Paşinyan niyə “sülh quşunu” qabağa verir? - TƏHLİL



Ermənistan Azərbaycana qarşı intensiv şəkildə təxribat xarakterli addımlar atmaqda davam edir. Ən son təxribatçı davranış bir müddət öncə “sülh göyərçini” kimi görünməyə çalışan baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyan tərəfindən sərgilənib. Belə ki, Nikolun həyat yoldaşı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki hərbi hissələrdən birində bir həftəlik döyüş hazırlığı kursu keçib.
Avqustun 25-31-də reallaşan döyüş hazırlığında Akobyan və Qarabağda yaşayan daha 15 qadın iştirak edib. Erməni qadınlarına təlimi Qarabağdakı separatçı rejimin “müdafiə ordusunun” zabitləri keçib.

Onu da qeyd edək ki, döyüş hazırlığı kursu Akobyanın "Qadınlar sülh naminə" kampaniyası çərçivəsində baş tutub.

Quyruğu qapı arasında qalanda azərbaycanlı anaları sülhə çağıran Akobyanın birdən-birə əli avtomatlı, hərbi formada işğal olunmuş torpaqlarda peyda olması nələrə hesablanıb? Ümumiyyətlə, belə bir həssas dönəmdə bu cür ucuz siyasi şoular hansı ehtiyacdan yaranıb?

Politoloq Rasim Musabəyov Azvision.az -a açıqlamasında deyib ki, Ermənistanın təşkil etdiyi gülməli hərbi şoular müharibə hazırlığından çox orduda yaranmış müəyyən boşluqları qadınların da hərbi xidmətlərə cəlb edilməsi ilə doldurmağa hesablanıb:

“İlk dəfə deyil ki, Ermənistandan populist çıxışların və buna bənzər ucuz siyasi şouların şahidi oluruq. Son vaxtlar isə işğalçı ölkənin rəhbərləri populist davranışları ilə daha çox seçilirlər. Bir qədər kobud səslənsə də deyim. Sabah hərbi geyim yox, lüt formada küçəyə çıxıb xalq arasında gəzmək indiki erməni rəhbərlərə reytinq verəcəksə, inanın ki, onlar bu yola da asan şəkildə getməyə hazırdırlar. Bu gün həyat yoldaşını işğal altındakı ərazilərə göndərib hərbi forma geyindirən saqqallı Nikol Paşinyanın özü də sabah lazım gələrsə, imic üçün millətçi dazbaşlar kimi gəzməyə hazır olar. Yəni bu adamlar bütün davranışlarında populist olduqlarını dəfələrlə göstəriblər və onların bu gün bir məqsədi var ki, nə olursa olsun, təki hakimiyyətdə qalsınlar”.

Rasim Musabəyov onu da bildirib ki, Paşinyan hakimiyyəti əvvəlkiləri təpiklə kürsüdən aşırıb deyə, indi istənilən uğursuz fəaliyyət özlərinin də inqilabla iqtidardan atılmasına səbəb ola bilər. Ona görə hər cür populist çıxış və yollara getməyə hazırdırlar ki, təki xalqın başı qarışsın. “Sülh göyərçininin” qabağa verilməsi isə yalnız xalqın başını qatmağa hesablanmayıb, burada müəyyən hərbi nüanslar da var: “İndiki iqtidarın ərli-arvadlı atdıqları hər bir addım kürsüdə qalmağa hesablanıb. Amma kürsünü qoruyub saxlamağın bir yolu da güclü ordudan keçir. Hər kəsə bəllidir ki, Ermənistanda ordunu çağırışlarla tam şəkildə komplektləşdirə bilmirlər. Bu yaxınlarda hətta özünümüdafiə və ya könüllü batalyonları və s. yaratmaq istəklərini aşkar şəkildə ortaya qoydular. Amma gündəlikdə qadınların da hərbi çağırışlara cəlb edilməsi məsələsi qalır. Əvvəlcə bunu könüllülər kimi reallaşdıracaqlar. Ona görə də ola bilər ki, Paşinyanın arvadı da belə ucuz şouya getsin. Yəni əlinə avtomat götürüb bir neçə erməni qadının ətrafında pozalar verərək fotolar çəkdirdi ki, bunu cəmiyyətin müzakirəsinə ötürsün. Təbii ki, burada həm də müharibə ilə bağlı mesajlar da mövcuddur.

