TOVUZ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISI MƏMMƏD MƏMMƏDOV ÖLKƏ PREZDENTİ İLHAM ƏLİYEVİN DAXİLİ SİYASƏTİNƏ ZİDD HƏRƏKƏTLƏR EDİR !

Gündəm / Seçilmişlər
8-01-2022, 16:20 444


"ZƏHƏR-GÜBRƏ MAMMED" UNUN KİSƏSİNİ NEÇƏYƏ SATIR ?

Azərbaycan milliyətinin,qədim şifahi-xalq ədəbiyyatı incilərindən olan,tənbeh-tənqid deyimləri var.

Həmin deyimlər Oğuz Türk ədəbiyyatında və "Dədə Qorqud"dastanlarında daha da mükəməl formalaşmışdır.

"Səni topal olasan" ziyanlıq etdiyin yerdə, "Gözlərin  kordurmu"", "Öküzün biri Öküz",Allah sənə "qotur  versin" "dırnaq verməsin", Səndənsə bir cüt yumurtayan toyuq yaxşıdır,Allah dağına baxıb qar yağdırar,belə zılxın bu cür də dovğası olar, "Yalama dodaq sağalmaz" "qaraçı dilənməkdən usanmaz", kimi deyimlərinin əksəri sanki Məmməd Məmədov üçün ölçülüb-biçilib deyilmişdir.

Məmməd Məmmədov küçə alverçisi,zəhər və gübrə satan bir adam olmuşdur.

Məmmədlə birlikdə ali məktəbdə təhsil alan şəxslər Mammedin keyfiyyətsiz adam olmasından və bilik,savadının sıfır səviyəyə uyğunluqu ilə yanaşı şəxsi qabiliyyətinin də aşağı olmasını söyləyirlər.

Məmməd Məmmədov dövlət hesabına fermer və pay torpaq sahiblərinə verilən güzəştli kimyəvi maddələri və gübrələri acıgözlüklə mənimsədiyi üçün "ZƏHƏR-GÜBRƏ MAMMED" ləqəbi alıb.Kifayət qədər dövlət əmlakını bu sahədə,mənimsədikdən sonra direktoru olduğu AQRO KİMYA  MMC-ni oğlu "papa"balası Rəhmana "pas" verir ki,gəl indi də sən tala dövlət əmlakını ! Mən daha geniş sferada xalqı və dövləti talayacam !

Məmməd Məmmədov,zəhər-gübrə Mammedlikdən, "valyuta "başçı Mammedə çevrilir.

Tovuz rayon icra hakimiyyətinin başçısı təyin olunur.Elə bununla da Tovuzun qara günləri başlanır və Tovuzlular "qan" ağlayır.
Ən maraqlı məqam burasındadır ki,Məmməd Məmmədov yeganə başçıdır ki,öz rayonunda icra hakimiyyəti başçısı vəsifəsinə təyinat alıb.

Bu adam Tovuz rayon icra hakimiyyəti başçısı vəzifəsinə layiq olmasa da,neçə illərdir ki,bu vəzifəni icra edir və özüdə necə...... !

Taxıl və ərzaq mallarının qiymətində ki,son günlərdə olan dəyişiklik və artımlardan da məharətlə istifadə etməyi bacarmışdır.Məmməd Məmmədov ticarət qabiliyyətini daha da artırmaq məqsədi ilə "onlayın" malların satışında və müştəri olan orta ticarətçilərlə bir başa özü,telefon əlaqəsi qurmaqla danışıqlar aparıb və alver edir.

Məmməd Məmmədovun dövlətə və büdcəyə vurduğu maddi və mənəvi zərərin nəticəsidir ki,bu gün ölkəmizdə taxıl və ərzaq qıtlığı yaranmışdır.Bu hərəkətlər isə ölkə prezdenti Cənab İlham Əliyevin maddi məhsullar bolluğu yaratmaq və ərzaq  - yeyinti sektorunda inkişafın qarşısını almaq üçün atılan süni səddir.

Dövlətin ərzaq proqramına qarşı çıxmaqla Məmmədovlar sülaləsi (Cahan,Məmməd və Rəhman) külli miqdarda kənd təsərrüfatına,fermer və pay torpaq sahiblərinə,aqrar sahənin inkişafı üçün ayrılan subsidyaları,10-ilə yaxındır ki, mənimsədiyindən və əkin sahələri üvün nəzərdə tutulan kimyəvi maddələri,ata malı kimi satdırdığından ölkədə taxıl və ərzaq qıtlığı yaranmışdır.

Halbuki Məmməd kimi korrupsonerlərin yalanı ucbatından yalançı statistika Prezidentə təqdim edilir.Cənab prezdent isə Məmməd Məmmədov kimi xəyanətkar məmurlara aldanır.Nəticədə məmur kürsüsündə oturan Məmmədovlar ölkəmizin və iqtidarımızın daxili siyasətinə qarşı çıxmış olurlar.
Bunuda qeyd etmək yerinə düşər ki,əvvələr Mammedin,hal-hazırda isə Rəhmanın direktor olduğu  "AQRO KİMYA" MMC dövlət əmlakını talama və oğurlama məqsədinə xidmət edib.

Məmməd Məmmədov un qida məhsulunun qiymətinin qeyri stabil olmasından sui-istifadə edərək Kürdəmir,İmişli və Saatlı rayonlarındakı şəxsi anbarlarından unun 50-kq kisələrini 39-manatdan satışa çıxardırmaqla yanvar ayının 4-5 və 6-da 10 min kisə un satdırmışdır.

Hörmətli oxucular ! Şimali Koreyada məmur belə özbaşnalıq edərsə ? Bu zaman Kim Çen In ona hansı cəzanı verdirər ?

Mürşüd Mirzəyev.