Səfər Əbiyevi də Ramiz Mehdiyev "VURUB"? - İDDİA


“Hürriyyət”in ötən sayında dərc olunan “Ramiz Mehdiyevin “vurduğu” məmurlar, deputatlar və iş adamları” sərlövhəli yazımızda Prezident Administrasiyasının (PA) sabiq rəhbərinin qanunsuz əməllərindən bəhs etmişdik. Qeyd etmişdik ki, “boz kardinal” ləqəbli R.Mehdiyev onun iradəsinə tabe olmayan, xüsusən də prezident İlham Əliyevə sadiq olan məmurları müxtəlif yollarla zərərsizləşdirməyə nail olub. Bunların bir çoxu vəzifədən uzaqlaşdırılsa da, PA rəhbərinə açıq-aşkar müqavimət göstərən şəxslər arasında həbsə məhkum edilənlər də az olmayıb. Ötən yazımızda onlardan bəzilərinin adlarını qeyd etmişdik. Bildirmişdik ki, keçmiş müdafiə naziri Səfər Əbiyev, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı, “Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyev, Diaspora Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov, keçmiş deputatlar Rza İbadov və Nazim Bəydəmirli, “Zülfüqarlı qardaşları” kimi tanınan iş adamları Loğman Zülfüqarlı və Nurəddin Zülfüqarlı, Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi Firudin Nəbiyev, “Quska” ləqəbli sabiq deputat Hüseyn Abdullayev, “AMAY” Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayev, Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimov və s. şəxslər məhz R.Mehdiyev tərəfindən “vurulub”. Onu da vurğulamışdıq ki, Rza İbadov və Zülfüqarlı qardaşları illər öncə ölkədən didərgin salınıb, Hüseyn Abdullayev hazırda həbsdədir, A.Abdullayev isə bir neçə il türmə həyatı yaşadıqdan sonra azadlığa buraxılıb.

Bu yazımızda isə, oxucularımıza söz verdiyimiz kimi, Ramiz Mehdiyevin qəzəbinə gələn şəxslərin hər birinin “vurulma” səbəblərinə aydınlıq gətirəcəyik. İlk olaraq sabiq müdafiə naziri Səfər Əbiyevin vəzifədən uzaqlaşdırılılması üçün “boz kardinal”ın qurduğu dəhşətli oyunları dəyərli oxucularımızın diqqətinə çatdıraq.

Səfər Əbiyevin “vurulma” səbəbləri…

Xatırladaq ki, Səfər Əbiyev 2013-cü il oktyabr ayının 22-də vəzifəsindən azad olunub. Daha dəqiq desək, o, 2013-cü ildə baş tutan prezident seçkiləri sonrası İlham Əliyevin formalaşdırdığı yeni komandada yer almadı. Çünki PA rəhbəri Ramiz Mehdiyev uzun müddətdir müdafiə naziri haqqında ölkə başçısına mütəmadi olaraq yanlış informasiyalar verməkdə, onun haqqında cəmiyyətdə mənfi rəy formalaşdırmaqda idi. Məsələn, Milli Orduda baş verən əsgər ölümləri, “dedovşina” halları, korrupsiya, rüşvətxorluq və s. kimi xoşagəlməz hadisələr birbaşa Səfər Əbiyebin adı ilə bağlanır, Mehdiyevin nəzarətində olan media şəbəkəsi Prezident Administrasiyasından gələn tapşırıq əsasında gecə-gündüz müdafiə nazirini ittiham edirdi. Halbuki, ordudakı bir çox neqativ halların Baş qərargah rəisi Nəcməddin Sadıkovun göstərişi və onun yaxın adamları tərəfindən həyata keçirildiyi haqda çoxsaylı faktlar mövcud idi. Buna rəğmən, Müdafiə Nazirliyindəki rusbaşlılar və “5-ci kolon”un üzvləri öz cinayətlərini nazirin adına çıxmaqla, onu cəmiyyətdə və prezidentin yanında gözdən salmağa çalışırdılar.

Müdafiə nazirinə qarşı aksiyaların təşkili

Bütün bunlara paralel olaraq, Bakının mərkəzində ayrı-ayrı vaxtlarda “Əsgər ölümlərinə son!” şüari ilə etiraz aksiyalarının keçirilməsi də məhz PA rəhbərinin tapşırığı və himayəsi altında baş tuturdu. Hansı ki, bu aksiyaların keçirilməsi üçün illərdir Prezident Administrasiyasından qidalanan bəlli müxalif şəbəkə ilə yanaşı, bəzi iş adamlarına da müvafiq göstərişlər verilirdi. Mehdiyevə xidmət edən müxaliflərin kimliyi artıq hər kəsə bəlli olsa da, Səfər Əbiyevə qarşı keçirilən aksiyanın təşkilində iştirak edən iş adamlarından biri kimi “Sədərək” Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylinin adını çəkə bilərik. Hansı ki, hər dəfə aksiyadan bir neçə saat əvvəl onun göstərişi ilə çoxsaylı avtobuslar ayrılar və sözügedən ticarət mərkəzində çalışan sahibkarlar və satıcılar bir aylıq “yer pulu”ndan azad olunmağın qarşılığında, Bakının mərkəzinə gətirilərdi. Sonradan onlar əvvəlcədən verilmiş təlimatlara uyğun olaraq müxtəlif hissələrə bölünərək aksiyaçılara qatılar və “Əsgər ölümlərinə son!”, “Müdafiə nazirinə istefa!” şüraları səsləndirərdilər.

ABŞ səfiri ilə görüşün video-lentə alınması…

Əlbəttə, mediada aparılan qarayaxma kampaniyası, şəhərin mərkəzində (Məsələn, “Torqovı” kimi tanınan ərazidə – müəl.) keçirilən aksiyalarla yanaşı, Səfər Əbiyevə Prezident Adminstrasiyasından çoxsaylı siyasi basqılar da olurdu. Məsələn, 2013-cü ilin prezident seçkilərindən az əvvəl müdafiə nazirinin ABŞ səfiri ilə görüşünün video-lentə alınmasını buna misal göstərə bilərik. Bu fakt ictimailəşəndən sonra çoxları bunun S.Əbiyevin şəxsi iradəsi ilə baş tutduğunu düşünsə də, əslində, ABŞ səfiri ilə danışıqların dipolamtik normalara zidd olaraq video-lentə alınması “5-ci kolon” rəhbərliyinin, konkret olaraq Ramiz Mehdiyevin göstərişi ilə reallaşmışdı. Hansı ki, sonradan bu məsələnin efirə ötürülməsi ABŞ-la münasibətlərimizə çox böyük zərbə vurmaqla yanaşı, Səfər Əbiyevin özünü də ruspərəst məmurlar qarşısında müdafiəsiz qoydu.

“5-ci kolon”un silah biznesini ələ alması

Dəyərli oxucularımız sual verə bilər ki, Ramiz Mehdiyev nə üçün Səfər Əbiyevin vəzifədən azad olunmasını istəyirdi. Bu sualı bir cümlə ilə belə cavablandıra bilərik ki, Rusiyadan üz döndərərək qardaş Türkiyə ilə münasibətlərə önəm verməsi və Azərbaycan ordusunun NATO-ya inteqrasiyası “5-ci kolon”u çox narahat edirdi. Doğrudur, silah alış-verişi S.Əbiyevin nəzarətindən çıxarılaraq, baş nazirin birinci müavini, Kremlin ölkəmizdəki “ən parlaq” simalarından biri olan Yaqub Eyyubovun nəzarətinə verilmişdi. Hansı ki, 2013-cü ilədək Azərbaycan müdafiə nazirinin xaricdən bir patron almaq salahiyyəti belə, yox idi. Bu sahə birbaşa ruspərəst məmurlara həvalə olunduğundan, onlar da istədikləri vaxt Rusiyanın yararsız məhsullarını “yararlı” adı ilə alıb gətirir, sonra isə müxtəlif yollarla məhv edib, izi itirməyə çalışırdılar. Buna misal olaraq, bir faktı qeyd edə bilərik. Təxminən 2012-13-cü illərdə Rusiyadan alınan 30 milyon dollarlıq patron istifadəyə yararsız olduğundan, müdafiə naziri onu öz anbarına qəbul etməmişdi. Sonradan həmin patronları məcburi qaydada Dövlət Sərhəd Xidmətinə (DSX) qəbul etdirmişdilər. Bir müddət sonra isə bu işi ört-basdır etmək üçün DSX-ya məxsus hərbi hissədə yanğın çıxararaq, izi itirməyə nail olmuşdular.

Rusiyadan keyfiyyətsiz silahların alınması

“5-ci kolon” Azərbaycanın silah biznesini öz əlinə götürməklə, həm özləri dövlət büdcəsi hesabına varlanır, həm də Rusiyanın zay, yararsız məhsullarını, müasir tələblərə cavab verməyən silahlarını alaraq, bu ölkəyə milyonlar qazandırırdı. Buna paralel olaraq Avropadan və Türkidəyən daha sərfəli qiymətə və daha müasir silahların alınmasına da mane olurdular. Bu isə Səfər Əbiyevi narahat edirdi. Çünki o, bir müdafiə naziri olaraq Ali baş komandan qarşısında hər an müharibəyə hazır olmaq öhdəliyi götürmüşdü. Lakin nazir yaxşı bilirdi ki, Rusiyanın keyfiyyətsiz silahları ilə müharibə aparmaq mümkün deyil. Odur ki, dəfələrələ Türkiyədən və Avropa ölkələrindən NATO standartlarına cavab verən silahlar almağa cəhd etsə də, hər dəfə Ramiz Mehdiyev tərəfindən prezidentə verilən yanlış informasiyalar əsasında onun qarşısı alınmışdı.

Mehdiyevin Türkiyəyə nifrəti

Onu da əminliklə qeyd edə bilərik ki, Səfər Əbiyevin qardaş Türkiyənin ordu generalları ilə şəxsi və işgüzar əlaqələrinin yüksək səviyyədə olması, nüfuzlu Paşalarla tez-tez görüşməsi R.Mehdiyevi daha çox narahat edirdi. Ona görə ki, kommunist təfəkkürü ilə “yoğrulan” bu adamın içərisində Türkiyəyə qarşı çox böyük nifrət var. Təsadüfi deyil ki, uzun illər Azərbaycanda ən önəmli postlardan birinə sahib olsa da, bir dəfə də Türkiyəyə səfər etməyib, yaxud qardaş ölkədən gələn nümayəndə heyətinin qarşısına çıxmayıb. Buna rəğmən, il ərzində ən azı 2-3 dəfə Rusiyaya rəsmi və qeyri-rəsmi səfərlər edib, Moskvadan gələn qonaqları şəxsən qəbul edib və s.

Tahir Kərimovun “vurulması”

Ramiz Mehdiyevin Türkiyəyə qarşı dərin nifrət bəslədiyi və Azərbaycanın qardaş ölkə ilə əlaqələrinə hər bir vasitə ilə mane olmağa çalışdığı haqda daha bir nümunə gətirə bilərik. Söhbət Salyanın icra başçısı Tahir Kərimovun 2016-cı ildə vəzifədən uzaqlaşdırılmasından gedir. Öncə onu xatırladaq ki, Tahir Kərimov medianın yaddaşında gül çələnginin altından keçərək, “özünü Osmanlı sultanlarına bənzədən icra başçısı” kimi qalıb. Ramiz Mehdiyevin nəzarətində olan mətbu orqanlar həmin vaxt başçının guya, elə bu səbəbdən, yəni “hakimiyyət iddiası olduğu” üçün “vurulduğunu” yazırdı. Əslində isə, həqiqətlər zamanın özündə gizliymiş və bu gün ortaya çıxan faktlar sübut edir ki, Tahir Kərimov məhz Türk və içərisində qardaş Türkiyəyə sevgisi olduğu üçün vəzifədən azad olunub. Sadəcə, həmin vaxt Prezident Administrasiyasından qidalanan jurnalistlər və “5-ci kolon”un sosial şəbəkədəki “trolları” əsl həqiqəti “yuxarı”dan gələn göstəriş əsasında tamamilə fərqli istiqamətdə təqdim ediblər. Hətta Ramiz Mehdiyev bu məsələ ilə bağlı cəmiyyətdə mənfi rəy formalaşdırmaq üçün bəzi siyasilərdən, deputatlardan və partiya sədrlərindən də istifadə edib. Hansı ki, bunlardan biri – Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev özünün mediaya müsahibəsində bu faktı etiraf edir. Gəlin, ilk olaraq H.Hacıyevin fikirləri ilə tanış olaq: “Ramiz Mehdiyev heç vaxt imkan vermirdi ki, Azərbaycan Türkliyə ilə yaxınlaşsın. Məsələn, bir neçə il qabaq Salyan rayonunda Türk əsgərlərinin abidəsi qoyulurdu. Ramiz Mehdiyev o abidəni yığışdıra bilməyəndə başladı Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimovu şantaj etməyə. Nəticədə o, həmin abidənin sökdürülməsi və yaxud gizlədilməsindən ötrü icra başçısını vəzifədən çıxartdırdı. Sonra türk əsgərinin abidəsi görünməməsi üçün önünə hasar çəkdirdi. Düzdür, o vaxt bizə də deyirdi, biz də Tahir Kərimovun haqqında danışırdıq. Amma sonra araşdırdıq ki, məsələlər elə deyil…

Ramiz Mehdiyev bunu Türkiyə ilə aramızı vurmaq məsədilə etmişdi. Amma Slavyan Universitetində 20 yanvarda Azərbaycan xalqını qanınan qəltan edən adamın – Primakovun ad gününü keçirdi.

Dövlət başçısı görməlidir ki, ətrafındakılar Ramiz Mehdiyevə hansı tellərlə bağlıdır, onun kadrlarının daxildə bir-biri ilə hansı əlaqələri var.

Rayonlara gedən büdcənin 40 faizi Ramiz Mehdiyevə gəlirdi. İcra başçılarını məcbur edirdilər ki, qaytar. Məsələn, Salyan rayonunun keçmiş icra başçısı Tahir müəllimdən soruşun, sizə deyəcək, Ramiz Mehdiyev onu məcbur edirdi ki, rayona ayrılan pulların 40 faizini mənə verməlisən. Verməyəndə, onu işdən çıxartdırmaq üçün şantaj etdirməyə başladı”.

Məlumat üçün bildirək ki, Hafiz Hacıyevin bu müsahibəsi ilə tanış olduqdan sonra, onun dediyi hər bir fikir ətrafında araşdırma aparmağa başladıq. Bu zaman məlum oldu ki, H.Hacıyevin dediyi faktlar Salyanın keçmiş icra başçısı Tahir Kərimovu vəzifədən azad etdirmək üçün R.Mehdiyevin qurduğu oyunun yalnız bir parçasıdır. Bütün bunlar haqda dəyərli oxucularımıza geniş məlumat verəcəyik. Hələlik isə Hafiz Hacıyevin açıqlamasına bir qədər geniş aydınlıq gətirək.

Mötəbər mənbələrdən əldə etdiyimiz bilgilərə görə, 2015-ci ildə Salyanda Türkiyə səfirliyinin vəsaiti hesabına 1918-ci ilin mart qırğınları zamanı şəhid olan Türk general və əsgərlərinin xatirəsinə abidə ucladılması qərara alınır. Bu təşəbbüs Tahir Kərimovdan gəlir və o, həmin abidənin rayonun ən görkəmli yerində ucaldılması haqda göstəriş verir. Həmin yerin seçilməsi zamanı Türkiyə səfirliyinin nümayəndəsi də iştirak edir və qərara alınır ki, abidə rayonun girişindəki dairəvi yolun kənarında qoyulsun. Həmin vaxt bu informasiya PA rəhbəri Ramiz Mehdiyevə çatır. Bu xəbəri eşidər-eşitməz T.Kərimova zəng vuran R.Mehdiyev ondan “nə etmək istədiyini” soruşur. İcra başçısı rayonda Türkiyə ilə qardaşlığımızın simvolu olan abidə qoyulmasına qərar verdiyini açıqlayır. PA rəhbəri bu məsələnin dərhal dayandırılmasını və “Salyanda Türklərə heç bir abidə qoyulmayacağını” bildirir. Ancaq icra başçısı artıq bu məsələnin Türkiyə səfirliyi ilə razılaşdırıldığını və abidənin qoyulmasına sərf olunacaq vəsaitin də ödəndiyini Mehdiyevin diqqətinə çatdırır. Bütün bunlara rəğmən, “boz kardinal” öz fikirlərində israrlı olur.

Bundan sonra, həmin dönəmdə “qılıncının” dalı da, qabağı da kəsən Ramiz Mehdiyevlə üz-üzə durmağın fayda verməyəcəyini düşünən icra başçısı həmin abidənin yol kənarında deyil, indi “Şəhidlər məzarlığı” adlanan ərazidə qoyulmasına qərar verir. Şübhəsiz, bu da, həmin vaxta qədər yaşanan bəzi faktlar (məsələn, rayona ayrılan vəsaitin 40 faizinin geri qaytarılması ilə bağlı yaranmış narazılıq – müəl.) kimi, R.Mehdiyevin qəzəbinə səbəb olur və o, Tahir Kərimovu vəzifədən uzaqlaşdırmağa qərar verir. Bu zaman isə, hər dəfə olduğu kimi, nəzarətində olan media, rayonda ona bağlı olan şəxslər, sosial şəbəkədəki “trollar ordusu”, eləcə də Hafiz Hacıyevin də etiraf etdiyi kimi, ayrı-ayrı siyasilər, deputatlar və s. işə düşür. Üstəlik, R.Mehdiyevin göstərişi ilə Türk general və əsgərlərinin xatirəsinə ucaldılan abidənin önündə hündür hasar da çəkilir. Hətta bu zaman M.Ə.Rəsulzadənin rayonda olan heykəli də hasara salınır.

Salyanda baş tutan qalmaqallı “gül bayramı”

Ramiz Mehdiyevin Salyanın icra başçısına hücum göstərişindən az sonra “5-ci kolon”a xidmət edən şəxslər Tahir Kərimovun əleyhinə kompramat axtarışına çıxırlar. Nəticədə 3 il əvvəl – 2012-ci ildə Salyanda keçirilən “gül bayramı” zamanı icra başçısının məktəblilərin əllərində saxladığı gül çələnginin altından keçməsi onların işinə yarayır. Hansı ki, həmin vaxt Salyan Rayon Təhsil Şöbəsi ilə YAP-ın yerli şöbəsinin sədri Rəşad Cəbrayılovun birgə təşkil etdiyi “gül bayramı” zamanı, bir çox şəxslərlə yanaşı, icra başçısı Tahir Kərimov da gül çələnginin altından keçərək, tədbirə daxil olmuşdu. 3 il sonra bu fotoları üzə çıxaran mehdiyevçilər mətbuatda və sosial şəbəkələrdə belə bir fikir formalaşdırmağa çalışdılar ki, guya, T.Kərimov bununla “özünü Osmanlı sultanlarına bənzədib” və “hakimiyyət iddiasındadır”. Ən maraqlısı isə odur ki, əldə etdiyimiz məlumata görə, bu fotolar YAP-ın yerli şöbəsinin sədri Rəşad Cəbrayılov tərəfindən siyasi mühacirətdə olan Günel Mövludə ötürülüb və sosial şəbəkələrdə də ilk dəfə onun tərəfindən yayılıb. Bundan sonra isə Prezident Administrasiyasından verilən göstəriş əsasında mətbuatda və sosial şəbəkələrdə qarayaxma kampaniyasına start verilib. Hətta özünü “obyektiv və qərəzsiz” kimi təqdim edən ANS televiziyası belə, bütün bir gününü Tahir Kərimovun müzakirəsinə sərf edib, Mehdiyevə xidmət edən şəxslər bir-bir efirə çıxarılaraq, icra başçısının əleyhinə danışdırılıb.

Etibarlı qaynaqdan əldə etdiyimiz məlumata əsasən, əslində Tahir Kərimovun həmin görüntüləri sözügedən tədbirdən sonra Salyan Rayon İcra Hakimiyyətinin saytında da yerləşdirilib. Lakin həmin fotoları saytdan götürmək mümkün olmayıb. Sonradan rayonda əksər tədbirlərin təşkilatçılarından olan YAP-ın yerli şöbəsinin sədri Rəşad Cəbrayılov məqsədli şəkildə bu şəkilləri sosial şəbəkələrə ötürüb. Hətta onun fotoşəkillərdən başqa, Tahir Kərimovun müxtəlif tədbirlərdəki çıxışlarını da montaj edərək yaydığı haqda faktlar mövcuddur. Hansı ki, həmin görüntülərin bir çoxu nəİcra Hakimiyyətinin saytında, nə də internet portallarında olmayıb, yalnız Rəşad Cəbrayılovun arxivində saxlanılıb.

Əlbəttə, Ramiz Mehdiyevin göstərişi ilə Tahir Kərimova qarşı aparılan qarayaxma kampaniyası təkcə yuxarıda sadalanan faktlarla yekunlaşmır. Növbəti sayımızda bu faktların hər biri, eləcə də Mehdiyevin digər məmurları, deputatları və iş adamlarını “vurmaq” üçün hansı qanunsuz göstərişlər verməsi ilə bağlı oxucularımıza geniş məlumat verəcəyik. Üstəlik, onları da biləcəksiniz ki:

– Prezidentin rayonlara ayırdığı pulların neçə faizi Ramiz Mehdiyevin hesabına yatırmış?

– Hər ay icra başçıları Prezident Administrasiyasının rəhbərinə nə qədər “haqq” göndərirmiş?

– İcra başçısı vəzifəsinə təyin olunmaq istəyənlər üçün rayonlar üzrə hansı qiymətlər müəyyən olunubmuş?

– Ramiz Mehdiyevin göstərişi ilə hansı rayonda və nə məqsədlə prezidentin kartejinin önünə it leşi atılmışdı?

– R.Mehdiyev “qara siyahı”sına düşən məmuru, deputatı və ya iş adamlarını kimlərin və hansı media orqanlarının vasitəsilə “ləkələyir”, sonra onları “vurdurur”muş?

Bu və digər sualların cavabını “Hürriyyət”in növbəti sayında tapa biləcəksiniz. Bizi izləməyi unutmayın!

“Hürriyyət”



{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
Ərdoğandan Qarabağ açıqlaması: Kabus yaşadacağıq! VPN xidmətlərdən istifadə edən şəxslərin NƏZƏRİNƏ - Təhlükə var İtalyan professor: “Azərbaycan Ermənistanı güzəştə məcbur etmək üçün hücum və müdafiə sistemlərinə malikdir” Qartal yuvasına dönür: Böyük qayıdışın ayaq səsləri - TƏHLİL Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 584 yeni yoluxma - FOTO Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib - FOTO Ermənistan daha 43 hərbçilərinin öldürüldüyünü etiraf etdi Ermənilərin Gəncəni raket atəşəni tutması nəticəsində ölən və yaralananların sayı artdı - RƏSMİ İlham Əliyev: “Füzuli işğaldan azad olundu” İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM Düşmənin Gəncəyə raket hücumu zamanı 20-dən çox ev dağılıb - FOTO/VİDEO Gəncədə daha bir terror - Ölənlər və yaralılar var Prezident: “Şuşasız bizim işimiz yarımçıq olar” Təhsil naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb “E-sosial” portalının 800 min aktiv istifadəçisi var Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir” XİN-dən Pompeonun Qarabağ açıqlamasına REAKSİYA Bu gün neçə nəfər koronaya yoluxub? Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb - RƏSMİ Masallı icra hakimiyyətinin şübhəli tender partnyorları... - İLGİNC Nazir: “Ölkədə təhsil müəssisələrində karantin yox, tətil elan olunub” Ermənistanın hücumları nəticəsində bölgələrdə 40-a yaxın məktəb dağılıb - RƏSMİ Metro bağlanır - RƏSMİ Azərbaycanda bütün təhsil müəssisələri bağlandı - RƏSMİ Azərbaycanda bəzi yerlərdə avtobuslar işləməyəcək - RƏSMİ Azərbaycanda karantin yenidən sərtləşdirilir - RƏSMİ Bakıda gecə iki nəfər köməksiz qaldı “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO Ordumuz ermənilərin artilleriya batareyasını məhv etdi: Düşmən qaçır - RƏSMİ Hər daxili bazar araşdırmasına görə sahibkara 20 min manat ödənilir Düşmən vandalizmi nəticəsində ailəsini itirən uşaqların övladlığa götürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA Bakı Polisindən sərnişinlərə XƏBƏRDARLIQ Erməni əsgərlərin kütləvi şəkildə narkotikdən istifadəsini təsdiqləyən fakt - VİDEO Azərbaycanda daha 33 şagirddə koronavirus aşkarlandı Baş Prokurorluğun axtarışa verdiyi iki nəfər ekstradisiya edilib Ölkəmizdə koronaya yoluxanların sayında inanılmaz artım Sərt karantin qayıdır: Ölkələr yenidən "qapanır" - ARAŞDIRMA “Müharibə etməyək, vətənimiz işğalda qalsın?!” - tanınmışlardan pasifistlərə sərt cavab... Lavrovun yeni-köhnə planı: Azərbaycanı “Madrid prinsipləri”nə qaytarmaq istəyir - Hər halda özünü abdal yerinə qoyub... Yəqin nazir bu məsələyə seyrçi qalmaz... - Müraciət... ŞOK: Ermənilərin gizli yazışması ələ keçirildi - “Əsgərlər qorxur, hər gün 100 cəsəd göndərin” Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin 41 yaşı tamam olur Lerikdə təhsildən başqa hər şey var - GİLEY “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO Prezident: “Daha səkkiz kənd işğaldan azad olundu” Koronavirusa yoluxanların sayı yenidən artdı İlham Əliyevdən Qarabağda yaşayan ermənilərə ÇAĞIRIŞ: “Narahat olmasınlar, onların canını qurtaracağıq” Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ: “Məhv ediləcək” Polad Həşimovun qatili məhv edildi - FOTOLAR Düşmən Tərtərdə yaşayış evinə top atdı: Ölən var - RƏSMİ “Neft Daşları”nda bazar açan kimdir? - GİLEY Ermənilər bir sıra rayonlarımızı artilleriya atəşinə tutur - RƏSMİ “Azfen” Birgə Müəssisəsi Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon vəsait köçürdü İlham Əliyevin verdiyi son şans - Ermənistan özünü xilas edə biləcəkmi? Azərbaycanla Ermənistan arasında humanitar məqsədli atəşkəs başladı "UniBank" nə vaxt bu millətin yanında dayanmışdı ki... - Biabırçı mənzərə... Təhsil sistemimiz düzəlmir ki, düzəlmir... - İDDİA Düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur - RƏSMİ Prezident: “Müxtəlif ölkələrin başçılarına gündə bir neçə dəfə zəng edərək yalvarır, özünü alçaldır” İlham Əliyev: “Azərbaycan ordusu Hadrutu və bir neçə kəndi azad etdi” İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM Azərbaycanda iki erməniyə cinayət işi açıldı - RƏSMİ Mingəçevir və Ağcabədi rayonlarının əraziləri intensiv atəşə tutulur - RƏSMİ Düşmənin xeyli sayda hərbi texnikası məhv edildi və ələ keçirildi - VİDEO Sabahın hava proqnozu açıqlandı Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ Qarabağda təmas xəttindən olan reportaj “ayın videosu” seçildi - VİDEO General anons verdi: İldırımsürətli qələbə... - MANE OLMASINLAR! Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ Düşmən Füzulini atəşə tutdu: Yaralılar var - RƏSMİ Fikrət Məmmədov onu Baş idarəyə rəis TƏYİN ETDİ - ƏMR Ermənipərəst Fransa Minsk Qrupunun həmsədri ola bilir, qardaş ölkə yox? - GƏLİŞMƏ Düşmənin yüksək rütbəli zabitləri məhv edildi: Xankəndidə hərbi hissə vuruldu - VİDEO Bu şəraitdə nə üçün atəşkəsə getməliyik ki? - Bu, ancaq DÜŞMƏNİN İŞİNƏ YARAYAR! BNA Bakını necə iflic duruma salıb... - GİLEY Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK Türkiyə Prezidenti: “Qarabağ probleminin yeganə həlli işğala son qoymaqdır” Teledərslərin oktyabrın 9-u üçün cədvəli - FOTO KTMT də MÖVQEYİNİ AÇIQLADI - "Azərbaycan Ermənistana zərbə endirməyəcək" Şuşada kilsənin dağıdılmasının Ordumuzla heç bir əlaqəsi yoxdur Ölkəmizdə koronaya yoluxanların sayı artdı Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı Ermənilərin dinc əhalini atəşə tutduğu “Qrad” məhv edildi - VİDEO “Biz Azərbaycanın yandaşı deyilik, özüyük" - GAMOH-dan ordumuza DƏSTƏK Leyla Abdullayeva: “Ermənilərin qəsdən mülki insanları hədəfə aldığına hələ də şübhə varmı?” - FOTO Daha bir erməni işğalçı təslim oldu - FOTO Vakansiyalar üzrə elektron yerləşdirmənin nəticələri açıqlandı "BakuBus"ın rəhbəri yenidən dəyişib Ermənilər Bərdəni atəşə tutur - RƏSMİ Ermənilər Ağdama yenə mərmi atıb: İki mülki şəxs yaralanıb Düşmənin daha bir yalanı ifşa edildi - FOTO Düşmən Goranboyda polis şöbəsi və məktəbi atəşə tutdu: Dağıntılar var - RƏSMİ ATƏT rəsmən ermənilərə SAHİB ÇIXIR - Bu təklif HOQQABAZLIQDIR! Xankəndi-Yerevan yolundakı körpü tam dağılmayıb - FOTO “İndiki ərəfədə onun bütün bəyanatları hiyləgərcəsinə davranışdır” - konkret məqsədlərə xidmət edir “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO İrəvan həm qorxur, həm də guya qorxudur... - GƏLİŞMƏ Düşmən hücumu nəticəsində həlak olan mülki şəxsin adı açıqlandı - RƏSMİ Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir: Ölən və yaralananlar var - RƏSMİ Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL