Rasim Məmmədov – 60

Gündəm / Cəmiyyət
Bu gün, 12:22 13

Məncə hər birimizin həyatının real yaranış forumu dünyanı bir qədər dərk etdikdən sonra, yaxud dünya görüşünün ilk addımlarından sonra yaranır. Bu yolda bizi müşaiyyət edən insanların rolu çox böyükdür.
Məncə həyat yolunda Rasim Məmmədov kimi, əslində onun özü ilə təmasda olmağın yönləndirdiyi emosional, müdrik, təvazökar, sağlam, əxlaqi, mənəvi və mükəmməl mühitə sığınmış insanlar özlərini xoşbəxt hesab edə bilər.

Onun hər zaman yanında olanlar, bəlkə də onu sevənlərin on faizi deyil. Ancaq onu sevənlərin qəlb çırpıntılarının, bənzərsiz məhəbbət yanğısının səsi illərdir bütün cəmiyyəti bürüyüb.
Ona deyilən, onun haqqında söylənən hər kəlmənin möhtəşəm təsirinə düşməmək mümkün deyil…

Rasim Məmmədovun indiyə qədər həyata keçirdiyi ideal xeyrxahlıq xidmətlərinin, mənəvi dayaqlarının, sosial-siyasi öyrətim xidmətlərinin sayı-hesabı yoxdur.
Məncə onu tanımayanlar, anlamayanlar, yanlış məlumatlara inananlar ömür kitabının linkindən çox şey itirmişlər.

Bunlara inanmaq üçün onunla bir dəfə görüşmək kifayətdir. Peşmançılıqların sayı- hesabı olmaz.
Gəlin sınayaq. Tanıyanlar daha çox yüksəklərə, mənəviyyət toplusuna, tanımayanlar yüksək insanlıq dərkinə qərq olacaqlar.

Bu qədər gözəl sözlər söyləmək Rasim Məmmədovun mənəvi dünyasına qərq olanların demək istədiklərinin bir hissəsidir.
Gəlin, hamımız gəlin dünyaya onun gözləri ilə baxmağı öyrənək, hər birimizin kiçik bir xidmətinin sonsuz işığına qərq olaq. Dərdlərimizdən sevincə yol tapaq, öyrənək, öyrədək, təmas quraq, yaxşılıq edək, xeyiri də, pisliyi də dərk edək.
Paylaşaq, yol göstərək, qəlbləri sevindirək, kömək edək…
Bacardığımız nə varsa xeyirliyə sərf edək…
Rasim Məmmədov kimi olaq…
Rasim Məmmədov kimdir?
Rasim Adil oğlu Məmmədov 1964-cü ildə İmişli rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1973-cü ildə atasının Kənd Təsərrüfatı Nazirliyinə vəzifəyə təyin olunması ilə əlaqədar Sumqayıt şəhərində yaşamağa başlamışdır.
1986-1987-ci illərdə bütün fənlərdən əla qiymət alaraq Moskva Tətbiqi Biotexnologiya İnstitutuna daxil olmuşdur. 1990-cı il hadisələrində ümummilli lider Heydər Əliyev xalqın başına gətirilən faciələrə dözməyərək daimi nümayəndəliyə gələrkən İnstitut tələbələrinin onunla görüşünə təşkilatçılıq etmişdir.
1990-1991-ci ildə isə Kənd Təsərrüfatı Nazirliyində baş təchizatçı kimi çalışmışdır. 1996-cı ildən DAMM ilə mütəmadi əlaqə saxlayaraq, 1999-cı ildə həmin ictimai birliyin üzvü olmuşdur. 2003-cü ildə 15-16 oktyabr hadisələrində ölkədəki qanuni seçkilərə etiraz edənlərə qarşı müqavimət göstərmək üçün ictimai əsaslarla SİM yaratmışdır. 2005-ci ildən etibarən SİM DAMM ilə birgə Azərbaycan mədəniyyətinin təbliğində ölkədə sabitliyin qorunmasına xidmət etmişdir.
İlham Əliyevin rüşvətxorluq və korrupsiyaya qarşı mübarizədə xalqın birliyinin, xalqın ictimai nəzarətinin yaradılması tapşırığı ilə İNK yaratmışdır.
10 ildən artıqdır ki, 105 dən artıq təşkilat, sayt, portal, sosial portallar və MMC-ləri birləşdirən İNK sıraları günü gündən genişlənir.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi, İctimai Nəzarət Koalisiyası, Sabitlik və İnkişaf mərkəzinin kollektivi Rasim müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir