"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

Cəmiyyət
30-09-2023, 09:48 381
"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ


Bildiyimiz kimi, Azərbaycanda "TikTok" sosial şəbəkəsi Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı məhdudlaşdırılıb. Belə ki, buna səbəb "TikTok"da cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən, hərbi sirləri özündə əks etdirən dezinformasiya xarakterli məlumatların paylaşılması olub.

Məsələ ilə bağlı İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov açıqlamasında qeyd edib ki, vətəndaşların “TikTok”da hərbi sirləri və ya qeyri-dəqiq məlumatları yaymasıdır:

"Tiktokun özünə məxsus alqoritmi var ki, orada hansı tip məlumat videoya baxılarsa, növbəti axtarışlarda ona uyğun kontentli videolar qarşınıza çıxardır. Vətəndaş orada bir doğru məlumata baxmasına baxmayaraq, düşmən ölkə tərəfindən çox sayda yanlış məlumat sizə yönəldilə bilər və vətəndaş həmin informasiyanın qurbanına çevrilirə bilər. Buda “TikTok” sosial şəbəkəsinin ölkə daxilində bloklanması üçün kifayət qədər əsaslı səbəb verir. Lakin bir nüansı qeyd etmək istərdim ki, ümumi bloklanma tətbiqi aradan qaldırılmasına baxmayaraq hazırda bəzi provayderlər tərəfindən tətbiq edilən yenilənmələr həyata keçirilmədiyi səbəbindən sosial şəbəkə bütün istifadəçilər üçün əlçatan deyildir”.

Güman edirəm yaxın zamanda adı çəkilən sosial şəbəkə ölkə daxilimizdəki istifadəçilər üçün əlçatan olacaqdır – deyə Elvin Həsənov qeyd edib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən isə Referans.az-a bildirildi ki, "TikTok" sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək.