Cəlilabadda məhkəmə hakimi fironluq edir... - GİLEY


Cəlilabad rayonu Muğan kənd sakini Ağayev Abasqulu Məşi oğlu tərəfindən DİA.AZ-a müraciət ünvanlanıb. Narazı vətəndaş yazır:

"Yazıb sizə bildirərəm ki, Cəlilabad rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyev rüşvət alaraq başıma oyunlar açıb. Cəlilabad rayonunun Muğan kəndində 62 sot həyətyanı torpağım, yanında da 68 sot pay torpağım var. Hər birinin də tam qaydasında sənədləri, yəni çıxarışı, texniki pasportu, torpaq sahəsinin plan və ölçüsü var. Yerim bərəkətli yerdir, 5 metrdən su çıxır, qara torpaqdır, nə əkirsən əla məhsul verir. Lakin mənim yerimə göz dikənlər var. Məhz torpağımın münbit və bərəkətli yerdə olmasına görə torpağıma bəzi kəndçilərim göz dikib və əlimdən almaq istəyirlər. Bu işdə onlara Cəlilabad rayon Məhkəməsinin bədnam və rüşvətxor hakimi Elxan Əmirəliyev kömək edir. Saxta sənədləri məhkəməyə doldururlar, Elxan Əmirəliyev də onların əsas götürərək iddianı qəbul eləyir. Neçə illərdi ki, Elxan Əmirəliyev məni girinc eləyib, çünki qarşı tərəfdən rüşvət alıb, çalışır işi həll etsin.

İlk əvvəl Ağayev Murtuz Mirzağa oğlu adlı kəndçim məhkəmədə iddia qaldırdı ki, guya mənim yerimdə onun 12 sot torpağı var. O məhkəməyə saxta "kopya" təqdim etdi. Təsəvvür edin ki, Elxan Əmirəliyev onun iddiasını "kopya" sənədlə qəbul elədi! Halbuki əsli olmalıdır, "kopya" ilə işə baxılmaz. Həmin "kopya" sənədlə məni 1 ildən çox məhkəmələrə çəkdi, mübahisələr oldu, davalar düşdü, xəstələnərək infarkt vəziyyətinə gəldim. Görün, bu hakim puldan, rüşvətdən sarı mənim başıma nə oyunlar açdı! Tək mənim yox, rüşvət alaraq çox qurama iddialara baxıb, "kopya", saxta sənədlərlə məhkəmələr aparıb, qeyri-qanuni qərarlar çıxarıb ki, bu barədə gələcəkdə sizlərə yazacam. Məni məhkəməyə verən Ağayev Murtuz Mirzağa oğlu sonra boynuna aldı ki, həmin "kopya" sənədi kompüterdə saxta yolla düzəldib hakimə vermişdi, çünki mən çox yerə yazdım, şükayətlər etdim, Elxan Əmirəliyev də məcbur qalıb iddianı təmin etmədi. 1 il məni aparıb gətirəndən, üzücü məhkəmə proseslərinə çəkəndən, dalbadal ekspertizalar göndərəndən, mənim ömrümü-günümü çürüdəndən sonra nəhayət iddianı təmin etmədi və məni rahat buraxdı.

Mən yalnız Apelyasiya Məhkəməsində bilmişəm ki, Elxan Əmirəliyev 1 il imiş saxta, kopya sənədlə mənim işimə baxırmış. 1 il imiş mən əbəs yerə gedib gəlirmişəm. Elxan Əmirəliyev sadəcə tamaşa qurub məni ələ salırmış. Bundan sonra əsəbdən infarkt keçirtdim.

Bundan bir neçə ay keçmiş Elxan Əmirəliyev həmin Ağayev Murtuzla əlbir olan Bayramova Qaraqız Tvox qızını yanına çağırdı, onu öyrətdi ki, iddia qaldır, təmin edəcəm. 4-5 aydır ki indi də Bayramova Qaraqız ilə məhkəmələşirəm ki, gedib gəlirik, hakim Elxan Əmirəliyev də bizə yox, qarşı tərəfə kömək edir. Təsəvvün edin ki, 65-66 yaşlı qoca arvad iddia qaldırıb ki, mənim 68 pay torpağıma verilmiş çıxarış, planı və ölçüsü ləğv edilsin. Onun burda nə marağı var? Cəlilabadda hamı bilir ki, Elxan Əmirəliyev kupça ləğv etmək üzrə mütəxəssisdir. O hamıya deyir ki, Kərəm Həsənovun, Əmlak Komitəsinin Cəlilabadda verdiyi kupçalar saxtadır. Neçə-neçə kupçanı ləğv elətdirir, Əmlak Komitəsini pis vəziyyətdə qoyur və işini pozur, insanlarda dövlət sənədinə şübhələr yaradır, ailələr arasında qırğınlar salır. Budur Elxanın fəaliyyətinin nəticəsi! Dövlət bu hakimin fəaliyyətinə hüquqi qiymət verməlidir.

Mənim kupçam var, amma Qaraqızın sənədinə fikir verin! Qaraqız da Murtuz kimi məhkəməyə saxta sənəd verib və Elxan da həmin sənədi əsas götürərək məni ittiham edir. Qaraqız məhkəməyə qeyri-qanuni yollarla alınmış sənəd verib ki, bu sənəddə göstərilir ki, guya Muğan kənd Bələdiyyəsi Şurası onlara pay torpağını verib, hətta alqı-satqı da edib. Bu harda görünüb? Azərbaycan qanunlarına görə Bələdiyyə pay torpağını alqı-satqı edə bilməz, sata bilməz, təkcə icarəyə verə bilər! Məgər Elxan bunu bilmir? Bilir, sadəcə rüşvət aldığına görə həmin sənədə əsasən “qaldırılmış” iddianı qəbul edib.

Məqsəd nədir? Elxan bayaq dediyim Ağayev Murtuzdan rüşvət almışdı, saxta kopya ilə onun düz 1 il məhkəmə işini apardı, amma aşıra bilmədi, pul batdı. İndi Qaraqızı Murtuzun yanına qoşub ki, onun vasitəsilə mənə qarşı olan işi həll etsin, “borcdan” çıxsın. Mənim çıxarışım ləğv olunanda avtomatik torpağım havada qalacaq, onda Murtuz 12 sot yox, daha çox torpağa sahiblənə biləcək. Məqsəd budur. Elxan borcunu qaytarsın!"

DAVAMI VAR...

Qeyd edək ki, məsələ ilə bağlı adı hallanan hakim Elxan Əmirəliyevlə telefon əlaqəsi qurmağa çalışsaq da, zənglərimizə cavab vermədi. Elxan müəllimə aid olan 050 328 57 38 nömrəsindən zənglərimiz cavabsız buraxılsa da, yenə də qarşı tərəf olaraq onu dinləməyə və fikirlərini dia.az-da yerləşdirməyə hazırıq.

0



{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Vüsal Kərimlinin adı yenə də milyonların yeyintisində... - Bu adam düzələn deyil... Azərbaycanda son sutkada 492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib Samir Şərifovla bundan artıq yol gedilə bilməz... - Eldar Mahmudovla, Cahangir Hacıyevlə şübhəli əlaqələri olub... “Telefonu ona görə götürmürdüm ki...” - deputat DSX-nın keçmiş rəis müavininin oğlu haqda şok iddialar - vətəndaşları aldadaraq, milyonlara sahib oldu Pirşağıda villa sahibləri dənizi yenidən hasara alıb - FOTO Xaricdən həkim çağırılması... - Nə qədər vacib idi və niyə? Erməniyə məxsus “Yandex Taksi” ölkəyə necə buraxılıb? – Şəxsi məlumatlarımız təhlükədə BANKLARDA BATAN ƏMANƏTLƏR - Yüzlərlə müştərinin tələbi yerinə yetiriləcəkmi? Tovuz təxribatının hədəfi: Nikolun yeni hücumu başladı - TƏHLİL Ramiz Mehdiyevin bankından şikayətlər... DURMADAN ARTIR... “Aqrar tədarük və təchizat”ın FANTASTİK TENDERİ - 864 min manat nəyə xərclənəcək? Yardımlıda başçı camaatı saya salmır... - GİLEY Kamran Əliyev mərhum generalın oğluna yüksək vəzifə verib SMS-icazə sistemi ləğv olundu Səfər Mehdiyevdən ŞOK ADDIM - İLGİNC " Bank rəhbərliyi bir tədbir görməsə, biabırçılıqdır..." - GİLEY Təhsil Nazirliyində vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır - Diqqət! Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərə qan uddurur - İTTİHAM Bakıda məşhur klinikanın həkimindən ölümə aparan şok hərəkət - TƏFƏRRÜAT "Vətəndaşlara ötən ay və bu ay 190 manat verilsin" - AKTUAL Kommunal borclar dövlət tərəfindən ödənilə bilərmi? - AKTUAL Masallıda təhsil kimlərə əmanət edilib? - Nazirə müraciət olundu “Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq - GİLEY Sahil Babayev şübhəli təyinatından GERİ DURACAQMI? - İLGİNC “Baş həkim və şöbə müdirinin iddiaları böhtandan başqa bir şey deyil” - QALMAQAL Bu təhsil ocağında rəsmən özbaşınalıqdır... - "Tədbir görülsün..." Fəttah Heydərov vəfat etdi Penitensiar xidmətin rəisi dənizi "işğal" edib, yolu bağlayıb - Sakinlərdən şikayət Deputatlar gəlirlərini açıqlayacaqmı? - “YAP-dan göstəriş olsa, hesabat verərəm...” Türkiyənin F-16 qırıcıları Naxçıvandan İrəvana hava zərbəsini məşq etdi? - RUSİYA MƏNBƏLƏRİ "Tamam başlarını itiriblər..." - "Kapital Bank"dan şikayətlər artır “Sevimli dad”ın sosiskasından qurd çıxdı - FOTOFAKT Baş metroçu da pulları belə xırıd edir - Sənəd-sübut... Göygöl sakininin evindən narkotik və sursat tapılıb Azərbaycana qardaş dəstəyi Qarabağı bizə qaytararmı? - TƏHLİL Sahil Babayevin işçiləri narazılıq yaradır - GİLEY İsmayıl Hüseynovu hansı güc qoruyur? - DTX-nın həbs etdiyi şəxs gömrük generalının qohumudur... Şirəliyev “Epidbiomed” şirkətini necə "yemləyib" - ŞOK FAKTLAR İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO Daşkəsəndə NƏ BAŞ VERİR? - QALMAQAL "4 aylıq maaşımı ala bilmirəm" - GİLEY Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO Abşeronda ər arvadını "lom"la öldürüb — Dəhşətli qətlin TƏFƏRRÜATI Tender "canavarları" bir arada - FOTOFAKT Qobustanda yeni məktəb tikiləcək - SƏRƏNCAM Alatavada "cücərdilən" şirkətlər, silinən milyonlar – Dini Komitənin tender maxinasiyaları Alatavada "cücərdilən" şirkətlər, silinən milyonlar – Dini Komitənin tender maxinasiyaları "Ütülü başçı"nın rayonunda camaat dad deyir... - "Sosial yardıma üç dəfə müraciət eləmişəm" İlham Əliyev Qəbələyə getdi Təhlükəli asılılıq: Rus çörəyinə bu qədərmi möhtacıq? - GƏLİŞMƏ İlham Əliyev Şəkidə - FOTO Vergi Xidməti vətəndaşın başına oyun açdı... - NARAZILIQ... Ağsu icra hakimiyyəti özünə əcəb partnyor seçib... - İLGİNC Gömrükdə yenə adı olub, rəsmi fəaliyyəti olmayan şirkətlər peyda olub - İDDİA İşçisi Sahil Babayevi ifşa etdi: - pensiya üçün rüşvət necə toplanır Təhsil nazirliyində qeyri-qanuni “Təchizat idarəsi” - və xaloğlu Rəşad... “Rabitəbank” kimi aldadır? - ZƏRƏRİ MƏNFƏƏT KİMİ GÖSTƏRİR Kreml Türkiyənin Cənubi Qafqazdakı varlığını qəbul etdi - GƏLİŞMƏ "Günay Sığorta" şirkətinin sədri işindən ayrılır - ərizə yazıb... Cəlilabadda məhkəmə hakimi fironluq edir... - GİLEY "Həyat yoldaşım keçmiş nazirə görə həbsdədir" - NARAZILIQ... Qurbanlıq heyvan tacirlərinə ŞOK: - “Satış qadağandırsa, bizi Bakıya niyə buraxırdılar?” TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM Ayaz Mütəllibovun səhhəti pisləşib? - AÇIQLAMA Onkoloji xəstəni intihar həddinə çatdırıblar... - Müraciət... Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında - FOTO Sədərəklilərdən Vasif Talıbova ilginc müraciət... - "Rayonu barıt çəlləyinə çevirən o adamı vəzifədən uzaqlaşdırın!" Sədərəklilərdən Vasif Talıbova ilginc müraciət... - "Rayonu barıt çəlləyinə çevirən o adamı vəzifədən uzaqlaşdırın!" Prezident İlham Əliyev İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində iştirak edib Vilayət Eyvazovdan yeni TƏYİNAT “İdeal Yaşam”MMC-də ideal olmayan yaşayış tərzi – Sakinlər nədən şikayət edir? "Uninet" yenə də vətəndaşlara problem yaradır - GİLEY Mübariz Qurbanlı bunları bilsə, yaxşıdır... - İDDİA “Azərxalça”nın əməkdaşları 5 aydır maaş ala bilmir - NARAZILIQ... “GÖRƏK, ƏMRULLAYEVƏ İŞLƏMƏYƏ İMKAN VERƏCƏKLƏRMİ?...” – “Ceyhun Bayramova işləməyə qəti imkan verilmədi” “İspan şərabı diplomatı”nın da adı “qara siyahı”da – Anar Məhərrəmovun paxırını öz atası açıb Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi Ağsuda nə olaylar keçir... - QALMAQAL Azərbaycanda daha 412 nəfər koronavirusa yoluxub, 631 nəfər sağalıb Xəyanətin Arifi: Ağsaqqal ola bilməyən ağçaqqal - VİDEO Ramiz Mehdiyev bu qurumların ləğvinin qarşısını niyə aldı? – Prezident sərəncam versə də... Fars-molla rejimindən ERMƏNİLƏRƏ DƏSTƏK - Ermənistana etiraz edən onlarla azərbaycanlı həbs olundu, polis işgəncəsinə məruz qaldı Beyləqanda məmur haqqında ilginc iddialar... - hansı müsbət kriteriyalarına görə rəhbər vəzifəyə təyin edilir? Müştəri "Soliton" mağazalar şəbəkəsindən şikayətçidir - FOTO Bakıda şəxslər Polis Bölməsinin qarşısında döyülüb? - RƏSMİ AÇIQLAMA + VİDEO Prezident yeni baş konsul təyin etdi İlham Əliyev Azərbaycan xalqını təbrik etdi Yerində olmayan MƏMURLAR və... - fəaliyyəti narazılıq yaradan QURUMLAR... "Bu binaların təmir-bərpası üçün bəlkə də vaxtaşırı nə qədər pullar silinir..." - GİLEY Karantin Arzu Rəhimovun işçilərinə aid deyilmiş... - FOTOFAKT Hemodializ xəstələri ölümlə üz-üzə qalıb - Aidiyyəti şəxslər isə susur Əli Kərimli Azərbaycana qarşı ikinci cəbhə açır – erməniyə dayı deyənləri xalq bağışlamadı Səfər Mehdiyevin korrupsiya piramidası... - İTTİHAM Sevinc Osmanqızının əsl atası kimdir? Kütləvi davada ölüm: İştirakçılardan biri kikboksinq üzrə dünya çempionudur Futbolun yeni reallığı – FIFA 2020 ekranlara qayıdır İki rayonun başçısı ilə bağlı qərar verilib... - İDDİA 4 aydır işçinin maaşını verməyən Akim Bədəlovun Avropada mülkələri üzə çıxdı - İDDİA Elman Rüstəmov sahibkarların QƏNİMİ ROLUNDA... - sahibkar borcludur, bank isə yox