Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Gündəm / Sosial
21-01-2022, 17:11 35
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Xatırladaq ki, 20 Yanvar 2022-ci il tarixində 1186 yoluxma faktı və 14 ölüm qeydə alındığı açıqlanmışdı.13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 471 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 773, buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 976 nəfərdir.