Leyla Əliyeva Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalında iştirak edib - FOTO


İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib.

Xeberekspress.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyinin, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə yüzlərlə azyaşlı, o cümlədən Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın festivala gəlməsi isə uşaqların bayram əhval-ruhiyyəsini daha da yüksəldib. Leyla Əliyeva uşaqlarla ünsiyyətdə olub, fotoşəkillər çəkdirib.

Festivalda hər kəs - balaca rəssamlar, rəqqaslar, idmançılar, musiqiçilər öz məharətlərini göstəriblər.

Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festival çərçivəsində balacalar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.

Heydər Əliyev Mərkəzinin parkı nağıllar və möcüzələr aləmini xatırladırdı.

Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb. Burada buz meydançası, rəqs meydanı, müxtəlif idman və incəsənət meydançaları yaradılıb. "Street art" - küçə incəsənəti üçün ərazidə uşaqlar asfalt üzərində, "Art" meydançasında isə molbertlərdə müxtəlif rəsmlər çəkiblər. Mərkəzin parkındakı göldə ilk dəfə olaraq qayıq yarışı keçirilib və kiçik avtomobillərlə ralli təşkil olunub, rollerdrom yaradılıb.

Uşaqlar arxeoloji meydançada şərti olaraq axtarış aparıb, qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkar ediblər, "Safari turu", "Mini ferma" zonalarında isə heyvanlar aləminə səyahət ediblər. Azyaşlılar safarinin vəhşi heyvanlarının maketləri ilə tanışlıqla yanaşı, "Mini ferma"da bir sıra heyvanlarla canlı ünsiyyətdə olublar.

"Art dəfilə" zonasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində təhsil alan istedadlı uşaqlar özlərinin əl işləri olan geyim nümunələrini təqdim ediblər.

Labirint zonasında balacalar səmti müəyyənetmə idmanı ilə məşğul olub, vaxtlarını şən və maraqlı keçiriblər. Uşaqlar, həmçinin şahmat oynayıb, idmanın müxtəlif növləri - futbol, basketbol, voleybol, gimnastika, taekvondo, cüdo, atletika və qılıncoynatma üzrə master-klaslarda iştirak edib, öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər. Estafet meydançasında isə balacalar mini qolf və oxatma ilə məşğul olub, həmçinin özlərini intellektual yarışlarda sınayıblar.

Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin guşəsində interaktiv oyunlar və əyləncəli müsabiqələr təşkil olunub. Uşaqlar tərəfindən maraqla qarşılanan müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.

Eyni zamanda, parkda uşaqlar üçün müxtəlif maraqlı attraksionlar - batutlar, sürüşkənlər, karusellər, yelləncəklər də quraşdırılıb.

Cizgi filmlərinin qəhrəmanlarının (maskotlar) iştirakı ilə keçirilən "Disney parad" nağıllar aləmini daha da zənginləşdirib. Uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər.

Həmçinin azyaşlılar üçün konsert proqramı təşkil olunub. Konsertdə uşaq yaradıcılıq mərkəzləri və studiyaları müxtəlif mahnılar, rəqslər, səhnəciklər təqdim ediblər.

Bakıdakı və regionlardakı uşaq evləri və internat məktəblərinin yaradıcı yetirmələri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar isə rəqs nömrələri, müxtəlif əl işlərini nümayiş etdiriblər.

Festivalda "İmaginarium", "The Entertainer" mağaza şəbəkələri, "Bolshoy prazdnik" və "Studyland" uşaq mərkəzi və "Megafun" əyləncə mərkəzinin təqdim etdiyi müxtəlif attraksionlar, animatorlar olub.

Uşaqlar üç saat ərzində bayramlarını bol əyləncələrlə qeyd etməklə yanaşı, istedad və bacarıqlarını da nümayiş etdirib, həm də yeni-yeni dostlar qazanıblar.

Mərkəzin parkı həm əyləncə, həm də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarında olub. Festivalda əl işi ilə (string-art növündə) çıxış edən Pərvan Abasquliyev həmyaşıdlarını hər gün bu cür bayram əhval-ruhiyyəsində görmək arzusunda olduğunu söyləyib.

Beş nömrəli internat məktəbindən Mələknur İsmayılzadə və Aqşin Rzayev festivala düzəltdikləri kuklalarla gəlmişdilər. Bu fidan balalar həm özlərinin, həm də bacı-qardaşlarının böyüyəndə ali məktəblərə daxil olmasını arzu edirlər. "Bu gün burada doyunca əyləndim, buz meydançasından isə daha çox xoşum gəldi", - deyən Səma Quliyeva da həmyaşıdlarını bayram münasibətilə təbrik edib.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin əmək təlimi müəllimi Ruhəngiz Rəhimova bu festivalı dövlətimizin uşaqlara yüksək qayğısının daha bir nümunəsi kimi dəyərləndirdiyini, əyləncələrin uşaqlara unudulmaz bayram sevinci yaşatdığını vurğulayıb.

Qeyd edək ki, uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu Öndərin adını daşıyan Fond yarandığı ilk gündən uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq uşaqlarla görüşür, onların təlim-tərbiyəsi ilə maraqlanır, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən müxtəlif tədbirlərdə və proqramlarda onlarla birgə olur.

Heydər Əliyev Mərkəzinin parkındakı festival iyunun 2-də də saat 16-dan 19-dək davam edəcək. Əraziyə giriş və əyləncə qurğularından istifadə pulsuzdur.





{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
“28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının fəaliyyəti dayandırılır Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq... - HAVA Jurnalistlərə və hüquq-mühafizə orqanlarına mitinqlə bağlı — ÇAĞIRIŞ ABŞ-da sərnişin təyyarəsi qəzaya uğradı: ölən və yaralılar var Metronun "28 May" stansiyası qarşısındakı meydan polis tərəfindən mühasirəyə alındı Maraqla gözlənilən dörd oyunu izləyəcəyiniz telekanallar Enerji içkiləri azyaşlılara satılmayacaq: QARŞISI ALINA BİLƏCƏKMİ? Bakıda tikintidə FACİƏ: başına boru düşən fəhlə öldü Doqquz ayda əhalinin gəlirləri 42,2 milyard manat təşkil edib Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE Avropa Oyunlarının qalibi hərbçilərin Dünya Oyunlarında iştirak edəcək Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb "Barış pınarı" təəssüratı: Bizdə də "İsa bulağı" hərəkatı baş versəydi... - Gözlənti Avropa Birliyinin rəhbəri ağladı Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır Paşinyanın saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı Milli Məclis gələn həftə toplanır Azərbaycanda saxta şpirislər satılır - TƏHLÜKƏ "Tapança Adil"ə hökm oxundu Sabah Bakıya yağış yağacaq - PROQNOZ Erməni generaldan SENSASİON AÇIQLAMA: Azərbaycan qəfil hücuma keçəcək Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA APOEL-in aparıcı üzvü sağaldı Türkiyənin uğuru dünya mediasında - "Ərdoğan istədiyini aldı" ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi Prezident Xalq artistinə ev verdi Əkrəm İmamoğlundan Müstəqillik günü TƏBRİKİ Bu ərazilərdə qaz olmayacaq sakinlərinin NƏZƏRİNƏ İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb Mehriban Əliyeva Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür İlham Əliyevdən yeni SƏRƏNCAM Zakir Həsənov Çinə səfər edəcək Prezident Faiq Qarayevi təltif etdi Putin və Ərdoğan bu tarixdə görüşəcək Tramp İtaliya prezidentini italyan pendiri ilə səhv saldı Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil Problemi krediti olanların nəzərinə: Siyahı hazırlandı Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb Sabah 26 dərəcə isti olacaq Çavuşoğlu və Trampın müşaviri arasında görüş keçirilib - Video Bu şəxslərə əsgərlikdən möhlət hüququ verilməyəcək Neymarsız 318 gün Rusiyada Azərbaycanın turizm potensialının təbliğatı genişləndirilir Türkiyədən Trampın məktubuna sərt cavab - "Zibil qutusuna atıldı" Həcc ziyarətinə gedən insan özünü “hacı” adlandıra bilərmi? — İlahiyyatçıların FİKİR QARŞIDURMASI Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Sumqayıtda qızıl oğruları tutuldu Caspian European Club-un ümumi toplantısı keçirilib Bakıda dəhşətli qətl: kürəkən arvadını və qayınanasını öldürüb yandırdı Ərdoğan Rusiyaya səfər edəcək Cəbhədən son məlumat - Müdafiə Nazirliyi Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA Messi 6-cı dəfə “Qızıl buts” aldı Bakıda avtobus dayanacağında 2 nəfəri öldürmək istədilər – ŞOK CİNAYƏT "Barış Pınarı" bölgə üçün nə vəd edir? – Politoloqdan açıqlama Rafael Cəbrayılov villasını satışa çıxardı - Borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur Minlərlə insana ŞAD XƏBƏR- Prezident 7 milyon manat ayırdı ABŞ-da həbs edilmiş azərbaycanlı iş adamının təqsirsiz olduğu sübut olundu Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir Qeyri neft-qaz sektorunda nə qədər artım olub? - RƏSMİ Azərbaycanda qadın dəhşətli qəza törətdi: Ölən var “Bremen musiqiçiləri” maraqla qarşılanıb Fati İspaniya millisində debüt etdi Milli Şuranın mitinqinə icazə verildi Müdafiə Nazirliyinin yüksək vəzifəlisi işdən çıxarıldı - RƏSMİ Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Prokurordan Elinanın intihar etdiyi məktəb direktoruna CƏZA TƏLƏBİ Qəzada vəfat edən azərbaycanlı biznesmen kim idi? “Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb” Ərdoğan Bakıda dollardan imtina etməyi - TƏKLİF EDİB Bakıya gətirilən yeni avtobuslar ilin sonuna qədər istifadəyə veriləcək Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub Vilayət Eyvazova ağır itki üz verdi Deputatın və generalın qohumu məhkəmə qarşısında Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi Azərbaycan və Türkiyə prezidentləri dünyaya BELƏ MESAJ VERDİ “Səni məhkəməyə verəcəm” — Elza Seyidcahan Xatunu HƏDƏLƏDİ – VİDEO Əliqismət Lalayev: 650 min ağacın əkilməsi olduqca böyük humanist addımdır Məşhur repçi futbol klubu satın aldı İlham Əliyev: “Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur” Bakıda bu şirkətin pul dolu seyfi oğurlandı Hava dəyişkən buludlu olacaq Türkiyənin apardığı müharibə Azərbaycan iqtisadiyyatına da təsir edəcək Bakıda 10 məktəb direktoru işdən çıxarılıb Azərbaycanda pensiya yaşı belə hesablanacaq - Yenilik “Maşın”ın finalçıları bəlli oldu Qarabağ münaqişəsi Bakının lehinə həll oluna bilər - SENSASİON AÇIQLAMA Tovuzda avtomobil motosikletlə toqquşdu - Ölən var Azərbaycanın mədəni irsi Seulda beynəlxalq festivalda təqdim olunub 3 polis və 1 həbsxana rəisi saxlanıldı - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib "Bəlkə, bu gün Kəmalə oyundan çıxacaq?" - Açıqlama İlham Əliyev Ərdoğanla görüşdü - FOTO Əbülfəs Qarayev Bakıda vətəndaşları qəbul edib Diri-diri basdırılan körpə sağ qaldı Prezidentdən vacib - FƏRMAN Evi olanlarla bağlı yeni qanun - Bunu etməyənlər cərimələnəcək Yasamalda silahlı İNSİDENT- Qonusunu evinə dəvət etdi və...