“Kəşfiyyatçının vəsiyyəti” filmi cəmiyyətə təqdim olunacaq.

Aktual / Seçilmişlər
13-05-2022, 13:00 81


ATESH,AZ saytl xəbər verir; Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci ildə elan etdiyi kiçik Qrand müsabiqəsində qalib olmuş Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanalnar İçtimai Birliyinin icra etdiyi “Kəşfiyyatçının vəsiyyəti” filminin çəkilməsi adlı layihə başa çatmaq üzrədir. Layihənin icrasının əsas məqsədi şəhidlərimizin tanıdılması, onların adlarının əbədiləşdirilməsidir.
Azərbaycan ordusunun mayoru, Suraxanı rayon sakini, şəhid Rüfət Əsgərov Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil aldığı illərdən kəşfiyyatçılıq işinin sirlərini mənimsəməyə başlamışdı. Ali hərbi təhsilini 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində təhsilini davam etdirən Rüfət burada kəşfiyyatçı hərbi sənətinin bütün incəliklərinə yiyələnir. Rüfət Əsgərov ailəli idi və onun 2 övladı var."Leytenant" hərbi rütbəsi ilə o, 2003-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində, "baş leytenant" hərbi rütbəsi ilə isə 2009-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. "Kapitan" hərbi rütbəsində 2012-2014-cü illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2014-cü ildə isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2014-cü ildə "mayor" hərbi rütbəsi alan Rüfət Əsgərov, həmin ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbinin "Kəşfiyyat" Kafedrasının baş müəllimi idi. 2020-ci ildə Vətən müharibəsi başlayanda könüllü olaraq ön cəbhəyə yollandı və düşmənlə üz-üzə döyüşlərdə qəhramancasına şəhid oldu.
Şəhid mayor Rüfət Əsgərovun həyatına həsr olunmuş layihəmiz artıq sona yaxınlaşır. “Kəşfiyyatçının vəsiyyəti” filminin təqdmat tədbirinin 19 may 2022-ci il tarixində saat 12-00 da Suraxanı rayon Mədəniyyət evində, 20 may 2022-ci il tarixində saat 12-00 də isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbində keçirilməsini qərara almışıq.Tədbirlərimizin yüksək səviyyədə keçirilməsinə çalışacağıq. Allah şəhidlərimizə rəhmət eyləsin
Layihə rəhbəri Hikmət Əsgərov.