Tovuz RİHB-nın, 52-yaşlı Ərazi Nümayəndəsi özünü niyə öldürüb ?

Gündəm / Seçilmişlər
13-01-2022, 18:13 201

Tovuz Rayon icra hakimiyyəti başçısı MƏMMƏD MƏMMƏDOVUN silsilə özbaşınalıqları,rüşvət və korrupsiya hərəkətləri barədə yazıları oxuculara çatdırmışıq.
12-Yanar 2022-ci il tarixində Məmməd Məmmədovun növbəti özbaşınalıq və rüşvətinin qurbanına çevrilən Tovuz rayon İH-nin,Göyəbaxan kənd ərazi icra nümayəndəsi özünə qəsd etdi.
Belə ki,Məmməd Məmmədovun özbaşınalıgından cana doyan,özünə qəsd edən şəxs 1970-ci il təvvəlüdlü Barat Məhərrəmovdan son 2-il ərzində,10-min manatdan çox müxtəlif dolayısı yollarla pul vəsaiti alan Məmməd, köməkçisi Elşənə tapşırıq verib ki, Tovuz RİH-nin, Ə/N-nin və idarə rəhbərlərinin hər birindən 3( üç) min manat pul yığsınınlar. bildi
Digərləri kimi Barata köməkci Elşən qəti olaraq Tovuz xanın ismarıcını tapşırıb. Əvvəlki illərdə Məmməd Məmmədova verdiyi pulları banklardan, kredit yolu ilə əldə etməsini bildirən mərhum Barat Məhərrəmova, köməkci Elşən, Məmməd Məmmədovun tapşırıgı işdən azad olunma ərizəsi yazmağa məcbur etmişdir.
Bunu da qeyd etmək yerinə düşər ki,Tovuz RİH-nin İƏ-si, Göyəbaxan kənd nümayəndəsi Barat Məhərrəmov kənddə və rayonda sayılıb seçilən şəxslərdən olmuşdur.
Tovuz rayon RİH-başcısı Məmməd Məmmədov,əmisi Cahan Məmmədova arxalanaraq bütün növ cinayətləri törətməkdədir.Özünü Tovuzun Şahı kimi aparan bu zəhər satan Mammed, daha nələr?hansı ziyanlıqlar törədəcək? bunu yalnız Allah bilər !
Tovuz RİH-nin Humanitar məsələlər üzrə müavini Təranə Bayramova, hələ bir neçə gün bundan əvvəl mənim şəxsimə aid telefonla mənimlə dəfələrlə danışaraq Məmməd Məmmədovun Tovuz rayonuna "Tor"atmasından və müavin Təranə  xanımıda qismən aidiyyatlı şəxslərdən pul toplayaraq ona verməsini bildirmişdir.Lakin Təranə xanım bu missiyanı yalnız özünün şəxsi vəsaiti hesabına yerinə yetirməklə Məmmədə çatdırmasınıda söylədi.
Neyləyək ki,Barat müəllim ! Əksər vaxtı pis sağ qalır,yaxşı ölür !
Ruhun şad olsun !
Allah sizə rəhmət etsin !
Daha ətraflı növbəti sayda.
MÜRŞÜD MİRZƏYEV.