Ölkədə təhsil böhran yaşayır... - nazirlik "şouya baxırlar" deyir


Yeni tədris mövsümü ölkədə həm valideynlərin, həm müəllimlərin narazılıqlarıyla başladı. İlk iki gündən məlum oldu ki, məktəblərin bağlı olduğu müddət ərzində, demək olar ki, heç nə dəyişməyib - təsəvvür edin, informatika müəllimi onlayn dərsə qoşula bilmirsə, əlində qadcetləri olsa belə, interneti olmayanlar nə etsinlər?

Çarəsiz dərd yoxdur deyib, distant təhsilin formal olmaması, keyfiyyətliliyi və əlçatanlığı üçün cari tədris ilində hansı paketlərin hazırlanmalı olduğunu mütəxəssislərdən soruşduq.

İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ekspert Osman Gündüz Sputnik Azərbaycan-a açqlamasında tədris mövsümü başladığından təkliflər üçün gecikdiyimizi bildirib. O, regionlardan əldə etdiyi məlumatlara əsasən hesab edir ki, həm internet, həm də avadanlıqlarla təminat və müəllimlərin hazırlığı baxımdan distant təhsillə bağlı vəziyyət ürəkaçan deyil. Vəziyyətin yaxşılığa doğru düzəlməsi üçün ekspertin təklifləri var: "Hökumət Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyaları Nazirliyini bir araya gətirərək bir sürətli keçid planı hazırlamalıdır. Kəndlərdəki vəziyyət çox ciddidir, bunu böhran kimi də dəyərləndirmək olar. Yəni necə etməliyik ki, təhsil bu böhran durumundan çıxsın?! Çünki kəndlərdə 2G, 3G, ya da 4G yoxdur. Nazirliyin əlində internetin durumu ilə bağlı rəqəmlər var. Bu rəqəmlərdə hansı məktəbin ərazisində vəziyyətin necə olduğu bəllidir. Bunun üçün düşünürəm ki, ilk olaraq mobil operatorlarla əlaqə qurularaq güzəştli paketlər yaradılmalıdır, məktəblərdəki kompüter və avadanlıqlar şagirdlərə verilə bilər. Bundan başqa, hökumət özü büdcədən aztəminatlı hissə, həssas ailələr üçün vəsait ayıraraq kompüter, planşet verməlidir. Əhalinin digər təbəqəsi üçün də müəyyən addımlar atmaq olar".

"Distant təhsillə əlaqədar olaraq bu gün valideyn mağazalara baş çəkərək övladına kompüter, planşet almaq istəyir. Digər tərəfdən isə Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən, valideynlər 20 sentyabrdan şəxsi məqsəd üçün bu cür avadanlıqları xaricdən gətirə bilməyəcəklər. Bunun üçün gömrük rüsumu artacaq. Bu səbəbdən hesab edirəm ki, NK-nın 305 saylı qərarının icrası dayandırılmalı və ona yenidən baxılmalıdır. Bu qərarın ləğvi bizim bazarda 2-3 dəfə baha olan belə avadanlıqların xaricdən alınaraq gətirilməsində valideynlərə kömək ola bilər. Bütün bunlar təcili atılmalı addımlardır", - deyə ekspert bildirib.
Perspektivlərdən danışdıqda isə, o hesab edir ki, NRYTN regionlar və kəndlərin də internetləşməsi, optik internetin çəkilməsi üçün hökumətə proqram təqdim etməlidir: "Bu proqramın da arxasında böyük bir büdcə dayanmalıdır. Yəni bu artıq iki nazirliyin görəcəyi iş deyil. Ümumiyyətlə, xarici ölkələrdə distant təhsilin təşkilinə baxdıqda bizim ölkədə bu təhsili qüsurlu hesab edirəm. Hər şey Təhsil Nazirliyinin üzərinə qoyulur, hansı ki, bu nazirliyin resursları yoxdur".

Millət vəkili Fazil Mustafa Nazirlər Kabinetinin haqqında danışılan qərarının ləğvinin tərəfdarıdır: "Osman Gündüzün Nazirlər Kabinetinin 305 saylı qərarıın ləğvi ilə bağlı səsləndirdiyi fikirlə razıyam. Bu qərar təcili dayandırılmalıdır. O, təhsilə mane olacaq bir şəkil almamalıdır. Vətəndaş övladını oxutmaq üçün mütləq şəkildə kompüterdən isitfadə etməlidir. Təhsilə zərbə vurmaq olmaz. Bu səbəbdən belə hesab edirəm ki, bütün bunlar nəzərə alınaraq təhsilin inkişafında rol oynayan elektronik məhsullara olan qadağalar təcili götürülməlidir".

"Milli Məclis fəaliyyətə başladıqdan sonra bu məsələ müzakirə oluna bilərmi?" sualına cavab olaraq F.Mustafa bildirib ki, bu mümkündür: "Lakin bunadək hələlik Nazirlər Kabineti özü bu qərara yenidən baxmalıdır. Çünki kompüterə əlçatanlıq olmasa, təhsilalma imkanları çox bərbad vəziyyətdə olacaq".

Millət vəkili distant təhsilin vəziyyətindən də danışıb və Azərbaycan təhsil sistemi üçün yeni olan bu modelin vəziyyətinin ürəkaçan olmadığını bildirib: "İlk olaraq internet lazımi səviyyədə olmalıdır. Çox yerdə internet keyfiyyətli deyil və bu istiqamətdə problemlər var. Bu səbəbdən bu kimi məsələlərdə öncə keyfiyyətli xidməti təşkil etmək lazımdır, daha sonra isə distant təhsilin mümkünlüyü barədə danışmaq olar".

"Qeyd edim ki, bir sıra universitetlərdə bu istiqamətlərdə müəyyən işlər görülüb. Digərlərində, məktəblərdə belə bu işlər formal xarakter daşıyır. 10-15 il öncə kompüterləşmə dedikdə xarab olmuş kompüterlərlə məktəbləri doldurub, bununla da guya məktəblərin kompüterləşməsi problemini həll etdik deyə özümüzü aldatdığımız üçün bu gün belə əziyyət çəkməli oluruq. Yəni problem daha çox elə buradan qaynaqlanır. Hər halda hökumət tərəfindən təcili olaraq bu istiqamətdə addımlar atılmalıdır. Çünki distant təhsil günün reallığına çevrilib, bunu gecikdirsək, şəxslərin təhsildən uzaq düşməsinə şərait yaranmış olacaq".
Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında ötənilki vəziyyəti qiymətləndirərək atılması vacib olan addımlardan söz açıb: "Hazırkı dövrdə məktəblərin açılması həqiqətən də böyük riskdir. Nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada distant təhsilə keçidlə bağlı vəziyyət birmənalı deyil. Elə ölkələr var ki, Azərbaycan distant təhsildə onlardan geri qalsa da, bəzi ölkələrlə müqayisədə qısa müddətdə xeyli işlər görülüb. Qeyd edim ki, ən mükəmməl təhsil elə ənənəvi təhsil forması idi. Lakin yeni təhsil modeli hər nə qədər əlçatan olmasa da, biz buna keçməliyik".

"Distant təhsillə bağlı bir çox məsələlər Təhsil Nazirliyinin iradəsindən kənara çıxır. Çünki bu gün Bakının özündə belə internetə çıxışda problemlər olur. Biz İctimai Şura olaraq yaranmış problemlərlə əlaqədar Təhsil Nazirliyinə müraciət etmişik", - deyə ekspert əlavə edib.

"İnternetin əlçatanlığı üçün nə edilməlidir?" sualına cavabında İ.Orucov maraqlı bir təklif irəli sürüb: "Düşünürəm ki, hazırkı dönəmdə müəllimlər üçün internet tamamilə pulsuz olmalıdır. Təhsilalanlar üçün də internet ya pulsuz olmalı, ya da qiymətlərdə ciddi güzəştlər olmalıdır. Pandemiya dövründə tədris alanları təhsilsiz qoymamaq üçün ciddi iradə ortalığa qoyulmalıdır. Eyni zamanda NRYTN, operatorlar da məsuliyyətlərini dərk etməli, qiymətlərdə dəyişiklik etməlidirlər" .

İ.Orucov hesab edir ki, yalnız sadaladığı addımlar atıldıqdan sonra distant təhsillə bağlı vəziyyət yaxşıya doğru dəyişiləcək.

Ümumi vəziyyətin qiymətləndirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən münasibət öyrəndik. Bildirildi ki, nazirliyin tabeliyində xidmət göstərən “Baktelecom” pandemiya dövrü ərzində paytaxt sakinlərini fasiləsiz rabitə xidmətləri ilə təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Bu dövr ərzində məsafədən iş rejiminin təşkili ilə əlaqədar daha sürətli internet bağlantıları olan ofislərdə istifadə olunan trafik gücləndirilmiş şəbəkə nəzərdə tutulmayan yaşayış yerlərində istifadə edilməyə başladı. Eyni zamanda təhsil müəssisələri bağlandı. Evdə oturan şagirdlərin və tələbələrin izlədiyi onlayn şoular və videokonfranslar bütün trafikin təxminən 70%-ni təşkil edir. Hər kəs eyni zamanda internet şəbəkəsinə qoşulmağa çalışır, rabitə xidmətlərinin göstərilməsinə tələbat yaranır. Təbii ki, bu halda çətinliklərin yaranması qaçılmazdır. Bütün bunları nəzərə alaraq “Baktelecom”un mütəxəssisləri istifadəçilərin fasiləsiz və sürətli xidmətlərlə təminatı üçün şəbəkənin təkmilləşdirilməsi istiqamətində operativ tədbirlər həyata keçirirlər. Həmçinin, yüklənmələrin qarşısının alınması məqsədilə daşıyıcı şəbəkənin tutumu da artırılır".

Nazirliyin məlumatına görə, ötən illə müqayisədə bu ilin son 9 ayı üzrə “Baktelecom”un təqdim etdiyi multimedia xidmətlərinə qoşulmada 40% artım müşahidə olunub: "Bakıətrafı ərazilərdə “Evədək optika” layihəsinin icrasını sürətləndirmişik. Əvvəl layihə yalnız köhnə və yeni yaşayış binalarında icra olunurdu. İndi fərdi evlərdə optik şəbəkənin inşası davam etdirilir. Bu yaxında Biləcəri qəsəbəsi və Hövsan yolundakı Qum adasında yerləşən yeni yaşayış massivinin sakinləri optik xidmətlərlə təmin ediliblər. Hazırda Nizami, Xətai, Sabunçu və Xəzər rayonlarında fərdi evlərdən ibarət olan yaşayış massivlərində tərəfimizdən optikləşdirmə işləri aparılır.

Təbii ki, müraciət sayını nəzərə alaraq telekommunikasiya infrastrukturunun qurulması işləri planlı və operativ qaydada aparılır. Bundan əlavə, məhdud infrastrukturlu ərazilərdə “Baktelecom” tərəfindən LTE texnologiyası ilə “simsiz rabitə” xidməti təqdim edilir. Bu texnologiya uzun zaman telefon çəkilişi mümkün olmayan ərazilərdə, telefon xətlərindən asılı olmadan telekommunikasiya xidmətlərinin göstərilməsinə imkan yaradır".

Qeyd olunub ki, ötən illə müqayisədə 2020-ci ilin 8 ayında “Aztelekom” MMC üzrə yeni qoşulan istifadəçilərin sayı 30% artıb: "Eyni zamanda göstərilən xidmətlərə olan tələblər də artıb. Onlayn dərslər, seminarlar, iclaslar. Bu da regionlara ötürülən trafikin 40%-dan çox artmasına səbəb olub".

Xidmətlərin dayanıqlığının təmin edilməsi və şəbəkənin ötürülmə qabiliyyətinin artırılması məqsədilə Aztelekom tərəfindən DDDM/ İPMPLS texnologiyaların tətbiqi ilə magistral xətlərin yenidənqurulma layihəsi həyata keçirilirdi. Situasiyanı nəzarə alaraq layihə çərçivəsində görülən işlərin tezləşdirilməsi ilə bağlı qərar qəbul edilib və demək olar ki, artıq quraşdırılan avadanlıq tam istifadəyə verilib. Bu müddət ərzində mövcud şəbəkənin tutumu 36000 port artırılıb. Abşeron və Masallı rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində gpon texnologiyanın əsasında FTTH və ya evədək optika layihəsi həyata keçirilir.

Qeyd edək ki, https://www.speedtest.net-in (https://www.speedtest.net/global-index/azerbaijan) cari ilin iyuluna dair hesabatına görə, sabit genişzolaqlı şəbəkə ilə bağlı vəziyyət belə qiymətləndirilib: Endirmə sürəti 21.27 Mbps, Yükləmə sürəti: 22.43 Mbps, Gecikmə: 30 ms.

Mobil operatorlar üzrə vəziyyət belə qiymətləndirilib: Endirmə sürəti: 31.23 Mbps, Yükləmə sürəti: 13.72 Mbps, Gecikmə: 28 ms.





{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Ərdoğandan Qarabağ açıqlaması: Kabus yaşadacağıq! VPN xidmətlərdən istifadə edən şəxslərin NƏZƏRİNƏ - Təhlükə var İtalyan professor: “Azərbaycan Ermənistanı güzəştə məcbur etmək üçün hücum və müdafiə sistemlərinə malikdir” Qartal yuvasına dönür: Böyük qayıdışın ayaq səsləri - TƏHLİL Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 584 yeni yoluxma - FOTO Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib - FOTO Ermənistan daha 43 hərbçilərinin öldürüldüyünü etiraf etdi Ermənilərin Gəncəni raket atəşəni tutması nəticəsində ölən və yaralananların sayı artdı - RƏSMİ İlham Əliyev: “Füzuli işğaldan azad olundu” İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM Düşmənin Gəncəyə raket hücumu zamanı 20-dən çox ev dağılıb - FOTO/VİDEO Gəncədə daha bir terror - Ölənlər və yaralılar var Prezident: “Şuşasız bizim işimiz yarımçıq olar” Təhsil naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb “E-sosial” portalının 800 min aktiv istifadəçisi var Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir” XİN-dən Pompeonun Qarabağ açıqlamasına REAKSİYA Bu gün neçə nəfər koronaya yoluxub? Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb - RƏSMİ Masallı icra hakimiyyətinin şübhəli tender partnyorları... - İLGİNC Nazir: “Ölkədə təhsil müəssisələrində karantin yox, tətil elan olunub” Ermənistanın hücumları nəticəsində bölgələrdə 40-a yaxın məktəb dağılıb - RƏSMİ Metro bağlanır - RƏSMİ Azərbaycanda bütün təhsil müəssisələri bağlandı - RƏSMİ Azərbaycanda bəzi yerlərdə avtobuslar işləməyəcək - RƏSMİ Azərbaycanda karantin yenidən sərtləşdirilir - RƏSMİ Bakıda gecə iki nəfər köməksiz qaldı “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO Ordumuz ermənilərin artilleriya batareyasını məhv etdi: Düşmən qaçır - RƏSMİ Hər daxili bazar araşdırmasına görə sahibkara 20 min manat ödənilir Düşmən vandalizmi nəticəsində ailəsini itirən uşaqların övladlığa götürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA Bakı Polisindən sərnişinlərə XƏBƏRDARLIQ Erməni əsgərlərin kütləvi şəkildə narkotikdən istifadəsini təsdiqləyən fakt - VİDEO Azərbaycanda daha 33 şagirddə koronavirus aşkarlandı Baş Prokurorluğun axtarışa verdiyi iki nəfər ekstradisiya edilib Ölkəmizdə koronaya yoluxanların sayında inanılmaz artım Sərt karantin qayıdır: Ölkələr yenidən "qapanır" - ARAŞDIRMA “Müharibə etməyək, vətənimiz işğalda qalsın?!” - tanınmışlardan pasifistlərə sərt cavab... Lavrovun yeni-köhnə planı: Azərbaycanı “Madrid prinsipləri”nə qaytarmaq istəyir - Hər halda özünü abdal yerinə qoyub... Yəqin nazir bu məsələyə seyrçi qalmaz... - Müraciət... ŞOK: Ermənilərin gizli yazışması ələ keçirildi - “Əsgərlər qorxur, hər gün 100 cəsəd göndərin” Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin 41 yaşı tamam olur Lerikdə təhsildən başqa hər şey var - GİLEY “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO Prezident: “Daha səkkiz kənd işğaldan azad olundu” Koronavirusa yoluxanların sayı yenidən artdı İlham Əliyevdən Qarabağda yaşayan