Bir məqamı xüsusi olaraq qeyd etmək istərdim ki, hazırda müharibə ritorikasının artmasının mühüm səbəblərindən biri də Ermənistanda cəmiyyətin yalnız siyasi anlamda deyil, həm də iqtisadi anlamda boğulmasıdır. Əvvəllər erməni rəhbərlərin, elə cəmiyyətinin də Dağlıq Qarabağ münaqişəsinin həllində tutduqları siyasi xətt ondan ibarət idi ki, məsələ dinc yolla həllini tapa bilərsə, bunun üçün onların şərti həyata keçirilməlidir. Bu da Dağlıq Qarabağdan əlavə iki rayonun bizdən qoparılması idi. Yəni bu minimum istək idi - Dağlıq Qarabağ və Laçınla Kəlbəcər bizə verilməsin. Biz buna razılıq versəydik, sülh olacaqdı, yollar açılacaqdı, gediş-gəliş bərpa olunacaq, iqtisadi əlaqələr qurulacaqdı. Əks halda, erməni tərəfi aşkar deyirdi ki, münaqişəni, hazırkı vəziyyəti dondurulmuş şəkildə saxlayaq. Ancaq indiki vəziyyət, problemin yenidən uzadılması, dondurulmuş münaqişənin saxlanılmasına cəhdlər ona gətirib çıxarıb ki, Ermənistan həqiqətən boğulma həddinə çatıb”.

Ermənistanın iqtisadi çətinliklər burulğanında geriləməsinə baxmayaraq, hələlik özünü saxlamaq imkanlarının qaldığını deyən politoloq burada Rusiya amilinin xüsusi rol oynadığını vurğulayıb: “Hazırkı mənfi iqtisadi göstəricilərin fonunda cəmiyyətin, ümumilikdə ölkənin “boğulmaması” rusların köməyi ilə reallaşır. Əslində Rusiya üçün fərq etmir ki, bu ölkədə iqtisadi və ya siyasi durum geri gedir, cəmiyyət boğulur, ya da proseslər əksinə istiqamət götürür. Onlara öz bazalarını regionda saxlamaq və öz geopolitik maraqlarını təmin etmək lazımdır. Bunun üçün Ermənistanda yarım milyon əhali qalsa belə, bu amilə fikir verilməyəcəklər. Ancaq Ermənistan həqiqətən region ölkələrindən fərqli olaraq irəli deyil, əksər iqtisadi və sosial göstəricilərdə geri gedir. Bunu erməni cəmiyyəti gözəl anlayır ki, insanlar sözdə Paşinyana dəstək olur, onun əlini sıxaraq işğalçı siyasətinə “hə” desələr də, öz ayaqları ilə məqam düşdükcə ölkədən qaçırlar. Bu dağınıq cəmiyyət, yaxşı həyat axtarışı ilə Ermənistanı tərk edən kütlə uzun illərdir ki, ölkədən canını qurtarmağın yollarını axtarıb. Amma gedə bilməyib ölkədə qalanlar isə, hazırda o fikrə köklənir ki, sonsuz dəhşətdənsə, dəhşətli son daha yaxşıdır. Müharibə başlasa, əlbəttə ki, Rusiya və Ermənistanın müttəfiqi olan başqa ölkələr müxtəlif formalarda hərbi əməliyyatlara qarışacaqlar. Ermənilər də buna ümidlidirlər və hesab edirlər ki, bu cür dəstəklərlə müharibədən qazanclı çıxacaqlar. Ona görə də, göstərməyə çalışırlar ki, hazırda müharibəyə hazırlaşırlar. Bəlkə də bu yaxınlarda olması real görünməyən ikinci Qarabağ müharibəsini öz provakativ addımları ilə yaxınlaşdırırlar. Düşünürəm ki, bizim istəyimizdən asılı olmayaraq, müharibəyə başlamalı olacağıq və bu torpaqların azad edilməsi əməliyyatlarına, döyüşlərə hər zaman hazır olmalıyıq”.



{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
General: Düşmən təxribata hazırlaşır, hazır olun! - Video Tramp: “Bayden prezident seçilsə, Çin qalib gələcək” Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 148 yeni yoluxma - FOTO Azərbaycanda vəzifəli şəxs cərimələndi - RƏSMİ + FOTO Prokurorluq “Azərenerji”nin əməkdaşının ölümü ilə bağlı cinayət işi açdı İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır” DYP-də şortik qalmaqalı - polis “olmaz”, vəkil “olar” deyir Ölkədən pullar gedib, amma gəlməyib: - Bir milyard dollar kəsiri necə bağlayacağıq?! Nazir rəis müavinini vəzifəsindən azad edib - ƏMR “Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar - "Konkret ad çəksin" Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə BƏD XƏBƏR Nazir rəis müavinini vəzifəsindən azad edib - ƏMR Əhməd Əhmədzadə özünün onunla əvəzlənməsini istəyib - İDDİA “Baku Steel Company”də işçi haqqı yeyilir - GİLEY Cəbhədə son durum Tofiq Yaqublu AZADLIĞA ÇIXDI Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı Novruz Aslanov onlayn qəbul keçirib Bir ay sonra MƏKTƏBLƏR BAĞLANA BİLƏR - Gözlənti Partiya sədri: “Ramiz Mehdiyev təcili həbs edilsin!” "Sədərək"də komissiya yaradıldı: - Mağazaların işıqları söndürüldü Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır Məktəb direktorundan Təhsil Nazirliyinin əməkdaşlarına İTTİHAM: - “Alıcı quş kimi məktəbə şığıdılar…” İlham Əliyev Dövlət Agentliyinə 10,05 milyon manat ayırdı - SƏRƏNCAM Keçmiş "boz kardinal"ın BOZ AYI... - Ramiz Mehdiyevin baş tutmayan REVANŞI... “Camal LTD” şirkətində rəsmi əmək müqaviləsi ilə işləsə də... - GİLEY 20 milyon dollar necə “qazanıldı?” - Keçmiş deputatdan inanılmaz fırıldaq İşdən çıxarılan polis rəisinin yerinə təyinat oldu - ƏMR Dövlət qurumlarının "COVİD 19" tenderləri... - İLGİNC SİYAHI Nə kompüterimiz var, nə də normal internet... – Özümüz deyib, özümüz eşidirik Elton Məmmədovun Ramiz Mehdiyevin səngərində yer alması... - GƏLİŞMƏ Moskvanın jesti, yoxsa Bülbüloğlunun nüfuzu? - Kreml gediş etdi və... Bu gün Milli Musiqi Günüdür Zakir Fərəcovun bunları görməsi gərəkir... - VİDEO Təhsil sistemi görün, nə günə alıb ki... - GİLEY Bu gün neçə nəfər koronaya yoluxub? - Rəsmi Ramiz Mehdiyev mülklərini satır - Onların qapısını bircə dəfə də açmayıb Qurban Məmmədovu Əli Həsənov belə xilas etdi - İstanbuldan Londona təcili uçuş PREZİDENT İLHAM ƏLİYEVİN MÜƏYYƏNLƏŞDİRDİYİ DÖVLƏT SİYASƏTİNDƏ “AZƏRBAYCAN GƏNCLİYİ” ƏSAS PRİORİTETDİR Səfər Əbiyevi də Ramiz Mehdiyev "VURUB"? - İDDİA Azərbaycan-İran sərhədində atışma: Ölən var - FOTO Nazir polis polkovniklərinin yerini dəyişdi - ƏMR Prezident sərəncam İMZALADI Sərdar Cəlaloğlu Qurban Məmmədovun müdafiəsinə qalxdı Ramiz Mehdiyevin kürəkəninə qarşı yeni ittiham - ”şirinlik" təklif edirdi" Təhsil Naziri bu məsələyə müdaxilə etməlidir... - İTTİHAM Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA Qurban Məmmədov həbs olundu - Oğlundan AÇIQLAMA Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı 11-ci sinif şagirdləri üçün sentyabrın 10-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb - Diqqət! “Binə” və “Sədərək”də total yoxlamalar – böyük mənimsəmə iddiası Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı olacaq - TƏHLİL Ölkədə təhsil böhran yaşayır... - nazirlik "şouya baxırlar" deyir Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: “Şagirdləri ilə qumar oynayır” Azərbaycandan Türkiyəyə səfərlərdə pasport lazım olmayacaq – RƏSMİ Hakimin özbaşınalığı və... - İTTİHAM ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları... Bu gün neçə nəfər koronaya yoluxub? Baş Prokurorluq deputatın fəaliyyətinə 3 gün ərzində xitam verə bilər “Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM “Sədərək” və “Binə” ticarət mərkəzlərindən gizli görüntülər - VİDEO TOPAZ müəmması davam edir - Gənclər və İdman Nazirliyinə 3 sual! Əli Həsənovun Antalyadakı villasının fantastik qiyməti - FOTO İlham Əliyevdən Vaqif Axundovla bağlı SƏRƏNCAM DTX əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO Pandemiyanın gətirdiyi daha bir bəla: Ərzaq bahalaşır - TƏHLÜKƏ Jurnalistikaya qəbul üzrə qabiliyyət imtahanlarının nəticələri barədə apelyasiya müraciətlərinə baxılacaq - Sabahdan Sahil Babayev sosial yardım alanların sayını belə azaldır? - DSMF-dən daha bir GİLEY Gəncə təhsilində nələr baş verir? - İDDİA Tehranın özünə də təhlükəli “KÜRD PLANI” - TƏHLİL "Hadisənin Bakıda olması belə, dəqiq deyil" - VİDEO Qarabağ üçün həyəcan siqnalı: Sonra gec olacaq! - TƏHLİL Ağstafanın təhsil müdiri 2 manatdan pul yığır... - İDDİA Səfər Əbiyev Veteranlar Təşkilatını ələ keçirir? – “O vəzifədə nə gözüm var, nə də...” Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - Ölənlər də var Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - Ölənlər də var Əmlakını satışa çıxaran Vüqar Səfərli ifadəsində Əli Həsənovu hədəf göstərib - KİVDF işində YENİ DETALLAR Su Polisindən əməliyyat: Balıqları kütləvi şəkildə məhv edən şəxslər tutuldular Əli Həsənov Dubayda ORTAYA ÇIXDI... – Bahalı istirahət mərkəzində səhər yeməyi Mədəniyyət Nazirliyində yeni təyinat Mehriban Əliyevadan Bilik günü TƏBRİKİ “ASK Ayaqqabı Fabriki”MMC-nin istehsal etdiyi malları kimlər alır? - İlginc İDDİA Dönərxanalarda işləyənlərlə əmək müqaviləsi bağlanacaq Nizami İH araşdırılır: müavinlər nələrə şərik olub? - İTTİHAM Onlayn dərsin müddəti nə qədər olmalıdır – 45, yoxsa 30 dəqiqə? Qax rayonunda tenderləri hansı şirkətlər udur? - İLGİNC SİYAHI Türkiyə Azərbaycanda hərbi baza quracaq? - AÇIQLAMA Ramiz Mehdiyevin şüşəsindəki "ÇİN KARQO"... - Sahibkarlar ETİRAZ EDİR “ASAN xidmət”in Aparat rəhbəri işdən çıxarıldı Ağsaqqalın əcəb kadr siyasəti var... - İDDİA Bu gecədən hava dəyişir - XƏBƏRDARLIQ "Azərbaycanda bəyəm hər ailədə kompüter, planşet var?" - AKTUAL Koronavirusla bağlı SON STBƏYANAT: Ermənistan işğal olunmuş ərazilərdə və sərhəd bölgəsində su ehtiyatlarını çirkləndirməkdə davam edirATİSTİKA “Kristal Abşeron-1”-dən narazılıq var - VİDEO Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA İlham Əliyevdən Bilik Günü münasibətilə MÜRACİƏT 15 sentyabr Azərbaycanda “Bilik Günü”dür Azərbaycanda virusa yoluxma kəskin azaldı - daha 2 nəfər öldü Evlərini təhvil ala bilməyən vətəndaşlar AAAF PARK-dan şikayətçidirlər - VİDEO Məktəbəhazırlıq qruplarına qeydiyyat sentyabrın 24-dək davam edəcək - Diqqət!