Cənubi Afrika Respublikası Putini həbs edəcəkmi?
Dünya
22-04-2023, 17:10
146
Cənubi Afrika Respublikasının hakim partiyası ölkənin Roma Statusundan çıxması ilə bağlı daxili müzakirələr aparıb.
Buna səbəb Roma Statusu əsasında fəaliyyət göstərən Beynəlxalq Cinayət Məhkəməsinin mart ayında Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair order verməsi olub.
Hakim partiyanın icra orqanları dördgünlük iclaslara başlayıb və bu iclaslar zamanı Roma Statusundan imtina məsələsi müzakirə ediləcək.
Cənubi Afrika hakimiyyəti yaranmış vəziyyəti məqbul hesab etmir. Belə ki, Putin avqustda Cənubi Afrikada keçirilməsi planlaşdırılan BRİKS sammitində iştirak dəvətini qəbul edərsə, formal olaraq onu həbs etməyə məcbur olacaqlar.
Hakim partiyanın baş katibi Fikile Mbalula qeyd edib ki, müzakirələrin aparılması Cənubi Afrikanın həqiqətən də Roma Statusunun ratifikasiyasını ləğv edəcəyi anlamına gəlmir.
Hazırda Cənubi Afrika hökuməti Putinin həbsinə dair orderlə bağlı hüquqi məsləhətləşmələr aparır.
Mənbə: “Bloomberg”