ermənilərə ÇAĞIRIŞ: “Narahat olmasınlar, onların canını qurtaracağıq” Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ: “Məhv ediləcək” Polad Həşimovun qatili məhv edildi - FOTOLAR Düşmən Tərtərdə yaşayış evinə top atdı: Ölən var - RƏSMİ “Neft Daşları”nda bazar açan kimdir? - GİLEY Ermənilər bir sıra rayonlarımızı artilleriya atəşinə tutur - RƏSMİ “Azfen” Birgə Müəssisəsi Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon vəsait köçürdü İlham Əliyevin verdiyi son şans - Ermənistan özünü xilas edə biləcəkmi? Azərbaycanla Ermənistan arasında humanitar məqsədli atəşkəs başladı "UniBank" nə vaxt bu millətin yanında dayanmışdı ki... - Biabırçı mənzərə... Təhsil sistemimiz düzəlmir ki, düzəlmir... - İDDİA Düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur - RƏSMİ Prezident: “Müxtəlif ölkələrin başçılarına gündə bir neçə dəfə zəng edərək yalvarır, özünü alçaldır” İlham Əliyev: “Azərbaycan ordusu Hadrutu və bir neçə kəndi azad etdi” İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM Azərbaycanda iki erməniyə cinayət işi açıldı - RƏSMİ Mingəçevir və Ağcabədi rayonlarının əraziləri intensiv atəşə tutulur - RƏSMİ Düşmənin xeyli sayda hərbi texnikası məhv edildi və ələ keçirildi - VİDEO Sabahın hava proqnozu açıqlandı Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ Qarabağda təmas xəttindən olan reportaj “ayın videosu” seçildi - VİDEO General anons verdi: İldırımsürətli qələbə... - MANE OLMASINLAR! Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ Düşmən Füzulini atəşə tutdu: Yaralılar var - RƏSMİ Fikrət Məmmədov onu Baş idarəyə rəis TƏYİN ETDİ - ƏMR Ermənipərəst Fransa Minsk Qrupunun həmsədri ola bilir, qardaş ölkə yox? - GƏLİŞMƏ Düşmənin yüksək rütbəli zabitləri məhv edildi: Xankəndidə hərbi hissə vuruldu - VİDEO Bu şəraitdə nə üçün atəşkəsə getməliyik ki? - Bu, ancaq DÜŞMƏNİN İŞİNƏ YARAYAR! BNA Bakını necə iflic duruma salıb... - GİLEY Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK Türkiyə Prezidenti: “Qarabağ probleminin yeganə həlli işğala son qoymaqdır” Teledərslərin oktyabrın 9-u üçün cədvəli - FOTO KTMT də MÖVQEYİNİ AÇIQLADI - "Azərbaycan Ermənistana zərbə endirməyəcək" Şuşada kilsənin dağıdılmasının Ordumuzla heç bir əlaqəsi yoxdur Ölkəmizdə koronaya yoluxanların sayı artdı Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı Ermənilərin dinc əhalini atəşə tutduğu “Qrad” məhv edildi - VİDEO “Biz Azərbaycanın yandaşı deyilik, özüyük" - GAMOH-dan ordumuza DƏSTƏK Leyla Abdullayeva: “Ermənilərin qəsdən mülki insanları hədəfə aldığına hələ də şübhə varmı?” - FOTO Daha bir erməni işğalçı təslim oldu - FOTO Vakansiyalar üzrə elektron yerləşdirmənin nəticələri açıqlandı "BakuBus"ın rəhbəri yenidən dəyişib Ermənilər Bərdəni atəşə tutur - RƏSMİ Ermənilər Ağdama yenə mərmi atıb: İki mülki şəxs yaralanıb Düşmənin daha bir yalanı ifşa edildi - FOTO Düşmən Goranboyda polis şöbəsi və məktəbi atəşə tutdu: Dağıntılar var - RƏSMİ ATƏT rəsmən ermənilərə SAHİB ÇIXIR - Bu təklif HOQQABAZLIQDIR! Xankəndi-Yerevan yolundakı körpü tam dağılmayıb - FOTO “İndiki ərəfədə onun bütün bəyanatları hiyləgərcəsinə davranışdır” - konkret məqsədlərə xidmət edir “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO İrəvan həm qorxur, həm də guya qorxudur... - GƏLİŞMƏ Düşmən hücumu nəticəsində həlak olan mülki şəxsin adı açıqlandı - RƏSMİ Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir: Ölən və yaralananlar var - RƏSMİ Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL