Yeni geosiyasi şəraitdə Azərbaycanla - İtaliya əməkdaşlığının yeni dövrü.

Cəmiyyət
13-09-2024, 10:55 1 945

İtaliya ölkəsi ilə qarşılıqlı faydalı münasibətlərimiz hal-hazırda ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur.Hətta qeyd edərdim ki, ölkəmizlə İtaliya arasında siyasi və iqtisadi münasibətlər, SSR-i imperiyasının süqutundan sonra, yəni Azərbaycanın 1918-ci il may ayının 28-də elan etdiyi qısa “ilk müstəqilliyi” ilə başlamışdır.Belə ki, o dövrdə İtaliyanın bəzi iqtisadi və hərbi nümayəndələri Qafqaza, yəni Azərbaycana göndərilmişdi. Ümumiyyətlə ölkələrimiz arasında real əməkdaşlıq keçmiş SSRİ-nin dağılması və Azərbaycanın 1992-ci il yanvar ayının 1-də müstəqillik əldə etməsi ilə bərpa olunmuşdur.

Bu tarixi hadisə İtaliya ilə Azərbaycan arasında münasibətlərin xüsusi bir dövründə baş verdi.Belə ki, müstəqillik elan olunduqdan bir neçə gün sonra, o dövrdə Azərbaycanın Baş naziri olmuş Həsən Həsənov İtaliyalı nümayəndələri, o cümlədən oktyabr ayının 27-də görüşdüyü baş nazir Andreotti ilə bir sıra görüşlər və danışıqlar aparmaq üçün Romada olmuşdur. Hazırda isə ölkələr arasında olan dostluq və əməkdaşlıq ənənələri qarşılıqlı münasibətlərin çox yüksək səviyyədə olduğunu açıq-aydın göstərir. Əlbətdə ki, münasibətlərimiz qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır və bir-birimizin maraqlarına böyük hörmət prinsiplərinə əsaslanır. Həm ölkə başçımız, həm də İtaliyanın rəhbərliyi qarşılıqlı səfərləri ilə münasibətlərin inkişafına böyük təkan verirlər.Qeyd etməliyəm ki,bu gün hər iki ölkənin enerji sahəsində əməkdaşlığı da yüksək səviyyədədir.İtaliya ölkəmizdən xam neft və neft məhsullarının ixracında ən iri ticarət

tərəfdaşına çevrilmişdir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amillərdəndir. Hələ keçən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunmuşdur ki, bu da ölkəmizin bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür.Azərbaycanla Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır.Bu həcmin də Avropaya çatdırılmasında, Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da çox böyük rol oynayacaqdır. Xüsusi qeyd edim ki, ölkələrimiz arasında olan ticarət dövriyyəsinin əsasını ölkəmizin ixracatı təşkil etmişdir.Bir faktı diqqətinizə çatdırım ki, hələ keçən 2023-cü ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard ABŞ dolları,

o cümlədən itxalın həcmi 0,5 milyard ABŞ dolları, ixracın həcmi 15,2 milyard ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 14,7 milyon ABŞ dolları olmuşdur. Cənab Prezident İlham Əliyevin sentyabr ayının 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışında da qeyd etdiyi kimi, uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. İki ölkə arasında bu əməkdaşlığı rəsmiləşdirən müvafiq bəyannamə 10 il əvvəl imzalanmışdır.
Beləliklə boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır.Lakin marşrut boyu mövcud olan əlavələr sayəsində bu kəmər geniş Avropa və Avrasiya çoğrafiyasını bütövlükdə əhatə edir. Şübhəsiz burada da artım üçün güclü potensial mövcuddur.Azərbaycan qaz hasilatını artırmaqla yanaşı, alternativ

mənbələrdən enerji istehsalınıda sürətlə artırmaqla, böyük həcmdə qazın Avropaya ixracı üçün enerji istehsalından kənarlaşmasını təmin edir. Məhz bu da, bizim əməkdaşlığımızın mühüm sahəsini təşkil edir.Qürur hissi ilə qeyd edirəm ki, bütün bu qeyd etdiklərim mənə belə bir qənaətə gəlməyə əsas verir ki, bu gün artıq enerjiyə daxili tələbatını tam ödəyən Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi diqqətdədir. Və İtaliya ilə ölkəmiz arasında yüksələn xətlə olan bu iqtisadi göstəricilərin və proqresin simasında, Azərbaycan- Avropa İttifaqı əməkdaşlığının daha da möhkəmlənməsində enerji amilinin mühüm rol oynadığını müşahidə edirik.
Ölkə başçısı İlham Əliyev Azərbaycan ilə İtaliyanın bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərdiyini qeyd edərək, Avropa məkanında ticarət əlaqələrimizin böyük hissəsinin İtaliyanın payına düşdüyünü və ticarət dövriyyəmizin 15 milyard dolları

ötdüyünü bildirdi.Prezidentimiz bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd etmişdir.Neft-qaz sahəsindəki əməkdaşlığımızın təkcə ölkələrimiz üçün deyil, bütün Avropa məkanı üçün önəm daşıdığını bildirən Prezident İlham Əliyev bunun inkişafının təməlində güclü siyasi əlaqələrin dayandığını vurğulamışdır.
Vurğulamaq istəyirəm ki, Müzəffər Ali Komandan İlham Əliyev İtaliyanın çox inkişaf etmiş hərbi-texniki sənayeyə malik olduğunu vurğulayaraq, bu gün təqdim olunan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimidə dəyərləndirmişdir.Deyərdim ki, İtaliya-Azərbaycan tərəfdaşlığının enerji əməkdaşlığı sahəsi ilə məhdudlaşdığını düşünmək
tamamilə səhv fikirdir.Belə ki, ilk İtaliya dövlət başçısının Azərbaycana səfəri olan 2018-ci ilin iyulunda İtaliya Respublikasının Prezidenti

Sercio Mattarellanın Bakıya tarixi dövlət səfərini xatırlamaq istəyirəm. Bu səfərdən sonra İtaliyaya eyni dərəcədə əhəmiyyət kəsb edən iki tarixi səfər baş tutdu: Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2018-ci il sentyabr ayında ölkəmizin Birinci vitse-prezidenti kimi həyata keçirdiyi ilk xarici səfəri və daha sonra isə Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya ilk dövlət səfəri.
Sonda qeyd etməyi özümə borc bilirəm ki,yeni geosiyasi şəraitdə artıq ölkələrimiz arasında, Azərbaycanla və İtaliya əməkdaşlığının yeni dövrü başlamışdır və qısa müddət ərzində bu dövrdə bütün sahələr üzrə qarşılıqlı əlaqələrimiz strateji səviyyəyə yüksəlmişdir.

YAP Saatlı 15 saylı ƏPT-nın sədri
Vüqar Məmmədov