11-ci sinif şagirdləri üçün sentyabrın 10-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb - Diqqət!


11-ci sinif şagirdləri üçün 10 sentyabr 2020-ci il tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə buradan tanış ola bilərsiniz. Şagirdlərin hər fənn üzrə topladıqları bal onların attestatına yazılacaq.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 1796 nəfərdən 1206 nəfər imtahana gəlməyib. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 21 sentyabr 2020-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 17-18 sentyabr tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.



{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Ərdoğandan Qarabağ açıqlaması: Kabus yaşadacağıq! VPN xidmətlərdən istifadə edən şəxslərin NƏZƏRİNƏ - Təhlükə var İtalyan professor: “Azərbaycan Ermənistanı güzəştə məcbur etmək üçün hücum və müdafiə sistemlərinə malikdir” Qartal yuvasına dönür: Böyük qayıdışın ayaq səsləri - TƏHLİL Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 584 yeni yoluxma - FOTO Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib - FOTO Ermənistan daha 43 hərbçilərinin öldürüldüyünü etiraf etdi Ermənilərin Gəncəni raket atəşəni tutması nəticəsində ölən və yaralananların sayı artdı - RƏSMİ İlham Əliyev: “Füzuli işğaldan azad olundu” İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM Düşmənin Gəncəyə raket hücumu zamanı 20-dən çox ev dağılıb - FOTO/VİDEO Gəncədə daha bir terror - Ölənlər və yaralılar var Prezident: “Şuşasız bizim işimiz yarımçıq olar” Təhsil naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb “E-sosial” portalının 800 min aktiv istifadəçisi var Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir” XİN-dən Pompeonun Qarabağ açıqlamasına REAKSİYA Bu gün neçə nəfər koronaya yoluxub? Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb - RƏSMİ Masallı icra hakimiyyətinin şübhəli tender partnyorları... - İLGİNC Nazir: “Ölkədə təhsil müəssisələrində karantin yox, tətil elan olunub” Ermənistanın hücumları nəticəsində bölgələrdə 40-a yaxın məktəb dağılıb - RƏSMİ Metro bağlanır - RƏSMİ Azərbaycanda bütün təhsil müəssisələri bağlandı - RƏSMİ Azərbaycanda bəzi yerlərdə avtobuslar işləməyəcək - RƏSMİ Azərbaycanda karantin yenidən sərtləşdirilir - RƏSMİ Bakıda gecə iki nəfər köməksiz qaldı “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO Ordumuz ermənilərin artilleriya batareyasını məhv etdi: Düşmən qaçır - RƏSMİ Hər daxili bazar araşdırmasına görə sahibkara 20 min manat ödənilir Düşmən vandalizmi nəticəsində ailəsini itirən uşaqların övladlığa götürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA Bakı Polisindən sərnişinlərə XƏBƏRDARLIQ Erməni əsgərlərin kütləvi şəkildə narkotikdən istifadəsini təsdiqləyən fakt - VİDEO Azərbaycanda daha 33 şagirddə koronavirus aşkarlandı Baş Prokurorluğun axtarışa verdiyi iki nəfər ekstradisiya edilib Ölkəmizdə koronaya yoluxanların sayında inanılmaz artım Sərt karantin qayıdır: Ölkələr yenidən "qapanır" - ARAŞDIRMA “Müharibə etməyək, vətənimiz işğalda qalsın?!” - tanınmışlardan pasifistlərə sərt cavab... Lavrovun yeni-köhnə planı: Azərbaycanı “Madrid prinsipləri”nə qaytarmaq istəyir - Hər halda özünü abdal yerinə qoyub... Yəqin nazir bu məsələyə seyrçi qalmaz... - Müraciət... ŞOK: Ermənilərin gizli yazışması ələ keçirildi - “Əsgərlər qorxur, hər gün 100 cəsəd göndərin” Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin 41 yaşı tamam olur Lerikdə təhsildən başqa hər şey var - GİLEY “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO Prezident: “Daha səkkiz kənd işğaldan azad olundu” Koronavirusa yoluxanların sayı yenidən artdı İlham Əliyevdən Qarabağda yaşayan ermənilərə ÇAĞIRIŞ: “Narahat olmasınlar, onların canını qurtaracağıq” Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ: “Məhv ediləcək” Polad Həşimovun qatili məhv edildi - FOTOLAR Düşmən Tərtərdə yaşayış evinə top atdı: Ölən var - RƏSMİ “Neft Daşları”nda bazar açan kimdir? - GİLEY Ermənilər bir sıra rayonlarımızı artilleriya atəşinə tutur - RƏSMİ “Azfen” Birgə Müəssisəsi Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon vəsait köçürdü İlham Əliyevin verdiyi son şans - Ermənistan özünü xilas edə biləcəkmi? Azərbaycanla Ermənistan arasında humanitar məqsədli atəşkəs başladı "UniBank" nə vaxt bu millətin yanında dayanmışdı ki... - Biabırçı mənzərə... Təhsil sistemimiz düzəlmir ki, düzəlmir... - İDDİA Düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur - RƏSMİ Prezident: “Müxtəlif ölkələrin başçılarına gündə bir neçə dəfə zəng edərək yalvarır, özünü alçaldır” İlham Əliyev: “Azərbaycan ordusu Hadrutu və bir neçə kəndi azad etdi” İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM Azərbaycanda iki erməniyə cinayət işi açıldı - RƏSMİ Mingəçevir və Ağcabədi rayonlarının əraziləri intensiv atəşə tutulur - RƏSMİ Düşmənin xeyli sayda hərbi texnikası məhv edildi və ələ keçirildi - VİDEO Sabahın hava proqnozu açıqlandı Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ Qarabağda təmas xəttindən olan reportaj “ayın videosu” seçildi - VİDEO General anons verdi: İldırımsürətli qələbə... - MANE OLMASINLAR! Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ Düşmən Füzulini atəşə tutdu: Yaralılar var - RƏSMİ Fikrət Məmmədov onu Baş idarəyə rəis TƏYİN ETDİ - ƏMR Ermənipərəst Fransa Minsk Qrupunun həmsədri ola bilir, qardaş ölkə yox? - GƏLİŞMƏ Düşmənin yüksək rütbəli zabitləri məhv edildi: Xankəndidə hərbi hissə vuruldu - VİDEO Bu şəraitdə nə üçün atəşkəsə getməliyik ki? - Bu, ancaq DÜŞMƏNİN İŞİNƏ YARAYAR! BNA Bakını necə iflic duruma salıb... - GİLEY Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK Türkiyə Prezidenti: “Qarabağ probleminin yeganə həlli işğala son qoymaqdır” Teledərslərin oktyabrın 9-u üçün cədvəli - FOTO KTMT də MÖVQEYİNİ AÇIQLADI - "Azərbaycan Ermənistana zərbə endirməyəcək" Şuşada kilsənin dağıdılmasının Ordumuzla heç bir əlaqəsi yoxdur Ölkəmizdə koronaya yoluxanların sayı artdı Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı Ermənilərin dinc əhalini atəşə tutduğu “Qrad” məhv edildi - VİDEO “Biz Azərbaycanın yandaşı deyilik, özüyük" - GAMOH-dan ordumuza DƏSTƏK Leyla Abdullayeva: “Ermənilərin qəsdən mülki insanları hədəfə aldığına hələ də şübhə varmı?” - FOTO Daha bir erməni işğalçı təslim oldu - FOTO Vakansiyalar üzrə elektron yerləşdirmənin nəticələri açıqlandı "BakuBus"ın rəhbəri yenidən dəyişib Ermənilər Bərdəni atəşə tutur - RƏSMİ Ermənilər Ağdama yenə mərmi atıb: İki mülki şəxs yaralanıb Düşmənin daha bir yalanı ifşa edildi - FOTO Düşmən Goranboyda polis şöbəsi və məktəbi atəşə tutdu: Dağıntılar var - RƏSMİ ATƏT rəsmən ermənilərə SAHİB ÇIXIR - Bu təklif HOQQABAZLIQDIR! Xankəndi-Yerevan yolundakı körpü tam dağılmayıb - FOTO “İndiki ərəfədə onun bütün bəyanatları hiyləgərcəsinə davranışdır” - konkret məqsədlərə xidmət edir “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO İrəvan həm qorxur, həm də guya qorxudur... - GƏLİŞMƏ Düşmən hücumu nəticəsində həlak olan mülki şəxsin adı açıqlandı - RƏSMİ Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir: Ölən və yaralananlar var - RƏSMİ Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL