Giləxanım Nənə Bir Ömrün İşıqlı Xatirəsi
Cəmiyyət
Bu gün, 13:10
25

Bəzi insanlar var ki, gedişi ilə sanki bir evin çırağı sönür, ocağının hərarəti azalır. Bu gün qəlbimiz Giləxanım nənənin ayrılığı ilə sızlayır. Onun adı dilimizdə bir dua, xatirəsi isə ruhumuzda silinməz bir izdir.
Sənsiz Keçən Günlərin Kədəri
Dünya bir pəncərədir, hər kəs baxıb keçər. Amma Giləxanım nənə bu pəncərədən baxarkən arxasında elə bir gözəllik, elə bir nəciblik qoyub getdi ki, zaman keçsə də unudulmayacaq. Onun yoxluğu evimizin divarlarına hopan səssiz bir hüzndür. Amma bu hüznün içində bir təsəlli var o, şərəfli, təmiz və sevgi dolu bir ömür yaşadı. Allah rəhmət eləsin ana Allah babaya səbir versin.
2 ildi aramızda yoxdur Allah rəhmət eləsin ana
Nəticəsi Ruqəyya İsmayılova
