"Onu həm ana, həm də aktrisa kimi çox istəyirdim" - Ailəsi və sənət dostları tanınmış aktrisanı göz yaşları içində xatırladı - VİDEO - FOTO


Bu gün əməkdar artist, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktrisası Gülnar Salmanovanın doğum günüdür. Aktrisa yaşasaydı, 62 yaşını səhnədə sevənləri ilə, sənət dostları ilə birgə keçirəcəkdi. Heç kim onun ölümünü gözləmədiyi bir anda dünyasını dəyişdi Gülnar Salmanova. Həyatsevər, gülüşlə yaşayan sənətkar artıq 3 ildir ki, sevənlərini, sənət yoldaşlarını, ən əsası isə ailəsini gözüyaşlı qoyub. Sənət dostları və ailəsi sənətkarı ad günündə də tək qoymayıb, Milli.Az-a onunla bağlı xatirələrini bölüşdülər. Xalq artisti Firəngiz Mütəllimova aktrisa ilə tanışlığını bu cür xatırlayır:

"Baxmayaraq ki, Gülnar bizdən yaşca böyük idi, amma eyni illərdə universitetdə oxumuşuq. Mən Dram və kino aktyoru, o isə musiqili komediya aktyoru fakültəsində oxuyurdu. Həmişə onu gülərüz, mehriban bir qız kimi tanıyırdım. O vaxtı universitetimizin rəqs ansamblı var idi, biz birlikdə orda rəqs də edirdik. Həmişə mənimlə mehriban olub. Sonra elə oldu ki, bizim yollarımız ayrıldı. O, Musiqili teatra, mən isə Akademik Milli Dram Teatrına getdim. Amma buna baxmayaraq biz tez-tez görüşürdük. Hətta Aslan Qəhrəmanovun "Səni axtarıram" televiziya tamaşasına çəkiləndən sonra orda "Bağışla" adlı ikinci hissə oldu. Orda Elçinin yəni Yaşar Nurinin katibəsi var idi, adı da Gülnar. Onun bu televiziya tamaşasında "Elçin müəllim, çay içirsiniz?" sözü dillər əzbəri olmuşdu. Gülnar "Feliçita" televiziya tamaşasından sonra daha da məşhurlaşdı. O zaman oğlu Elçin balaca idi. Hər şey mənim yadımdadır. Mən Gülnarı həmişə deyib-gülən, yaxşı dost, səmimi insan kimi xatırlayıram. Hətta son vaxtlar onu xəstə yatağında görüb çox pis olmuşdum, bir müddət özümə gələ bilmirdim. Kaş Gülnar bu gün həyatda olaydı. Amma çox təəssüflər olsun ki, bu, bizdən asılı deyil.

Aktrisa ilə "Feliçita" televiziya tamaşasında tərəf müqabili olan aktyor həmkarı Ağaxan Salmanlı isə bunları bildirib:

""Feliçita" səhnələrinin maraqlı və önəmli tarixi var. Bu səhnələrdə aktyorlar mən, Ofeliya Məmmədzadə və Gülnar Salmanova idi. Biz Gülnar xanımla çəkilişlərdə görüşürdük, deyim ki, möhkəm dostluq əlaqələrimiz də yox idi. Sadəcə, rejisor tərəfindən müxtəlif teatrlardan seçilmiş tərəf müqabilləri idik. Bir-birimizə hörmətlə yanaşırdıq, çalışırdıq ki, oynanılan mövzunu dolğun və maraqlı ifa edək. Gülnar xanımı xəstə vəziyyətində ziyarət edə bilmədim, çünki bir vaxtlar qıvraq gördüyüm insanları əyilmiş görəndə özümü hədsiz dərəcədə pis hiss edirəm və bu da həmin insana dərin psixoloji təsir edir. Allah Gülnara rəhmət etsin, qəbri nurla dolsun. Nə xoş ki, o, bizim xatirəmizdə yaxşı qalıb".
Aktrisa ilə uzun illər birgə teatrda çalışan, yaxın sənət dostu Nahidə Orucova isə Gülnar Salmanovanın obrazlarının özünəməxsusluğundan danışıb:

"Gülnar xanım haqda keçmişdə danışmaq çox ağırdır. Çünki hər dəfə teatra daxil olanda onun nəfəsi duyulur. Otağının yanından keçəndə onu xatırlayıram, ümumiyyətlə, Gülnar xanımın yoxluğunu biz hələ də qəbul etməmişik. Tale ona iki ömür bəxş etmişdi, biri hər zaman oynadığı tamaşalarda xoşbəxt qadın, digəri isə həyatın bütün çətin, ağır günlərini görmüş bir insan. Çox heyiflər olsun ki, o cür aktyorlarımızı itiririk, itirə-itirə gedirik. Sütunlarımız gedib, biz əyilə-əyilə qalmışıq. Bizim teatrımızdan elə sütunlar gedib ki, biz laxlayırıq. O, oynadığı bütün obrazlarına möhür vurmuşdu. Gülnar Salmanovanın obrazlarını onun qədər gözəl oynayan və tamaşaçılara sevdirən ikinci bir şəxs heç vaxt olmayacaq. Allah onun oğlu Elçinə və nəvələrinə gözəl ömür nəsib etsin".

 

Aktrisanın oğlu Elçin Salmanov isə onu anadan çox, dost, sirdaş kimi xatırlayır:
"Anam Gülnar xanımın vəfatından artıq 3 il vaxt keçib. Bu 3 ildə elə bir günüm olmayıb ki, anamı xatırlamayım. Hər gün, hər an qəlbimizdədir. Şəkillərinə baxıb, xoş xatirələrlə yad edirik. Yaşasaydı, bu gün 62 yaşı olacaqdı. Onu həm ana, həm də aktrisa kimi çox istəyirdim. Anam mənim gözümdə istedadlı, hətta deyərdim ki, "Oskar" mükafatı almış aktyorlar qədər istedadlı aktrisa idi. Bundan başqa anamla sirdaş, dost idik. Çətin günlərimi onunla bölüşüb doğru məsləhət alardım. Mən həm də dostsuz, sirdaşsız qaldım. Mənə "Eliş" deyərdi. Ya da "nəfəs" deyib çağırardı. Bir də onu qeyd edim ki, lətifələri çox xoşlayardı. Hər dəfə yeni lətifə danışanda uğunub gedərdi. Anam qızıma öz adını vermişdi. Həmişə deyirdi ki, Gülnar mənim kimi aktrisa olacaq. Amma son vaxtlarında deyirdi ki, Gülnar savadlı həkim olsun, onu həkim kimi görmək istəyirdi. Qızım hələ balacadır, gələcəkdə hansı sahəyə həvəsi olarsa, o sahəyə də yiyələnər" deyə aktrisanın oğlu bildirib.





{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
“28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının fəaliyyəti dayandırılır Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq... - HAVA Jurnalistlərə və hüquq-mühafizə orqanlarına mitinqlə bağlı — ÇAĞIRIŞ ABŞ-da sərnişin təyyarəsi qəzaya uğradı: ölən və yaralılar var Metronun "28 May" stansiyası qarşısındakı meydan polis tərəfindən mühasirəyə alındı Maraqla gözlənilən dörd oyunu izləyəcəyiniz telekanallar Enerji içkiləri azyaşlılara satılmayacaq: QARŞISI ALINA BİLƏCƏKMİ? Bakıda tikintidə FACİƏ: başına boru düşən fəhlə öldü Doqquz ayda əhalinin gəlirləri 42,2 milyard manat təşkil edib Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE Avropa Oyunlarının qalibi hərbçilərin Dünya Oyunlarında iştirak edəcək Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb "Barış pınarı" təəssüratı: Bizdə də "İsa bulağı" hərəkatı baş versəydi... - Gözlənti Avropa Birliyinin rəhbəri ağladı Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır Paşinyanın saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı Milli Məclis gələn həftə toplanır Azərbaycanda saxta şpirislər satılır - TƏHLÜKƏ "Tapança Adil"ə hökm oxundu Sabah Bakıya yağış yağacaq - PROQNOZ Erməni generaldan SENSASİON AÇIQLAMA: Azərbaycan qəfil hücuma keçəcək Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA APOEL-in aparıcı üzvü sağaldı Türkiyənin uğuru dünya mediasında - "Ərdoğan istədiyini aldı" ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi Prezident Xalq artistinə ev verdi Əkrəm İmamoğlundan Müstəqillik günü TƏBRİKİ Bu ərazilərdə qaz olmayacaq sakinlərinin NƏZƏRİNƏ İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb Mehriban Əliyeva Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür İlham Əliyevdən yeni SƏRƏNCAM Zakir Həsənov Çinə səfər edəcək Prezident Faiq Qarayevi təltif etdi Putin və Ərdoğan bu tarixdə görüşəcək Tramp İtaliya prezidentini italyan pendiri ilə səhv saldı Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil Problemi krediti olanların nəzərinə: Siyahı hazırlandı Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb Sabah 26 dərəcə isti olacaq Çavuşoğlu və Trampın müşaviri arasında görüş keçirilib - Video Bu şəxslərə əsgərlikdən möhlət hüququ verilməyəcək Neymarsız 318 gün Rusiyada Azərbaycanın turizm potensialının təbliğatı genişləndirilir Türkiyədən Trampın məktubuna sərt cavab - "Zibil qutusuna atıldı" Həcc ziyarətinə gedən insan özünü “hacı” adlandıra bilərmi? — İlahiyyatçıların FİKİR QARŞIDURMASI Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Sumqayıtda qızıl oğruları tutuldu Caspian European Club-un ümumi toplantısı keçirilib Bakıda dəhşətli qətl: kürəkən arvadını və qayınanasını öldürüb yandırdı Ərdoğan Rusiyaya səfər edəcək Cəbhədən son məlumat - Müdafiə Nazirliyi Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA Messi 6-cı dəfə “Qızıl buts” aldı Bakıda avtobus dayanacağında 2 nəfəri öldürmək istədilər – ŞOK CİNAYƏT "Barış Pınarı" bölgə üçün nə vəd edir? – Politoloqdan açıqlama Rafael Cəbrayılov villasını satışa çıxardı - Borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur Minlərlə insana ŞAD XƏBƏR- Prezident 7 milyon manat ayırdı ABŞ-da həbs edilmiş azərbaycanlı iş adamının təqsirsiz olduğu sübut olundu Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir Qeyri neft-qaz sektorunda nə qədər artım olub? - RƏSMİ Azərbaycanda qadın dəhşətli qəza törətdi: Ölən var “Bremen musiqiçiləri” maraqla qarşılanıb Fati İspaniya millisində debüt etdi Milli Şuranın mitinqinə icazə verildi Müdafiə Nazirliyinin yüksək vəzifəlisi işdən çıxarıldı - RƏSMİ Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Prokurordan Elinanın intihar etdiyi məktəb direktoruna CƏZA TƏLƏBİ Qəzada vəfat edən azərbaycanlı biznesmen kim idi? “Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb” Ərdoğan Bakıda dollardan imtina etməyi - TƏKLİF EDİB Bakıya gətirilən yeni avtobuslar ilin sonuna qədər istifadəyə veriləcək Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub Vilayət Eyvazova ağır itki üz verdi Deputatın və generalın qohumu məhkəmə qarşısında Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi Azərbaycan və Türkiyə prezidentləri dünyaya BELƏ MESAJ VERDİ “Səni məhkəməyə verəcəm” — Elza Seyidcahan Xatunu HƏDƏLƏDİ – VİDEO Əliqismət Lalayev: 650 min ağacın əkilməsi olduqca böyük humanist addımdır Məşhur repçi futbol klubu satın aldı İlham Əliyev: “Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur” Bakıda bu şirkətin pul dolu seyfi oğurlandı Hava dəyişkən buludlu olacaq Türkiyənin apardığı müharibə Azərbaycan iqtisadiyyatına da təsir edəcək Bakıda 10 məktəb direktoru işdən çıxarılıb Azərbaycanda pensiya yaşı belə hesablanacaq - Yenilik “Maşın”ın finalçıları bəlli oldu Qarabağ münaqişəsi Bakının lehinə həll oluna bilər - SENSASİON AÇIQLAMA Tovuzda avtomobil motosikletlə toqquşdu - Ölən var Azərbaycanın mədəni irsi Seulda beynəlxalq festivalda təqdim olunub 3 polis və 1 həbsxana rəisi saxlanıldı - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib "Bəlkə, bu gün Kəmalə oyundan çıxacaq?" - Açıqlama İlham Əliyev Ərdoğanla görüşdü - FOTO Əbülfəs Qarayev Bakıda vətəndaşları qəbul edib Diri-diri basdırılan körpə sağ qaldı Prezidentdən vacib - FƏRMAN Evi olanlarla bağlı yeni qanun - Bunu etməyənlər cərimələnəcək Yasamalda silahlı İNSİDENT- Qonusunu evinə dəvət etdi və...