Fədakar Azərbaycan qadını

Cəmiyyət
6-03-2025, 14:18 1 527

Fədakar Azərbaycan qadını ailəni qorumaq və övladları tərbiyə etmək vəzifəsini hər zaman öz zərif çiyinlərində daşıyaraq Vətənimizə qəhrəman oğul və qızlar bəxş etmiş, bununla da dövlətimizin gələcəyinin əsas təminatçısı olmuşdur. Qadınlarımız tarix boyu dövlətçiliyimizin qurulması, güclənməsi və inkişafında, bu gün isə qalib ölkə kimi dünya dövlətləri arasında layiqli yer tutmasında vacib rol oynamışdır. Dövlət müstəqilliyi bərpa edildikdən və ən əsası Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etməyə başladıqdan sonra qadınlarımız bütün sahələrdə yüksək etimada layiq görülmüş, öz zəhmətləri ilə bu etimadı layiqincə doğrultmuşlar. Həyatın
ın mənasını ailəsinə, xalqına və dövlətinə xidmətdə görən Azərbaycan qadını dövlət idarəetməsində layiq olduğu ən ali məqama yüksəlmişdir. Mən bu gün Azərbaycan xanımlarının təhsildə, idmanda ümumiyyətlə bütün sahələrdə fərqlənmələri
üçün,rahat şərait yaradıldığını xüsusi qeyd etmək istəyirəm.Mübaliğəsiz deyərdim ki, ideal qadın obrazı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsində və onun yaratdığı şəraitdən yararlanan qadınlarımız dünya səviyyəsində öz sözünü deyə bilir.Humanizm və mərhəmət prinsiplərini rəhbər tutan Birinci xanım Mehriban xanım Əliyevanın təşəbbüsü ilə amnistiya aktlarının icrası həyata keçirilmişdir. İnsanların öz ailələrinə qovuşması, xanımların göz yaşlarının sevincə qərq olması əvəzsiz bir nemətdir. Heydər Əliyev Fondu beynəlxalq əməkdaşlıq çərçivəsində də fəaliyyətini uğurla davam etdirir. Bu gün dünyada beynəlxalq mətbuatın diqqətində olan birinci xanımlar arasında məhz Mehriban Əliyevanın adını göstərərdim. İsrailin "Breaking İsrael News" saytında verilən bir yazını diqqətinizə çatdırıram:"Azərbaycanın müasir baxışlara malik birinci xanımı Mehriban Əliyeva öz fəaliyyəti ilə ölkə qadınlarına nümunə göstərir, onları cəmiyyətdə fəal olmağa ruhlandırır".Məhz bu baxımdan, Mehriban xanım Əliyeva Azərbaycan qadın hərəkatının lideri kimi bir çox təltiflərə layiq insan kimi, şəxsiyyət kimi bu gün də ən nüfuzlu təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Bu da fədakar Azərbaycan qadınının dünyaya bir nümunəsidir! Sonda vurğulayım ki, Qadınlarımızın sahib olduğu qayğıkeşlik, insanpərvərlik, xeyirxahlıq, şəfqət, mehribanlıq kimi ali dəyərlər öz ictimai təsdiqini tapmış və bütün dünyaya azərbaycanlı qadınların ehtişamını göstərmişdir. Nəhayət məndən fədakarlıq, Sevgi, Səbr və gözəllik nədir deyə soruşsalar, sadəcə Anamdır deyərəm.
Anamın simasında bütün Şəhid analarını ümumiyyətlə Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm, onlara cansağlığı və xöşbəxtlik arzu edərək, Qadınlar gününüz mübarək olsun, deyirəm.

YAP Saatlı ƏPT-n sədri 
Vüqar Məmmədov.