Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 93 yeni yoluxma - FOTO

Gündəm / Sağlamlıq
12-08-2020, 16:51 791
Azərbaycanda koronavirus infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. 
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8054 test aparılıb.
Aktiv xəstə sayı isə 2269 nəfərdir.