Nizami İH araşdırılır: müavinlər nələrə şərik olub? - İTTİHAM


Paytaxtın Nizami rayon icra başçısı Arif Qasımovun vəzifədən azad edilməsindən sonra yol verdiyi nöqsanları, qanunsuz sərəncamları təftiş olunmaqdadır.

Reportyor.info-nun əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən Nizami İH-in fəaliyyəti ilə bağlı araşdırmalar gedir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Nizami rayonunda saldığı yaşıllıq ərazidə keçmiş icra başçısının restoran tikdirməsi də daxil olmaqla digər qanunsuz əməlləri, maliyyə maxinasiyaları araşdırılır.

Məlumatda deyilir ki, A.Qasımovla yanaşı Nizami İH-də digər vəzifəli şəxslərin də hansı qanunsuzluqlara yol vermələri incələnir.

İcra başçısının I müavini Qərib Məmmədov, müavin İldırım Mehdiyev, digər müavin Gülnaz İsrafilova A.Qasımovun vaxtında hansı sərəncamlara imza atıblar, hansı özbaşınalıqlara göz yumublar, Nizami rayonunda yolların, səkilərin, yaşıllıqların satılmasında nə kimi iştirakları olub, hamısı tək-tək araşdırılmaqdadır.

Hazırda rayona yeni icra başçısı təyin olunmayıb. Gözlənilir ki, araşdırmaların nəticəsindən sonra yeni İH rəhbəri göndəriləcək. Yeni icra başçısının isə adıçəkilən müavinlərlə işləyib-işləmək istəmədiyi sual altındadır. Bildirilir ki, A.Qasımov bütün əndazələri aşmasına görə prezidentin qəzəbinə tuş gəlib.

Araşdırmalar zamanı aydın olub ki, Bakıda ən çox qanunsuzluq, dərəbəylik, ərazilərin, küçələrin satışı məhz nizami rayonunda A.Qasımovun dönəmində qeydə alınıb.

Onunla yanaşı I müavin Qərib Məmmədov və müavin İldırım Mehdiyevin də məsuliyyət daşıdığı bildirilir. İddialara görə, Qərib Məmmədov, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev və Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Vaqif İmanov Arif Qasımovun ətəyindən bərk yapışıblar.

Bu məmurların A.Qasımovla əlaqələri, Nizami rayonunu qarış-qarış peşkəş etmələri dosye halında araşdırılmaqdadır. Həmçinin, icra başçısının varidatına əl qoyulması prosesi gedir. Onun əmlaklarının bir qismi ilə tanış olun:

– Bakının Nizami rayonunda yerləşən, keçmiş OMON-un binasının yanında, 30 sot torpaq sahəsinin içərisində tikilmiş “Amazon” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;

Nizami rayonu, Elşən Süleymanov küçəsi 80-də, 8 sot torpaq sahəsinin içərisində yerləşən “Kölgə” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;

– Nizami rayonunda yerləşən məşhur “Neolit” restoranına şərikdir. Belə ki, bu restoranın səhmlərinin 50 faizi A.Qasımova məxsusdur;

– Nizami rayonu, Əli Vəliyev küçəsi 24-də (“Ruslan 93” kimi tanınan mağazanın arxasında) 8 nəfərin adına sənədləşdirilimiş torpaq sahəsi. Bölgüdə hər bir şəxin adına 10 sot torpaq sahəsi qeyd olunub. Bunların arasında icra başçısının qaynı və həyat yoldaşının adı da var. Ən maraqlısı isə odur ki, Arif Qasımov son vaxtlar bir çox əmlakı ilə yanaşı, sözügedən 80 sot torpaq sahəsini də satışa çıxarıb. Həmin ərazinin dəyəri təxminən 8 milyon manatdır;

– Sabunçu rayonu, Ramana qəsəbəsində, “Şuşa şəhərciyi” adlanan ərazinin yaxınlığında 150 hektara yaxın torpaq sahəsi. Hazırda bu ərazi də satışa çıxarılıb;

– Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində (“Xəzər” Universitetinin arxasında) əslən Şərurdan olan Elsevər adlı iş adamı ilə şərikli binalar. Hazırda bəzi binaların tikintisi davam edir. Tikintiyə icra başçısının oğlu nəzarət edir;

– 2011-ci ildə Nizaminin Bələdiyyə sədri olduğu vaxtlar qanunsuz yolla əldə etdiyi, Şərq küçəsi 40/85-də yerləşən və 10 nəfərin adına sənədləşdirilən torpaq sahəsi. Bölgüdə hər bir vətəndaşın adına 6 sot torpaq sahəsi rəsmiləşdirilib.

– Nizami rayonu, Şərifli küçəsi 808-ci keçiddə yerləşən qara mərmərdən üzlənmiş milyonlarla dəyəri olan villa.

Mənbə deyir ki, bu villanın altında böyük yaşayış kompleksinin qarajı qədər geniş olan yeraltı qaraj var. Burada A.Qasımovun dəyəri milyonlarla dollar olan maşın kolleksiyası yerləşir.

Bildirilir ki, villanın qarajında qiyməti 360 min dollar olan “Mercedes-Maybach”, 300-350 min dollarlıq “Gelendevagen Brabus”, 220 min dollarlıq “Mercedes GL”, həmçinin təxminən bu qiymətlərdə “Range Rover Sport”, “Mercedes S-klass” və s. markalı 30-a yaxın avtomobil var. Şübhə yoxdur ki, aidiyyəti qurumlar bir gün Nizaminin icra başçısının da “qapısını döyəndə” həmin qarajdakı göz oxşayan avtomobillərin hamısı üzə çıxacaq;

– Nizami rayonunda, Vərəm Disponserinə yaxın ərzidə “Çayla” çay evi yerləşən 3 mərtəbəli bina. Çoxları həmin obyektin Rəcəb adlı şəxsə məxsus olduğunu düşünür, əslində isə icra başçısı onunla şərikdir. Üstəlik diqqətli oxucularımız ərazidən keçərkən görəcəklər ki, bu bina tikilən zaman kobud qanun pozuntusuna yol verilib. Belə ki, döngədə yerləşən bina yolun yarısını tutub.

– Xətai rayonu, Keşlə qəsəbəsində (NZS pivə zavodunun yanında) 4-5 ədəd villa və hər birinin qarşısında da obyektlər;

– Xızı rayonu, “6 ağac” adlanan ərazidə hektarlarla torpaq sahəsi;

– 2011-2015-ci illərdə Siyəzən rayonunda icra başçısı işləyən dönəmdə böyük ərazidə quşçuluq ferması açıb ki, hazırda da fəaliyyət göstərir.

Qeyd edək ki, A.Qasımov Nizaminin icra başçısı vəzifəsinə 22 sentyabr 2015-ci ildə təyin olunub. Bundan əvvəl müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri, 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.



{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Goranboyda nələr baş verir? - İDDİA Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat yaydı "Təfəkkür" universiteti yenidən açılır? - İDDİA "İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir “Öldürülən” ahıl qadınlar baş prokurora müraciət etdilər - QALMAQAL Bu gün dollar neçəyədir? “Hədəfə yaxınlaşmaq üçün Rusiya meneəsini aşmalıyıq” - SAVAŞ QAPIDA!!! “Lider” TV-nin “payızı”: Verilişlər bağlanıb, maaşlar ödənilmir, kütləvi ixtisar gedir Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR İlham Əliyevdən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə bağlı SƏRƏNCAM Nazir Vəliyevi rəis müavini TƏYİN ETDİ - ƏMR Qarabağ qazisinin oğlu ölüm ayağında - Ana ölkə başçısından kömək istədi (VİDEO) Prezident müsəlman ölkələrinə çağırış edir – TƏHLİL Biləsuvarda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI Yasamal sakinləri Samir Şərifovu İTTİHAM ETDİ - “Nazirlə icra başçısı pullarımızı mənimsəyib” “REQAL” MTK EVİMİ SAXTA MÜQAVİLƏ İLƏ SÖKÜB...” – Baş prokurora şikayət Düşmən təxribat törətdi: Azərbaycan şəhid verdi - RƏSMİ "Bəzən sayğacların göstərdikləri rəqəm istifadə olunandan 2-3 dəfə artıq göstərir" - NARAZILIQ... Rezidenturaya ixtisas seçimi başlayıb Şirkət rəhbəri prezidentə müraciət etdi - QALMAQAL Bakıda vəzifəli şəxsin oğlu bacısını güllələyib öldürdü “Nazir savadlıdır, amma işbilməyənləri cəlb ediblər, heyf...” - AKTUAL AzTV sədrinin gizli ləğvetmə əməliyyatı - "Azərbaycantelefilm" nəyin qurbanı oldu? Əmlak bazarında yeni BAHALAŞMA DALĞASI... - GÖZLƏNİLİR... General: Düşmən təxribata hazırlaşır, hazır olun! - Video Tramp: “Bayden prezident seçilsə, Çin qalib gələcək” Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 148 yeni yoluxma - FOTO Azərbaycanda vəzifəli şəxs cərimələndi - RƏSMİ + FOTO Prokurorluq “Azərenerji”nin əməkdaşının ölümü ilə bağlı cinayət işi açdı İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır” DYP-də şortik qalmaqalı - polis “olmaz”, vəkil “olar” deyir Ölkədən pullar gedib, amma gəlməyib: - Bir milyard dollar kəsiri necə bağlayacağıq?! Nazir rəis müavinini vəzifəsindən azad edib - ƏMR “Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar - "Konkret ad çəksin" Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə BƏD XƏBƏR Nazir rəis müavinini vəzifəsindən azad edib - ƏMR Əhməd Əhmədzadə özünün onunla əvəzlənməsini istəyib - İDDİA “Baku Steel Company”də işçi haqqı yeyilir - GİLEY Cəbhədə son durum Tofiq Yaqublu AZADLIĞA ÇIXDI Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı Novruz Aslanov onlayn qəbul keçirib Bir ay sonra MƏKTƏBLƏR BAĞLANA BİLƏR - Gözlənti Partiya sədri: “Ramiz Mehdiyev təcili həbs edilsin!” "Sədərək"də komissiya yaradıldı: - Mağazaların işıqları söndürüldü Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır Məktəb direktorundan Təhsil Nazirliyinin əməkdaşlarına İTTİHAM: - “Alıcı quş kimi məktəbə şığıdılar…” İlham Əliyev Dövlət Agentliyinə 10,05 milyon manat ayırdı - SƏRƏNCAM Keçmiş "boz kardinal"ın BOZ AYI... - Ramiz Mehdiyevin baş tutmayan REVANŞI... “Camal LTD” şirkətində rəsmi əmək müqaviləsi ilə işləsə də... - GİLEY 20 milyon dollar necə “qazanıldı?” - Keçmiş deputatdan inanılmaz fırıldaq İşdən çıxarılan polis rəisinin yerinə təyinat oldu - ƏMR Dövlət qurumlarının "COVİD 19" tenderləri... - İLGİNC SİYAHI Nə kompüterimiz var, nə də normal internet... – Özümüz deyib, özümüz eşidirik Elton Məmmədovun Ramiz Mehdiyevin səngərində yer alması... - GƏLİŞMƏ Moskvanın jesti, yoxsa Bülbüloğlunun nüfuzu? - Kreml gediş etdi və... Bu gün Milli Musiqi Günüdür Zakir Fərəcovun bunları görməsi gərəkir... - VİDEO Təhsil sistemi görün, nə günə alıb ki... - GİLEY Bu gün neçə nəfər koronaya yoluxub? - Rəsmi Ramiz Mehdiyev mülklərini satır - Onların qapısını bircə dəfə də açmayıb Qurban Məmmədovu Əli Həsənov belə xilas etdi - İstanbuldan Londona təcili uçuş PREZİDENT İLHAM ƏLİYEVİN MÜƏYYƏNLƏŞDİRDİYİ DÖVLƏT SİYASƏTİNDƏ “AZƏRBAYCAN GƏNCLİYİ” ƏSAS PRİORİTETDİR Səfər Əbiyevi də Ramiz Mehdiyev "VURUB"? - İDDİA Azərbaycan-İran sərhədində atışma: Ölən var - FOTO Nazir polis polkovniklərinin yerini dəyişdi - ƏMR Prezident sərəncam İMZALADI Sərdar Cəlaloğlu Qurban Məmmədovun müdafiəsinə qalxdı Ramiz Mehdiyevin kürəkəninə qarşı yeni ittiham - ”şirinlik" təklif edirdi" Təhsil Naziri bu məsələyə müdaxilə etməlidir... - İTTİHAM Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA Qurban Məmmədov həbs olundu - Oğlundan AÇIQLAMA Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı 11-ci sinif şagirdləri üçün sentyabrın 10-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb - Diqqət! “Binə” və “Sədərək”də total yoxlamalar – böyük mənimsəmə iddiası Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı olacaq - TƏHLİL Ölkədə təhsil böhran yaşayır... - nazirlik "şouya baxırlar" deyir Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: “Şagirdləri ilə qumar oynayır” Azərbaycandan Türkiyəyə səfərlərdə pasport lazım olmayacaq – RƏSMİ Hakimin özbaşınalığı və... - İTTİHAM ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları... Bu gün neçə nəfər koronaya yoluxub? Baş Prokurorluq deputatın fəaliyyətinə 3 gün ərzində xitam verə bilər “Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM “Sədərək” və “Binə” ticarət mərkəzlərindən gizli görüntülər - VİDEO TOPAZ müəmması davam edir - Gənclər və İdman Nazirliyinə 3 sual! Əli Həsənovun Antalyadakı villasının fantastik qiyməti - FOTO İlham Əliyevdən Vaqif Axundovla bağlı SƏRƏNCAM DTX əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO Pandemiyanın gətirdiyi daha bir bəla: Ərzaq bahalaşır - TƏHLÜKƏ Jurnalistikaya qəbul üzrə qabiliyyət imtahanlarının nəticələri barədə apelyasiya müraciətlərinə baxılacaq - Sabahdan Sahil Babayev sosial yardım alanların sayını belə azaldır? - DSMF-dən daha bir GİLEY Gəncə təhsilində nələr baş verir? - İDDİA Tehranın özünə də təhlükəli “KÜRD PLANI” - TƏHLİL "Hadisənin Bakıda olması belə, dəqiq deyil" - VİDEO Qarabağ üçün həyəcan siqnalı: Sonra gec olacaq! - TƏHLİL Ağstafanın təhsil müdiri 2 manatdan pul yığır... - İDDİA Səfər Əbiyev Veteranlar Təşkilatını ələ keçirir? – “O vəzifədə nə gözüm var, nə də...” Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - Ölənlər də var Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - Ölənlər də var