Ərdoğan 19 minə yaxın insanın öldüyünü açıqladı - Yenilənib

Gündəm / Dünya
10-02-2023, 17:04 110
Ərdoğan 19 minə yaxın insanın öldüyünü açıqladı - Yenilənib


Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 18 mini ötüb.

Tereqqi.az Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir ki, ölənlərin sayı 18 342 nəfərə çatıb.

Yaralıların sayı isə 74 242 nəfərə yüksəlib.

***

Adıyamana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdə ölənlərin sayının 18 991-ə, yaralıların sayının isə 75 523 nəfərə çatdığını açıqlayıb.