PSJ son çempionu mübarizədən kənarlaşdıra biləcəkmi? - YENİLƏNİR - FOTO

Gündəm / İdman
6-03-2018, 12:06 518

Bu gün Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsi çərçivəsində cavab qarşılaşmalarına start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, artıq ilk iki 1/4 finalçının adına aydınlıq gələcək.

Təbii ki, bütün diqqətlər Parisdəki matça yönələcək. Erkən final hesab edilən PSJ - "Real" mübarizəsində kimin yoluna davam etdirəcəyinə aydınlıq gələcək. İspaniyada rəqibi üzərində 2 top fərqi ilə qələbə qazanan ÇL-in son qalibi Fransaya üstün yollanıb. Bu azmış kimi, PSJ-nin lideri Neymar da zədə ucbatından qarşılaşmanı buraxacaq.

Günün digər oyunu elə də böyük önəm kəsb etmir. Səfərdə "Porto"nun qapısından 5 cavabsız top keçirən "Liverpul" üçün doğma azarkeşləri önündəki cavab görüşü formal xarakter daşıyacaq.

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

6 mart

23:45. PSJ (Fransa) - "Real" (İspaniya)

Baş hakim: Feliks Brix (Almaniya)

Paris, "Park De Prens" stadionu

İlk oyun - 1:3

23:45. "Liverpul" (İngiltərə) - "Porto" (Portuqaliya)

Baş hakim: Feliks Zvayer (Almaniya)

Liverpul, "Enfild Roud" stadionu

İlk oyun - 5:0