SON DƏQİQƏ! Yoxlanışa gedən xəstə "Modern" hospitalda öldü

Gündəm / Aktual
13-01-2022, 20:36 19

Bakıda klinikaların birində ölüm hadisəsi baş verib.

Tereqqi.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən “Modern” hospitalda qeydə alınıb.

Belə ki, şəkər və ürək xəstəliklərindən əziyyət çəkən 73 yaşlı Həsən Həsənov yoxlanış məqsədilə aparıldığı klinikada ölüb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.