Burda müştəri yox, satıcı haqlıdır... - ETİRAZ

Gündəm / Cəmiyyət
25-02-2022, 10:32 234

""Bravo" marketə daxil olanda ele bilirəm hansısa bir önəmli idarə,yaxud nazirliyə filan daxil olmuşam. Bu satıcıların, kassirlərin dikbaşlığı, özünü dartmağı mənə çatmır". DİA.AZ xəbər verir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Sahil Baxış adlı istifadəçi qeyd edir.

Daha sonra narazı vətəndaş yazır: "Niyə də niyə? Nədi bu "Bravo"-da işləməyin özəlliyi? Niyə bu halları ancaq "Bravo"-da görürəm? Niyə bir adam "Bravo"-da işlədiyinə görə "genəlsin" ki? Yəni "Bravo"-da işləməyin nəsə bir özəlliyi filanı varsa günü bu gün elə işdən ərizəmi yazım çıxım "Bravo"-da işə düzəlim....

"Bravo"-ya daxil olanda adam az qalır ordakı işçilərə deyə ki filan adam var onu tapşıra bilərsiz... Yəni bu qədər də olmaz da... Nədir axı bu əda naz?"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...