroçu da pulları belə xırıd edir - Sənəd-sübut... Göygöl sakininin evindən narkotik və sursat tapılıb Azərbaycana qardaş dəstəyi Qarabağı bizə qaytararmı? - TƏHLİL Sahil Babayevin işçiləri narazılıq yaradır - GİLEY İsmayıl Hüseynovu hansı güc qoruyur? - DTX-nın həbs etdiyi şəxs gömrük generalının qohumudur... Şirəliyev “Epidbiomed” şirkətini necə "yemləyib" - ŞOK FAKTLAR İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO Daşkəsəndə NƏ BAŞ VERİR? - QALMAQAL "4 aylıq maaşımı ala bilmirəm" - GİLEY Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO Abşeronda ər arvadını "lom"la öldürüb — Dəhşətli qətlin TƏFƏRRÜATI Tender "canavarları" bir arada - FOTOFAKT Qobustanda yeni məktəb tikiləcək - SƏRƏNCAM Alatavada "cücərdilən" şirkətlər, silinən milyonlar – Dini Komitənin tender maxinasiyaları Alatavada "cücərdilən" şirkətlər, silinən milyonlar – Dini Komitənin tender maxinasiyaları "Ütülü başçı"nın rayonunda camaat dad deyir... - "Sosial yardıma üç dəfə müraciət eləmişəm" İlham Əliyev Qəbələyə getdi Təhlükəli asılılıq: Rus çörəyinə bu qədərmi möhtacıq? - GƏLİŞMƏ İlham Əliyev Şəkidə - FOTO Vergi Xidməti vətəndaşın başına oyun açdı... - NARAZILIQ... Ağsu icra hakimiyyəti özünə əcəb partnyor seçib... - İLGİNC Gömrükdə yenə adı olub, rəsmi fəaliyyəti olmayan şirkətlər peyda olub - İDDİA İşçisi Sahil Babayevi ifşa etdi: - pensiya üçün rüşvət necə toplanır Təhsil nazirliyində qeyri-qanuni “Təchizat idarəsi” - və xaloğlu Rəşad... “Rabitəbank” kimi aldadır? - ZƏRƏRİ MƏNFƏƏT KİMİ GÖSTƏRİR Kreml Türkiyənin Cənubi Qafqazdakı varlığını qəbul etdi - GƏLİŞMƏ "Günay Sığorta" şirkətinin sədri işindən ayrılır - ərizə yazıb... Cəlilabadda məhkəmə hakimi fironluq edir... - GİLEY "Həyat yoldaşım keçmiş nazirə görə həbsdədir" - NARAZILIQ... Qurbanlıq heyvan tacirlərinə ŞOK: - “Satış qadağandırsa, bizi Bakıya niyə buraxırdılar?” TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM Ayaz Mütəllibovun səhhəti pisləşib? - AÇIQLAMA Onkoloji xəstəni intihar həddinə çatdırıblar... - Müraciət... Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında - FOTO Sədərəklilərdən Vasif Talıbova ilginc müraciət... - "Rayonu barıt çəlləyinə çevirən o adamı vəzifədən uzaqlaşdırın!" Sədərəklilərdən Vasif Talıbova ilginc müraciət... - "Rayonu barıt çəlləyinə çevirən o adamı vəzifədən uzaqlaşdırın!" Prezident İlham Əliyev İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində iştirak edib Vilayət Eyvazovdan yeni TƏYİNAT “İdeal Yaşam”MMC-də ideal olmayan yaşayış tərzi – Sakinlər nədən şikayət edir? "Uninet" yenə də vətəndaşlara problem yaradır - GİLEY Mübariz Qurbanlı bunları bilsə, yaxşıdır... - İDDİA “Azərxalça”nın əməkdaşları 5 aydır maaş ala bilmir - NARAZILIQ... “GÖRƏK, ƏMRULLAYEVƏ İŞLƏMƏYƏ İMKAN VERƏCƏKLƏRMİ?...” – “Ceyhun Bayramova işləməyə qəti imkan verilmədi” “İspan şərabı diplomatı”nın da adı “qara siyahı”da – Anar Məhərrəmovun paxırını öz atası açıb Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi Ağsuda nə olaylar keçir... - QALMAQAL Azərbaycanda daha 412 nəfər koronavirusa yoluxub, 631 nəfər sağalıb Xəyanətin Arifi: Ağsaqqal ola bilməyən ağçaqqal - VİDEO Ramiz Mehdiyev bu qurumların ləğvinin qarşısını niyə aldı? – Prezident sərəncam versə də... Fars-molla rejimindən ERMƏNİLƏRƏ DƏSTƏK - Ermənistana etiraz edən onlarla azərbaycanlı həbs olundu, polis işgəncəsinə məruz qaldı Beyləqanda məmur haqqında ilginc iddialar... - hansı müsbət kriteriyalarına görə rəhbər vəzifəyə təyin edilir? Müştəri "Soliton" mağazalar şəbəkəsindən şikayətçidir - FOTO Bakıda şəxslər Polis Bölməsinin qarşısında döyülüb? - RƏSMİ AÇIQLAMA + VİDEO Prezident yeni baş konsul təyin etdi İlham Əliyev Azərbaycan xalqını təbrik etdi Yerində olmayan MƏMURLAR və... - fəaliyyəti narazılıq yaradan QURUMLAR... "Bu binaların təmir-bərpası üçün bəlkə də vaxtaşırı nə qədər pullar silinir..." - GİLEY Karantin Arzu Rəhimovun işçilərinə aid deyilmiş... - FOTOFAKT Hemodializ xəstələri ölümlə üz-üzə qalıb - Aidiyyəti şəxslər isə susur Əli Kərimli Azərbaycana qarşı ikinci cəbhə açır – erməniyə dayı deyənləri xalq bağışlamadı Səfər Mehdiyevin korrupsiya piramidası... - İTTİHAM Sevinc Osmanqızının əsl atası kimdir? Kütləvi davada ölüm: İştirakçılardan biri kikboksinq üzrə dünya çempionudur Futbolun yeni reallığı – FIFA 2020 ekranlara qayıdır İki rayonun başçısı ilə bağlı qərar verilib... - İDDİA 4 aydır işçinin maaşını verməyən Akim Bədəlovun Avropada mülkələri üzə çıxdı - İDDİA Elman Rüstəmov sahibkarların QƏNİMİ ROLUNDA... - sahibkar borcludur, bank isə yox