Ölkəmizdə koronaya yoluxanların sayı sürətlə artdı

Gündəm / Sağlamlıq
17-08-2020, 18:12 670

Azərbaycanda koronavirus infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5153 test aparılıb.

Aktiv xəstə sayı isə 1793 nəfərdir.