15 yaşlı qızı hamilə qoyan müəllimin cəzası nə qədər arta bilər? - “Belə yüngül cəzaya rast gəlməmişəm”


Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə qoyan 60 yaşlı müəllimin bir il müddətinə həbs cəzası alması ictimai qınağa səbəb olub.

Sosial şəbəkələrdə yaşlı müəllimin əqli cəhətdən zəif olan azyaşlı ilə cinsi əlaqəyə girməsi, ancaq cəmi 1 il azadlıqdan məhrum edilməsi pislənilib. Hadisəyə yenidən hüquqi qiymətin verilməsi üçün etirazlar başlayıb.

Qeyd edək ki, hadisə Lerikin Kirəvud kəndində baş verib. 15 yaşlı qız rus dili müəllimi, 60 yaşlı Məmmədov Şəfahət münasibətdə olub. Şəfahət Məmmədov barəsində Lerik rayon Məhkəməsində hakim Atabəy Kiçikbəyov tərəfindən çıxarılan qərarla o, cəmi 1 il (Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə, yəni on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) həbs cəzası kəsilib.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, məlum hadisə ilə bağlı müəllimin 1 il azadlıqdan məhrum edilməsi bütün hüquqşünasları təəccübləndirib:

“Əslində müəllim zorlanma maddəsi ilə mühakimə olunmalı idi. Şəxsin ittiham olunduğu maddə (152.1 ) hər iki tərəfin razılığını nəzərdə tutur.

Fakt odur ki, qızda əqli çatışmazlıq var və öz əməlini dərk etmir, idarə edə bilmir. Artıq bu əməlin tövsifində səhvdən söhbət gedir. Hesab edirəm ki, zorlanma maddəsi ilə məhkum olunub, maddə daxilində cəza almalı idi. Hətta müəllim əlavə maddələrlə də (vəzifə səlahiyyətindən sui-istifadə)ittiham oluna bilər. Çünki qıza söz deyən və tələb edən qulluq sahibi idi. Bu baxımdan, maddənin tövsifində çox böyük səhvə yol verilib və məsələyə yenidən baxılmalıdır. Zərərçəkmiş tərəf apellyasiya şikayəti verə bilər”.

Hüquqşünas hesab edir ki, istintaqın gedişindən asılı olaraq müəllimə iki maddə ilə cinayət işi açılması daha ədalətli olardı:

“Birincisi, 149.2.3 maddəsidir (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlanma). Şəxs müəllim idi və bilirdi ki, qız azyaşlıdır. Bu maddədə 10 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur. İkincisi isə 149.3.3 maddəsidir (təqsirkar üçün aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində). Düzdür, qızın 15 yaşı var. Amma əqli inkişafı ola bilsin ki, 13 və ya 14 yaşdadır. Bunu ekspertiza təyin edə bilər. Şəxsi mövqeyim odur ki, müəllimi bu maddə ilə, yəni 149.3.3 maddəsi ilə ittiham etməlidirlər. Bu, ağır maddədir və 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmədir. Azyaşlının əqli qüsuru varsa, hər halda 15 yaşlı deyil. İstənilən halda bu hadisə 1 illik cəzaya adekvat cinayət əməli deyil. Bu işə yenidən baxılmalıdır. Onu da deyim ki, müəllimin ittiham olunduğu 152.1 maddəsində 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur ki, şəxsə həmin cəzanın minimum qismi verilib. Bu da məhkəmə prosesində çox təccüblüdür. Praktikada belə yüngül cəzaya rast gəlməmişəm”.

Əsabəli Mustafayev onu da əlavə edib ki, belə bir həbs cəzası qorxulu tendensiyadır:

“Biz bilirik ki, hər cinayət üzrə qəbul olunmuş qərar qabaqlayıcı və profilaktika rolunu oynayan tədbir olmalıdır. Əgər müəllim bu işlə məşğuldursa və ona cəmi 1 il həbs verilirsə, bu, cəmiyyətdə cəzasızlıq mühiti, həmçinin qanunlara, insan ləyaqətinə, şərəf və namusuna hörmətsizlik sindromu yarada bilər. Belə bir şey ola bilməz. 15 yaşlı qızın bütün həyatını məhv edirsən. Az yaşında qız artıq hamilədir və ana olacaq. Nə özü uşağı tərbiyə edə biləcək, nə valideynlər qəbul edəcək. Çox böyük faciədir. Hesab edirəm ki, bu, çox böyük məhkəmə səhvidir”.





{r-rp} {r-rm}




Şərhlər (Facebook)








Tereqqi.Tv Son Xəbərlər:
General: Düşmən təxribata hazırlaşır, hazır olun! - Video Tramp: “Bayden prezident seçilsə, Çin qalib gələcək” Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 148 yeni yoluxma - FOTO Azərbaycanda vəzifəli şəxs cərimələndi - RƏSMİ + FOTO Prokurorluq “Azərenerji”nin əməkdaşının ölümü ilə bağlı cinayət işi açdı İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır” DYP-də şortik qalmaqalı - polis “olmaz”, vəkil “olar” deyir Ölkədən pullar gedib, amma gəlməyib: - Bir milyard dollar kəsiri necə bağlayacağıq?! Nazir rəis müavinini vəzifəsindən azad edib - ƏMR “Əfv alveri”ndə adı hallanan eks - deputatla bağlı sensasion məlumatlar - "Konkret ad çəksin" Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə BƏD XƏBƏR Nazir rəis müavinini vəzifəsindən azad edib - ƏMR Əhməd Əhmədzadə özünün onunla əvəzlənməsini istəyib - İDDİA “Baku Steel Company”də işçi haqqı yeyilir - GİLEY Cəbhədə son durum Tofiq Yaqublu AZADLIĞA ÇIXDI Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı Novruz Aslanov onlayn qəbul keçirib Bir ay sonra MƏKTƏBLƏR BAĞLANA BİLƏR - Gözlənti Partiya sədri: “Ramiz Mehdiyev təcili həbs edilsin!” "Sədərək"də komissiya yaradıldı: - Mağazaların işıqları söndürüldü Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır Məktəb direktorundan Təhsil Nazirliyinin əməkdaşlarına İTTİHAM: - “Alıcı quş kimi məktəbə şığıdılar…” İlham Əliyev Dövlət Agentliyinə 10,05 milyon manat ayırdı - SƏRƏNCAM Keçmiş "boz kardinal"ın BOZ AYI... - Ramiz Mehdiyevin baş tutmayan REVANŞI... “Camal LTD” şirkətində rəsmi əmək müqaviləsi ilə işləsə də... - GİLEY 20 milyon dollar necə “qazanıldı?” - Keçmiş deputatdan inanılmaz fırıldaq İşdən çıxarılan polis rəisinin yerinə təyinat oldu - ƏMR Dövlət qurumlarının "COVİD 19" tenderləri... - İLGİNC SİYAHI Nə kompüterimiz var, nə də normal internet... – Özümüz deyib, özümüz eşidirik Elton Məmmədovun Ramiz Mehdiyevin səngərində yer alması... - GƏLİŞMƏ Moskvanın jesti, yoxsa Bülbüloğlunun nüfuzu? - Kreml gediş etdi və... Bu gün Milli Musiqi Günüdür Zakir Fərəcovun bunları görməsi gərəkir... - VİDEO Təhsil sistemi görün, nə günə alıb ki... - GİLEY Bu gün neçə nəfər koronaya yoluxub? - Rəsmi Ramiz Mehdiyev mülklərini satır - Onların qapısını bircə dəfə də açmayıb Qurban Məmmədovu Əli Həsənov belə xilas etdi - İstanbuldan Londona təcili uçuş PREZİDENT İLHAM ƏLİYEVİN MÜƏYYƏNLƏŞDİRDİYİ DÖVLƏT SİYASƏTİNDƏ “AZƏRBAYCAN GƏNCLİYİ” ƏSAS PRİORİTETDİR Səfər Əbiyevi də Ramiz Mehdiyev "VURUB"? - İDDİA Azərbaycan-İran sərhədində atışma: Ölən var - FOTO Nazir polis polkovniklərinin yerini dəyişdi - ƏMR Prezident sərəncam İMZALADI Sərdar Cəlaloğlu Qurban Məmmədovun müdafiəsinə qalxdı Ramiz Mehdiyevin kürəkəninə qarşı yeni ittiham - ”şirinlik" təklif edirdi" Təhsil Naziri bu məsələyə müdaxilə etməlidir... - İTTİHAM Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA Qurban Məmmədov həbs olundu - Oğlundan AÇIQLAMA Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı 11-ci sinif şagirdləri üçün sentyabrın 10-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb - Diqqət! “Binə” və “Sədərək”də total yoxlamalar – böyük mənimsəmə iddiası Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı olacaq - TƏHLİL Ölkədə təhsil böhran yaşayır... - nazirlik "şouya baxırlar" deyir Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: “Şagirdləri ilə qumar oynayır” Azərbaycandan Türkiyəyə səfərlərdə pasport lazım olmayacaq – RƏSMİ Hakimin özbaşınalığı və... - İTTİHAM ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları... Bu gün neçə nəfər koronaya yoluxub? Baş Prokurorluq deputatın fəaliyyətinə 3 gün ərzində xitam verə bilər “Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM “Sədərək” və “Binə” ticarət mərkəzlərindən gizli görüntülər - VİDEO TOPAZ müəmması davam edir - Gənclər və İdman Nazirliyinə 3 sual! Əli Həsənovun Antalyadakı villasının fantastik qiyməti - FOTO İlham Əliyevdən Vaqif Axundovla bağlı SƏRƏNCAM DTX əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO Pandemiyanın gətirdiyi daha bir bəla: Ərzaq bahalaşır - TƏHLÜKƏ Jurnalistikaya qəbul üzrə qabiliyyət imtahanlarının nəticələri barədə apelyasiya müraciətlərinə baxılacaq - Sabahdan Sahil Babayev sosial yardım alanların sayını belə azaldır? - DSMF-dən daha bir GİLEY Gəncə təhsilində nələr baş verir? - İDDİA Tehranın özünə də təhlükəli “KÜRD PLANI” - TƏHLİL "Hadisənin Bakıda olması belə, dəqiq deyil" - VİDEO Qarabağ üçün həyəcan siqnalı: Sonra gec olacaq! - TƏHLİL Ağstafanın təhsil müdiri 2 manatdan pul yığır... - İDDİA Səfər Əbiyev Veteranlar Təşkilatını ələ keçirir? – “O vəzifədə nə gözüm var, nə də...” Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - Ölənlər də var Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - Ölənlər də var Əmlakını satışa çıxaran Vüqar Səfərli ifadəsində Əli Həsənovu hədəf göstərib - KİVDF işində YENİ DETALLAR Su Polisindən əməliyyat: Balıqları kütləvi şəkildə məhv edən şəxslər tutuldular Əli Həsənov Dubayda ORTAYA ÇIXDI... – Bahalı istirahət mərkəzində səhər yeməyi Mədəniyyət Nazirliyində yeni təyinat Mehriban Əliyevadan Bilik günü TƏBRİKİ “ASK Ayaqqabı Fabriki”MMC-nin istehsal etdiyi malları kimlər alır? - İlginc İDDİA Dönərxanalarda işləyənlərlə əmək müqaviləsi bağlanacaq Nizami İH araşdırılır: müavinlər nələrə şərik olub? - İTTİHAM Onlayn dərsin müddəti nə qədər olmalıdır – 45, yoxsa 30 dəqiqə? Qax rayonunda tenderləri hansı şirkətlər udur? - İLGİNC SİYAHI Türkiyə Azərbaycanda hərbi baza quracaq? - AÇIQLAMA Ramiz Mehdiyevin şüşəsindəki "ÇİN KARQO"... - Sahibkarlar ETİRAZ EDİR “ASAN xidmət”in Aparat rəhbəri işdən çıxarıldı Ağsaqqalın əcəb kadr siyasəti var... - İDDİA Bu gecədən hava dəyişir - XƏBƏRDARLIQ "Azərbaycanda bəyəm hər ailədə kompüter, planşet var?" - AKTUAL Koronavirusla bağlı SON STBƏYANAT: Ermənistan işğal olunmuş ərazilərdə və sərhəd bölgəsində su ehtiyatlarını çirkləndirməkdə davam edirATİSTİKA “Kristal Abşeron-1”-dən narazılıq var - VİDEO Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA İlham Əliyevdən Bilik Günü münasibətilə MÜRACİƏT 15 sentyabr Azərbaycanda “Bilik Günü”dür Azərbaycanda virusa yoluxma kəskin azaldı - daha 2 nəfər öldü Evlərini təhvil ala bilməyən vətəndaşlar AAAF PARK-dan şikayətçidirlər - VİDEO Məktəbəhazırlıq qruplarına qeydiyyat sentyabrın 24-dək davam edəcək - Diqqət!