Binaları dağıldı, ölkədən qaçan atasını polisə verdi - FOTOLAR

Dünya
11-02-2023, 22:28 149
Binaları dağıldı, ölkədən qaçan atasını polisə verdi - FOTOLAR


Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə Adanada da bir çox bina dağılıb. Hadisədən sonra Adananın Çukurova rayonunda dağılan 14 mərtəbəli lüks binanın sahibi saxlanılıb.

Binanın sahibi olan Həsən Alpargün oğlu ilə zəlzələnin ilk günü Kiprə qaçıblar. Çox keçməyib ki, iş adamı polis tərəfindən yaxalanıb.

Belə ki,  Həsən Alpargünün oğlu atasının yaxalanmasında böyük rol oynayıb. O, polisə zəng edərək, atasının Kiprə qaçdığını etiraf edib.

33 yaşlı Həsən Can Alpargün, "Atamı polisə mən şikayət etmişəm. Bəli, onunla birlikdə Kiprə gedirdim. Mənim heç bir günahım yoxdur. O binalar tikiləndə mənim 5 yaşım var idi. Zəlzələdə dağılan binaya cavabdeh mən deyiləm,  atamdır.  O da qanun qarşısında cavab verəcək".

Bildirək ki, 14 mərtəbəli lüks bina zəlzələ nəticəsində tamamilə uçub. Hadisədə 65-ə yaxın insan həyatını itirib, onlarla şəxs isə yaralanıb.