Qubadlı polislərinin nümunəvi fəaliyyəti

Cəmiyyət
15-01-2024, 18:08 1 168
Ölkəmizin mövcud durumunda Azərbaycan Polisinin fəaliyyəti xüsusi əhəmiyyətli, özünəməxsus yer tutur.
Bu fəaliyyət sahəsində Qubadlı Polis idarəsinin yüksək fədakarlığı nümunəvi əhəmiyyət kəsb edir.
Bu günlərdə mövcud hava şəraiti ilə əlaqədar Qubadlı polisləri gərgin iş rejiminə keçmişlər. Yollarda gedişata nəzarət, sürücülərə yardım əsas məsuliyyət sahəsinə çevrilmişdir.
Yollara 24 saatlıq güclü nəzarət bir çox özbaşınalıqların qarşısını almışdır. Eyni zamanda yardıma ehtiyacı olanlar polislərin cəfakeşliyi ilə üzləşmişlər.