Uşaq zorlayanın nəvəsi Tural Sadıqlı- ŞOK FAKTLAR

Cəmiyyət
15-07-2022, 17:44 364

Avropada “siyasi mühacir” adı altında yaşayan və Azərbaycan dövlətinin, xalqının əleyhinə yalan dolu fikirlər səsləndirən, müxtəlif qüvvələr tərəfindən idarə olunan Tural Sadıqlı ilə bağlı Proses.az-a maraqlı məlumat daxil olub.

Məlumata keçməzdən öncə bir sual ətrafında düşünək: Tural Sadıqlını bu vətənə, dövlətə düşmən edən nədir?

Sualın cavabını bəlkə də onun şəcərəsində, nəsli-kökündə axtarmaq daha doğru olar. Çünki bir insanın davranışlarında, vətənə, elə, torpağa bağlılıq dərəcəsində onun genləri də böyük rol oynayır.

Tural Sadıqlının “Youtube” platforması üzərindən danışdığı nağıllar bir çoxlarına məlumdur. Bu kimi adamlar hər zaman düzlükdən, namus və qeyrətdən danışaraq ictimaiyyətə özlərini dürüst, əxlaqlı, “raconlu” adam kimi göstərməyə çalışırlar.

Müəyyən problemlərlə üzləşən bu şəxslər haqqında çox kasad məlumatı olan, bir qədər də mütaliədən aralı dinləyicilərin bir qismi hesab edirlər ki, onun kimi dil pəhləvanları bir peyğəmbər əxlaqında, paklıq zirvəsindədir. Elə “siyasi mühacir” adı altında gizlənənlər də bunu gözəl başa düşüb, necə deyərlər, “sarı sim”ə toxunur, insanları ələ alır, sifariş aldıqları dairələrinin göstərişlərini asanlıqla onların beyninə yeridirlər. Başqa dövlətdən pul alır, Azərbaycan dövlətinin əleyhinə danışırlar. Xalqının beynini zəhərlənməklə öz biznesini genişləndirən, “tribuna”sını möhkəmləndirən Tural Sadıqlıya soran yoxdur ki, ay oğul, sən kimsən? Sənin atan, baban nə işə baxıb, kim olub?

Heç Sadıqlının özü də bu barədə danışmaqda maraqlı deyil. Səbəbini isə aşağıdakı informasiyanı oxuduqdan sonra biləcəksiz.

Deməli, bu, dil pəhləvanı, “dürüstlük simvolu”nun babası Əhəd Sadıqov əslində pedofil, namus və əxlaqa bir o qədər də doğma yanaşan adam olmayıb.

Fakt:
Tural Sadıqlının ata babası 1930-cu il tarixdə Ağdam rayonu Əhmədağalı kəndində anadan olmuş Sadıqov Əhəd Əvəz oğludur.

Əhəd Sadıqov 1951-ci ilin oktyabrında azyaşlı qızı zorladığına görə (AR SSRİ CM-in 18 və 193-cü maddə ilə) azadlıqdan məhrum edilib və layiqli cəza alıb. Üstəlik, bu çirkin əməlinə görə həbsxananın yazılmamış qanunları baxımından, dustaqlar tərəfindən cəzalandırılıb. Verilən “dərsdən” nəticə çıxarmayan Ə.Sadıqov 03.10.1961 tarixdə SSRİ CM-in 15 və 83-cü ( oğurluq yolu ilə dövlət əmlakının mənimsənilməsi) maddələri ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib, 3 ay 19 gündən sonra vaxtından əvvəl şərti azadlığa buraxılıb, 31.08.1969-cu il tarixdə SSRİ CM-in 105-ci ( qəsdən az ağır bədən xəsarətləri) maddəsi ilə 2 il şərti azadlıqdan məhrum edilib.

Bu faktları oxuyarkən bir neçə sual yaranır. Öz babası pedofil, cinayətkar düzgün əqidəyə sahib olmayan bir insan xalqa necə əxlaq dərsi keçə bilər? Necə haqdan, ədalətdən danışa bilər? Amma görünən odur ki, Tural Sadıqlı da elə babasının yolunu tutur. Əgər babası çirkin əməliylə bir azyaşlının bədənini kirlətmişdisə nəvəsi Tural Sadıqlı da əxlaqa sığmayan, yalan, saxta məlumatlarla xalqın beynini kirlədir…



Cavid Hüseyn,
Proses.az